Məhkəmə qərarları › İş №1(3-10)-270/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-270/2026

30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-270/2026 30.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi, Dövlət ittihamçısı dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə ilkin açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər G.Aşurova (sədrlik edən), T.Əfəndizadə və X.Məmmədov), ## #### 1965-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X8 yerləşdirilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan “VAZ 2107 minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, ## ####### 2025-ci il tarixdə saat 18:30 radələrində yerli əhəmiyyətli Qəbələ rayon Bunud kəndinin giriş hissəsindən üzü həmin kəndin mərkəzi istiqamətdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hissəsi ilə 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində diqqətin və çevikliyin azalması nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda adı çəkilən Qanunun yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sürücülük hüququ olmadan, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində göstərilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmış, avtomobili yol şəraitinə uyğun sürətlə hərəkət etdirməmiş, nəticədə onunla əks istiqamətdə kəndin çıxışına doğru asfalt yolun sağ kənarından ortasına doğru 40 sm məsafədə piyada hərəkətdə olan Qəbələ rayon Bunud kənd sakini ##.##.1966-cı il təvəllüdlü X5 nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək onun yanından keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olması kimi texniki imkanları olmasına baxmayaraq onu avtomobilinin ön sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beynin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, sağ bud sümüyünün yuxarı hissəsinin açıq qəlpəli yerini dəyişən sınığı, başın yumşaq toxumasına, ənsə və sağ təpə nahiyəsinə qansızma, sağ əlin daraq sümüklərinin açıq qəlpəli sınığı, sağ əlin barmaqlarının daraq oynaq hissədən natamam amputasiyası, sağ mil bilək oynağının bayır aşağı hissəsinin, sağ əlin üst səthinin əzilmiş-cırılmış yarası və sağ ayağın üst səthinin sıyrığı kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinin icraatdan çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizəni müdafiə edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X1 işin təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin qəbul edilməsini, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsini, cinayət prosesinin iştirakçılarının fikirlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.33-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Hazırkı iş üzrə müəyyən edilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vermiş, sonradan isə apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizə ilə həmin apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Iş materiallarından cinayət prosesinin digər iştirakçıları tərəfindən həmin hökmdən verilmiş başqa apellyasiya şikayətinin və ya apellyasiya protestinin mövcudluğu müəyyən edilmir. Belə olan halda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsi qanunun tələblərinə uyğun olduğundan qəbul edilməli və həmin şikayətə baxılmasına xitam verilməlidir. Apellyasiya şikayətinə baxılmasına xitam verilməsi ilə əlaqədar Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul X3na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinа etməsi qəbul edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilsin. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul X3na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar