Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-37/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə ilə, X3 Tangudurun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi və həmin daşınmaz əmlak üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X6 cavabdeh “TANYAPI İNŞAAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçının “TANYAPI İNŞAAT LTD” MMC-dən çıxması üçün növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı X6 ##.##.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə cavabdehlər “TANYAPI İNŞAAT LTD” MMC, İsmayıllı rayon Notariat ofisi, X13, X1, X5, X20, X4 qarşı müraciət edərək “əvvəlki iddia tələbləri olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcmi artırılsın və aşağıdakı kimi müəyyən edilsin: cavabdeh “TANYAPI İNŞAAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair * saylı Qəbələ Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərdən, Cəmiyyətin direktoru tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, cavabdeh X13 ilə bağlanılmış ##.##.2021-ci il tarixli, 0941777, ******* reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 0853964, 0853960, ******* reyestr nömrəli, cavabdeh X1 ilə bağlanılmış ##.##.2021-ci il tarixli, 0941779, 0941781, 0941784, 0941786, 0941787, ******* reyestr nömrəli, cavabdeh X4 ilə bağlanılmış ##.##.2021-ci il tarixli, 0941805, 0941804, 0941803, 0941799, ******* reyestr nömrəli, cavabdeh X5 ilə bağlanılmış ##.##.2021-ci il tarixli ******* reyestr nömrəli və cavabdeh X20 ilə bağlanılmış ##.##.2021-ci il tarixli, 0941841, 0941840 və ******* reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməsini, iddiaçı X6 “TANYAPI İNŞAAT LTD” MMC-dən çıxması üçün Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-yə həvalə edilməsini, iddiaçı X6 təsisçisi olduğu “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan əmlakların uydurma əqdlər vasitəsilə mənimsənilməsi faktının araşdırılması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı ##.##.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək “əvvəlki iddia tələbləri (artırmalarla birlikdə) olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcminin aşağıdakılar əlavə edilməklə artırılmasını, cavabdeh "TANYAPI İNŞAAT LTD" MMCnin direktoru Azər Göyüşov tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, cavabdeh X1 ilə bağlanılmış ##.##.2021-ci il tarixli, 0941782, ******* reyestr nömrəli, X4 ilə bağlanılmış 25.07.2020ci il tarixli, ******* reyestr nömrəli və ##.##.2021- ci il tarixli, 0941796, 0941797, 0941798, 0941800, 0941801, ******* reyestr nömrəli, cavabdeh X20 ilə bağlanılmış ##.##.2021ci il tarixli, 0941833, 0941834, 0941835, 0941839, 0941842, 0941843, ******* reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı X6 ##.##.2025-ci il tarixdə iddia tələblərinin dəqiqləşdirilməsinə və iş üzrə cavabdehin cəlb edilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər "TANYAPI İNŞAAT LTD" MMC, İsmayıllı rayon Notariat ofisi, X13, X1, X5, X20, X4 qarşı “iddia ərizəsində göstərilən əsaslarla yanaşı, hazırkı ərizədə göstərilən iddia tələbinin faktiki əsaslarının da nəzərə alınması, iş üzrə “TANYAPI İNŞAAT LTD” MMC-nin direktoru X8 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X6 “Tanyapı İnşaat LTD” MMC-dən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağı keçirilməsi və iddiaçı X6 cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi cavabdeh “Tanyapı İnşaat LTD” MMC tərəfindən təmin edilməsi, iddia qalan hissədə rədd edilməsi, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı iddiaçıdan, 50 manatı cavabdeh “Tanyapı İnşaat LTD” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi iddiaçı X6, 50 manat hissəsi isə cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir. İddiaçı X6 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə və cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin nümayəndəsi və vəkili Güləhmədov X11 Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-*/**** saylı qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadları ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək iş üzrə icraat dayandırılmışdır. ## ### 2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə Şəki Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə “müvəqqəti təminat tədbirinə dair” ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X6 “TANYAPI İNŞAAT LTD” MMC-nin təsisçisidir və cəmiyyətin nizamnamə kapitalındakı payın 50 faizi ona məxsusdur. Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-**(***)-**/**** saylı qərardadı ilə cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 4503 kv.m olan çoxmərtəbəli yaşayış binası və həmin ünvanda yerləşən 0,24 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş və həmin əmlakların özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Lakin, iş üzrə sonradan əldə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən və əvvəlki qərardadla üzərinə həbs qoyulmuş 4503 kv.m sahədən əlavə olaraq, cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində ümumi sahəsi 10.493,60 kv.m təşkil edən digər daşınmaz əmlak da mövcuddur. Həmin daşınmaz əmlak üzrə ayrıca çıxarış verilmişdir. Beləliklə, hazırda qüvvədə olan müvəqqəti təminat tədbiri yalnız 4503 kv.m sahəni əhatə edir, ümumi sahəsi 10.493,60 kv.m təşkil edən əlavə daşınmaz əmlak isə təminat tədbirindən kənarda qalmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, ümumi sahəsi 10.493,60 kv.m təşkil edən həmin daşınmaz əmlaklarla bağlı müxtəlif şəxslərlə alqı-satqı müqavilələri bağlanmış, daşınmaz əmlaklar cavabdeh cəmiyyətin yaxın qohumlarının və əlaqəli şəxslərin adına rəsmiləşdirilmişdir. Təqdim edilmiş iddia tələblərində məhz həmin müqavilələrin etibarsız hesab edilməsi, onların əsasında aparılmış dövlət qeydiyyatlarının ləğvi və özgəninkiləşdirilmiş əmlakların yenidən cəmiyyətə qaytarılması tələb olunur. Başqa sözlə, ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlak və həmin əmlakla bağlı bağlanmış müqavilələr hazırkı iş üzrə birbaşa mübahisə predmetini təşkil edir. İddiaçının mövqeyinə görə, cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin direktoru X8 cəmiyyətə məxsus daşınmaz əmlakları öz yaxın qohumlarının və əlaqəli şəxslərin adına rəsmiləşdirməklə cəmiyyətin əmlak kütləsinin azalmasına və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda iş üzrə keçirilmiş ekspertiza zamanı və yerində müayinə aparılarkən məlum olmuşdur ki, həmin binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və satışı davam etdirilir. Bu isə mübahisə predmetini təşkil edən əmlakın gələcəkdə yenidən üçüncü şəxslərə satılması və hüquqi vəziyyətin daha da mürəkkəbləşdirilməsi riskini real edir. Belə olan halda, ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlak üzərinə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə, həmin əmlakın yenidən özgəninkiləşdirilməsi, yeni şəxslərin hüquqlarının yaranması və nəticə etibarilə gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olması real təhlükə təşkil edir. Göstərilənlərə əsasən cavabdeh “TANYAPI İNŞAAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsini və həmin daşınmaz əmlak üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini və müvafiq kommersiya işinin materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Qanunun mənasına görə, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Ərizəçi ərizəsində cavabdeh “TANYAPI İNŞAAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsini və həmin daşınmaz əmlak üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdim edilmiş ilkin sübutların və ərizənin əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kommersiya hüquqi şəxsinin dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, X6 “Tanyapı İnşaat LTD” MMC-nin təsisçisi olmaqla cəmiyyətin nizamnamə kapitalındakı payın 50%-i ona məxsusdur. Hazırda onun cavabdeh “Tanyapı İnşaat LTD” MMC-yə qarşı cəmiyyətdən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və ona cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddiası məhkəmənin icraatında olunduğundan məhkəmə hesab edir ki, cəmiyyətin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ərizəçinin hüquqlarının bərpa edilməsi əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Belə olan halda, Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)- */**** saylı qətnaməsi ilə iddianın qismən təmin olunduğu da nəzərə alındıqda, ərizəçinin cavabdehin (cəmiyyətin) mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən daşınmaz əmlaka müvəqqəti təminat tədbiri olaraq cavabdehə və digər şəxslərə qadağan edilməsi və həmin daşınmaz əmlak üzərinə həbs qoyulması barədə tələbi təmin oluna bilər. Mülkiyyətçinin öz mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ isə qanunla müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X21 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) * saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan məhkəmədə sözügedən təhlükənin mövcudluğu ehtimalının yüksək olması, həmin təhlükənin reallaşmasının mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə biləcəyi, yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə biləcəyi üçün onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac olması qənaətini formalaşdırmamışdır. Müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası ərizənin təmin edilməsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, X3 Tangudurun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi və həmin daşınmaz əmlak üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməli, hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməli və həmin daşınmaz əmlak üzərinə həbs qoyulmalıdır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 157, 263-264 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X3 Tangudurun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilsin. Hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyasının icraatında olan *- *(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək cavabdeh “TANYAPI İNŞAAT LTD” MMC-nin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 10.493,60 kv.m təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilsin və həmin daşınmaz əmlak üzərinə həbs qoyulsun. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №16(3-10)-37/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-37/2026
25.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver