Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1543/2026 01.10.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aidiyyətlə bağlı mübahisəyə baxaraq, MÜƏYYƏN ETDIM: Təqsirləndirilən şəxs CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai istintaq orqanı tərəfindən baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı ilə cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi hesab etmişdir ki, ittihamda göstərilən cinayət əməlinin xaricdə törədilməsi ehtimalı nəzərə alınmaqla, işin ərazi üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 74.3-cü maddəsinə əsasən müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin Gəncə şəhərində olması əsas götürülərək cinayət işinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğu qənaətinə gəlinmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq, ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi hesab etmişdir ki, iş üzrə ərazi aidiyyəti cinayətin törədildiyi yerə dair ümumi qaydanı müəyyən edən CPM-in 74.1-ci maddəsinə əsasən müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 144- 1.2.4-1-ci maddəsi ilə istinad olunan əməl zərərçəkmiş şəxsin Bakı Beynəlxalq Hava Limanından Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasına getməsi ilə başa çatmışdır. Bu səbəbdən Gəncə Ağır Cinayətlər Məhkəməsi cinayətin Bakı şəhəri ərazisində başa çatdığı və işə CPM-in 74.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə cinayət işi məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi qərarında göstərmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi aidiyyət məsələsində fərqli nəticəyə gəldiyi halda, cinayət işini birbaşa başqa birinci instansiya məhkəməsinə göndərməməli, CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yaranmış fikir ayrılığının həll edilməsi üçün hərəkət etməli idi. Iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırkı mərhələdə məhkəmə aidiyyəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən CPM-in 77.1-ci maddəsi qaydasında həll edilməli fikir ayrılığı mövcud olmadığından, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Hazırkı iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsi ## #### 2026-cı il tarixli qərarı ilə cinayət işinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olması qənaətinə gəlmiş və işi həmin məhkəməyə göndərmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi isə Şəki Ağır Cinayətlər Məhkəməsinin mövqeyi ilə razılaşmamış, cinayət əməlinin Bakı şəhərində başa çatdığını əsas götürərək işin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğu nəticəsinə gəlmiş və cinayət işini baxılması üçün həmin məhkəməyə göndərmişdir. Lakin iş materiallarından görünür ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduqdan sonra həmin məhkəmə işin özünə aid olmadığı və ya başqa konkret məhkəməyə aid olması barədə mövqe bildirməmişdir. Qərarda yalnız işin birbaşa Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməsinin CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydaya uyğun olmadığını göstərmişdir. Qeyd olunmalıdır ki, cinayət işi aidiyyəti üzrə göndərildiyi məhkəmə tərəfindən həmin məhkəməyə aid olmadığı hesab edildiyi və aidiyyətlə bağlı əvvəlki məhkəmənin mövqeyi ilə razılaşılmadığı halda CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmin tətbiqi üçün əsas yaranır. Hazırkı halda Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işini özünə aid hesab etdiyi halda onu icraatına qəbul edərək baxmalı, özünə aid hesab etmədiyi halda isə bunun hüquqi əsaslarını göstərməklə aidiyyət məsələsi üzrə mövqeyini bildirməli idi. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Bakı Apellyasiya ünvanlanmış # ###### 2024-cü il tarixli, *-*-**/*-****/**** nömrəli məktubunda nümayiş olunmuş hüquqi mövqeyə əsasən CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş, işin, o cümlədən xüsusi ittiham qaydasında şikayət üzrə materialın məhkəmə aidiyyəti üzrə göndərilməsi proseduru o halda tətbiq olunur ki, cinayət işini (xüsusi ittiham qaydasında şikayəti) göndərən məhkəmə ilə işin (xüsusi ittiham qaydasında şikayətin) göndərildiyi (ünvanlandığı) məhkəmə arasında bu işin (şikayətin) onu göndərən və ya göndərilən (ünvanlanan) məhkəməyə aid olması barədə (birincinin işin ikinciyə, ikincinin isə işin birinciyə aid olmasını iddia etmələrindən irəli gələn) mübahisə mövcud olsun. Odur ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmalı, həmin məhkəmə tərəfindən işin özünə aid olub-olmaması məsələsinə hüquqi qiymət verilməli və bundan asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlər həyata keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi özünə aid olubolmaması məsələsinə hüquqi qiymət verilməsi və bundan asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlər həyata keçirilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(3-6)-1543/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1543/2026
01.10.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver