Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1561/2026 01.10.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aidiyyətlə bağlı mübahisəyə baxaraq, MÜƏYYƏN ETDIM: Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ## ###### 2026-cı il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işinə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını əsas gətirərək ## ######## 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə məhkəmələr arasında aidiyyətlə əlaqədar yaranmış fikir ayrılığının həlli üçün iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, məhkəmələr arasında aidiyyət üzrə mübahisə yaranmadığından məhkəmənin ## ######## 2026-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən müvafiq qərarın qəbul olunması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Hazırkı iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi qərarında cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsi ilə fikir ayrılığının mövcud olmadığını nəzərə almamış, cinayət işini aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. CPM-in 77.1-ci maddəsində, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd olunmuş məktubunda əks olunmuş hüquqi mövqeyə əsasən məhkəmə cinayət işinə ərazi aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı olmasını hesab edərsə, cinayət işini birbaşa həmin məhkəməyə göndərməlidir. Digər məhkəmə tərəfindən cinayət işinin ərazi aidiyyəti mübahisələndirildiyi təqdirdə həmin fikir ayrılığının həll olunması məqsədilə cinayət işi müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı halda isə Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılmalı olması qənaətinə gəlsə də, iş materiallarını həmin məhkəməyə deyil, məhkəmələr arasında mübahisənin movcud olmadığını nəzərə almayaraq birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmələr arasında (hazırkı halda Bakı və Şəki Ağır Cinayətlər Məhkəmələri) fikir ayrılığı yaranmamışdır. Belə olan halda cinayət işinin aidiyyəti üzrə göndərilməsi məsələsinin CPM-in 77.1-ci maddəsində (analogiya üzrə bu norma tətbiq edilməklə) nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsi tərəfindən həll edilməsi üçün hüquqi əsas mövcud deyil. Odur ki, cinayət işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 77-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(3-6)-1561/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1561/2026
01.10.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver