Məhkəmə qərarları › İş №10(1-8)-304/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-304/2026

11.09.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-304/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Kiyev vilayətinin Yaqotin rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icrasına dair verilmiş ərizə üzrə QƏRARDADI Iş № **(1-8)-304/2026 (Açar sözlər: Ərizənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu, (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə ibarət tərkibdə, Kiyev vilayətinin Yaqotin rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icrasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs Israil oğlunun ərizəsini nəzərdən keçirərək, Müəyyən etdi: Azərbaycan Respublikasının Ali Məhkəməsinə Kiyev vilayətinin Yaqotin rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs Israil oğlunun ərizəsi daxil olmuşdur. Ərizədə Barəsində məhkəmə tapşırığı verilən şəxs Israil oğlu yetkinlik yaşına çatmış uşaqlar X2, X3 və X4 əmək qabiliyyətsiz atanın saxlanılması üçün alimentin tutulmasını qeyd edərək, həmin məhkəmə qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə deyil, birbaşa Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş 2002-ci il #######ın #-də Kişinyov şəhərində X5 Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Konvensiyanın 57-ci maddəsinin 3-ci bəndinə əsasən qərarların tanınma və icra qaydası, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd (maddə 466.0.1); sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri (maddə 466.0.2). Həmin Məcəllənin 467.3-cü maddəsinə əsasən ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə, bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə verilmədiyinə görə ərizə geri qaytarılmalı, ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs Israil oğluna izah olunmalıdır ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar