Məhkəmə qərarları › İş №10(1-8)-295/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-295/2026

11.09.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-295/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 Neveda Ştatının Məhkəməsi, X3, Klark Dairəsinin # ##### 2008-ci il D-**-******-Z nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs Ildırım oğlunun vəkili Vəkil tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Vəkil Ali Məhkəməyə müraciət edərək, X1 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs Ildırım oğlu arasında bağlanmış nikahın pozulması barədə X5 Neveda Ştatının Məhkəməsi, X3, Klark Dairəsinin # ##### 2008-ci il D-**-******-Z nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Belə ki, ərizəyə X6 nümayəndəliyini təsdiq etmək məqsədilə əlavə edilmiş # ###### 2026-cı il tarixli etibarnamənin surəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, həmin etibarnamə ilə nümayəndəyə hazırkı iş üzrə məhkəmədə təmsilçilik və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün zəruri səlahiyyətlər verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəməyə səlahiyyətli şəxs tərəfindən müraciət olunması təsdiqlənmədiyinə görə vəsatət qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 462-464-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X5 Neveda Ştatının Məhkəməsi, X3, Klark Dairəsinin # ##### 2008-ci il D-**-******-Z nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs Ildırım oğlunun vəkili Vəkil tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar