Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-210/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı inzibati iş üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri; əsas işin nəticəsinin qabaqlanması; teleoloji təfsir; effektiv məhkəmə müdafiəsi; geri dönməz nəticələr; maraqların balanslaşdırılması; gömrük nəzarəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli qeydinin qanunsuz hesab edilməsi və ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə qeyd edilən malların buraxılışı öhdəliyinin Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri (bundan sonra – “MXMT”) barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək (inzibati iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə mindiyi günədək) ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə qeyd edilən malların buraxılışı öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti MXMT barədə ərizəsini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikasına 10 kq çəkidə olan 2100 qutu dondurulmuş, emal olunmuş toyuq filesi (toyuq döş əti), sümüksüz və dərisiz adlı mallar idxal edilmiş və Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi məqsədilə ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsi (təqdim edilmişdir. Mallar XİFMN-in 0207141000 kodu ilə bəvan edilmiş, Bəyannamənin 1-ci qrafasında bəyannamə tipi kimi 40 kodu, 36-cı qrafasında ("İmtiyazlar") isə "Azad ticarət — 210" kodu göstərilməklə ##.##.2026-cı il tarixli ************ nömrəli CT-1 formalı preferensial mənşə sertifikatına istinad edilmişdir. Sertifikat idxal gömrük rüsumundan azadolmaya əsas verdiyindən Bəyannamənin 48-ci qrafasının "B" altqrafasında gömrük borcunun cəmi məbləği 17 024,48 manat göstərilmiş və həmin məbləğ ərizəçi tərəfindən tam ödənilmişdir. Bununla belə, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ##.##.2026cı il tarixdə Bəyannaməni təsdiq etməmiş və elektron kabinetdə apardığı qeydlə (bundan sonra - "Qeyd") Sertifikatda mala Gürcüstan mənşə statusunun verilməsinə əsas olan mənşə meyarının göstərilmədiyini, ekspertiza aktında emalda istifadə olunmuş xammalın mənşə ölkəsi barədə məlumatın verilmədiyini və həmin xammalın Gürcüstan mənşəli olduğunu təsdiq edən sənədlərin təqdim edilmədiyini əsas gətirmiş, bu səbəbdən Malların istehsalında istifadə olunmuş ilkin xammalın mənşəyini, ev quşlarının yetişdirildiyi ölkəni, konkret mal partiyası üzrə istehsal və emal prosesinin mərhələlərini, habelə Sertifikatda göstərilməli olan mənşə meyarını təsdiq edən əlavə sənədlərin təqdim olunmasını ərizəçidən tələb etmişdir. Beləliklə, cavabdeh Sertifikatı və onun əsaslandığı məlumatları şübhə altına almış, həmin sənədin mötəbərliyini təsdiq edən əlavə sənədləri məhz ərizəçidən tələb etmiş və bununla da Bəyannaməni təsdiq etməkdən, Malların buraxılışından imtina etmişdir. Nəticədə Mallar hazıradək ərizəçinin sərəncamına verilməmiş, gömrük nəzarəti altında saxlanılmaqda davam edir. Qeydin qanunsuz hesab edilməsi, Bəyannamənin təsdiq edilməsi və Mallar barəsində buraxılış öhdəliyinin cavabdehə həvalə edilməsi barədə ərizəçi tərəfindən Bakı İnzibati Məhkəməsində öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddianın uğurluluq ehtimalının yüksək olmasının dəlillər cavabdeh sənədldrin mötəbərliyi prezumpsiwsını pozmuşdur. İddianın uğurluğuq ehtimalı yüksəkdir. Belə ki, "İnzibati icraat haqqında" Qanım un (bundan sonra -"İİQ") 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur; həmin şəxslərdən sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəyə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda ərizəçi gömrük orqanına Sertifikatı təqdim etmiş, cavabdeh isə həmin sənədin həqiqətə uyğun olmadığını sübuta yetirmədən, onun mötəbərliyini təsdiq edən əlavə sənədləri məhz ərizəçidən tələb etmişdir. Bu isə İİQ-nin 19.1-ci maddəsində nəzərdə tutulmuş birbaşa qadağanın pozulması deməkdir. Malların buraxılışı üciin qanunla müəyyən edilmiş şərtlər yetirilmişdir. Gömriik Məcəlləsinin (bundan sonra -"GM") 162.1-ci maddəsinə əsasən bəvannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən həmin Məcəllənin 163-cii maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışım həyata keçirirlər. GM-in 163.1-ci maddəsinə əsasən isə gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Azərbaycan Respublikası ilə Gürcüstan arasında "Sərbəst ticarət haqqında" Saziş ##.##.1996-cı il tarixdə imzalanmış, ##.##.1996-cı il tarixli *** nömrəli Sərəncamla təsdiq edilməklə qüvvədədir. Həmin Sazişə əsasən bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən, evni ölkə mənşəli mallara CT-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsıımu tətbiq edilmir. Bəyannamənin təsdiq edilməməsinin yeganə səbəbi kimi Sertifikatın mötəbərliyini təsdiq edə bilən sənədlərin çatışmazlığı göstərildiyindən və həmin tələb yuxarıda əsaslandırıldığı kimi qanunsuz olduğundan, Sertifikat idxal gömrük rüsumundan azadolmaya əsas verdiyindən, digər gömrük ödənişləri isə tam ödənildiyindən Bəyannamənin təsdiqi gömrük borcu varatmır. Deməli, GM-in 162.1 və 163.1 -ci maddələri ilə müəyyən edilmiş şərtlər yerinə yetirilmiş, cavabdehin Bəyannaməni təsdiq etməkdən və Malları buraxmaqdan imtina etməsi üçün isə hüquqi əsas mövcud olmamışdır. Qeyd edilənlərə əsasən hesab edirik ki, iddia tam əsaslı olduğundan böviik ehtimalla uğurlu olacaq. Belə ki, İnzibati Prosessual Məcəllənin (bundan sonra - "İPM") 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın bövük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Ali Məhkəmə Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının (bundan sonra – “Plenumun ** nömrəli Qərarı”) 11.18-ci bəndinə görə belə böyük ehtimal işin faktiki və hüquqi hallarının ilkin qiymətləndirilməsi nəticəsində ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış gümanın yaranması deməkdir. Yuxarıda göstərilən faktiki və hüquqi hallar məhz belə bir gümanın yaranması üçün kifayət edir. Cavabdehin hərəkəti ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə bilər ərizəçinin hüquqlarının bərpasının mümkünsüzlüyü riski ilkin təcili tənzimləmə tələb edir. Bununla yanaşı, qeyd edilməlidir ki, hazırkı iş üzrə mövcud vəziyyətin dəyişməməsi zamanı risk konkret və real xarakter daşıyır. Belə ki, Mallar dondurulmuş heyvan mənşəli ərzaq məhsulu olmaqla məhdud yararlılıq müddətinə malikdir və fasiləsiz temperatur rejiminin gözlənilməsini tələb edir. Malların gömrük nəzarəti altında uzun müddət saxlanılması onların keyfiyyətinin aşağı düşməsinə, yararlılıq müddətinin tükənməsinə və istehlak üçün yararsız hala düşməsinə səbəb ola bilər. Belə hal baş verdikdə, iddia təmin edilib Bəyannamə təsdiq olunsa belə, ərizəçinin əvvəlki hüquqi və faktiki vəziyyətinin bərpası mümkün olmayacaq və ya xeyli dərəcədə çətinləşəcəkdir, çünki mübahisə həll edilənədək keçən dövr ərzində itirilmiş malların geri qaytarılması mümkün deyil. Bundan əlavə, Malların saxlanılması ilə bağlı xərclər hər gün artmaqda davam edir və müəyyən müddətdən sonra Malların dəyərini üstələyə bilər. Eyni zamanda, Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq malların müvəqqəti saxlanc altında yerləşdirilmiş hesab edildiyindən həmin prosedur altında yerləşdirmə müddəti (GM-in 124-3.1-ci maddəsinə əsasən bu müddət 4 aydan təşkil edir) tükəndikdə, Malların GM-in 327.1 -ci maddəsinə uvğun olaraq dövlət mülkiyyətinə keçirilməsi təhlükəsi mövcuddur ki, bu da mövcud vəziyyətin geri dönməz şəkildə dəyişməsi deməkdir. Eyni zamanda, ərizəçinin sahibkarlıq fəaliyyəti idxal edilmiş ərzaq məhsullarının daxili bazarda təchizatı ilə bağlı olduğundan, Malların buraxılmaması onun kontragentlər qarşısında müqavilə öhdəliklərinin icra edilməməsinə, cərimə və dəbbə pullarının ödənilməsinə, satış şəbəkəsinin və işgüzar nüfuzunun itirilməsinə səbəb olur. Bu itkilər keçmişə şamil edilməklə bərpa oluna bilməz. Bütün bu göstərilənlər ilkin təcili tənzimləmənin zəruri olmasını təsdiq edir. Belə ki, İPM-in 43.1.1-ci maddəsinə əsasən mövcud vəzivvətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması MXMT barədə qərarın qəbul edilməsi üçün əsas sayılır. Ziddiyyətli maraqların qiymətləndirilməsi MXMT-nin tətbiqini şərtləndirir. Qeyd edilməlidir ki, iddianın uğurluluq ehtimalı aydın olmasa belə, ziddiyyətli maraqların qiymətləndirilməsi ərizənin təmin edilməsini şərtləndirir (Plenumun ** nömrəli Qərarının 11.30-11.34-cü bəndləri). Belə ki, Bəyannamənin təsdiq edilməsi və Malların buraxılması cavabdeh üçün bərpası mümkün olmayan nəticə yaratmır. Bəyannamə üzrə hesablanmış gömrük borcu artıq tam ödənilmişdir, buraxılışdan sonra da cavabdeh gömrük auditi və gömrük nəzarətinin digər formalarını həyata keçirmək imkanını saxlayır, iddia rədd edildiyi təqdirdə isə idxal gömrük rüsumu ilə bağlı tələb ərizəçiyə qarşı irəli sürülə bilər. Əksinə, tədbir görülmədikdə ərizəçiyə bərpası miimkiin olmayan zərər dəyir, ərzaq məhsullarının bazara çıxarılmaması isə ictimai maraqlara da toxunur. Bu səbəbdən ziddiyyətli maraqların qiymətləndirilməsi ərizəçinin xeyrinə aparılmalıdır. Bu səbəbdən ziddiyyətli maraqların qiymətləndirilməsi ərizəçinin xeyrinə aparılmalıdır. Digər prosessual məsələlər. İPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə MXMT qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək [...] vəzifəsi qoya bilər. Plenumun ** nömrəli Qərarının 2.5-ci bəndinə görə təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada -neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada - tədbirlər görülə bilər. Plenumun ** nömrəli Qərarının 7.2-ci bəndində isə müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Hazırkı halda cavabdehin üzərinə qoyulması xahiş olunan öhdəlik məhz belə konkret aktiv hərəkətlərdən -Bəyannamənin təsdiq edilməsindən və Malların buraxılışından ibarətdir. Cavabdeh tərəfindən MXMT barədə ərizəyə qarşı etiraz təqdim olunaraq MXMT tətbiqi barədə ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən Gömrük Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini yoxlayır. Beynəlxalq səviyyədə, malın mənşə ölkəsinin müəyyən edilməsi qaydaları X8 (bundan sonra - ÜGT) "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsinə dair” Kyoto Konvensiyasının (bundan sonra - Kyoto konvensiyası) xüsusi "K” əlavəsində, həmçinin Tarif və Ticarət üzrə Baş Sazişin (bundan sonra - GATT) "Mənşə qaydaları haqqında” Razılaşmasında əks etdirilərək unifikasiya edilmiş qaydalar tətbiq olunmuşdur. Milli qanunvericiliyə əsasən Azərbaycan Respubilkasında malların mənşə ölkəsinin müəyyən edilməsinin ümumi qaydaları Azərbaycan Respubilkasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 222- ci və 223-cü maddələri, həmçinin "Malların preferensial və qeyripreferensial mənşəyinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında’’ Azərbaycan Respubilkası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli * nömrəli Qərarı (bundan sonra - Azərbaycan Respubilkası Nazirlər Kabinetinin * nömrəli Qərarı) ilə tənzimlənir. Sözügedən müddəalar əsasən malların qeyri-preferensial mənşə ölkəsinə münasibətdə tədbiq edilir. Belə ki, malların preferensial mənşə ölkəsinin müəyyən edilməsi qaydaları ikitərəfli və çoxtərəfli qaydada bağlanmış sazişlərlə tənzimlənir. "X7 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2010cu il tarixli **** nömrəli Sərəncamına əsasən: Bölmə 2. Malların mənşə ölkəsinin təyin edilməsi 2.1. Malın mənşə ölkəsi - ərazisində malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı Sazişin iştirakçısı olan dövlət hesab edilir. 2.2 Sazişin iştirakçısı olan dövlətlərdə tam istehsal edilmiş mallar aşağıdakılar hesab olunur:... c)həmin ölkədə doğulmuş və yetişdirilmiş canlı heyvanlar; 2.4. Malın istehsalında Sazişin iştirakçısı olan dövlətlərdən əlavə üçüncü ölkələr iştirak etdiyi halda, malın mənşə ölkəsi kifayət qədər emal/təkrar emal meyarı əsasında müəyyən olunur. Bölmə 3. Malın kifayət qədər emalı/təkrar elmalı meyarına cavab verməyən əməliyyatlar 3.1. Malın kifayət qədər emalı/təkrar emalı meyarına cavab verməyən əməliyyatlar aşağıdakılardır:... q) heyvanların kəsilməsi, ətin doğranılması (çeşidləmə); Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Gürcüstan Respublikasından idxal edilmiş "Dondurulmuş, emal olunmuş toyuq filesi (toyuq döş əti), sümüksüz və dərisiz” məhsulunun gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə təqdim olunmuş ##.##.2026-cı il tarixli, 01261000342854 sorğu nömrəli gömrük bəyannaməsinin təsdiqindən imtina edilmişdir. Ərizəçi tərəfindən məhkəməyə müraciət edilərək, sözügedən imtinanın qanunazidd olub-olmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə minənədək ##.##.2026-cı il tarixli, ************** nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə qeyd edilən malların buraxılışı öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş olunmuşdur. İPM-in: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinin hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - MXMT) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3-cü maddəsinə əsasən, MXMT qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər; 41.1 maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır; 41.2 maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ərizəçinin vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2- ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 41.3 maddəsinə əsasən, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər; 41.4 maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır; 41.5 maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (ərizəçinin) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından da görünür ki, MXMT tətbiq edilməsi əsaslarından biri iddianın uğurluluq ehtimalıdır. İşin hazırki materiallarına baxıldıqda ərizəçi tərəfin əsas iddiası ilə bağlı əsaslı sübutlar təqdim etmədiyi üçün iddianın uğurlu olması ehtimalı görünmür. Məhz bu səbəbdən iddianın uğurluluğu şübhə altında olduğundan ərizənin əsaslandırılmadığı da nəzərə alınaraq ərizə təmin edilməməlidir. İddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə MXMT barədə ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, MXMT tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, hər iki tərəfin maraqları baxımından qiymətləndirmə aparıldıqda hazırkı halda MXMT tətbiq edilməsinə münasibətdə ərizənin əsaslı olmadığı müəyyən olunur. MXMT barədə verilmiş ərizələrə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli ## ### 2017-ci il tarixli İcmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən MXMT barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin MXMT tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Ali Məhkəmə Plenumunun ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarına əsasən: 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi MXMT tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.” Beləliklə, Plenumun ** nömrəli Qərarına edilmiş dəyişiklikdən də göründüyü kimi hazırkı növ iddialara baxılarkən verilmiş MXMT barədə ərizələr üzrə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1-ilkin təcili tənzimləmənin zəruri olması 2- iddianın böyük ehtimalla uğurlu olması Yuxarıda qeyd edilən uyğunsuzluq bildirişi adlı məktub və görüş protokolundan çıxarışdan da görünür ki, malların tez xarab olan məhsullar kateqoriyasına aid olması nəzərə alınaraq, gömrük orqanı tərəfindən tələb olunan sənəd və məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsi diqqətə çatdırılmışdır. Həmçinin, barəsində araşdırma gedən həmin yüklərin əlavə xərclərə səbəb olmaması məqsədilə təminat təqdim edilməklə malların sərbəst dövriyyəyə buraxılması ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrəli məktubla Ərizəçi MMC-yə təklif edilmişdir. Ərizəçi Ərizəçi MMC tərəfindən Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun qaydada təminat üsulu seçilməklə malların sərbəst dövriyyəyə buraxılması məqsədilə yazılı müraciət ünvanlandığı halda məsələ müsbət istiqamətdə öz həllini tapacaq. Həmçinin, ərizəçinin gömrük orqanına təminat üsulu seçilməklə malların buraxılması məqsədilə yazılı müraciəti ünvanlandığı halda malların sərbəst dövriyyəyə buraxılacağına dair gömrük orqanının məktubla yazılı şəkildə açıq mövqeyi də ilkin təcili tənzimləmə zərurətinin olmadığını açıq şəkildə sübuta yetirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- ***/**** saylı, ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İlkin məhkəmə araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı üçün məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda MXMT tətbiqi üçün əsas görmür. Lakin işə baxılarkən bunun üçün müvafiq əsaslar olduğu təqdirdə şəraitin dəyişməsi ilə bağlı sübutlara yenidən qiymət verilə bilər”. Plenumun ** nömrəli Qərarından da göründüyü kimi hazırkı növ iddialara baxılarkən verilmiş MXMT barədə ərizələr üzrə iddianın ilk baxışda müəyyən edilməli olan adi yox, böyük ehtimalla uğurluluğu və ziddiyyətli maraqların qiymətləndirilməsi məsələsinə aydınlıq gətirilmişdir ki, hazırkı iş üzrə ekspertiza və digər aidiyyəti sübutlar mövcud olmadan, təqdim edilən hazırkı sənədlər üzrə iddianın böyük ehtimalla uğurluluğun aydın olmasından söhbət gedə bilməz. Həmçinin, cəmiyyət və dövlət maraqlarının qiymətləndirilməsinin hazırkı növ ərizələrə münasibətdə aparılmasının zəruriliyi də yuxarıda əsaslandırılmışdır ki, fərdi maraqdan dövlət və cəmiyyət marağının üstün olması əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Aydın Babayev) Ərizəçi MMC tərəfindən verilmiş MXMT barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və MXMT ərizənin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi gömrük orqanına Sertifikatı təqdim etmiş, cavabdeh isə həmin sənədin həqiqətə uyğun olmadığını sübuta yetirmədən, onun mötəbərliyini təsdiq edən əlavə sənədləri məhz ərizəçidən tələb etmişdir. Bu isə İİQ-nin 19.1-ci maddəsində nəzərdə tutulmuş birbaşa qadağanın pozulması deməkdir. Sertifikatın mötəbərliyinə əsaslı şübhə yaranmışdırsa, cavabdeh onu müstəqil şəkildə və öz hesabına, o cümlədən Sertifikatı vermiş xarici səlahiyyətli orqana sorğu ünvanlamaqla yoxlamalı idi. cavabdeh isə belə yoxlama aparılmamış, sübut yükü tamamilə ərizəçinin üzərinə keçirilmişdir. Gömrük Məcəlləsinin (bundan sonra – “GM”) 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən həmin Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. GM-in 163.1-ci maddəsinə əsasən isə gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. AR ilə Gürcüstan arasında“Sərbəst ticarət haqqında” Saziş ##.##.1996-cı il tarixdə imzalanmış, ##.##.1996-cı il tarixli *** nömrəli Sərəncamla təsdiq edilməklə qüvvədədir. Həmin Sazişə əsasən bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən, eyni ölkə mənşəli mallara Sertifikat təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir. Bəyannamənin təsdiq edilməməsinin yeganə səbəbi kimi Sertifikatın mötəbərliyini təsdiq edə bilən sənədlərin çatışmazlığı göstərildiyindən və həmin tələb yuxarıda əsaslandırıldığı kimi qanunsuz olduğundan, Sertifikat idxal gömrük rüsumundan azadolmaya əsas verdiyindən, digər gömrük ödənişləri isə tam ödənildiyindən Bəyannamənin təsdiqi gömrük borcu yaratmır. Deməli,GM-in 162.1 və 163.1-ci maddələri ilə müəyyən edilmiş şərtlər yerinə yetirilmiş, cavabdehin Bəyannaməni təsdiq etməkdən və Malları buraxmaqdan imtina etməsi üçün isə hüquqi əsas mövcud olmamışdır. Göstərilən faktiki və hüquqi hallar iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməyə kifayət qədər əsas verir. Plenumun ** nömrəli Qərarının 11.18-ci bəndinə görə böyük ehtimal işin faktiki və hüquqi hallarının ilkin qiymətləndirilməsi nəticəsində ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış gümanın yaranması deməkdir. Yuxarıda göstərilən hallar məhz belə bir gümanın yaranması üçün kifayət edir. Hazırkı iş üzrə mövcud vəziyyətin dəyişməməsi zamanı risk konkret və real xarakter daşıyır. Mallar dondurulmuş heyvan mənşəli ərzaq məhsulu olmaqla məhdud yararlılıq müddətinə malikdir və fasiləsiz temperatur rejiminin gözlənilməsini tələb edir. Malların gömrük nəzarəti altında uzun müddət saxlanılması onların keyfiyyətinin aşağı düşməsinə, yararlılıq müddətinin tükənməsinə və istehlak üçün yararsız hala düşməsinə səbəb ola bilər. Belə hal baş verdikdə, iddia təmin edilib Bəyannamə təsdiq olunsa belə, ərizəçinin əvvəlki hüquqi və faktiki vəziyyətinin bərpası mümkün olmayacaq və ya xeyli dərəcədə çətinləşəcəkdir. Diqqətəlayiq haldır ki, bu risk cavabdehin özü tərəfindən sənədləşdirilmişdir. Həm ##.##.2026-cı il tarixli *- **-****/*-******/**** nömrəli uyğunsuzluq bildirişində, həm ##.##.2026-cı il tarixli görüş protokolunda, həm də Məktubda Malların “tez xarab olan məhsullar kateqoriyasına aid olması” və məsələnin operativ qaydada həlli zərurəti xüsusi vurğulanmışdır. Deməli, ilkin təcili tənzimləmənin zəruriliyi tərəflər arasında mübahisəli deyil, əksinə, cavabdehin öz yazılı mövqeyi ilə təsdiq olunur. Cavabdehin təminat təqdim edildiyi halda məsələnin müsbət həll olunacağına dair mövqeyi təcililiyi aradan qaldırmır. 1-cisi, həmin mövqe Malların dərhal buraxılışını deyil, ərizəçinin üzərinə əlavə maliyyə yükü qoyan və vaxt tələb edən yeni prosedurun başlanmasını nəzərdə tutur. 2-cisi, təcililik şərti mövcud vəziyyətin dəyişməsi riski ilə bağlıdır və bu risk Malların fiziki xüsusiyyətlərindən irəli gəlir, inzibati orqanın gələcək davranışına dair vədlə aradan qaldırıla bilməz. Bundan əlavə, Malların saxlanılması ilə bağlı xərclər hər gün artmaqda davam edir və müəyyən müddətdən sonra Malların dəyərini üstələyə bilər. Eyni zamanda, GMin 124.1-ci maddəsinə uyğun olaraq Mallar müvəqqəti saxlanc altında yerləşdirilmiş hesab edildiyindən həmin prosedur altında yerləşdirmə müddəti (GM-in 124-3.1-ci maddəsinə əsasən bu müddət 4 aydan təşkil edir) tükəndikdə, MallarınGM-in 327.1-ci maddəsinə uyğun olaraq dövlət mülkiyyətinə keçirilməsi təhlükəsi mövcuddur ki, bu da mövcud vəziyyətin geri dönməz şəkildə dəyişməsi deməkdir. ərizəçinin sahibkarlıq fəaliyyəti idxal edilmiş ərzaq məhsullarının daxili bazarda təchizatı ilə bağlı olduğundan, Malların buraxılmaması onun kontragentlər qarşısında müqavilə öhdəliklərinin icra edilməməsinə, cərimə və dəbbə pullarının ödənilməsinə, satış şəbəkəsinin və işgüzar nüfuzunun itirilməsinə səbəb olur. Bu itkilər keçmişə şamil edilməklə bərpa oluna bilməz. Qeyd edilən faktiki hallar ilkin təcili tənzimləmənin zəruri olmasından xəbər verir ki, bu da MXMT barədə qərardadın qəbul edilməsi üçün müstəqil əsas sayılır. Bu baxımdan Qərardadın ilkin təcili tənzimləməyə əsas verən hal olmaması barədə dəlili əsassızdır. İddianın uğurluluq ehtimalı aydın olmasa belə, ziddiyyətli maraqların qiymətləndirilməsi Ərizənin təmin edilməsini şərtləndirir (Plenumun ** nömrəli Qərarının 11.30–11.34-cü bəndləri). Belə ki, Bəyannamənin təsdiq edilməsi və Malların buraxılması cavabdeh üçün bərpası mümkün olmayan nəticə yaratmır. Bəyannamə üzrə hesablanmış gömrük borcu artıq tam ödənilmişdir, buraxılışdan sonra da cavabdeh gömrük auditi və gömrük nəzarətinin digər formalarını həyata keçirmək imkanını saxlayır. Üstəlik, GM-in 249.1 və 249.2ci maddələri gömrük orqanına ödənilməmiş gömrük borcunu qanunla müəyyən edilmiş müddətdə məcburi tutmaq, eləcə də gömrük bəyannaməsindəki səhvin gömrük borcunun az hesablanmasına səbəb olduğu sonradan aşkar edildikdə müvafiq məbləği ödəyicidən almaq imkanı verir. cavabdehin mümkün fiskal marağı sonradan pul tələbi vasitəsilə təmin edilə bilən və bərpa olunan xarakter daşıyır. Əksinə, tədbir görülmədikdə ərizəçiyə bərpası mümkün olmayan zərər dəyir, ərzaq məhsullarının bazara çıxarılmaması isə ictimai maraqlara da toxunur. Bu səbəbdən ziddiyyətli maraqların qiymətləndirilməsi ərizəçinin xeyrinə aparılmalıdır. Yuxarıda qeyd edilənlərlə yanaşı, vurğulanmalıdır ki, GM-in 250.2-ci maddəsinə əsasən gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdir. GM-in 251.4-cü maddəsinə əsasən […] bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, bu Məcəllənin 221.1-ci və 251.2-ci maddələrinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir. Göründüyü kimi, qeyd edilən maddələr təminat verilməsinin tələb edilməsini nəzərdə tutur. İzah isə tələbdən fərqli anlayışdır: izah ünvanlandığı şəxs üçün öhdəlik yaratmır, tələb isə səlahiyyətli orqanın birtərəfli hakimiyyət aktı olmaqla ünvanlandığı şəxs üçün hüquqi nəticə doğurur. Hazırkı halda cavabdeh GM-in 250.2-ci maddəsi ilə ona verilmiş səlahiyyətdən istifadə etməmiş, ərizəçidən mübahisəli əlavə gömrük borcuna görə təminat verilməsini tələb etməmiş, yalnız belə bir hüquqi imkanın olmasını ##.##.2026-cı il tarixli *-**-****/*-******/**** nömrəli məktubla izah etmişdir. Bu, cavabdehin etirazında etiraf edilmişdir: Məktubda təminat təqdim edilməklə Malların buraxılması tələb edilmir, yalnız belə bir hüquqi yolun olması izah edilir. Beləliklə, inzibati orqanın özünün istifadə etmədiyi təminat mexanizminin müvəqqəti məhkəmə müdafiəsinin həyata keçirilməsinin əlavə şərtinə çevrilməsi üçün konkret və əsaslandırılmış zərurət mövcud olmalıdır. Cavabdeh belə zərurəti nə Məktubda, nə də Etirazda əsaslandırmamışdır. ərizəçinin təminat təqdim etməməsi isə cavabdehin fiskal maraqlarının müdafiəsiz qalmasına səbəb olmur, çünki bu maraq yuxarıda göstərildiyi kimi GM-in 249.1 və 249.2-ci maddələri ilə təmin olunur. Cavabdeh inzibati icraat zamanı təminat verilməsini Malların buraxılışının məcburi şərti kimi müəyyən etməmişdirsə, sonradan məhkəmə icraatında həmin təminatın verilməməsinə ərizəçinin əleyhinə hüquqi nəticə bağlaya bilməz. Əks yanaşma inzibati orqanın əvvəlki davranışı ilə ziddiyyət təşkil edən sonrakı mövqeyinə hüquqi üstünlük verilməsi (venire contra factum proprium) nəticəsinə gətirər. cavabdeh təminat tələb etsəydi belə, Bəyannamənin təsdiq edilməsinə və Malların buraxılışına dair MXMT təminatdan asılı ola bilməzdi. Çünki təminat gömrük borcunun ödənilməsini əvəz edir (GM, 163-cü maddə). GM-in 163.1-ci maddəsində malların buraxılışı ya gömrük borcunu təşkil edən ödənişlərin ödənilməsi, ya da həmin borca görə təminat verilməsi şərti ilə mümkün sayılır. Deməli, təminat gömrük borcunun mövcudluğunu ehtimal edir və onun ödənilməsini əvəz edir. GM-in müddəalarından malların idxalı prosedurunun hüquqi ardıcıllığı aydın olur: (i) gömrük bəyannaməsinin verilməsi; (ii) bəyannamənin gömrük orqanı tərəfindən təsdiq edilməsi; (iii) təsdiq nəticəsində yaranmış gömrük borcunun ödənilməsi və ya həmin borca görə təminat verilməsi; (iv) malların buraxılışı. Bu ardıcıllıq birbaşa qanunda təsbit edilmişdir. GM-in 238.2-ci maddəsinə əsasən gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. GM-in 243.1-ci maddəsinə görə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Nəhayət, GMin 163.1-ci maddəsi buraxılışı məhz təsdiqin yaratdığı gömrük borcunun ödənilməsi və ya bu borca görə təminat verilməsi ilə, 162.1-ci maddəsi isə buraxılışı 163-cü maddə ilə müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi ilə şərtləndirir. Deməli, təminat yalnız təsdiq edilmiş bəyannamə üzrə yaranmış gömrük borcuna münasibətdə mümkündür. Bəyannamə təsdiq edilmədiyi halda isə GM-in 238.2-ci maddəsinin mənasına görə gömrük borcu hələ yaranmamışdır. Yaranmamış borcun ödənilməsinin “təmin edilməsi” isə hüquqi cəhətdən mümkün deyil, çünki təminatın predmeti (təmin ediləcək öhdəlik) mövcud olmur. GM-in 250.2-ci maddəsində qeyd olunan “gələcəkdə yarana biləcək gömrük borcları” ifadəsi də bu nəticəni dəyişmir: həmin norma gömrük borcunun yaranma qaydasını müəyyən edən 238.2-ci maddəni əvəz etmir, yalnız artıq bəyan edilmiş və təsdiq ediləcək əməliyyat üzrə borcun təminatına imkan yaradır. Buna görə də cavabdehin Bəyannaməni təsdiq etməkdən imtina etməklə eyni vaxtda təminat verilməsini gözləməsiGM-in tələblərinə uyğun deyil. Belə yanaşma qanunla müəyyən edilmiş ardıcıllığı tərsinə çevirir: təsdiqdən doğan nəticə (təminat) təsdiqin özündən əvvələ keçirilir və faktiki olaraq ərizəçidən mövcud olmayan borcun ödənilməsinin təmin edilməsi tələb olunur. Yəni cavabdehin Məktubla göstərdiyi yol da məhz Bəyannamənin təsdiqindən keçir. Halbuki, cavabdeh məhz bu hərəkəti etməkdən imtina edir. Bu isə cavabdehin mövqeyinin daxilən ziddiyyətli olduğunu göstərir. Buradan aydın olur ki, gömrük borcu mübahisə edilmədikdə, yəni bəyannamə təsdiq olunmaqla borc yarandıqda və borclu onun mövcudluğu ilə razılaşdıqda, təminat verilməsi yolu ilə malların buraxılışı həyata keçirilə bilər. Belə halda təminat borcun ödənilməsinin qanuni alternativ formasıdır. Hazırkı iş üzrə isə vəziyyət fərqlidir. Cavabdehin Sertifikat nəzərə alınmadan hesablanmasını nəzərdə tutduğu əlavə gömrük borcu (idxal gömrük rüsumu) mübahisələndirilir. Ərizəçi belə əlavə gömrük borcunun mövcudluğunu qəbul etmir və təqdim etdiyi Sertifikata əsasən tarif güzəştindən istifadə etmək hüququna malik olduğunu bildirir. İddianın predmeti də məhz həmin borc olmadan Malların buraxılışıdır. Nəzərə alınmalıdır ki, qanunverici Bəyannamənin təsdiqi ilə Malların buraxılışını fərqli hüquqi mərhələlər kimi müəyyən etmiş,GM-in 163.1-ci maddəsində isə bəyannamənin təsdiq edilməsinin deyil, onun təsdiqi nəticəsində yaranmış gömrük borcu mövcud olduqda malların buraxılmasının şərtlərini tənzimləmişdir. Ərizəçinin təqdim etdiyi Bəyannamə üzrə hesablanmış gömrük borcu isə artıq tam ödənilmişdir və mübahisə həmin borca deyil, Sertifikatın tarif güzəştinin tətbiqi üçün hüquqi əsas təşkil edib-etməməsinə aiddir. Odur ki, Bəyannamənin təsdiq edilməsini və Malların buraxılışını nəzərdə tutan MXMT təminat tədbirindən asılı ola bilməz. Əks yanaşma mübahisənin mahiyyətini — əlavə gömrük borcunun mövcud olub-olmamasını — ilkin mərhələdə cavabdehin xeyrinə həll etmək və ərizəçini qəbul etmədiyi borca görə ödəniş etməyə vadar etmək demək olardı. Bu baxımdan Qərardadın həmin dəlili əsassızdır. Nəhayət, təminat tətbiq etməklə MXMT tətbiqi mütənasiblik prinsipi ilə də uzlaşmır. Plenumun ** nömrəli Qərarının 6.10-cu bəndinə əsasən MXMT tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri nəzərə alınmalıdır. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, zərurilik meyarına əsasən qarşıya qoyulan məqsədə nail olmaq üçün uyğun olan 2 hüquqi vasitədən daha az məhdudlaşdırıcı olanı seçilməlidir. Təminat tədbiri tətbiq etmədən Malların buraxılışına dair MXMT tətbiqi mümkün olduğu halda, tam məbləğdə təminatın MXMT-nin şərti kimi müəyyən edilməsi daha çox məhdudlaşdırıcı vasitənin seçilməsi deməkdir və zərurilik meyarına cavab vermir. Cavabdehin fiskal marağının qorunması legitim məqsəd sayılsa da, belə şərt yalnız o halda əsaslandırıla bilərdi ki, bu vasitəyə daha az məhdudlaşdırıcı alternativ olmasın. Beləliklə, ərizəçinin Bəyannamə üzrə hesablanmış gömrük borcunu tam ödəməsi, cavabdehin mübahisəli əlavə gömrük borcuna görə təminat tələb etməməsi, onun mümkün fiskal tələbinin sonradan qanunvericilikdə nəzərdə tutulmuş vasitələrlə təmin edilməsinin mümkün olması, eləcə də Malların saxlanılmasının davam etməsinin ərizəçi üçün geri dönməz nəticələr yaratması birlikdə qiymətləndirildikdə, MXMT-nin hər hansı əlavə təminat tələb edilmədən tətbiq edilməsi əsaslı və mütənasibdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin MXMT tətbiqindən imtina barədə qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi müvəqqəti müdafiə ərizəsində gələcək əsas iddia üzrə irəli sürülməsi nəzərdə tutulan tələblə eyni hüquqi nəticəni – bəyannamənin “210 – Azad ticarət” preferensiyası tətbiq edilməklə təsdiqini və malların qeyd-şərtsiz buraxılmasını tələb edir. Dondurulmuş ərzaq məhsulları sərbəst dövriyyəyə buraxılaraq realizə edildikdən sonra ayrı-ayrı alıcılara paylanacaq və istehlak ediləcəkdir. Nəticədə konkret mal partiyasının gömrük nəzarəti məqsədilə eyniləşdirilməsi, geri qaytarılması və əvvəlki faktiki vəziyyətin bərpası mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Bu nəticə müvəqqəti deyil və sonradan geri çevrilə bilməz. Plenumun ** nömrəli Qərarının 6.11-ci bəndinə görə iddianın mahiyyəti ilə eyni, yekun hüquqi vəziyyət yaradan qərar qəbul edilə bilməz. Tələb bu qadağaya birbaşa toxunur. Malın tez xarab olan məhsullar kateqoriyasına aid olması tərəflər arasında mübahisə doğurmur. Bununla belə bu hal özlüyündə ərizəçinin tələb etdiyi MXMT tətbiqini zəruri etmir. Təcililik şərti qiymətləndirilərkən yalnız müəyyən müdafiə tədbirinin ümumi faydalılığı deyil, məhz ərizəçinin seçdiyi tədbirin mövcud vəziyyətdə zəruri və alternativsiz olub-olmadığı müəyyən edilməlidir. Cavabdehin # ######## 2026-cı il tarixli məktubu ilə ərizəçiyə mübahisəli əlavə gömrük borcunun ödənilməsinə təminat təqdim etməklə malların buraxılmasına nail olmaq imkanının mövcudluğu izah edilmişdir. Ərizəçi isə qanunvericilikdə nəzərdə tutulmuş bu vasitədən istifadə etməmiş, təminat üsulunu seçərək müvafiq yazılı müraciətlə gömrük orqanına müraciət etməmişdir. Beləliklə, malların gömrük nəzarəti altında saxlanılmasının davam etməsi yalnız cavabdehin hərəkətləri ilə əlaqələndirilə bilməz. Mövcud vəziyyətin davam etməsinə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş və ona yazılı şəkildə bildirilmiş təminatlı buraxılış imkanından istifadə etməməsi də səbəb olmuşdur. Ərizəçinin öz iradəsindən asılı olaraq və qanunda nəzərdə tutulmuş vasitə ilə qarşısını ala biləcəyi nəticələr ilkin təcili tənzimləmənin alternativsiz zərurəti kimi qiymətləndirilə bilməz. Belə şəraitdə malların heç bir təminat təqdim edilmədən buraxılması barədə müvəqqəti tədbirin tətbiqi dövlətin mümkün gömrük borcunun ödənilməsinə dair fiskal marağını və malların mənşəyinin yoxlanılması ilə bağlı gömrük nəzarəti məqsədlərini əsassız şəkildə aradan qaldırar, habelə ziddiyyətli maraqlar arasında qorunmalı olan hüquqi tarazlığı pozar. 2010-cu il ## #### tarixli **** nömrəli Sərəncamla təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 5.1-ci bəndinə əsasən, sərbəst ticarət rejiminin tətbiqi yalnız CT-1 formalı mənşə sertifikatının təqdim edilməsindən asılı deyildir. Həmin rejimin tətbiqi üçün göstərilən şərtlər məcmu şəkildə yerinə yetirilməlidir. Mal Saziş iştirakçısı olan dövlətlərin rezidentləri arasında bağlanmış müqavilə əsasında ixrac və idxal edilməli, daşınma zamanı müəyyən edilmiş birbaşa hərəkət şərtinə əməl olunmalı, Qaydalarda nəzərdə tutulan mənşə meyarlarına cavab verməli və onun mənşəyi Qaydaların 6cı bölməsinə uyğun sənədlə təsdiq edilməlidir. Deməli, CT-1 formalı sertifikatın təqdim edilməsi sərbəst ticarət rejiminin tətbiqi üçün zəruri şərtlərdən biri olsa da, həmin rejimin tətbiqinə özlüyündə kifayət edən və digər şərtlərin yoxlanılmasını istisna edən hüquqi əsas deyildir. Qaydaların 7.4-cü bəndinə görə CT-1 formalı sertifikatın 9-cu qrafasında malın mənşəyinin müəyyən edilməsinə əsas verən meyar göstərilməlidir: mal tamamilə müvafiq dövlətdə istehsal edildikdə “P”, kifayət qədər emala və ya təkrar emala məruz qaldıqda “D” hərfi ilə birlikdə son məhsulun XİF MN üzrə dördrəqəmli mal mövqeyi, mənşə kumulyativ prinsip əsasında müəyyən edildikdə isə “K” işarəsi qeyd olunmalıdır. Kumulyativ prinsip Saziş iştirakçısı olan dövlətlərin mənşəli materiallarından ardıcıl istehsal və ya emal prosesində istifadə edildikdə, son məhsulun mənşəyinin son emal əməliyyatının aparıldığı iştirakçı dövlət üzrə müəyyən edilməsinə imkan verən mənşə qaydasıdır. Bu prinsipin tətbiqi üçün istifadə edilmiş materialların iştirakçı dövlət mənşəli olması müvafiq CT1 sertifikatları ilə təsdiq edilməlidir. Mübahisəli sertifikatın 9-cu qrafasında mənşə meyarının göstərilməməsi təqdim edilmiş sənəd əsasında malın Gürcüstanda tam istehsal edildiyini, kifayət qədər emala və ya təkrar emala məruz qaldığını, yaxud kumulyativ prinsip əsasında Gürcüstan mənşə statusu aldığını müəyyən etməyə imkan vermir. Buna görə sertifikatdakı həmin çatışmazlıq sadəcə texniki və ya əhəmiyyətsiz formal qüsur kimi qiymətləndirilə bilməz. Bu məlumat malın preferensial mənşəyinin hüquqi əsasını və ona sərbəst ticarət rejiminin tətbiqinin mümkünlüyünü müəyyən edən məcburi rekvizitdir. Qaydaların 10.1-ci bəndinə əsasən malın mənşəyi haqqında düzgün tərtib edilmiş sertifikatın və ya malın mənşəyi barədə məlumatların təqdim edilməməsi, Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericilikləri ilə nəzərdə tutulan hallar istisna edilməklə, malın gömrük orqanları tərəfindən saxlanılmasına əsas verilir. Qaydaların 5.3-cü bəndinə əsasən, mənşəyi müəyyən edilməmiş və ya mənşəyi müəyyən edilsə də, sərbəst ticarət rejiminin tətbiqi üçün zəruri sənədləri təqdim olunmamış mallar idxal ölkəsinin tarif və qeyri-tarif tənzimlənməsi tələblərinə uyğun qaydada buraxılır. Qaydaların 5.4- cü bəndi isə belə mallara dair gömrük bəyannaməsinin qeydiyyata alındığı tarixdən etibarən 12 ay ərzində lazımi mənşə sənədləri təqdim edildikdə sərbəst ticarət rejiminin sonradan tətbiqinə və ya bərpasına imkan verir. Beləliklə, mənşə sənədlərinin yetərli olmaması malın Azərbaycan Respublikasına idxalının qadağan edilməsi demək deyildir. Bu halda mal ümumi tarif rejimi tətbiq olunmaqla rəsmiləşdirilə bilər. Malın preferensial mənşəyi sonradan lazımi qaydada təsdiq edildikdə isə sərbəst ticarət rejimi müəyyən edilmiş 12 aylıq müddət daxilində bərpa oluna bilər. Buna görə cavabdehin mövqeyi malların idxalına mane olmaq deyil, hüquqi əsasları tam təsdiqlənməmiş tarif preferensiyasını yoxlama başa çatmamış tətbiq etməməkdir. Bu yanaşma sərbəst ticarət rejiminin tətbiqini tam istisna etmir, yalnız onun tətbiqini mənşə şərtlərinin müvafiq sənədlərlə təsdiq olunması ilə əlaqələndirir. Qüvvədə olan ## ###### 2009-cu il Sazişinə əlavə edilmiş Qaydaların * nömrəli Qoşmasında XİF MN-in 0207 mal mövqeyi üzrə xüsusi mənşə meyarı müəyyən edilmişdir. Həmin meyara əsasən, 0207 mövqeyində təsnif edilən məhsula mənşə statusunun verilməsi üçün məhsul “0207 mal mövqeyindən başqa istənilən mal mövqeyinə aid materiallardan” hazırlanmalıdır. Buna görə konkret mal partiyasının Gürcüstan mənşəli hesab edilib-edilməməsi məhsulun istehsalında istifadə olunmuş ilkin materialın mənşəyindən, XİF MN üzrə təsnifatından və Gürcüstan ərazisində faktiki həyata keçirilmiş istehsal və emal əməliyyatlarının xarakterindən asılıdır. Əgər istehsalda istifadə edilmiş xarici mənşəli ilkin material artıq 0207 mövqeyində təsnif edilən bütöv quş əti, karkas, döş əti və ya digər quş əti məhsulu olmuş, Gürcüstanda isə həmin material yalnız sümükdən ayrılma, doğranma, çeşidlənmə, qablaşdırılma və dondurulma əməliyyatlarına məruz qalmışdırsa, 0207 mövqeyi üçün müəyyən edilmiş xüsusi mənşə meyarı yerinə yetirilmiş hesab oluna bilməz. Çünki belə halda ilkin material və son məhsul eyni 0207 mal mövqeyində qalır. İlkin materialın 0105 mövqeyində təsnif edilən xarici mənşəli canlı quş olması halında da yalnız mal mövqeyinin 0105-dən 0207-yə dəyişməsi avtomatik olaraq Gürcüstan mənşə statusu yaratmır. Qaydaların 3.1-ci bəndində heyvanların kəsilməsi, ətin doğranması və çeşidlənməsi kifayət qədər emal və ya təkrar emal meyarına cavab verməyən əməliyyatlar sırasına daxil edilmişdir. Qaydaların 3.2-ci bəndinə görə isə mənşə meyarı yalnız həmin sadə əməliyyatların həyata keçirilməsi nəticəsində formal olaraq yerinə yetirilmişdirsə, mal bu əməliyyatların aparıldığı ölkə mənşəli hesab edilmir. Buna görə xarici mənşəli canlı quşların Gürcüstanda yalnız kəsilməsi, hissələrə ayrılması və çeşidlənməsi məhsula avtomatik Gürcüstan mənşə statusu vermir. Məhsul yalnız quşların Gürcüstanda doğulub yetişdirildiyi və konkret mal partiyasının həmin quşlardan istehsal olunduğu sənədlərlə təsdiq edildikdə tamamilə Gürcüstanda istehsal edilmiş mal kimi qiymətləndirilə bilər. Xarici mənşəli canlı quşlardan istifadə edildiyi halda isə kəsmə, doğrama və çeşidləmə ilə məhdudlaşmayan, məhsula xarakterik xüsusiyyətlər verən əlavə istehsal və ya texnoloji əməliyyatların aparılması ayrıca sübut edilməlidir. Təqdim edilmiş ## ######## 2026-cı il tarixli **** nömrəli ekspertiza aktında ilkin materialın mənşə ölkəsi və XİF MN üzrə mal mövqeyi, habelə konkret partiya üzrə həyata keçirilmiş istehsal və texnoloji əməliyyatların tam ardıcıllığı göstərilməmişdir. Buna görə həmin akt mübahisəli məhsulun 0207 mövqeyi üzrə müəyyən edilmiş xüsusi mənşə meyarına cavab verdiyini birmənalı şəkildə təsdiq etmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası təqdim olunan sənədin və ya dəlilin həqiqətə uyğunluğunun həmin şəxsdən əlavə sənədlərlə təkrar təsdiq etdirilməsini qadağan edir. Lakin bu norma təqdim olunmuş sənədin qanunvericiliklə müəyyən edilmiş məcburi məzmuna malik olub-olmadığının yoxlanılmasını, həmin sənədin tələb olunan hüquqi nəticəni doğurmaq üçün yetərli olubolmadığının qiymətləndirilməsini və sənəddə ümumiyyətlə əks olunmayan əhəmiyyətli faktların araşdırılmasını istisna etmir. Hazırkı halda cavabdehin iradı CT-1 formalı sertifikatdakı imzanın, möhürün və ya sertifikat blankının həqiqiliyinin idxalatçı tərəfindən əlavə sənədlərlə təkrar təsdiq edilməsinə yönəlməyib. Mübahisə sertifikatın məzmununun preferensial mənşənin müəyyən edilməsi üçün kifayət edibetməməsi ilə bağlıdır. Sertifikatın 9-cu qrafasında Qaydaların 7.4-cü bəndi ilə göstərilməsi məcburi olan mənşə meyarı qeyd edilməyib. Təqdim edilmiş ekspertiza aktında isə ilkin xammalın mənşə ölkəsi və XİF MN üzrə mal mövqeyi, habelə konkret mal partiyası üzrə həyata keçirilmiş istehsal və emal əməliyyatlarının ardıcıllığı göstərilməyib. Buna görə cavabdeh mövcud sənədlərin həqiqiliyinin yenidən sübut edilməsini deyil, həmin sənədlərdə ümumiyyətlə əks olunmayan və sərbəst ticarət rejiminin tətbiqi üçün hüquqi əhəmiyyət daşıyan faktların müəyyən edilməsini zəruri hesab edib. Mötəbərlik prezumpsiyası sənəddə göstərilən məlumatlara şamil olunsa da, sənəddə olmayan məlumatların mövcudluğunu ehtimal etməyə, boş saxlanılmış məcburi rekviziti doldurulmuş hesab etməyə və ya sübuta yetirilməmiş maddi şərtləri müəyyən edilmiş fakt kimi qəbul etməyə əsas vermir. “İnzibati icraat haqqında” Qanunun 24.1–24.4-cü maddələri inzibati orqanın üzərinə işin düzgün həlli üçün əhəmiyyət daşıyan halları hərtərəfli, tam və obyektiv araşdırmaq, araşdırmanın üsul və həcmini müəyyən etmək, təqdim edilmiş sübutlar kifayət etmədikdə isə öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq vəzifəsi qoyur. Gömrük Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən gömrük orqanı gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş sənədlərin yalnız mövcudluğunu deyil, həmçinin onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verib-vermədiyini yoxlamalıdır. Eyni zamanda, ## ###### 2009-cu il Sazişi ilə təsdiq edilmiş Qaydaların 6.7-ci bəndi CT-1 formalı sertifikatın və ya onda göstərilən məlumatların qüsursuzluğu barədə şübhə yarandıqda idxal ölkəsinin gömrük orqanına sertifikatı təsdiq etmiş səlahiyyətli orqana və ya malın mənşə ölkəsinin səlahiyyətli orqanına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə əsaslandırılmış sorğu ilə müraciət etmək imkanı verir. Qeyd olunan normalar əlaqəli şəkildə tətbiq edildikdə belə nəticəyə gəlinir ki, gömrük orqanı təqdim edilmiş sənədləri formal olaraq qəbul etməklə kifayətlənməməli, onların tarif preferensiyasının tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu və yetərliliyini də yoxlamalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi məcburi rekviziti göstərilməyən sertifikata həmin rekvizitin mövcudluğu barədə hüquqi ehtimal qazandırmır və natamam sənəd əsasında preferensiyanın qeyd-şərtsiz tətbiqini tələb etmir. Apellyasiya şikayətində təminatın yalnız artıq yaranmış və mövcudluğu mübahisələndirilməyən gömrük borcuna münasibətdə verilə biləcəyi bildirilir. Gömrük Məcəlləsinin 250.2-ci maddəsi gömrük orqanına həm mövcud, həm də gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə borclu və ya borclu ola biləcək şəxsdən Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminat növlərindən birinin verilməsini tələb etmək hüququ verir. Buna görə təminatın tətbiqi üçün gömrük borcunun əvvəlcədən yaranması və onun məbləğinin tərəflər arasında mübahisəsiz olması məcburi şərt deyil. Gömrük Məcəlləsinin 251.4-cü maddəsi hazırkı mübahisəyə daha konkret şəkildə aydınlıq gətirir. Həmin maddəyə əsasən, bəyannaməçinin müraciəti ilə malların buraxılması üçün tələb olunan təminatın məbləği bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanının bildirişində göstərilən düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək məbləği həddində müəyyən edilir. Göründüyü kimi, qanunverici təminat mexanizmini məhz bəyannamədə göstərilmiş gömrük ödənişləri ilə gömrük orqanının yoxlaması nəticəsində yarana biləcək əlavə ödənişlər arasında fərq mövcud olduğu hallara da şamil edib. Bu mexanizmin məqsədi mübahisə həll edilənədək malların buraxılmasına imkan yaratmaqla yanaşı, əlavə gömrük borcunun sonradan ödənilməməsi riskindən dövlətin fiskal maraqlarını qorumaqdır. Ərizəçi tərəfindən 17024,48 manat məbləğində gömrük ödənişinin həyata keçirilməsi yalnız gömrük bəyannaməsində “210 – Azad ticarət” tarif preferensiyası tətbiq edilməklə hesablanmış borcun ödənildiyini göstərir. Bu ödəniş tarif preferensiyasının tətbiq edilməməsi nəticəsində yarana biləcək əlavə idxal gömrük rüsumunu əhatə etmir. Təminatlı buraxılış mexanizminin bəyannaməçinin yazılı müraciəti əsasında tətbiq edilməsi də cavabdehin mövqeyində ziddiyyət yaratmır. Gömrük Məcəlləsinin 251.4-cü maddəsinə əsasən həmin mexanizmin başlanması üçün bəyannaməçi malların buraxılması barədə müraciət etməli, Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminat növlərindən birini seçməli və müvafiq təminatı təqdim etməlidir. Cavabdeh # ######## 2026-cı il tarixli məktubla ərizəçiyə belə hüquqi imkanın mövcudluğunu yazılı şəkildə izah edib. Bununla da ərizəçiyə malların saxlanılmasının davam etməsinin qarşısını almaq və araşdırma başa çatanadək onların buraxılmasına nail olmaq üçün qanuni seçim təqdim olunub. Təminat növünün seçilməsi və təqdim edilməsi bəyannaməçinin iradəsindən və maliyyə imkanından asılı olduğuna görə gömrük orqanı onun əvəzinə təminat növü seçə, təminatı rəsmiləşdirə və ya ərizəçinin razılığı olmadan həmin mexanizmi tətbiq edə bilməz. Preferensial mənşənin düzgün müəyyən edilməsi yalnız tərəflər arasında ödənilməli gömrük ödənişinin məbləğinə dair fərdi mübahisə kimi qiymətləndirilə bilməz. Mənşə barədə əsassız və ya lazımi sübutlarla təsdiqlənməmiş məlumatların qəbul edilməsi dövlət büdcəsinin tarif gəlirlərinə, azad ticarət rejiminin qanunauyğun tətbiqinə, daxili bazarda bərabər rəqabət şəraitinin qorunmasına, habelə idxal olunan ərzaq məhsulunun konkret partiya üzrə izlənilməsinə və sonrakı gömrük nəzarətinin səmərəliliyinə birbaşa təsir göstərir. Mübahisəli mal qeyd-şərtsiz buraxılaraq realizə edildikdən sonra həmin partiyanın müxtəlif alıcılara paylanması, istehlak edilməsi və ya digər mallarla qarışması mümkündür. Bu isə sonradan onun eyniləşdirilməsini, hərəkət zəncirinin müəyyənləşdirilməsini və gömrük nəzarətinin nəticələrinin faktiki icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə, bəzi hallarda isə mümkünsüz edə bilər. Belə şəraitdə malın qeyd-şərtsiz buraxılması mübahisənin mahiyyəti üzrə həllinədək mövcud vəziyyətin qorunmasına deyil, əksinə, faktiki və geri qaytarılması çətin nəticələrin yaranmasına səbəb olar. Digər tərəfdən, ərizəçinin əmlak və sahibkarlıq maraqlarının qorunması üçün qanunvericilikdə alternativ hüquqi vasitələr nəzərdə tutulmuşdur. Ərizəçi mümkün əlavə gömrük borcuna təminat təqdim etməklə malın buraxılmasına nail ola, yaxud onu ümumi tarif rejimi tətbiq edilməklə dövriyyəyə buraxa bilər. Malın preferensial mənşəyi sonradan lazımi qaydada təsdiq edildiyi halda isə müvafiq tarif preferensiyasının Qaydalarla müəyyən edilmiş 12 aylıq müddət ərzində tətbiqi və artıq ödənilmiş məbləğin geri qaytarılması tələb edilə bilər. Beləliklə, ərizəçinin iqtisadi maraqlarını qorumağa imkan verən, lakin dövlətin fiskal və gömrük nəzarəti maraqlarını aradan qaldırmayan daha az məhdudlaşdırıcı hüquqi vasitələr mövcuddur. Bu imkanlardan istifadə edilmədən malın təminatsız və ümumi tarif rejimi tətbiq olunmadan qeyd-şərtsiz buraxılmasının tələb edilməsi qarşıya qoyulan məqsədlə mütənasib deyil. Belə tədbir tərəflərin maraqları arasında ədalətli tarazlıq yaratmır və mübahisənin nəticələrini əvvəlcədən ərizəçinin xeyrinə həll edir. Gürcüstanın Milli Statistika Xidmətinin (GEOSTAT) məlumatlarında quş əti üzrə daxili tələbatın əhəmiyyətli hissəsinin yerli istehsal hesabına ödənilmədiyinin qeyd edilməsi, istehsalçının öz fəaliyyətini emal fəaliyyəti kimi təqdim etməsi və açıq mənbələrdə onun əsas fəaliyyət istiqamətinin topdansatış olaraq göstərilməsi mübahisəli mal partiyasının məhz üçüncü ölkə mənşəli xammaldan hazırlandığını sübut etməsə də, cavabdeh tərəfindən əlavə yoxlama zərurəti yaradan obyektiv risk göstəriciləri kimi qiymətləndirilir. Bu risk göstəriciləri CT-1 sertifikatının 9-cu qrafasında məcburi mənşə meyarının göstərilməməsi, habelə **** nömrəli ekspertiza aktında ilkin xammalın mənşəyi, mal kodu, konkret partiya ilə əlaqəsi və həyata keçirilmiş istehsal əməliyyatlarının ardıcıllığı barədə məlumatların əks olunmaması ilə birlikdə qiymətləndirilməlidir. Belə şəraitdə gömrük orqanının mövqeyi malın xarici xammaldan istehsal edildiyinin əvvəlcədən müəyyən olunmasına deyil, preferensial mənşənin mövcud sənədlərlə kifayət qədər təsdiqlənmədiyinə və buna görə səlahiyyətli xarici orqan vasitəsilə əlavə yoxlama aparılmasının zəruriliyinə əsaslanır. Mübahisəli mal partiyasının preferensial mənşə statusu barədə obyektiv və əsaslandırılmış nəticəyə yalnız aşağıdakı məlumat və sənədlər əldə edilərək qarşılıqlı əlaqədə araşdırıldıqdan sonra gəlmək mümkündür: ************ nömrəli CT-1 sertifikatının əsli və onun bütün qrafalarının məzmununu müəyyən etməyə imkan verən tam, aydın və oxunaqlı surəti; sertifikatı vermiş Gürcüstanın səlahiyyətli orqanının CT-1 sertifikatının 9-cu qrafasının boş saxlanılmasının səbəbi, mübahisəli mala tətbiq edilmiş mənşə meyarı və sertifikatın verilməsi üçün əsas götürülmüş sənədlər barədə rəsmi izahatı; **** nömrəli ekspertiza aktının əlavələri və hazırlanması zamanı istifadə edilmiş işçi materiallar, o cümlədən xammalın əldə edilməsinə dair qaimələr, təchizat müqavilələri, baytarlıq sənədləri və xammalın mənşəyini müəyyən etməyə imkan verən digər sənədlər; mübahisəli 22 000kq mal partiyası üzrə istehsal prosesini və partiyanın izlənilməsini təsdiqləyən sənədlər, o cümlədən istehsal, kəsim, sümükdən ayırma, doğrama, qablaşdırma, dondurma və anbar uçotu sənədləri; “PRIME MEAT EXPORT” LLC-nin mübahisəli dövrdə canlı quş, habelə 0207 mal mövqeyinə aid quş əti idxal edib-etməməsi barədə Gürcüstanın səlahiyyətli gömrük orqanının məlumatları. Yuxarıda qeyd edilən sənədlər əldə edildikdən və birlikdə qiymətləndirildikdən sonra malın tətbiq olunan mənşə meyarına uyğunluğu, CT-1 sertifikatının hüquqi əsaslılığı və tarif preferensiyasının tətbiqinin mümkünlüyü barədə obyektiv nəticə çıxarıla bilər. Tələb edilən MXMT malın qeyd-şərtsiz buraxılmasını nəzərdə tutmaqla əsas iddia üzrə tələb olunan nəticəni məhkəmə mübahisəsi mahiyyəti üzrə həll edilmədən faktiki olaraq təmin edir. Eyni zamanda, ərizəçinin istinad etdiyi xarab olma və maliyyə itkisi riski qanunvericilikdə nəzərdə tutulmuş təminat təqdim edilməklə və ya ümumi tarif rejimi tətbiq olunmaqla buraxılış vasitəsilə mümkün edə bilər. Mənşə sonradan lazımi qaydada təsdiqləndiyi halda tarif preferensiyasının müəyyən edilmiş müddətdə bərpası imkanının mövcudluğu da ərizəçinin əmlak maraqlarının müdafiəsiz qalmadığını göstərir. Buna görə dövlətin fiskal və nəzarət maraqlarını tamamilə aradan qaldıran qeyd-şərtsiz buraxılış nə zəruri, nə də qarşıya qoyulmuş məqsədlə mütənasib hesab edilə bilər. Apellyasiya şikayətinə etirazla əlaqədar ərizəçinin mülahizəsi Ərizəçi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraza elektron məhkəmə sistemi vasitəsi ilə mülahizə təqdim edərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülahizədə qeyd olunmuşdur ki, Plenumun ** nömrəli Qərarının 6.11ci bəndinə görə MXMT işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir, bu icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, əsas iş üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edən və yekun hüquqi vəziyyət yaradan qərar qəbul edilə bilməz. Göründüyü kimi, həmin bənd MXMT tələbinin iddia tələbi ilə sadəcə oxşarlığını deyil, MXMTnin yekun hüquqi vəziyyət yaratmasını qadağan edir. Bu müddəa yalnız formal-qrammatik mənası ilə deyil, məqsədi nəzərə alınmaqla şərh edilməlidir. 6.11-ci bəndin məqsədi MXMT icraatının əsas iddia icraatını əvəz etməsinin və mübahisənin tam araşdırma aparılmadan yekun həll edilməsinin qarşısını almaqdır. Bu yanaşma Almaniya hüququnda da əsas işin qabaqlanması (Vorwegnahme der Hauptsache) doktrinası çərçivəsində də qəbul edilmişdir. Hazırkı işdə Ərizənin tələbi ilə iddia tələbinin üst-üstə düşməsi gömrük qanunvericiliyinin quruluşundan irəli gəlir. Gömrük Məcəlləsinin (bundan sonra – “GM”) 162.1-ci maddəsinə əsasən gömrük orqanları malların buraxılışını 163-cü maddə ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən və gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra həyata keçirirlər. GM-in 238.2-ci maddəsinə əsasən isə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Deməli, sərbəst dövriyyə üçün buraxılış prosedurunda bəyannamənin təsdiqi malların buraxılışına aparan hüquqi mexanizmin zəruri tərkib hissəsidir. Bəyannamənin təsdiqi tələb edilmədən yalnız Malların buraxılışının tələb edilməsi MXMT-ni icra olunma qabiliyyətindən məhrum edərdi. MXMT yekun hüquqi vəziyyət yaratmır. Ərizənin təmin edilməsi ilə məhkəmə Sertifikatın preferensial mənşə üçün bütün şərtlərə cavab verdiyini və cavabdehin mövqeyinin qanunsuz olduğunu müəyyən etmir. Bu məsələlər əsas iş üzrə araşdırmanın predmeti olaraq qalır. Faktiki nəticənin müvəqqəti qaydada qabaqlanması mübahisənin hüquqi baxımdan yekun həll edilməsi ilə eyniləşdirilə bilməz. Etirazda göstərilən geri dönməzlik dəlili də əsassızdır. 1-cisi, tərəflər arasındakı mübahisə Malların fiziki taleyinə deyil, idxal gömrük rüsumunun tutulub-tutulmamasına aiddir. İddia sonradan rədd edilərsə, GM-in 249.1 və 249.2ci maddələri cavabdehə ödənilməmiş və ya az hesablanmış gömrük borcunu ödəyicidən tutmaq imkanı verir. Bunun üçün Malların eyniləşdirilməsi və ya geri qaytarılması tələb olunmur, əvvəlki hüquqi vəziyyət pul tələbi vasitəsilə tam bərpa edilir. 2-cisi, cavabdeh özü Malların təminatla və ya ümumi tarif rejimi tətbiq edilməklə buraxılmasını mümkün hesab edir. Hər iki halda Mallar eyni qaydada dövriyyəyə daxil olur, alıcılara paylanır və istehlak edilir. Cavabdehin özünün yol verdiyi faktiki nəticəni yalnız MXMT-yə münasibətdə “geri dönməz” adlandırması öz əvvəlki davranışına zidd mövqe tutmaq (venire contra factum proprium) deməkdir. Əksinə, MXMT tətbiq edilmədikdə yaranan nəticə həqiqətən geri dönməzdir. Mallar məhdud yararlılıq müddətinə malik dondurulmuş ərzaq məhsuludur, onların realizəsi üçün qalan müddət və kommersiya dəyəri hər gün azalır. Malların tez xarab olan məhsullar kateqoriyasına aid olması Etirazda da mübahisələndirilmir. Əsas iş üzrə sonradan qəbul ediləcək müsbət qərar Malların itirilmiş yararlılıq müddətini geri qaytara bilməyəcək. Plenumun ** nömrəli Qərarına ##.##.2025-ci il tarixli ** nömrəli Qərarla əlavə edilmiş 4.1-1-ci bəndə görə MXMT-nin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması qiymətləndirilməli, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda isə ziddiyyətli tərəf və ictimai maraqlar hərtərəfli qiymətləndirilməlidir. Deməli, MXMT tələbinin iddia tələbi ilə hərfi mənada üst-üstə düşməsi Ərizənin rədd edilməsi üçün mütləq əsas ola bilməz. Etirazda cavabdeh özü qəbul edir ki, GM-in 251.4-cü maddəsinə əsasən təminatlı buraxılış mexanizmi bəyannaməçinin müraciəti ilə başlayır, təminat növünün seçilməsi bəyannaməçinin iradəsindən və maliyyə imkanından asılıdır, gömrük orqanı isə onun razılığı olmadan bu mexanizmi tətbiq edə bilməz. Deməli, təminat verilməsi bəyannaməçinin vəzifəsi deyil, hüququ, yəni seçim imkanıdır. Konstitusiyasının (bundan sonra – “Konstitusiya”) 71-ci maddəsinin IX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Hüquqdan istifadə etməmək hüquq pozuntusu deyil, öz hüququndan istifadə edən şəxs heç kəsə zərər vurmur (qui iure suo utitur neminem laedit). Buna görə bəyannaməçinin təminat barədə müraciət etməməsinə onun əleyhinə hüquqi nəticə bağlanması üçün belə nəticəni nəzərdə tutan ayrıca və aydın qanuni əsas olmalıdır, çünki qanunda nəzərdə tutulmayan öhdəlik yarana bilməz (nulla obligatio sine lege). Belə qanuni əsas yoxdur. İPM-in 43.1.1-ci maddəsi MXMT üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyini tələb edir. Həmin norma ərizəçinin inzibati icraatda təminat barədə müraciət etməsini MXMT-nin şərti kimi müəyyən etmir. Plenumun ** nömrəli Qərarında belə şərt nəzərdə tutulmamışdır. Əks yanaşma ərizəçinin seçim imkanını məcburi vəzifəyə çevirər və Konstitusiyanın 71-ci maddəsinin IX hissəsi ilə uzlaşmaz. Bundan əlavə, cavabdehin inzibati icraat zamanı müəyyən etmədiyi təminat şərtinin məhkəmə tərəfindən müəyyən edilməsi isə inzibati orqanın həll etməli olduğu məsələni məhkəmənin həll etməsi və səlahiyyət hədlərinin aşılması (ultra vires) nəticəsini yaradardı. Konstitusiyanın 7-ci maddəsinin III və IV hissələrində təsbit edilmiş hakimiyyətlərin bölünməsi prinsipinə görə məhkəmə inzibati orqanın əvəzinə qərar verə bilməz, onun səlahiyyəti qəbul edilmiş qərarın hüquqauyğunluğuna nəzarətlə məhdudlaşır (Ali Məhkəmə Plenumunun “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” ##.##.2026-cı il tarixli, ** nömrəli Qərarı, 2.6, 4.3, 4.6, 4.7 və 4.8-ci maddələri). Etirazda göstərilən digər “alternativ”, yəni Malların ümumi tarif rejimi ilə buraxılması və preferensiyanın sonradan bərpası da ərizəçinin hüququdur, vəzifəsi deyil. Bu yol ərizəçinin mübahisəli idxal gömrük rüsumunu ödəməsini, yəni iddianın predmeti olan borcu faktiki olaraq qəbul etməsini, sonra isə ödənilmiş məbləğin qaytarılması üçün əlavə icraata başlamasını tələb edir. Məhkəmə müdafiəsi əvəzinə ərizəçini mübahisəli borcu ödəməyə və ya təmin etməyə yönəltmək müvəqqəti məhkəmə müdafiəsinin mahiyyətinə ziddir. Beləliklə, ərizəçinin qanunla ona verilmiş seçim imkanından istifadə etməməsi nə təcililiyi aradan qaldırır, nə də ziddiyyətli maraqların qiymətləndirilməsində onun əleyhinə nəzərə alına bilər. Etirazın Sertifikatla bağlı bütün dəlilləri “X7 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” ##.##.2009-cu il tarixli Sazişə (bundan sonra – “Yalta Sazişi”) və ona əlavə 5/8 edilmiş Qaydalara əsaslanır. Yalta Sazişi Prezidentin ##.##.2010-cu il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh həmin Qaydaların 3.1, 3.2, 5.1, 5.3, 5.4, 6.7, 7.4 və 10.1-ci bəndlərinə, habelə * nömrəli Qoşmasında XİFMN-in 0207 mal mövqeyi üzrə müəyyən edilmiş mənşə meyarına istinad edir. Lakin Yalta Sazişi AR ilə Gürcüstan arasındakı ticarətə tətbiq edilmir. Bu nəticə aşağıdakı hüquqi hallardan irəli gəlir: (i) AR ilə Gürcüstan arasında “Sərbəst ticarət haqqında” ##.##.1996cı il tarixli Saziş (bundan sonra – “Saziş”) qüvvədədir və AR tərəfindən ##.##.1996-cı il tarixli *** nömrəli Sərəncamla təsdiq edilmişdir; (ii) Sazişin 1.2-ci bəndi ##.##.2009-cu il tarixli Protokol (bundan sonra – “Protokol”) ilə dəyişdirilmiş və MDB Hökumət Başçıları Şurasının ##.##.2000ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları”nı (bundan sonra – “Minsk Qaydaları”) tərəflər arasında birbaşa tətbiq edilən qaydalar kimi müəyyən etmişdir; (iii) Protokol AR tərəfindən Prezidentin ##.##.2009-cu il tarixli *** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir; (iv) Minsk Qaydalarının 10-cu bəndinə əsasən malın mənşə ölkəsinin təsdiqi üçün idxal ölkəsinin gömrük orqanlarına CT-1 formalı mənşə sertifikatı və ya malın mənşəyi haqqında bəyannamə təqdim edilir; (v) CT-1 blankının normativ forması Minsk Qaydalarının ayrılmaz hissəsi olan * nömrəli Əlavə ilə, onun doldurulması qaydası isə həmin Qaydaların 12-ci bəndi ilə müəyyən edilmişdir. Yalta Sazişi Gürcüstanın ##.##.2009-cu il tarixdə MDB-dən çıxmasından sonra bağlanmışdır və Gürcüstan onun iştirakçısı deyil (bax: https://en.apa.az/cis-countries/-106347 ). Yalta Sazişinə əlavə edilmiş Qaydalar yalnız həmin Sazişin iştirakçısı olan dövlətlərin mənşəli malları barəsində tətbiq edilir. Müqavilələr hüququ haqqında ##.##.1969-cu il tarixli Vyana Konvensiyasının 34-cü maddəsinə əsasən müqavilə üçüncü dövlət üçün onun razılığı olmadan öhdəlik və ya hüquq yaratmır, yəni müqavilə üçüncü tərəfə nə zərər, nə də fayda verir (pacta tertiis nec nocent nec prosunt). Deməli, Gürcüstan mənşəli mallara münasibətdə Yalta Sazişinin tələbləri tətbiq edilə bilməz. Konstitusiyanın 148ci maddəsinin II hissəsinə əsasən AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə AR qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar (Konstitusiya və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) ilə AR-ın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Protokol AR ilə Gürcüstan arasında mənşə qaydalarını xüsusi olaraq tənzim edən ikitərəfli müqavilə olduğundan, həmin münasibətlərə məhz Protokolla müəyyən edilmiş Minsk Qaydaları tətbiq edilməlidir, çünki xüsusi norma ümumi normanı üstələyir (lex specialis derogat legi generali). Minsk Qaydaları ilə Yalta Sazişinin Qaydaları arasındakı fərqlər isə Etirazın dəlillərini birbaşa təkzib edir: (i) Belə ki, Minsk Qaydalarının 12-ci bəndinə görə CT-1 sertifikatının 9-cu qrafası “Brutto/netto çəki (kq)” adlanır və orada malın çəki və ya miqdar göstəriciləri qeyd edilir. Malın tamamilə istehsal edildiyi və ya kifayət qədər emala məruz qaldığı ölkə 12-ci qrafada (“ərizəçinin bəyannaməsi”) göstərilir. Minsk Qaydalarında CT-1 sertifikatında mənşə meyarının hərf kodu ilə (“P”, “D”, “K”) göstərilməsi tələbi yoxdur. Deməli, Etirazın 9-cu qrafada mənşə meyarının göstərilməməsi barədə dəlili tətbiq edilməyən Yalta Sazişinin Qaydalarının 7.4-cü bəndinə əsaslanır; (ii) Minsk Qaydalarının * nömrəli Əlavəsində XİFMN-in 0207 mal mövqeyi üçün mənşə şərti emal/təkrar emal texnologiyasına uyğun ixtisaslaşdırılmış istehsal şəraitində istənilən mövqelərə aid materiallardan hazırlanma kimi müəyyən edilmişdir. Bu şərt 0207 mövqeyinə aid materiallardan istifadəni istisna etmir. Etirazda istinad edilən “0207 mal mövqeyindən başqa istənilən mal mövqeyinə aid materiallardan” hazırlanma meyarı isə Yalta Sazişinin Qaydalarına aiddir; (iii) Minsk Qaydalarının 5-ci bəndində kifayət qədər emal meyarına cavab verməyən əməliyyatlar sırasında ətin hissələrə ayrılması və sümükdən ayrılması sadalanmır. Etirazda istinad edilən 3.1 və 3.2-ci bəndlər Yalta Sazişinin Qaydalarına aiddir; (iv) Minsk Qaydalarının 20-ci bəndinə əsasən mənşə sertifikatının düzgün tərtib edilməməsi və ya malın mənşəyi haqqında məlumatların təqdim edilməməsi, milli qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, malların gömrük orqanları tərəfindən saxlanılmasına əsas deyil. Etirazda istinad edilən və belə halda malın saxlanılmasına əsas verən 10.1-ci bənd isə Yalta Sazişinin Qaydalarına aiddir; (v) Minsk Qaydalarının 16-cı bəndinə əsasən sertifikatın və ya ondakı məlumatların qüsursuzluğuna şübhə yarandıqda idxal ölkəsinin gömrük orqanı sertifikatı təsdiq etmiş səlahiyyətli orqana və ya mənşə ölkəsinin səlahiyyətli orqanlarına əsaslandırılmış sorğu ilə müraciət edə bilər. Minsk Qaydalarının 16-cı bəndi ilə “İnzibati icraat haqqında” Qanunun (bundan sonra – “İİQ”) 19.2-ci maddəsi eyni məntiqə əsaslanır ki, təqdim edilmiş sənədin mötəbərliyinə əsaslı şübhə olduqda inzibati orqan mötəbərliyi müstəqil şəkildə və öz hesabına yoxlayır. Etirazda istinad edilən İİQ-nin 24.1–24.4-cü maddələri də araşdırma vəzifəsini məhz inzibati orqanın üzərinə qoyur. Cavabdeh Gürcüstanın səlahiyyətli orqanına sorğu göndərdiyini göstərmir, əvəzində Etirazda sadalanan sənədlərin ərizəçi tərəfindən təqdim edilməsini gözləyir. İİQ-nin 19.1-ci maddəsinə əsasən isə sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların şəxsdən tələb olunması qadağandır. Beləliklə, Sertifikat tətbiq edilməli olan Minsk Qaydalarında nəzərdə tutulmayan “məcburi rekvizit”in olmaması səbəbindən qüsurlu hesab edilə bilməz. Etirazın Sertifikatla bağlı dəlilləri tətbiq edilməyən normaya əsaslandığından, iddianın uğurluluq ehtimalına dair cavabdehin mövqeyi hüquqi əsasdan məhrumdur. Plenumun ** nömrəli Qərarının 11.18-ci bəndinə görə böyük ehtimal işin faktiki və hüquqi hallarının ilkin qiymətləndirilməsi nəticəsində ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış gümanın yaranması deməkdir. Göstərilən hallar belə gümanın yaranması üçün kifayət edir. Plenumun ** nömrəli Qərarının 11.30–11.34-cü bəndlərinə görə iddianın uğurluluq ehtimalı aydın olmadıqda ziddiyyətli maraqlar qiymətləndirilməlidir. Bu qiymətləndirmə mücərrəd ehtimallara deyil, konkret işin hallarına əsaslanmalıdır. İctimai maraqlara ziyan riskinə istinad edən inzibati orqan həmin riskin real olduğunu və konkret halla əlaqəsini ağlabatan şəkildə əsaslandırmalıdır, çünki sübut etmə vəzifəsi iddia edənin üzərinə düşür (onus probandi incumbit ei qui dicit). Etirazda istinad edilən açıq mənbə məlumatları bu tələbə cavab vermir. Cavabdeh özü etiraf edir ki, GEOSTAT məlumatları və istehsalçının fəaliyyətinin açıq mənbələrdə təsviri mübahisəli mal partiyasının üçüncü ölkə mənşəli xammaldan hazırlandığını sübut etmir. Gürcüstanın quş əti bazarına dair ümumi statistika konkret istehsalçının və konkret partiyanın mənşəyi barədə heç bir nəticəyə imkan vermir. Sahə səviyyəli mücərrəd göstərici konkret şəxsin hüququnun məhdudlaşdırılması üçün ağlabatan əsas ola bilməz. Etirazda ictimai maraqlara ziyan riski kimi idxal olunan ərzaq məhsulunun konkret partiya üzrə izlənilməsinin çətinləşməsi də göstərilmişdir. Lakin Malların qida sağlamlığı üçün risk yaratmadığı iş materialları ilə təsdiq olunur. Ərizəçi Nazirlər Kabinetinin ##.##.2023cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nın (bundan sonra – “İdxal Qaydası”) 3.1-ci bəndinə uyğun olaraq Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, ##.##.2026-cı il tarixdə “X18” İnformasiya Sistemi vasitəsilə AR X11 (bundan sonra – “AQTA”) ID********** nömrəli elektron bildiriş (bundan sonra – “Bildiriş”) göndərmişdir. Bildirişdə Malların partiya nömrəsi (PMEX 083), istehsal tarixi (##.##.2026), son istifadə tarixi (##.##.2027), istehsalçısı, istehsal obyektinin ünvanı və təsdiq nömrəsi (GEO 012/12-08-23), daşınma və saxlanma şəraiti, istifadə təyinatı (insan istehlakı), mənşə ölkəsi və Sertifikatın rekvizitləri göstərilmişdir. Bildiriş Gürcüstanın səlahiyyətli orqanı olan Milli Qida Agentliyi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş ****** nömrəli baytarlıq sertifikatına (bundan sonra – “Baytarlıq Sertifikatı”) əsaslanır. Baytarlıq Sertifikatı ilə təsdiq edilir ki, Mallar sağlam heyvanların kəsimindən alınmış, insan istehlakı üçün yararlı hesab edilmiş, dövlət baytarlıq xidmətinin daimi nəzarətində olan və ixrac icazəsinə malik müəssisədə istehsal edilmişdir. Baytarlıq Sertifikatında göstərilən partiya nömrəsi, istehsal tarixi, xalis çəki, qablaşdırma sayı və nəqliyyat vasitəsi Bildirişdəki məlumatlarla tam eynidir. Deməli, Malların konkret partiyası, onun istehsalçısı və istehsal obyekti sənədlərlə eyniləşdirilmişdir. Cavabdeh nə qeyddə, nə də etirazda Malların təhlükəsizliyinə, keyfiyyətinə, Bildirişə və ya Baytarlıq Sertifikatına dair hər hansı irad bildirməmişdir. Etirazda Malların tez xarab olan məhsul olması mübahisələndirilmir, onların insan sağlamlığı üçün təhlükəli olması isə iddia edilmir. Beləliklə, qida sağlamlığı üçün riskin olmaması tərəflər arasında mübahisəli deyil. Ərzaq məhsulunun konkret partiya üzrə izlənilməsi isə gömrük nəzarətinin deyil, qida təhlükəsizliyi nəzarətinin predmetidir. “Qida təhlükəsizliyi haqqında” Qanunun 27.4-cü maddəsinə uyğun olaraq hazırlanmış və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” qida və yem məhsullarının hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini məhsulla təchiz edən və onun məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir. İdxal Qaydasının 5.1–5.3cü bəndlərinə əsasən idxal olunmuş məhsullar üzərində sənəd, eynilik və fiziki nəzarəti AQTA həyata keçirir. Eynilik nəzarəti zamanı məhz partiyanın tərkibinin, etiketinin, çəkisinin, miqdarının və nəqliyyat vasitəsinin sənədlərdəki məlumatlarla eyniliyi yoxlanılır (İdxal Qaydasının 7.4-cü bəndi). Məhsul təhlükəli hesab edildikdə onun utilizasiyası, gömrük ərazisindən kənara çıxarılması və ya məhv edilməsi barədə qərarı da AQTA qəbul edir (İdxal Qaydasının 10.1-ci bəndi). Gömrük orqanları isə İdxal Qaydasının 3.8-ci bəndinə əsasən qida təhlükəsizliyi nəzarətinə aid məhsulların gömrük rəsmiləşdirilməsini AQTA-nın real vaxt rejimində göndərdiyi məlumatları əldə etdikdən sonra təmin edir. Deməli, qanunverici qida təhlükəsizliyi nəzarətini, o cümlədən məhsulun partiya üzrə eyniləşdirilməsini və izlənilməsini gömrük orqanlarına deyil, AQTA-ya həvalə etmişdir. Bu məsələ Dövlət Gömrük Komitəsinin və onun struktur bölməsi olan cavabdehin səlahiyyətinə aid deyil. Buna görə cavabdeh öz səlahiyyətinə aid olmayan nəzarət məqsədinə istinad etməklə ictimai maraqlara ziyan riskini əsaslandıra bilməz. Cavabdehin fiskal marağı mübahisəli idxal gömrük rüsumunun məbləği ilə məhdudlaşır. Bu maraq GM-in 249.1 və 249.2-ci maddələri ilə sonradan tam bərpa oluna bilər. Cavabdeh ərizəçinin həmin məbləği ödəmək imkanının olmaması və ya ödənişdən yayınma riski barədə heç bir konkret hal göstərməmişdir. Malların eyniləşdirilməsi və gömrük nəzarətinin səmərəliliyi ilə bağlı dəlillər də ağlabatan deyil. Yuxarıda göstərildiyi kimi, cavabdehin özünün təklif etdiyi təminatlı buraxılış və ya ümumi tarif rejimi ilə buraxılış zamanı da Mallar eyni qaydada dövriyyəyə daxil olur. Deməli, cavabdehin öz mövqeyinə görə Malların dövriyyəyə daxil olması ictimai maraqlar üçün təhlükə yaratmır, mübahisə yalnız rüsumun məbləğinə aiddir. Rəqabət və tarif gəlirləri ilə bağlı dəlillər də mücərrəddir. AR Saziş ilə Gürcüstan mənşəli mallara idxal gömrük rüsumu tətbiq etməmək öhdəliyi götürmüşdür. Beynəlxalq öhdəliklərin vicdanla icrası (pacta sunt servanda) da ictimai maraqdır. Bir mal partiyası üzrə mübahisəli rüsum məbləği dövlət büdcəsi və ya daxili bazarda rəqabət üçün ağlabatan risk kimi qiymətləndirilə bilməz. Beləliklə, qarşılaşdırılan risklər eyni xarakterli deyil. Ərizəçi üçün risk Malların və onların iqtisadi dəyərinin geri dönməz şəkildə itirilməsidirsə, cavabdehin qoruduğu maraq sonradan pul tələbi ilə bərpa oluna bilən fiskal maraqdır. Bu hal ziddiyyətli maraqların ərizəçinin xeyrinə qiymətləndirilməsini şərtləndirir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin mövqelərini və MXMT tətbiqinə dair qanunvericiliyin tələblərini məcmu halda qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, MXMT-nin məqsədi əsas mübahisəni qabaqcadan həll etmək deyil, əsas iş üzrə məhkəmə müdafiəsinin gələcəkdə səmərəsiz hala düşməsinin qarşısını almaqdır. Bu icraatın müvəqqəti və ilkin xarakteri məhkəməni əsas iddia üzrə yekun hüquqi nəticəyə gəlmək vəzifəsindən azad etsə də, ərizəçinin əsas iş üzrə mümkün müsbət qərardan real şəkildə faydalana bilməsi üçün mövcud vəziyyətə təcili müdaxilənin zəruri olubolmadığını qiymətləndirmək vəzifəsini istisna etmir. Plenumun ** nömrəli Qərarına # ####### 2025-ci il tarixli ** nömrəli Qərarla əlavə edilmiş 4.1-1-ci bəndə əsasən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması qiymətləndirilməlidir. Təcililik ilkin şərtdir. İddianın uğurluluq ehtimalını bu mərhələdə aydınlaşdırmaq mümkün olmadıqda isə ziddiyyətli tərəf və ictimai maraqlar hərtərəfli qiymətləndirilməlidir. İlkin təcili tənzimləmənin zəruriliyi Hazırkı işdə mübahisə obyekti Gürcüstan Respublikasından idxal edilmiş dondurulmuş, emal olunmuş toyuq filesidir, mübahisənin predmeti isə həmin malın gömrükdən buraxılışıdır. Belə malın fiziki mövcudluğunun qorunması onun iqtisadi dəyərinin də qorunması demək deyildir. Dondurulmuş toyuq filesinin zamanın keçməsi ilə xarab olma riskinin artması ümumi həyat və elmi təcrübədən irəli gələn empirik qanunauyğunluqdur (allgemeiner Erfahrungssatz). Bu baxımdan həmin mal məhdud yararlılıq müddətinə malik olmaqla fasiləsiz temperatur rejimində saxlanılsa da, zaman keçdikcə onun realizə müddəti və kommersiya dəyəri azalır. Buna görə əsas iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək malların buraxılışının həyata keçirilməməsi ərizəçinin sonradan iddia üzrə uğur qazanacağı halda belə, həmin qərardan real və səmərəli şəkildə faydalanmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Müvəqqəti müdafiənin tətbiq edilmədiyi, lakin əsas iddianın sonradan təmin olunduğu halda, məhkəmə qərarı hüquqi baxımdan ərizəçinin xeyrinə olsa da, malların yararlılıq və kommersiya dəyərinin azalması və ya itirilməsi səbəbindən həmin qərarın praktiki nəticəsi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Məhz belə nəticənin qarşısının alınması müvəqqəti məhkəmə müdafiəsinin funksional təyinatına uyğundur. Buna görə kollegiya hazırkı işdə ilkin təcili tənzimləmənin zəruriliyi şərtinin mövcud olduğu qənaətinə gəlir. İddianın böyük ehtimalla uğurlu olmasına dair ilkin qiymətləndirmə İddianın uğurluluğu ilə bağlı Kollegiya, ilk növbədə cavabdehin CT-1 formalı mənşə sertifikatına dair etirazlarının hansı beynəlxalq-hüquqi qaydalar əsasında qiymətləndirilməli olduğunu müəyyən etməyi zəruri hesab edir. Cavabdeh sertifikatın qüsurlu olması barədə mövqeyini əsasən “X7 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” ## ###### 2009-cu il tarixli Sazişə və ona əlavə edilmiş Qaydalara (Yalta Sazişi) istinadla əsaslandırmışdır. Kollegiya nəzərə alır ki, Yalta Sazişi Azərbaycan Respublikası Prezidentinin ## #### 2010cu il tarixli, **** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Lakin həmin Sazişə əlavə edilmiş Qaydaların tətbiq dairəsi məhz Sazişin iştirakçısı olan dövlətlərdən gələn və həmin dövlətlər arasında dövriyyədə olan mallarla məhdudlaşdırılmışdır. MDB Dövlət Başçıları Şurasının ## ####### 2009-cu il Qərarına əsasən Gürcüstan ## ###### 2009-cu ildən X7 iştirakçısı deyil və ## ###### 2009-cu ildə bağlanmış Yalta Sazişinin iştirakçısı kimi çıxış etməmişdir. Buna görə Gürcüstan mənşəli mallara münasibətdə Yalta Sazişinin Qaydalarının birbaşa tətbiqi üçün hüquqi əsas görünmür. Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı münasibətlərdə isə xüsusi müqavilə rejimi mövcuddur. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında # #### 1996-cı il tarixli “Sərbəst ticarət haqqında” Sazişin 1-ci maddəsinin 2-ci bəndi ## ### 2009-cu il tarixli Protokolla (1-ci maddə) yeni redaksiyada verilmiş və tərəflərin ərazisindən gələn malların mənşəyinin müəyyən olunması üçün MDB Hökumət Başçıları Şurasının ## ###### 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları”nın, habelə həmin Qaydalara edilmiş əlavə və dəyişikliklərin rəhbər tutulacağı təsbit edilmişdir. Sözügedən Protokol Azərbaycan Respublikası Prezidentinin ## #### 2009-cu il tarixli, *** nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Buna görə hazırkı münasibətlərə tətbiq edilməli olan mənşə qaydaları Yalta Sazişinin Qaydaları deyil, Azərbaycan-Gürcüstan ikitərəfli müqavilə rejimi ilə istinad edilən ## ###### 2000-ci il tarixli Qaydalardır (Minsk Qaydaları). Minsk Qaydaları ilə Cavabdehin istinad etdiyi Yalta Qaydaları arasında hazırkı mal üzrə mənşə meyarının maddi məzmunu baxımından mühüm fərq mövcuddur. Minsk Qaydalarının * nömrəli Əlavəsində "istehsal" termini hər cür istehsal və ya emal əməliyyatının, o cümlədən yığma və ya hər hansı xüsusi əməliyyatın həyata keçirilməsini ifadə edir və XİFMN-in 0207 mal mövqeyinə aid materiallardan istifadəni istisna etmir. Yalta Qaydalarında isə 0207 mövqeyi üzrə meyar “0207-dən başqa istənilən mövqeyə aid materiallardan hazırlanma” şəklində daha sərt müəyyən edilmişdir. Deməli, Cavabdehin xammalın mütləq başqa mal mövqeyindən olması tələbi barədə etirazı tətbiq edilməli olan Minsk Qaydalarından deyil, Yalta Qaydalarından irəli gəlirsə, həmin etirazın hüquqi əsası səhvdir. Minsk Qaydalarının sertifikatın yoxlanılmasına dair mexanizmi də hazırkı mübahisənin ilkin qiymətləndirilməsi üçün əhəmiyyətlidir. Həmin Qaydaların 16-cı bəndinə görə sertifikatın qüsursuzluğuna və ya onda göstərilən məlumatlara şübhə yarandıqda idxal ölkəsinin gömrük orqanı sertifikatı təsdiq etmiş səlahiyyətli orqana və ya mənşə ölkəsinin səlahiyyətli orqanına əsaslandırılmış sorğu göndərərək əlavə və ya dəqiqləşdirici məlumatlar tələb edə bilər. Bu qayda “İnzibati icraat haqqında” Qanunun 19.1 və 19.2-ci maddələrində təsbit olunmuş mötəbərlik prezumpsiyası ilə də uyğunluq təşkil edir. Həmin normalara görə təqdim edilmiş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab edilir. Onların mötəbərliyinə əsaslı şübhə olduqda isə inzibati orqan həmin mötəbərliyin müəyyən edilməsi üçün tədbirləri müstəqil şəkildə və öz hesabına görməlidir. Buna görə rəsmi qaydada verilmiş CT-1 sertifikatının saxta və ya etibarsız olduğu müəyyən edilmədən, onun əsaslandığı məlumatların mötəbərliyini təsdiq edən sənədlərin bütövlükdə ərizəçinin üzərinə qoyulması ilkin baxışdan inzibati orqanın araşdırma vəzifəsi və mötəbərlik prezumpsiyası ilə uzlaşmır. Cavabdehin tərəf Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ######## 2026 tarixli №*-33/2-014933/2026 sorğusu ilə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinə müraciət etmiş və əldə edilmiş ## ######## 2026 tarixli **-**/***** nömrəli məktubda qeyd edilir ki, 0207 mal mövqeyi üzrə xammalın mənşəyi Minsk Qaydalarında mənşə meyarının əmələ gəlməsinə təsir etmir, qeyd edilənləri nəzərə alaraq ##.##.2026-cı il tarixli ************ nömrəli CT-1 formalı preferensial mənşə sertifikatı Minsk Qaydalarının 0207 üzrə emal meyarına uyğundur. Kollegiya qeyd dir ki, bu fakt da CT-1 sertifikatının mötəbər hesab edilməsinə əsas verir. Bundan əlavə, Minsk Qaydalarının 20-ci bəndində düzgün rəsmiləşdirilmiş mənşə sertifikatının və ya malın mənşəyi barədə məlumatların təqdim edilməməsinin, milli qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, malların gömrük orqanları tərəfindən saxlanılması üçün əsas olmadığı müəyyən edilmişdir. Həmin Qaydalara görə mənşəyi müəyyən edilməmiş və ya sərbəst ticarət rejiminin tətbiqi üçün zəruri sənədləri olmayan mallar idxal ölkəsinin tarif və qeyri-tarif tənzimlənməsi tələblərinə uyğun olaraq ölkəyə buraxılır. Bu müddəa CT-1 sertifikatındakı mümkün formal və ya sübutetmə qüsurunun hüquqi nəticəsinin avtomatik olaraq malın qeyri-müəyyən müddətə saxlanılması ilə eyniləşdirilə bilməyəcəyini göstərir. Beləliklə, ilkin araşdırma göstərir ki, Cavabdehin 0207 mal mövqeyi üzrə malın mənşəyinin müəyyən edilməsinə dair əsas etirazları Yalta Sazişinin Qaydalarına söykənir. Halbuki, Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı ticarət münasibətlərinə Minsk Qaydaları tətbiq edilməlidir. Müqavilələr hüququ haqqında ## ### 1969-cu il tarixli Vyana Konvensiyasının 34-cü maddəsinə əsasən müqavilə üçüncü dövlət üçün onun razılığı olmadan öhdəlik və ya hüquq yaratmır. Yalta Sazişinin Gürcüstan üçün hüquqi qüvvəsi olmadığından həmin Saziş onun üçün öhdəlik və hüquq yaratmır və bu səbəbdən Gürcüstan və Azərbaycan arasında CT- 1 sertifikatı ilə bağlı münasibətlərə Minsk Qaydaları tətbiq edilməlidir. Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin də ## ######## 2026 tarixli **-**/***** nömrəli məktubu ilə mübahisə predmeti olan CT-1 sertifikatının Minsk Qaydalarının 0207 üzrə emal meyarına uyğun olması təsdiq edilir. Bu hallar məcmu şəkildə cavabdehin malın mənşəyinə dair mövqeyinin əsaslı olmadığını göstərir. Kollegiya, cavabdehin elektron məhkəmə sistemi vasitəsi təqdim etdiyi “Malın həmin ölkədən mənşəli hesab edilməsi üçün yerinə yetirilməli olan şərtlərin, istehsal və texnoloji əməliyyatların Siyahısına dəyişikliklər edilməsi haqqında ## ######## 2007-ci il tarixli MDB İqtisadi Şurasının qərarına (Moskva Qərarı) da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Minsk Qaydalarının 2-ci bəndinə əsasən X7 İqtisadi Şurasına zəruri hallarda şərtlər, istehsal və texnoloji əməliyyatlar siyahısına (həmin Qaydaların * nömrəli əlavəsi) düzəlişlər və əlavələr etmək hüququ verilmişdir. Həmin hüquqdan irəli gələrək MDB İqtisadi Şurasının qəbul etdiyi X4 və Azərbaycan arasında qüvvədə olan Minsk Qaydalarının * nömrəli Əlavəsini (malların mənşəyi hesab edilməsi üçün şərtlər, istehsal və texnoloji əməliyyatlar siyahısını) dəyişdirmişdir, yəni * nömrəli Əlavədəki cədvəl yeni redaksiyada təsdiq edilmişdir. Həm cavabdehin təqdim etdiyi, həm də açıq mənbələrdə olan Moskva Qərarına əsasən isə Gürcüstan tərəfin qoşulduğu təsdiq edilmir. Əksinə, Moskva Qərarını imza hissəsində Gürcüstanın imzalamadığı görünür. Belə ki, Moskva Qərarının imza hissəsində müxtəlif dövlətlərin qarşısında imzalayan şəxsin adı göstərilmişdir: Azərbaycan — Yaqub Eyyubov, Ermənistan — M.Topuzyan, Belarus — A.Kobyakov, Qazaxıstan — E.Kazıxanov və s. Lakin “Gürcüstan adından” sətrinin qarşısı isə boş saxlanmışdır (https://prg.kz/document/?doc_id=30539321 ). Digər tərəfdən isə Moskva Qaydaları ümumiyyətlə hazırda qüvvədə deyildir. Belə ki, MDB İqtisadi Şurasının ## #### 2017-ci il tarixli qərarı ilə Moskva Qaydaları qüvvədən salınmışdır (https://www.konturextern.ru/info/normativ/document/1/377013-reshenie-ekonomicheskogo-soveta-sng-ot-17-03- 2017 ). Bu o deməkdir ki, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında azad ticarət münasibətlərində Minsk Qaydalarına o əlavə və dəyişikliklər rəhbər tutula bilər ki, həmin əlavə və dəyişikliklər qüvvədə olsun, əlavə və dəyişikliklərə hər iki tərəf qoşulmuş olsun. Bununla həmin əlavə və dəyişikliklərdən irəli gələn öhdəliyinin və ya hüququnun yaranmasına tərəflər razılıq vermiş sayılsın. ## ######## 2007-ci il tarixli dəyişikliklərə Gürcüstan tərəfin razılığı təsdiq edilmədiyindən həmin dəyişikliklərin Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında azad ticarət münasibətlərinə hüquqi qüvvəsi ola bilməz. Bu baxımdan Minsk Qaydalarına (əsas mətnə) həm Gürcüstan, həm də Azərbaycan qoşulduğundan həmin qaydaların əsas mətni hər iki ölkənin azad ticarət münasibətlərində rəhbər tutulmalıdır (bax: Gürcüstanın rəsmi hüquqi aktlar bazası (Matsne): https://www.matsne.gov.ge/ka/document/view/1276485?publication=0 və MDB İqtisadi Məhkəməsinin ## ### 2008 tarixli **-*/*-** nömrəli qərarı: https://adilet.zan.kz/rus/docs/H080000460_ ). Kollegiya bu halları məcmu qiymətləndirərək hesab edir ki, hazırkı mərhələdə ərizəçinin əsas iddia üzrə böyük ehtimalla uğur qazanacağına dair əsaslandırılmış proqnoz mövcuddur və cavabdehin hərəkətinin “ilk baxışda” (prima facie) hüquqauyğun olmaması barədə qənaətə gəlməyə əsas verir. Bununla belə, bu ilkin qiymətləndirmə CT-1 sertifikatının preferensial rejimin tətbiqi üçün bütün maddi və formal şərtlərə qəti şəkildə cavab verdiyinin müəyyən edilməsi kimi başa düşülməməlidir. Sertifikatın qüsurlu olub-olmaması, müsbət halda qüsurun hüquqi nəticəsi, o cümlədən preferensial tarif rejiminin yekun tətbiq edilib-edilməməsi əsas iş üzrə tam araşdırmanın predmetidir və iddiaya baxılarkən cavabdeh tərəfindən əlavə dəlil və sübutlar təqdim edildikdə, iddianın mahiyyəti üzrə fərqli nəticəyə gəlinməsi istisna etmir. Müvəqqəti müdafiə mərhələsində isə Cavabdehin əsas etirazlarının əhəmiyyətli hissəsinin tətbiq edilməli olmayan Yalta Qaydalarına söykənməsi və Minsk Qaydalarının 0207 mövqeyi, yoxlama və malların saxlanılmasının hüquqi nəticələri barədə müddəaları, habelə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin ## ######## 2026 tarixli **-**/***** nömrəli məktubla mübahisə predmeti olan CT-1 sertifikatının Minsk Qaydalarının 0207 üzrə emal meyarına uyğun olmasını təsdiq etməsi ərizəçinin iddiasının böyük ehtimalla uğurluluğu barədə əsaslandırılmış güman yaratmaq üçün kifayət edir. Ziddiyyətli maraqların qiymətləndirilməsi Bununla yanaşı, Kollegiya qeyd edir ki, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmasaydı belə, ziddiyyətli maraqların qiymətləndirilməsi də ərizənin təmin edilməsinə əsas verərdi. Belə ki, Plenumun ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən iddianın uğurluluq ehtimalını müvəqqəti müdafiə mərhələsində aydınlaşdırmaq mümkün olmadıqda ziddiyyətli tərəf və ictimai maraqlar hərtərəfli qiymətləndirilməlidir. Buna görə hazırkı işdə ərizənin taleyi yalnız uğur ehtimalına dair qəti proqnoza deyil, təcililiyin intensivliyinə, müdafiədən imtinanın yarada biləcəyi geri dönməz nəticələrə, dövlətin gömrük nəzarəti və fiskal maraqlarına, habelə qarşı duran risklərin sonradan bərpa edilə bilməsi imkanlarına birlikdə qiymət verilməklə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 59-cu maddəsinin İ hissəsi isə hər kəsin öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsbit edir. Eyni zamanda, Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə görə dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Beləliklə, Konstitusiya, bir tərəfdən, azad sahibkarlıq fəaliyyətinə təminat verir, digər tərəfdən isə legitim dövlət maraqlarının qorunması məqsədilə həmin fəaliyyətin tənzimlənməsini mümkün hesab edir. Bu iki konstitusion tələb arasında tarazlığın təmin edilməsi sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin konkret halda qanuni məqsədə xidmət etməsini və həmin məqsədə münasibətdə zəruri və mütənasib olmasını tələb edir. Gömrük nəzarətinin həyata keçirilməsi, malların mənşəyinin düzgün müəyyən edilməsi, preferensial tarif rejiminin yalnız qanunla nəzərdə tutulmuş şərtlər mövcud olduqda tətbiqi və gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasının təmin edilməsi dövlətin müdafiə etməkdə legitim marağının olduğu sahələrə aiddir. Buna görə ərizəçinin azad sahibkarlıq hüququna istinad etməsi özlüyündə gömrük nəzarətinin həyata keçirilməsini və ya qanunla müəyyən edilmiş gömrük prosedurlarının tətbiqini istisna etmir. Lakin dövlətin belə legitim marağının mövcudluğu sahibkarlıq fəaliyyətinə təsir göstərən hər bir məhdudiyyətin müddətindən, intensivliyindən və konkret nəticələrindən asılı olmayaraq əsaslı hesab edilməsi anlamına da gəlmir. Xüsusilə inzibati tədbirin davam etməsi zaman keçdikcə sahibkarlıq fəaliyyətinin predmetini təşkil edən malın iqtisadi dəyərinin azalmasına, onun realizə imkanının itirilməsinə və nəticədə əsas iş üzrə gələcək məhkəmə müdafiəsinin praktiki əhəmiyyətinin aradan qalxmasına səbəb ola bilirsə, belə müdaxilənin davam etdirilməsinin zəruriliyi və mütənasibliyi ayrıca qiymətləndirilməlidir. Hazırkı işdə mübahisə yalnız ərizəçinin müəyyən məbləğdə əlavə saxlama xərclərinə məruz qalması ilə məhdudlaşmır. Mübahisə predmeti sahibkarlıq fəaliyyəti çərçivəsində idxal edilmiş və sonrakı realizəsi nəzərdə tutulan məhdud yararlılıq müddətinə malik ərzaq məhsullarıdır. Malların qeyri-müəyyən müddət ərzində buraxılışının həyata keçirilməməsi onların realizəsi üçün qalan müddətin azalmasına və kommersiya dəyərinin itirilməsinə səbəb ola bilər. Bu isə məhdudiyyətin intensivliyini qiymətləndirərkən Konstitusiyanın 15 və 59cu maddələrində təmin edilən azad sahibkarlıq fəaliyyəti baxımından nəzərə alınmalı haldır. Digər tərəfdən, yuxarıda göstərildiyi kimi, cavabdehin qoruduğu gömrük nəzarətinin bütövlüyü və fiskal maraqlar da legitim xarakter daşıyır. Buna görə hazırkı mübahisənin həlli sahibkarlıq marağının dövlət marağından mütləq üstün tutulmasına deyil, qarşı duran maraqların konkret işin halları əsasında mütənasiblik prinsipi çərçivəsində uzlaşdırılmasına əsaslanmalıdır. Bu baxımdan Kollegiya nəzərə alır ki, müvəqqəti müdafiədən imtina edildiyi halda ərizəçi üçün yaranan risk zaman keçdikcə geri dönməz xarakter ala bilər. Belə ki, malın artıq keçmiş yararlılıq və realizə müddətinin sonradan bərpası mümkün deyil. Müvəqqəti müdafiə tətbiq edildiyi halda dövlət üçün yarana biləcək fiskal risklərin mühüm hissəsinin isə Gömrük Məcəlləsinin 249.1 və 249.2-ci maddələrində nəzərdə tutulmuş sonrakı hesablama və tutma mexanizmləri vasitəsilə aradan qaldırılması mümkündür. Beləliklə, qarşılaşdırılan risklər eyni xarakterli deyil. Ərizəçi üçün yaranan risk malın və onun iqtisadi dəyərinin zamanla geri dönməz və ya bərpası xeyli çətin şəkildə itirilməsi ilə bağlı olduğu halda, cavabdehin qoruduğu fiskal maraq əsasən sonradan pul tələbi şəklində realizə edilə bilən maraqdır. Bu asimmetriya hazırkı işin konkret hallarında maraqlar balansının ərizəçinin xeyrinə qiymətləndirilməsinə əsas verir. Oxşar predmetli iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi Kollegiya hazırkı mübahisənin qiymətləndirilməsi zamanı oxşar predmetli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, **(***)-**/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyi də nəzərə alır. Həmin işdə iddiaçı gömrük bəyannaməsində göstərdiyi XİF MN kodu üzrə malların rəsmiləşdirilərək gömrük ərazisindən buraxılmasını (ixrac edilməsini) MXMT qismində tələb etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə əsas mübahisə həll edilmədən malların həmin bəyannamə üzrə rəsmiləşdirilərək buraxılmasının əvvəlki vəziyyətə qayıtmağı mümkünsüz edə və əsas mübahisəyə baxılmasını əhəmiyyətsiz hala gətirə biləcəyini əsas götürərək ərizəni rədd etmişdir. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin bu yanaşması ilə razılaşmamışdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmiş, eyni zamanda ziddiyyətli maraqların qiymətləndirilməsi zamanı inzibati tədbirin icra olunmasının və ya olunmamasının tərəflərə və ictimai maraqlara vura biləcəyi ziyanın müqayisə edilməli olduğunu vurğulamışdır. Ali Məhkəmə iddiaçının müqavilə öhdəliklərini, həmin öhdəliklərin icra edilməməsi nəticəsində düşə biləcəyi vəziyyəti və qarşı duran ictimai maraqları müqayisə edərək fərdi maraqla (müqavilə öhdəliklərinin icrası) ictimai maraq arasında balansın qorunması (fərdin əlverişsiz vəziyyətə düşməməsi) üçün ərizənin təmin edilməsini əsaslı hesab etmiş, nəticədə apellyasiya məhkəməsinin qərardadını ləğv etmiş və malların mübahisəli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilərək gömrük ərazisindən buraxılmasını cavabdehin üzərinə qoymuşdur. Kollegiya qeyd edir ki, həmin qərar hazırkı işlə faktiki halları baxımından tam eyni olmasa da, müvəqqəti müdafiə tədbiri vasitəsilə mübahisəli gömrük bəyannaməsi üzrə malların rəsmiləşdirilərək buraxılmasının özlüyündə yolverilməz hesab edilmədiyini göstərməsi baxımından əhəmiyyətlidir. Həmin hüquqi mövqedən də görünür ki, belə hallarda həlledici meyar tələb olunan tədbirin əsas iddia ilə formal şəkildə yaxınlığı deyil, işin faktiki və hüquqi hallarının ilkin qiymətləndirilməsi, müdaxilənin təcililiyi və qarşı duran fərdi və ictimai maraqların konkret iş üzrə müqayisəsidir. Hazırkı işdə isə bu meyarlara əlavə olaraq malın məhdud yararlılıq müddətinə malik qida məhsulu olması və zaman keçdikcə onun realizə imkanının və kommersiya dəyərinin azalması nəzərə alınmalıdır. Malların buraxılışının qida təhlükəsizliyi tələbləri ilə qarşılıqlı əlaqəsi Cavabdeh tərəfindən gömrükdən buraxılışı tələb edilən malların insan həyatı və sağlamlığı üçün təhlükəli olması mübahisələndirilməsə də, Kollegiya, müvəqqəti müdafiə tədbirinin tətbiqi nəticəsində buraxılan malların qida təhlükəsizliyi sahəsində nəzarət baxımından hüquqi nəticələrini ayrıca qiymətləndirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisə obyekti 21.000 kq həcmində dondurulmuş, emal olunmuş toyuq filesidir. Azərbaycan Respublikasının X11 məhsul gömrük ərazisinə gətirilməzdən əvvəl elektron bildiriş təqdim edilmiş, bildirişdə idxalatçının Qida Təhlükəsizliyi Reyestrində qeydiyyat nömrəsi, məhsulun istehsalçısı, istehsal tarixi, son istifadə tarixi, saxlanma şəraiti, insan istehlakı üçün nəzərdə tutulması, mənşə ölkəsi və mənşə sertifikatı barədə məlumatlar göstərilmişdir. Həmçinin iş materiallarında məhsulu müşayiət edən ##.##.2026-cı il tarixli, ****** nömrəli baytarlıq sertifikatı mövcuddur. Həmin sertifikatda məhsulun sağlam heyvanlardan əldə edildiyi, baytarlıq-sanitariya müayinəsindən keçirildiyi və ixrac üçün müəyyən edilmiş baytarlıq tələblərinə uyğun olduğu təsdiq edilir. Bu sənədlər idxal sağlamlıq aktını əvəz etməsə də, müvəqqəti icraat mərhələsində məhsulun insan sağlamlığı üçün konkret təhlükə yaratdığını göstərən halın müəyyən edilməməsi baxımından nəzərə alınmalıdır. Gömrük Məcəlləsinin 1.1.38-ci maddəsində malların buraxılışı onların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi kimi müəyyən edilmişdir. Bununla belə, bu anlayış konkret malın dövriyyəsinə dair xüsusi qanunvericiliklə müəyyən edilmiş əlavə məhdudiyyətlər nəzərə alınmadan, həmin mal üzərində qeyd-şərtsiz sərəncam vermək hüququnun yaranması kimi başa düşülə bilməz. Gömrük buraxılışı malın gömrük hüququ baxımından şəxsin faktiki və hüquqi ixtiyarına verilməsini ifadə etdiyi halda, həmin malın sonrakı dövriyyəsi başqa qanunvericilik aktları ilə əlavə şərtlərə tabe tutula bilər. Qida məhsullarına münasibətdə belə xüsusi məhdudiyyət “Qida təhlükəsizliyi haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir. Həmin Qanunun 31.7-ci maddəsinin məzmununa görə idxal edilmiş qida məhsulunun qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğu müəyyən edildikdə idxal sağlamlıq aktı tərtib olunur və bu sənəd məhsul üzərində sərəncam verilməsi üçün hüquqi əsas yaradır. Deməli, gömrük orqanının malı buraxması ilə qida məhsulunun mülki dövriyyədə sərbəst realizəsinə imkan verən hüquqi vəziyyət eyniləşdirilə bilməz. Gömrük buraxılışı idxal sağlamlıq aktını əvəz etmir və özlüyündə qida məhsulunun satışına və ya başqa formada özgəninkiləşdirilməsinə hüquq vermir. Bu nəticə İnzibati Xətalar Məcəlləsinin 220.6-cı maddəsi ilə də sistemli şəkildə təsdiqlənir. Həmin normada idxal edilmiş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanması, satılması və ya başqa cür özgəninkiləşdirilməsi ayrıca inzibati xəta kimi müəyyən edilmişdir. Əgər gömrükdən buraxılış yalnız idxal sağlamlıq aktı əvvəlcədən əldə edildikdən sonra mümkün olsaydı və gömrük buraxılışının özü qida məhsulu üzərində sərəncam vermək hüququnun yaranması ilə tam eyniləşdirilsəydi, idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlama, satış və digər özgəninkiləşdirməni ayrıca inzibati xəta kimi müəyyən edən bu normanın müstəqil tətbiq sahəsi əhəmiyyətli dərəcədə daralmış olardı. Buna görə Gömrük Məcəlləsinin 1.1.38-ci, “Qida təhlükəsizliyi haqqında” Qanunun 31.7-ci və İnzibati Xətalar Məcəlləsinin 220.6cı maddələri sistemli əlaqədə təfsir edilməli, gömrük buraxılışı ilə qida məhsulu üzərində sərbəst sərəncam imkanının yaranması fərqli hüquqi mərhələlər kimi qiymətləndirilməlidir. Bu mövqe Gömrük Məcəlləsinin 92.2.3-cü maddəsi, Gömrük Məcəlləsinin 165.2.3-cü maddəsində əks olunan “malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanması” müddəasını açıqlayan Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” 2.1.3-cü bəndi, habelə “Qida təhlükəsizliyi haqqında” Qanunun 31.6cı maddəsi ilə də tamamlanır. Belə ki, Gömrük Məcəlləsinin 92.2.3-cü maddəsində idxalda gömrük nəzarəti zamanı məhsullar (mal) barədə yoxlanılan qida təhlükəsizliyinə dair sənəd olaraq baytarlıq sertifikatı və elektron bildiriş konkret göstərilsə də, idxal sağlamlıq aktı göstərilməmişdir. Həmçinin, “Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” 2.1.3-cü bəndinə malların idxalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların tamamlanmasına dövlət sərhədindən keçirilmə, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılma, malların təyinat orqanına təqdim edilmə, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunma kim hallar aid edilmişdir və həmin siyahıda “və sair” ifadəsinin istifadə edilməməsi həmin sadalamanın qapalı (numerus clausus) olmasından xəbər verir. Bu isə onu göstərir ki, daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış proseduruna aid olan malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanması dedikdə, yalnız gömrük qanunvericiliyində nəzərdə tutulmuş prosedurlar (qida təhlükəsizliyi nəzarət tədbirləri istisna olmaqla) nəzərdə tutulur. Həmçinin, “Qida təhlükəsizliyi haqqında” Qanunun 31.6-cı maddəsinə və həmin Qanunun tətbiqi haqqında Prezidentin Fərmanının 2.4-cü bəndinə əsasən sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət X11 tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində yerləşən qida təhlükəsizliyi nəzarəti məntəqələrində və ya idxalatçıların məhsullarının saxlanc yerlərində həyata keçirilir. Həmin müddəada qida təhlükəsizliyi nəzarətinin idxalatçıların məhsullarının saxlanc yerlərində həyata keçirilməsi imkanının nəzərdə tutulması da ona işarə edir ki, qida təhlükəsizliyinə nəzarət tədbirlərinin görülməsi gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsindən kənarda mümkündür və həmin tədbirlər malların buraxılışından sonra həyata keçirilə bilir. Göstərilən müddəaların məcmusu o nəticəyə gəlməyə imkan verir ki, idxal edilən malların buraxılışı üçün məhsullar barədə qida təhlükəsizliyinə dair baytarlıq sertifikatı və elektron bildiriş kifayət edir və idxal sağlamlıq sertifikatının mövcudluğu tələb edilmir, həmin sertifikat “Qida təhlükəsizliyi haqqında” Qanunun 31.7-ci maddəsinə uyğun olaraq X11 tərəfindən malların buraxılışından sonra həyata keçirilən qida təhlükəsizliyinə nəzarət tədbirlərinin müsbət nəticəsi üzrə tərtib edilir və buraxılmış mal üzərində idxalatçıya sərəncam hüququ verir. Beləliklə, tələb olunan müvəqqəti tədbir ərizəçinin iqtisadi marağının qorunmasına xidmət etməklə yanaşı, insan həyatı və sağlamlığının qorunmasına dair ictimai marağın qida təhlükəsizliyi mexanizmləri vasitəsilə X11 tərəfindən təmin olunmasını da saxlayır və məhkəmənin tətbiq etdiyi müvəqqəti müdafiə tədbiri X11 bu sahədəki səlahiyyətlərini əvəz etmir. Təminatsız buraxılış Kollegiya, həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərardad əsaslandırarkən ifadə edilən malların buraxılışının gömrük borcuna dair təminatdan asılı olması barədə mövqeyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ərizəçi CT-1 güzəşti nəzərə alınmaqla hesabladığı gömrük ödənişlərini tam ödəmişdir. Tərəflər arasındakı mübahisə isə CT-1 nəzərə alınmadıqda yarana biləcək idxal gömrük rüsumuna aiddir. Gömrük Məcəlləsinin 250.2, 251.4 və 258.1-ci maddələrinin, habelə “Gömrük tarifi haqqında” Qanunun 10.2-ci maddəsinə mənasına görə tərəflər mübahisə etmədiyi (bəyannaməçinin müraciəti əsasında gömrük orqanları gömrük borcuna görə təminat tələb etdiyi) təqdirdə, təminat daha çevik (vaxt itkisini azaldan) gömrük rəsmiləşdirilməsi tədbiridir. Təminatın verilməsi özlüyündə mübahisəli borcun etirafı kimi deyil, borcun mübahisələndirməməsi (nolo contendere) kimi qiymətləndirilə bilər. Hazırkı işdə ərizəçinin (bəyannaməçinin) gömrük borcuna görə təminat barədə müraciəti müəyyən olunmur. Digər tərəfdən, tərəflər arasındakı mübahisənin predmeti də təminatın təqdim edilməsindən imtina deyil, CT-1 sertifikatına əsaslanan preferensial tarif rejiminin tətbiqi və buna uyğun bəyannamənin təsdiq edilməsidir. Kollegiya qeyd edir ki, gömrük borcuna görə təminat bəyannaməçinin müraciətindən (iradə ifadəsindən) asılı olduğundan həmin müraciət olmadan məhkəmənin təminat şərtilə malların buraxılışı öhdəliyini müəyyən etməsi bəyannaməçinin hüququnu (seçim/dispozitiv imkanını) vəzifəyə (məcburi/imperativ davranışa) çevirmiş olardı. Halbuki, Konstitusiyanın 71-ci maddəsinin IX hissəsinə əsasən qanunda nəzərdə tutulmayan hərəkətin edilməsi şəxsdən tələb edilə bilməz. Buna görə də bəyannaməçinin təminat müəyyən edilməsi barədə müraciət etmək hüququndan istifadə etməməsinə onun əleyhinə hüquqi nəticə bağlanılması üçün belə nəticəni nəzərdə tutan ayrıca və aydın qanuni əsas mövcud olmalıdır (nulla obligatio sine lege). Belə əsas olmadığı halda isə malın buraxılışına dair MXMT-nin təminatdan asılı edilməsi Konstitusiyanın 71-ci maddəsinin IX hissəsi ilə uzlaşmır. Digər tərəfdən, cavabdehin inzibati icraat zamanı konkretləşdirmədiyi təminat şərtinin məhkəmə tərəfindən müəyyən edilməsi inzibati orqanın həll etməli olduğu konkret məsələni özünün həll etməsi və səlahiyyət hədlərinin aşılması (ultra vires) nəticəsi yaradardı. Belə ki, Ali Məhkəmə Plenumunun “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” ## #### 2026-cı il tarixli, ** nömrəli Qərarı, 2.6, 4.3, 4.6, 4.7 və 4.8-ci maddələrinin mənasına əsasən Konstitusiyanın 7-ci maddəsinin III və IV hissələrində öz əksini tapmış hakimiyyətlərin bölünməsinə dair müddəalara uyğun olaraq məhkəmənin səlahiyyəti inzibati orqanın səlahiyyətini əvəz etmə məqsədi daşıya bilməz və məhkəmə inzibati orqanın əvəzinə qərar verə bilməz, onun səlahiyyəti verilən qərarın hüquqauyğunluğuna nəzarətlə məhdudlaşır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, gömrük qanunvericiliyi sonradan müəyyən edilən və ya az hesablanmış gömrük borcunun tutulması üçün ayrıca mexanizm nəzərdə tutur. Bu səbəbdən konkret halda fiskal marağın qorunmasının yalnız malların buraxılışından əvvəl təminat alınması vasitəsilə mümkün olduğu nəticəsinə gəlmək üçün əsas yoxdur. Ərizəçinin əsas iş üzrə sonradan haqsız çıxacağı halda dövlətin fiskal marağının qorunması üçün qanunvericilikdə hüquqi mexanizmlərin mövcudluğu ziddiyyətli maraqların qiymətləndirilməsi zamanı nəzərə alınmalı amildir və malların təminatsız buraxılışı üçün ayrıca əhəmiyyət daşıyır. İddia tələbi ilə müvəqqəti müdafiə tələbinin üst-üstə düşməsi halı və teleoloji təfsir Qeyd olunanlarla yanaşı, Kollegiya nəzərə alır ki, əsas iddia üzrə tələb ilə MXMT barədə ərizədə irəli sürülmüş tələb əsasən üst-üstə düşür. Belə ki, hər iki halda ##.##.2026-cı il tarixli, ************** nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə göstərilən malların buraxılışı tələb olunur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, gömrük bəyannaməsinin təsdiq edilməsi ilə malların buraxılışı hüquqi baxımdan bir-birindən tam müstəqil iki nəticə deyil, gömrük rəsmiləşdirilməsi çərçivəsində bir-biri ilə funksional və ardıcıl şəkildə bağlı olan hüquqi mərhələlərdir. Belə ki, Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən həmin Məcəllənin 163-cü maddəsində müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən və gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Məcəllənin 163.1-ci maddəsinə görə isə gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda, malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Eyni zamanda, Gömrük Məcəlləsinin 238.2-ci maddəsi idxal üzrə gömrük borcunun yaranma anını məhz gömrük bəyannaməsinin təsdiq edildiyi vaxtla əlaqələndirmişdir. Məcəllənin 243.1-ci maddəsinə görə isə gömrük borcu gömrük bəyannaməsi təsdiq edilənədək və ya onun təsdiqi ilə eyni vaxtda ödənilməlidir. Qeyd olunan normaların sistemli təhlilindən görünür ki, sərbəst dövriyyə üçün buraxılış prosedurunda gömrük bəyannaməsinin təsdiqi malların buraxılışına aparan hüquqi mexanizmin zəruri tərkib hissəsidir. Başqa sözlə, bəyannamənin təsdiqindən kənar və ondan asılı olmayan şəkildə malların buraxılışı Gömrük Məcəlləsində nəzərdə tutulmuş adi hüquqi mexanizm deyildir. Bəyannamənin təsdiqi malların müvafiq gömrük proseduru altında rəsmiləşdirilməsinin, yarandığı halda gömrük borcunun müəyyənləşdirilməsinin və bundan sonra qanunla nəzərdə tutulmuş digər şərtlər yerinə yetirilməklə malların buraxılışının hüquqi əsasını təşkil edir. Bu səbəbdən, hazırkı işdə ərizəçinin müvəqqəti müdafiə tədbiri kimi yalnız malların buraxılışını tələb etməsi, lakin gömrük bəyannaməsinin təsdiqini tələb etməməsi hüquqi baxımdan tələb olunan nəticənin əldə edilməsini təmin etməzdi, malların buraxılışına dair müvəqqəti müdafiə tədbirlərinin icraolunma qabiliyyətini (faktiki effektini) itirərdi. Malların buraxılışı məqsədinə nail olmaq üçün bəyannamənin təsdiq edilməsi barədə tələbin də müvəqqəti müdafiə tədbirinin tərkibinə daxil edilməsi gömrük qanunvericiliyində müəyyən edilmiş hüquqi prosedur ardıcıllığından irəli gəlir. Odur ki, hazırkı işdə əsas iddia ilə müvəqqəti müdafiə tələbinin hər iki elementinin, yəni həm gömrük bəyannaməsinin təsdiqi, həm də malların buraxılışının üst-üstə düşməsi yalnız ərizəçinin əsas iddia üzrə nəticəni qabaqcadan əldə etmək niyyəti ilə izah edilə bilməz. Bu eynilik Gömrük Məcəlləsinin özünün müəyyən etdiyi hüquqi mexanizmdən irəli gəlir. Malların sərbəst dövriyyəyə buraxılışı tələb olunduqda, həmin nəticənin bəyannamənin təsdiqi mərhələsindən ayrılması mümkün deyildir. Buna görə də, tələblərin üst-üstə düşməsinə hüquqi qiymət verilərkən yalnız onların mətn və nəticə baxımından eyniliyi deyil, həmin eyniliyin bir hissəsinin tətbiq olunan maddi hüquq normalarının quruluşundan irəli gəlməsi də nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Plenumun ** nömrəli Qərarının 6.11-ci bəndinə əsasən MXMT işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir və bu icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, əsas iş üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edən və yekun hüquqi vəziyyət yaradan qərarlar qəbul edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında qeyd olunmuşdur ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır (X3 Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə # #### 2012-ci il tarixli, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə ## ###### 2004-cü il tarixli, § 65; Rekvenyi Macarıstana qarşı iş üzrə ## ### 1999-cu il tarixli, § 34 Qərarları). Belə ki, hüquqi təfsir, hüquqi mətnlərin özəyini təşkil edən mənaları aşkar edən bir tədqiqat prosesidir. Özündə hüquq qaydası müəyyən edən mətnin mahiyyətinin aydınlaşdırılması təfsirin başlıca funksiyalarındandır. Kollegiya qeyd edir ki, Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 6.11-ci bəndində əksini tapan müddəanın tətbiqi yalnız onun mətninin formal-qrammatik mənası ilə məhdudlaşdırılmamalı, normanın məqsədi nəzərə alınmaqla teleoloji qaydada şərh edilməlidir. Qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 6.11-ci bəndinin məqsədi müvəqqəti müdafiə icraatının əsas iddia icraatını əvəz etməsinin və məhkəmənin tam araşdırma aparmadan mübahisəni mahiyyəti üzrə yekun həll etməsinin qarşısını almaqdır. Həmin müddəanın məqsədi isə müvəqqəti müdafiəni o dərəcədə məhdudlaşdırmaq deyildir ki, əsas iş üzrə gələcək məhkəmə qərarı qəbul edilənədək müdafiə olunmalı hüquq və ya iqtisadi maraq faktiki olaraq öz əhəmiyyətini itirsin, həmin nəticəni əldə etməkdə artıq hüquqi və ya faktiki faydası qalmasın və sonrakı məhkəmə müdafiəsi yalnız formal xarakter daşısın. Başqa sözlə, 6.11-ci bəndin teleoloji təfsiri zamanı “iddia tələbi ilə eynilik” ayrıca və mütləq qadağa kimi deyil, həmin eyniliyin əsas mübahisəni faktiki olaraq yekun həll edib-etməməsi, yaratdığı nəticələrin geri dönən olub-olmaması və belə müdaxilə olmadan effektiv məhkəmə müdafiəsinin mümkün olub-olmaması ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma, xüsusilə “zaman amilinin” hüququn faktiki həyata keçirilməsini aradan qaldırdığı hallarda, müvəqqəti müdafiə institutunun öz məqsədinə zidd nəticəyə gətirib çıxara bilər. Bu baxımdan, müqayisəli hüquqi yanaşma kimi Almaniya inzibati prosessual hüququnda və məhkəmə təcrübəsində formalaşmış mövqelərin nəzərə alınması da əhəmiyyətlidir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında inzibati məhkəmə icraatının müasir modeli formalaşdırılarkən kontinental Avropa, xüsusilə Almaniya inzibati ədliyyə konsepsiyasından geniş şəkildə istifadə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin hazırlanması prosesində Almaniyanın inzibati prosessual hüququnun əsas institutları və yanaşmaları mühüm müqayisəli hüquqi mənbələrdən biri olmuşdur. Hüquq ədəbiyyatında da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin əsas etibarilə Almaniyanın “İnzibati Məhkəmələr haqqında Qanunu”nda (Verwaltungsgerichtsordnung–VwGO) formalaşmış konsepsiyaya əsaslandığı qeyd olunur. Bu səbəbdən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş institutların, o cümlədən müvəqqəti xarakterli məhkəmə müdafiəsinin məqsəd və funksiyasının müəyyənləşdirilməsi zamanı Almaniya inzibati prosessual hüququnda eyni institutlara münasibətdə formalaşmış elmi yanaşmalar və məhkəmə təcrübəsi Azərbaycan məhkəməsi üçün məcburi hüquq mənbəyi olmasa da, müqayisəli hüquqi təfsir baxımından əhəmiyyət kəsb edir. Xüsusilə milli qanunvericilikdə nəzərdə tutulmuş institutun hüquqi təbiətinin və onun tətbiq sərhədlərinin müəyyənləşdirilməsi zamanı həmin institutun əsaslandığı hüquqi konsepsiyada formalaşmış yanaşmalar onun məqsədinin daha düzgün müəyyən edilməsinə kömək edə bilər. Almaniya inzibati prosessual hüququnda müvəqqəti məhkəmə müdafiəsinin əsas iş üzrə nəticəni qabaqcadan həll etməməsi prinsipi “Vorwegnahme der Hauptsache” anlayışı çərçivəsində nəzərdən keçirilir. Elmi ədəbiyyatda qeyd edilir ki, müvəqqəti müdafiə vasitəsilə əsas iş üzrə əldə edilməsi nəzərdə tutulan nəticənin qabaqcadan verilməsi ümumi qayda olaraq yolverilməzdir. Bununla belə, bu qayda mütləq xarakter daşımır. Əsas iş üzrə qərarın gözlənilməsi ərizəçi üçün ağır, sonradan aradan qaldırılması mümkün olmayan və ya həddən artıq çətin olan nəticələr yaradarsa və effektiv hüquqi müdafiəni başqa vasitə ilə təmin etmək mümkün olmazsa, bu qaydadan istisnaya yol verilə bilər. Bu yanaşma X12 Məhkəməsinin (Bundesverfassungsgericht) ## ##### 2008-ci il tarixli 2 BvR ***/** saylı qərarında da ifadə edilmişdir. Həmin işdə həbsdə olan şəxs səhhətinin pisləşməsi ilə əlaqədar penitensiar xəstəxanaya köçürülməsini tələb etmiş və bu məqsədlə müvəqqəti məhkəmə müdafiəsinə müraciət etmişdir. Aşağı instansiya məhkəməsi müvəqqəti müdafiə tələbini yalnız onunla əsaslandıraraq rədd etmişdir ki, belə tədbirin tətbiqi ərizəçinin tələbini faktiki olaraq tam təmin etməklə əsas iş üzrə qəbul ediləcək qərarın nəticəsini qabaqlamış olardı. X12 Məhkəməsi bu yanaşmanı Əsas Qanunun 19-cu maddəsinin 4-cü bəndində təsbit edilmiş effektiv məhkəmə müdafiəsi təminatı baxımından konstitusion cəhətdən problemli hesab etmişdir. Məhkəmənin mövqeyinə görə, effektiv məhkəmə müdafiəsi yalnız məhkəməyə formal müraciət imkanının mövcudluğu ilə məhdudlaşmamalı, həm faktiki, həm də hüquqi baxımdan real və təsirli məhkəmə nəzarətini təmin etməlidir. Əgər müvəqqəti müdafiənin göstərilməməsi ərizəçi üçün ağır, dözülməz və başqa vasitə ilə qarşısı alına bilməyən nəticələr yaradacaqsa və əsas iş üzrə sonradan qəbul ediləcək qərar həmin nəticələri aradan qaldırmaq imkanında olmayacaqsa, daha üstün əhəmiyyətli maraqlar buna mane olmadığı təqdirdə, effektiv məhkəmə müdafiəsi müvəqqəti tədbirin tətbiqini tələb edə bilər. Belə hallarda əsas iş üzrə nəticəni ərizəçinin xeyrinə qabaqlayan müvəqqəti qərarın qəbul edilməsi də müstəsna olaraq yolverilən və zəruri hesab edilə bilər. Federal Konstitusiya Məhkəməsi, bununla yanaşı, konkret işdə ərizəçinin sonradan ona təklif edilmiş penitensiar xəstəxanada müalicədən imtina etməsini nəzərə alaraq tələb olunan təcililiyin mövcudluğunu təsdiqlənmiş hesab etməmişdir. Bununla belə, qərarda prinsipial olaraq vurğulanmışdır ki, müvəqqəti müdafiə tələbi yalnız əsas işin nəticəsini qabaqladığına görə avtomatik olaraq rədd edilə bilməz. Məhkəmə belə halda müdafiənin göstərilməməsinin ərizəçi üçün yaradacağı nəticələri və həmin nəticələrin əsas iş üzrə sonrakı qərarla aradan qaldırılmasının mümkün olub-olmadığını qiymətləndirməlidir. Eyni hüquqi yanaşma Almaniya Federal İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 1 W-VR 17.** saylı qərarında daha ümumi və prinsipial şəkildə ifadə edilmişdir. Həmin işdə Almaniya Federal İnzibati Məhkəməsi nəinki müvəqqəti müdafiənin “əsas işi qabaqlama”sını qəbul etmiş, hətta bir qədər irəli gedərək əsas işdə əldə edilə biləcək nəticədən daha geniş müvəqqəti müdafiəyə (Überschreiten der Hauptsache) yol vermişdir. Belə ki, həmin işin hallarına əsasən başqa şəhərə keçirilməsi nəzərdə tutulan peşəkar hərbi qulluqçu ailə üzvlərinə, xüsusilə qayğıya ehtiyacı olan qayınanasına qulluqda iştirak etməsi ilə əlaqədar olaraq əvvəlki xidmət yerində müvəqqəti saxlanılmasını tələb etmişdir. Şikayət barədə qəti qərar qəbul edilənədək isə əvvəlki xidmət etdiyi şəhərdə göstərilən vəzifələrdən birində, alternativ olaraq həmin şəhərdə digər uyğun vəzifədə müvəqqəti xidmətə cəlb edilməsini müvəqqəti müdafiə tədbiri olaraq tələb etmişdi. Federal İnzibati Məhkəmə ərizəçinin qeyd edilən şəhərdə göstərilən vəzifələrdən birində, alternativ olaraq həmin şəhərdə digər uyğun vəzifədə müvəqqəti xidmətə cəlb edilməsi barədə qərar vermişdi. Məhkəmə açıq şəkildə qeyd etmişdir ki, ərizəçi müvəqqəti müdafiə vasitəsilə əsas işdə əldə edə biləcəyindən daha artıq nəticə tələb edir və onun əvvəlki xidmət yerində müvəqqəti saxlanılması əsas işin nəticəsinin qismən qabaqcadan əldə edilməsinə səbəb olur. Buna baxmayaraq, məhkəmə bu halı müvəqqəti müdafiənin tətbiqinə mütləq maneə hesab etməmişdir. Məhkəmənin yanaşmasına görə, xüsusilə inzibati orqanın qiymətləndirmə və ya diskresion səlahiyyətə (Beurteilungs- oder Ermessensspielraum) malik olduğu hallarda müvəqqəti icraat çərçivəsində həmin səlahiyyətin hansı konkret nəticəyə gətirib çıxaracağını tam müəyyən etmək mümkün olmasa belə, müvəqqəti müdafiədən imtina nəticəsində şəxsin hüquqi mövqeyi geri dönməz şəkildə itiriləcəksə və ya onun üçün son dərəcə ağır hüquqi nəticələr yaranacaqsa, effektiv məhkəmə müdafiəsinin təmin edilməsi əsas işin nəticəsini müəyyən dərəcədə qabaqlayan müvəqqəti tədbirin tətbiqinə əsas verə bilər. Həmin işdə məhkəmə müəyyən etmişdir ki, ərizəçinin başqa şəhərdə xidmətə başlaması onun ailə üzvünə göstərdiyi qulluqda yüksək ehtimalla fasilələr yaradacaq və bu fasilələrin nəticələri əsas iş üzrə qeyri-müəyyən müddətdən sonra qəbul ediləcək müsbət qərarla kompensasiya edilə bilməyəcək. Beləliklə, həlledici meyar əsas iş üzrə nəticənin formal olaraq qabaqlanması deyil, müvəqqəti müdafiədən imtinanın yaratdığı nəticələrin sonrakı məhkəmə qərarı ilə aradan qaldırılmasının mümkün olub-olmamasıdır. Bununla yanaşı, Almaniya Federal İnzibati Məhkəməsi əsas işin nəticəsini qabaqlayan müvəqqəti tədbirin müstəsna xarakterini nəzərə alaraq onun tətbiqini daha yüksək əsaslandırma standartına tabe edir. Belə hallarda, bir tərəfdən, əsas iş üzrə tələbin uğurlu olacağı ciddi ilkin qiymətləndirmə əsasında görünməli, digər tərəfdən isə müvəqqəti müdafiə göstərilmədiyi halda ərizəçi üçün ağır, başqa vasitə ilə qarşısı alına bilməyən və əsas iş üzrə sonrakı qərarla aradan qaldırılması mümkün olmayan nəticələrin yaranacağı müəyyən edilməlidir. X12 Məhkəməsi ## #### 2003-cü il tarixli 2 BvR ****/** saylı qərarında belə mövqe ifadə etmişdir ki, əsas icraatın nəticəsini qabaqcadan müəyyən edən (yalnız istisna hallarda icazə verilən) qərar o zaman mövcuddur ki, tələb olunan müvəqqəti qərar əslində müvəqqəti olmasın və yekun qərara bərabər olsun. Belə ki, həmin qərara əsas olan işin hallarına əsasən ərizəçi cəzaçəkmə müəssisəsində məhkum idi və müəssisə rəhbərliyi ona qarşı 11 intizam tədbiri, o cümlədən həbs şəraitini əhəmiyyətli dərəcədə ağırlaşdıran kamera tipli otağa keçirmə tənbehi tətbiq etmişdi. Ərizəçi həmin tədbirlərə qarşı əsas işlə yanaşı onların icrasının müvəqqəti dayandırılmasını (vorläufige aussetzung) tələb etmişdi. X12 Məhkəməsi həmin iş üzrə müəyyən etmişdir ki, əsas iş həll edilənədək inzibati tədbirinin icrasının müvəqqəti dayandırılması özlüyündə əsas işin qabaqlanması (Vorwegnahme der Hauptsache) deyil. Əsas işin qabaqlanması yalnız o zaman mövcuddur ki, tələb edilən müvəqqəti qərar faktiki baxımdan müvəqqəti deyil, yekun qərara bərabər olsun. Bu, əsas icraat ərizəçinin xeyrinə qərar verildiyi təqdirdə bərpa oluna biləcək bir tədbirin müvəqqəti dayandırılması üçün müraciət edildiyi hal deyil. Müvəqqəti dayandırmanın öz-özlüyündə ləğv edilə bilməməsi bu müvəqqəti tədbiri de-fakto yekun etmir. Əksinə, müvəqqəti qərar üçün digər şərtlər yerinə yetirildiyi təqdirdə, müvəqqəti dayandırma qanunvericinin nəzərdə tutduğu kimi ağır tədbirlərə qarşı müvəqqəti hüquqi müdafiənin tipik tənzimləyici məzmunu hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, alman məhkəmə təcrübəsində əsas işin nəticəsinin qabaqlanmasına müstəsna qaydada yol verilməsini əsaslandıra bilən nəticələr yalnız şəxsin həyatı, sağlamlığı və ya digər şəxsiyyət hüquqları ilə bağlı zərərlərlə məhdudlaşdırılmır. İqtisadi və maddi xarakterli nəticələr də, əgər onlar ağır və dözülməz xarakter daşıyırsa, başqa vasitə ilə qarşısının alınması mümkün deyilsə və əsas iş üzrə sonradan qəbul ediləcək müsbət qərar həmin nəticələri real şəkildə aradan qaldırmaq iqtidarında olmayacaqsa, belə istisnanın tətbiqinə əsas verə bilər. Bu baxımdan həlledici olan zərərin maddi və ya qeyri-maddi xarakteri deyil, onun sonradan bərpa edilə bilməsi imkanının mövcud olub-olmamasıdır. Belə ki, Alman Federal İnzibati Məhkəməsi ## ### 2022-ci il tarixli 1 W-VR 12.** nömrəli qərarında tələb olunan müvəqqəti tədbirin əsas işin nəticəsinin qabaqlanmasını təşkil etmədiyi qənaətinə gəlsə də, təcililik əsasını qiymətləndirərkən maliyyə və karyera xarakterli zərərlərin də əsas iş üzrə sonradan qəbul ediləcək qərarla aradan qaldırılması mümkün olmayan ağır və dözülməz nəticələr təşkil edə biləcəyini qəbul etmişdir. Kollegiya yuxarıdakı müqayisəli hüquqi yanaşmadan belə nəticə çıxarmır ki, əsas iş üzrə nəticənin qabaqlanmasına dair Almaniya hüququnda formalaşmış meyarlar milli hüquqa olduğu kimi köçürülməlidir. Həmin yanaşma yalnız müvəqqəti müdafiənin funksional məqsədinin aydınlaşdırılması üçün müqayisəli hüquqi dəlil kimi nəzərə alınır. Hazırkı iş üzrə həlledici meyarlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarında müəyyən edilmiş şərtlərdir. Bu baxımdan, əsas işin nəticəsinin müvəqqəti qaydada faktiki olaraq qabaqlanması ilə əsas mübahisənin hüquqi baxımdan yekun həll edilməsi fərqləndirilməlidir. Bəyannamənin müvəqqəti müdafiə çərçivəsində təsdiq edilməsi və malların buraxılışı ərizəçiyə əsas iddiada tələb etdiyi faktiki nəticəni əvvəlcədən versə də, məhkəmə bununla CT-1 sertifikatının preferensial mənşə üçün bütün şərtlərə qəti şəkildə cavab verdiyini və cavabdehin mövqeyinin mahiyyət etibarilə qanunsuz olduğunu müəyyən etmir. Bu məsələlər əsas iş üzrə tam araşdırmanın predmeti olaraq qalır. Buna görə faktiki nəticənin qabaqlanması özlüyündə əsas mübahisənin hüquqi baxımdan yekun həll edilməsi ilə eyniləşdirilə bilməz. Qeyd edilən yanaşmalardan çıxış etməklə Kollegiya hesab edir ki, əsas iş üzrə tələb ilə müvəqqəti müdafiə tələbinin üst-üstə düşməsi məsələsinə yalnız formal meyar əsasında yanaşılması müvəqqəti məhkəmə müdafiəsi institutunun məqsədi ilə uzlaşmaz. Həlledici olan müvəqqəti tədbirin əsas mübahisəni vaxtından əvvəl yekun həll etmək məqsədi daşıyıbdaşımaması deyil, belə tədbir görülmədiyi halda əsas iş üzrə gələcək müsbət məhkəmə qərarının real və səmərəli hüquqi müdafiə təmin etmək imkanının saxlanılıbsaxlanılmamasıdır. Bu yanaşmanın hazırkı iş üçün əhəmiyyəti ondan ibarətdir ki, zaman amili məhkəmə müdafiəsinin faktiki səmərəsini aradan qaldıra bilər. Əsas iş üzrə sonradan qəbul ediləcək müsbət qərar hüquqi mübahisəni ərizəçinin xeyrinə həll etsə də, həmin vaxtadək malların itirilmiş yararlılıq və kommersiya dövrünü geri qaytarmaq imkanında olmaya bilər. Mübahisənin obyekti olan dondurulmuş ərzaq məhsullarının gömrük nəzarəti altında fiziki olaraq saxlanılması onların iqtisadi dəyərinin qeyri-müəyyən müddət ərzində dəyişməz qalmasını təmin etmir. Yuxarıda qeyd edildiyi kimi, ümumi həyat və elmi təcrübədən irəli gələn empirik qanunauyğunluqdur ki, malların yararlılıq müddəti davam etməkdə, onların realizəsi üçün qalan müddət azalmaqda, uzunmüddətli saxlama isə əlavə xərclərlə yanaşı, malların kommersiya dəyərinə təsir göstərməkdədir. Əgər əsas iş üzrə yekun qərar qəbul edilənədək malların yararlılıq və kommersiya dəyəri əhəmiyyətli dərəcədə azalarsa və ya itirilərsə, sonradan gömrük bəyannaməsinin təsdiq edilməli olduğunun müəyyən edilməsi ərizəçini həmin qərar vaxtında qəbul edilmiş olsaydı belə, mövcud olacaq vəziyyətə tam qaytara bilməyəcəkdi. Bu halda əsas iş üzrə məhkəmə müdafiəsi hüquqi baxımdan təmin edilmiş olsa da, onun praktiki və iqtisadi səmərəsi əhəmiyyətli dərəcədə aradan qalxmış olacaq. Odur ki, əsas iddia ilə müvəqqəti müdafiə tələbinin üst-üstə düşməsi hazırkı işdə yalnız formal-qrammatik meyar əsasında qiymətləndirilə bilməz. Ali Məhkəmə Plenumunun Qərarının 6.11-ci bəndinin teleoloji təfsiri həmin müddəanın məqsədinin nəzərə alınmasını tələb edir. Bu məqsəd müvəqqəti müdafiə vasitəsilə əsas mübahisənin yekun həll edilməsinin qarşısını almaqdan ibarətdir, gələcək məhkəmə müdafiəsinin özünün səmərəsiz hala gəlməsinə səbəb olmaqdan deyil. Buna görə də, əsas iş üzrə qərarın gözlənilməsi nəticəsində müdafiə olunan hüquqi və iqtisadi marağın geri dönməz şəkildə itirilməsi və ya onun bərpasının həddən artıq çətinləşməsi təhlükəsi mövcud olduqda, əsas tələbin nəticəsinə yaxınlaşan müvəqqəti tədbir mübahisənin yolverilməz şəkildə qabaqcadan həlli deyil, gələcək məhkəmə müdafiəsinin real və səmərəli olmasının təmin edilməsi vasitəsi kimi qiymətləndirilə bilər. Hazırkı işdə də ərizənin təmin edilməsinin əsaslandırılması yalnız iddia tələbinin müvəqqəti qaydada qabaqcadan təmin edilməsinə deyil, “zaman amilindən” asılı olan malların iqtisadi dəyərinin qorunmasına və əsas iş üzrə mümkün müsbət qərarın faktiki səmərəsinin saxlanılmasına söykənir. Buna görə MXMT barədə ərizənin tələbi (gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə qeyd edilən malların buraxılışı) ilə əsas iddia tələbinin əsasən hərfi mənada üst-üstə düşməsi və MXMT-nin nəticəsinin əsas iddianın nəticəsinə bənzəməsi hələ əsas işin qabaqlanması anlamına gəlmir və işin qabaqcadan mahiyyəti üzrə həll etmir və yekun hüquqi vəziyyət yaratmır. Nəzərə almaq lazımdır ki, əsas iddia sonradan ərizəçinin ziyanına həll olarsa, Gömrük Məcəlləsinin 249.1 və 249.2-ci maddələri dövlətin fiskal marağının qorunmasına və ərizəçinin xeyrinə müvəqqəti aktiv edilmiş vəziyyətin geri qaytarılmasına (sonradan ziyanına həll olunmasına) imkan verir. Belə ki, həmin maddələrin tələbinə əsasən ödənilməmiş və ya sonradan az hesablandığı aşkar edilən gömrük borcunun ödəyicidən tutulması barədə inzibati orqan tərəfindən inzibati akt qəbul edilir. Beləliklə, Kollegiyanın qənaəti odur ki, MXMT barədə ərizənin tələbi ilə əsas iddia tələbinin əsasən hərfi mənada üst-üstə düşməsi ərizənin rədd edilməsi və ya mümkünsüz sayılması üçün mütləq əsas hesab edilə bilməz. Yekun hüquqi dəyərləndirmə Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə ilkin təcili tənzimləmənin zəruriliyi mövcuddur. Tətbiq edilməli mənşə qaydalarının ilkin hüquqi təhlili, cavabdehin etirazlarının əhəmiyyətli hissəsinin Yalta Qaydalarına əsaslanması, Minsk Qaydalarında 0207 mal mövqeyi üçün nəzərdə tutulmuş fərqli mənşə meyarı, sertifikatın yoxlama mexanizmi və sertifikatdakı mümkün qüsurun malların saxlanılmasına avtomatik əsas yaratmaması birlikdə qiymətləndirildikdə ərizəçinin əsas iddia üzrə uğur qazanacağına dair əsaslandırılmış güman yaranır və cavabdehin hərəkətinin “ilk baxışda” (prima facie) hüquqauyğun olmaması barədə qənaətə gəlməyə əsas verir. Bununla yanaşı, qarşı duran fərdi və ictimai maraqların, risklərin geri dönən və geri dönməz xarakterinin, təcililiyin intensivliyinin və mütənasiblik tələbinin qiymətləndirilməsi də müvəqqəti müdafiənin tətbiqini dəstəkləyir. Əsas iddia ilə müvəqqəti müdafiə tələbinin nəticə etibarilə üst-üstə düşməsi isə Plenumun ** nömrəli Qərarının 6.11-ci bəndinin məqsədi, hazırkı işdə zaman amilinin yaratdığı geri dönməz nəticələr və gələcək məhkəmə müdafiəsinin real səmərəsinin qorunması zərurəti nəzərə alındıqda, ərizənin təmin edilməsinə maneə təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Ərizəçi MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi (iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilsin. ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsinin təsdiq edilməsi və həmin bəyannamədə qeyd edilən malların buraxılması cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-210/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-210/2026
23.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver