Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 16(3-1)-13/2026 21.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Ərizəçi Ərizəçi iddianın təmin edilməsi üçün müvəqqəti təminat tədbirinin tətbiq edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: qeyri-mümkünlüyün əsasları) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Novruzov Səxavət Hüseyn oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Iddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək hazırda məhkəmənin icraatında olan mülki iş üzrə iddianın təmin edilməsi üçün müvəqqəti təminat tədbiri tətbiq edilməsi, iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək iddiaçının azyaşlı nəvəsi X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 20:00-dək sərbəst görüşmək, ünsiyyət saxlamaq və birlikdə vaxt keçirmək hüququnun müvəqqəti olaraq müəyyən edilməsi və cavabdeh Cavabdeh həmin görüşlərin keçirilməsinə hər hansı formada mane olmaması öhdəliyinin müəyyən edilməsi barədə qərardad qəbul edilmədini xahiş etmişdir.
2. Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi tələbinə dair ərizəsinin qismən təmin edilməsi, ərizəçinin məhkəmədə qaldırdığı iddia tələbinə mahiyyəti üzrə baxılıb qanuni qərar qəbul edilənədək, ##.##.2021-ci il təvəllüdlü X1 nənəsi ilə görüş və ünsiyyət hüququnun məhdudlaşdırılmasının cavabdeh Cavabdeh qadağan etməklə həftənin bazar günü saat 10:00-dan bazar günü 17:00-dək onun yanında qalması barədə görüş və ünsiyyət qaydası müəyyən edilməsi qərara alınmışdır.
3. Qərardaddan narazı qalan iş üzrə cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Sədərək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-*/**** saylı qərardadının (müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin təmin edilməsi barədə) ləğv olunması, yazılı icraat qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
4. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
5. Maddə 267.2. Işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.
6. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
7. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
8. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.
9. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
10. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ...göndərilir.
11. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
12. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
13. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
IV. Məhkəmə kollegiyasının mövqeyi Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267 və 269cu maddələrinin
14. tələblərinə əməl edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də şikayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Belə ki, iş materiallarından aydın olur ki, Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət ## ###### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət daxil olduqdan sonra Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq işə baxan hakim tərəfindən şikayətə baxılmadan ## ###### 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə qeyd olunan prosessual normaların tələblərinə əməl etməmiş, şikayətə baxılıb qərar qəbul edilmədən apellyasiya məhkəməsinə göndərmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual çatışmazlıq qanunun imperativ tələbinin pozulması olduğundan şikayətin mümkün hesab edilməsinə mane olur. Bu səbəbdən şikayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
17. Kollegiya eyni zamanda qeyd edir ki, şikayətin qeyri-mümkün hesab edilməsi onun mahiyyəti üzrə əsaslı və ya əsassız olması barədə nəticə kimi qiymətləndirilə bilməz. Hazırkı qərardad yalnız şikayət qanunla müəyyən edilmiş prosessual tələblərə uyğun baxılması ilə bağlıdır və mübahisənin mahiyyəti üzrə hər hansı hüquqi mövqe ifadə etmir.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Sədərək Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdehtərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün işlə birlikdə Sədərək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.