Məhkəmə qərarları › İş №10(1-8)-307/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-307/2026

24.09.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-307/2026 24.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X1 şəhəri Ailə Məsələləri Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması dair verilmiş ərizə üzrə QƏRARDADI Açar sözlər: Ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Müəyyən etdi: Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin 2026-cı il ## #### tarixli *-**-**/*-D-*****- */****-c-*****/**** nömrəli məktubu ilə, X1 şəhəri Ailə Məsələləri Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən ərizə və əlavə edilmiş sənədlər baxılmadan qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər. Qanunun tələbindən göründüyü kimi, xarici dövlətin məhkəmə qətnaməsinin tanınması barədə ərizə daxil olduğuna dair maraqlı şəxsə bildiriş verilməli və maraqlı şəxsin bildirişi aldıqdan sonra 1 ay müddətində etiraz vermək hüququ təmin edilməlidir. Belə olan halda bildirişin göndərilməsi üçün ərizəyə maraqlı tərəfin ünvanı barədə məlumatlar əlavə edilməlidir. Hazırkı halda ərizəyə Natiq Dövlətovun ata adı, ünvanı barədə məlumatlar əlavə olunmadığı üçün onu baxılan məsələ ilə əlaqədar qanunun tələblərinə uyğun məlumatlandırmaq mümkün deyil. Bundan əlavə MPM-nin 465.1.4-cü maddəsinə əsasən ərizəyə qətnamənin qanuni qüvvəyə mindiyini təsdiq edən sənəd əlavə edilməli olduğu halda qeyd edilən sənəd əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs izah olunmalıdır ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, X1 şəhəri Ailə Məsələləri Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə təkrar müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş X1 şəhəri Ailə Məsələləri Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizə və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar