Məhkəmə qərarları › İş №16(3-10)-33/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-33/2026

24.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 16(3-10)-33/2026 24.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki şəhəri Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, aliment) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Ərizəçi Ərizəçi alimentin tutulmasına dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh arasında ## #### 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulmasını, həmin nikahdan doğulmuş ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 iddiaçı Ərizəçi yanında saxlanılmasını, azyaşlı ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə cavabdeh Cavabdeh hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi ödənilməsini, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və mediasiya üçün ödənilmiş 50 (əlli) manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim: A.Mürsəlova) ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə Ərizəçi arasında ## #### 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 ataları Cavabdeh alınıb anaları Ərizəçi verilməsi, ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində saxlanılması, cavabdeh Cavabdeh ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilməsi, Aliment uşaqlar atadan alınıb anaya verildiyi gündən hesablanması, iddiaçı Ərizəçi ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, “## #### 2017-ci il tarixli nikahının pozulmasına və aliment” tələbinə dair iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək birgə nikahından anadan olmuş uşaqları ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 üçün hər birinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,65 misli məbləğindən az olmamaqla müvəqqəti alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə işin məhkəmə qaydasında baxılması bir neçə ay davam edə bilməsi ehtimalı çoxdur. Odur ki, həmin müddətdə himayəsində olan uşaqların saxlanması, maddi tələbatlarının ödənilməsi səbəbindən müvəqqəti aliment təyin edilməsi zəruridir. Azərbaycan Respublikasında ##.##.2026-cı il tarixdən minimum əmək haqqının 400 manat müəyyən edildiyindən bir nəfər uşağın saxlanılması üçün alimentin miqdarı indeksasiva edilərək borcludan mənim xeyirimə sonrakı illər üzrə minimum əmək haqqı məbləğində artımlar nəzərə alınmaqla hər ay üzrə uşağıma görə minimum əmək haqqının 0.65 misli miqdarında, yəni 260 manat az olmayan məbləğdə müəyyən edilməlidir. Məhkəmə kollegiyası müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Kollegiya daha sonra qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisənin predmetini nəzərə alaraq və ərizənin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh arasında ## #### 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulmasını, həmin nikahdan doğulmuş ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020ci il təvəllüdlü X1 iddiaçı Ərizəçi yanında saxlanılmasını, azyaşlı ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təkollegiyavəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə cavabdeh Cavabdeh hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi ödənilməsini, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və mediasiya üçün ödənilmiş 50 (əlli) manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə Ərizəçi arasında ## #### 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 ataları Cavabdeh alınıb anaları Ərizəçi verilməsi, ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində saxlanılması, cavabdeh Cavabdeh ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilməsi, aliment uşaqlar atadan alınıb anaya verildiyi gündən hesablanması, iddiaçı Ərizəçi ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən görünür ki, qətnamə qəbul edilən zaman tərəflərin birgə nikahından anadan olmuş ## #### 2018-ci il təvəllüdlü X2 və ## #### 2020-ci il təvəllüdlü X1 atalarını yanında olduğundan, qətnamə ilə uşaqların ataları Cavabdeh alınıb anaları Ərizəçi verilməsi qət edilmişdir. Hal-hazırda isə, tərəflərin birgə nikahından anadan olmuş uşaqların analarının himayəsində olması ilə bağlı ərizəyə heç bir mötəbər sübut əlavə edilməmişdir. Belə olan halda müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş uşaqların ataları Cavabdeh alınıb anaları Ərizəçi verildiyi tarixdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yəni, məhkəmə qətnaməsi ilə uşaqların anaya verildiyi tarixdən başlayaraq alimentin tutulması qərara alınmışdır. Odur ki, gələcəkdə qətnamə icra edilən zaman alimentin tutulması həmin tarixdən hesablanacaqdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157- 164, 263, 264, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Ərizəçi alimentin tutulmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar