İcazə sistemi yerin təkindən istifadəyə aid materialların informasiya, elmi-analitik, iqtisadi və hüquqi cəhətdən hazırlanıb rəsmiləşdirilməsini əhatə edən icazələr verilməsinin vahid qaydasıdır.
İcazə sisteminin vəzifələri aşağıdakılardan ibarətdir:
dağ-mədən sənayesinin və mineral-xammal bazasının inkişafına dair dövlət proqramının həyata keçirilməsi;
bütün vətəndaşların sosial, iqtisadi, ekoloji və digər mənafelərinin nəzərə alınması;
icazə almaq üçün hüquqi və fiziki şəxslərə bərabər imkanların yaradılması;
yerin təkindən istifadə sahəsində bazar münasibətlərinin inkişafı və inhisarçılıq əleyhinə siyasətin həyata keçirilməsi;
icazə sahiblərinə lazımi təminatların verilməsi və yerin təkindən istifadədə onların hüquqlarının müdafiəsi.