Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-180/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə ərizəçi Azərbaycan Respublikası Ərizəçi "nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və mühafizə olunan duracağa yerləşdirilməsi" tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Vergi ödəyicisi olan Cavabdeh QSC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş göndərilmişdir. Vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2026-cı il tarixli qərar çıxarılmışdır. Qərar əsasında Cavabdeh QSC-nin ##.##.2026-cı il tarixə yaranan 67163,95 manat borcuna görə 30000 manat dəyərində **-AK-*** dövlət qeydiyyat nişanlı "Toyota C-HR" minik markalı və 40000 manat dəyərində **-JB-*** dövlət qeydiyyat nişanlı "Man TGS 33.360 6X4BB- WW" yük markalı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə ##.##.2026-cı il tarixli *********** nömrəli protokol tərtib edilmişdir. Iddiaçı Azərbaycan Respublikası Ərizəçi cavabdeh Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2026-cı il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67163,95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə göstərilən avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Ərizəçi həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, Cavabdeh QSC-nin ##.##.2026-cı il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67163,95 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün 30000 manat məbləğində **-AK-*** dövlət qeydiyyat nişanlı "Toyota C-HR" minik markalı və 40000 manat məbləğində **-JB-*** dövlət qeydiyyat nişanlı "Man TGS 33.360 6X4BB-WW" yük markalı avtonəqliyyat vasitələrinin üzərinə həbsin qoyulmasını və müvafiq duracağa yerləşdirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitələrinin satılması barədə məhkəmə qərarlarının icrası ilə bağlı tədbirlər görülərkən nəqliyyat vasitələrinin tapılması və hərraca çıxarılmasının təmin edilməsi istiqamətində Vergi Məcəlləsində vergi orqanına hər hansı məcburiyyət tədbirinin tətbiqi ilə bağlı səlahiyyətlər verilməmişdir. Vergi orqanının əmlakın hərraca çıxarılmasının təmin edilməsi üçün məhdud imkanlara malik olması bu işlərlə bağlı qəbul edilmiş məhkəmə qərarlarının icrasını çətinləşdirir. Bundan əlavə, avtonəqliyyat vasitələri siyahıya alındıqdan sonra vergi ödəyiciləri tərəfindən onların satılması hallarına rast gəlinir ki, bunun nəticəsi olaraq vergi orqanının iddiaları rədd olunur. Qeyd olunan səbəblərə görə vergi orqanı tərəfindən vergi ödəyicisinin siyahıya alınmış əmlakının üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi zərurəti yaranmışdır. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə görə, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Bu baxımdan qanunverici siyahıya alınmış əmlaka münasibətdə şəxsin sahiblik və istifadə hüququnu müəyyən müddət qoruma altına alır. Hazırkı ərizə üzrə tələbin təmin olunması şəxsi qanunvericinin ona tanıdığı həmin hüquqlardan və imkanlardan məhrum etmiş olardı. Siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə məhkəmə Vergi Məcəlləsinin 89.14.7-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 303-cü maddəsində siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxsin qanunun yuxarıda qeyd edilən tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bu zaman vergi ödəyicisinə münasibətdə hüququn hamılıqla qəbul olunmuş bona fides prinsipinin tələbləri də nəzərə alınmalıdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın siyahıya alınması avtomobilin fiziki olaraq vergi orqanının nəzarətində saxlanılmasını avtomatik təmin edən vasitə deyildir. Avtomobil borclunun faktiki istifadəsində qalırsa və onun yerinin dəyişdirilməsi, gizlədilməsi və ya vergi orqanının nəzarətindən çıxarılması mümkündürsə, sadəcə siyahıya alma gələcəkdə həmin əmlakın satışının real icrasını təmin edən mexanizm kimi qiymətləndirilməməlidir. Vergi Məcəlləsinin 89.14.7-ci maddəsinə və CM-in 303-cü maddəsinə əsasən, məsuliyyət tədbirinin mövcud olması əmlakın fiziki olaraq qorunmasını təmin edən preventiv tədbiri əvəz etmir.Əmlak üzərində qanunsuz hərəkətlər baş verdikdən sonra məsuliyyət məsələsinin yaranmasını gözləmək əvəzinə, belə halların qarşısının əvvəlcədən alınması, vergi orqanının hüquqlarının qorunması və borcun vaxtında tutulmasının təmin edilməsi üçün müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zəruridir. Ərizədə həm avtomobilin üzərinə həbs qoyulması, həm də mühafizə olunan duracağa yerləşdirilməsi xahiş edilsə də, məhkəmənin əsaslandırması borclunun avtomobilə sahiblik və istifadə hüququnun saxlanılması və özgəninkiləşdirməyə görə məsuliyyət məsələsi ilə bağlı olmuşdur. Bu baxımdan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə tələbin ayrıca qiymətləndirilməməsi və bu tədbirin tətbiqinin zəruriliyi ilə bağlı hər hansı əsaslandırmanın qərardadda göstərilməməsi birinci instansiya məhkəməsinin iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadığını göstərir. Beləliklə, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan zərurət düzgün qiymətləndirilməmiş, ərizə üzrə vergi orqanının hüquqi müdafiə marağının mövcud olmadığı barədə nəticəyə əsassız olaraq gəlinmişdir. Əksinə, siyahıya alınmış əmlakın gələcəkdə məhkəmə qərarının icrasını təmin edəcək vəziyyətdə saxlanılması vergi orqanının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsində hüquqi marağının olduğunu şərtləndirir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.11. Vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ... 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (Ərizəçinın) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçı Azərbaycan Respublikası Ərizəçi cavabdeh Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2026-cı il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67163,95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 30000 manat dəyərində **-AK-*** dövlət qeydiyyat nişanlı "Toyota C-HR" minik markalı və 40000 manat dəyərində **-JB-*** dövlət qeydiyyat nişanlı "Man TGS 33.360 6X4BB-WW" yük markalı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, ərizəçi məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, Cavabdeh QSC-nin ##.##.2026-cı il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 67163,95 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün göstərilən avtonəqliyyat vasitələrinin üzərinə həbsin qoyulmasını və müvafiq duracağa yerləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə görə, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Bu baxımdan qanunverici siyahıya alınmış əmlaka münasibətdə şəxsin sahiblik və istifadə hüququnu müəyyən müddət qoruma altına alır. Hazırkı ərizə üzrə tələbin təmin olunması şəxsi qanunvericinin ona tanıdığı həmin hüquqlardan və imkanlardan məhrum etmiş olardı. Siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə məhkəmə kollegiyası Vergi Məcəlləsinin 89.14.7-ci maddəsinə istinad etməklə qeyd edir ki, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 303-cü maddəsində siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsinə görə cinayət məsuliyyəti məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək bildirir ki, şəxsin qanunun yuxarıda qeyd edilən tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bu zaman vergi ödəyicisinə münasibətdə hüququn hamılıqla qəbul olunmuş bona fides prinsipinin tələbləri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-nin 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıyaalma tədbiri vasitəsilə artıq nail olmuşdur. Yuxarıda göstərilmiş hüquqi mövqe oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qərarında da ifadə olunmuşdur. Ərizəçi apellyasiya şikayətində bildirmişdir ki, ərizədə həm avtomobilin üzərinə həbs qoyulması, həm də mühafizə olunan duracağa yerləşdirilməsi xahiş edilsə də, məhkəmənin əsaslandırması borclunun avtomobilə sahiblik və istifadə hüququnun saxlanılması və özgəninkiləşdirməyə görə məsuliyyət məsələsi ilə bağlı olmuşdur. Bu baxımdan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə tələbin ayrıca qiymətləndirilməməsi və bu tədbirin tətbiqinin zəruriliyi ilə bağlı hər hansı əsaslandırmanın qərardadda göstərilməməsi birinci instansiya məhkəməsinin iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadığını göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 89.14.1-ci maddəsi vergi orqanına siyahıya alınmış malların vergi ödəyicisində, yaxud da onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulması üçün seçim imkanı tanımışdır. Analoji olaraq, Vergi Məcəlləsinin 89.14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin siyahıya alınmış malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanı malları özünün müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürə bilər. Göründüyü kimi, vergi orqanı olan ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə əldə etmək istədiyi hüquqi nəticəyə çatmaq üçün onun Vergi Məcəlləsi ilə müəyyən olunmuş kifayət qədər səlahiyyətləri vardır. Belə olan halda, ərizəçinin hüquqi müdafiə marağı mövcud deyil, bu isə ərizənin mümkün sayılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, ərizəçinin apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Azərbaycan Respublikası Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-180/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-180/2026
25.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver