Məhkəmə qərarları › İş №16(3-10)-41/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-41/2026

18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-41/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinə dair ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, ləğv, rədd) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı Ərizəçi MMC-nin cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri haqqında ərizəsi üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı Ərizəçi MMC cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon * saylı Notariat Ofisinin ##.##.2026-cı il tarixli, 8I- **** reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı Ərizəçi MMC müvəqqəti təminat tədbirinə dair ərizə verərək, iddiaçı Ərizəçi MMCnin cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Yevlax rayon Icra və Probasiya Şöbəsi tərəfindən həmin icra qeydi üzrə hər hansı məcburi icra tədbirlərinin görülməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi MMC-nin cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair 2(5-166)- ***/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Yevlax rayon Icra və Pobasiya Şöbəsi tərəfindən Yevlax rayon * saylı Notariat Ofisinin ##.##.2026-cı il tarixli, 8I-**** reyestr nömrəli icra qeydi üzrə məcburi icra tədbirlərinin görülməsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinə dair ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon * saylı Notariat ofisinin ##.##.2026- cg il tarixili icra qeydi ilə xüsusi notarius X1 ‘’Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76- maddəsinə və "Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə istinad edərək ipoteka saxlayan cavabdeh2 ASC-nin tələbi əsasında ipoteka qoyan Ərizəçi MMC-yə və Emre Hakan’a məxsus ipoteka predmeti olan əmlaka tutmanın yünəldilməsini təklif etmişdir. Həmin icra qeydinə əsasən MK-708545/25 müqaviləsi üzrə 900783 manat əsas borc, 35006,05 manat faiz borcu və 16275,49 manat dəbbə pulu olmaqla ümumiilikdə 952064,54 manat tutulmalı məbləğ göstərilmişdir. Iddiaçının barəsində icra qeydinin aparılacağı barədə nə iddiaçıya, nə də əsas borclu olan «X2 Otomotiv inşaat Kimya Sanayi ve Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı»na qanunla nəzərdə tutulmuş qaydada hər hansı rəsmi və qeyri-rəsmi yazılı və ya şifahi bildiriş təqdim edilməmişdir. Əgər belə bir bildiriş verilmiş olsaydı tələb olunan məbləğin, xüsusilə faiz borcunun və dəbbə pulunun hesablanmasına, eləcə də əsas borcun həqiqi qalığına dair əsaslandırılmış etirazlarını vaxtında bildirərdilər. Çünki ödəniş qrafikinə uyğun olaraq edilmiş ödənişlər fonunda tələb edilən borc məbləğinin düzgünlüyü ciddi şübhə doğurur. Bu isə onu göstərir ki, söhbət mahiyyəti etibarilə mübahisəli tələbə aiddir və belə tələb mübahisəsiz borc kimi notariat qaydasında rəsmiləşdirilə bilməz. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçüy notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, ipoteka predmetinə tutmanın yünəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "Ipoteka haqqında' Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırılıdığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasgnda ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Deməli, bildirişin göndərilməsi və onun borcluya çatdırılmasının təsdiqi icra qeydinin aparılması üçün formal deyil, məcburi hüquqi şərtdir. Icra qeydinin aparıldıgından yalnız və yalnız ##.##.2026-cı il tarixdə məlumatları olmuşdur. Belə ki, icra məmuru əmlaka baxış keçirərək əmlakın şəkillərinin çəkilməsi barədə onlara müraciət etdikdə, nümayəndəsi (iddiaçının) nə üçün könüllü icra müddəti ərzində məlumat verilməməsi barədə icra məmurundan soruşmuşdur. Icra məmuru özü tərəfindən könüllü icra üçün məktubun göndərildiyini bildirmiş, nümayəndə (iddiaçının) isə nə icra məmurunun, nə Bankın nə də məhkəmənin bildirişlərinin tərəflərindən alınmadığını bildirmişdir. Bu zaman icra məmuru demişdir ki, bu işdə məhkəmə araşdırması olmadan icra qeydi aparılmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, Yevlax rayon * saylı Notariat ofisi tərəfindən icra qeydinin aparılmasından imtina edilməli idi. Belə ki, bu növ müqavilələr və bu məbləğdə öhdəliklərin mübahisəsiz öhdəlik kimi hesab edilməsi onları əlverişsiz vəziyyətə salması yolverilməzdir. Bu növ mübahisələrə ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəfindən baxılmalı, iş üzə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq ədalətli məhkəmə qətnaməsi çıxarılmalı idi. Eyni zamanda onların da iştirakı, iddiaya mülahizələri, etirazları nəzərə alınmalı idi. Lakin bu qaydaların hər biri kobud şəkildə pozulmuşdur. Belə olan halda Yevlax rayon * saylı Notariat ofisi tərəfindən icra qeydinin aparmasından imtina edilməli idi. Çünki bir tərəfdən borcun mübahisəsizliyi təsdiq edilməmiş, digər tərəfdən isə borclunun əvvəlcədən məlumatlandırılması ilə bağlı imperaiv prosedur tələbləri təmin olunmamışdır. Xüsusilə bu həcmdə və bu xarakterdə olan öhdəliyin məhkəmədənkənar qaydada tərəflərin izahatları dinlənilmədən və etiraz imkanları verilmədən mübahisəsiz borc kimi rəsmiləşdirilməsi hüquqi müəyyənlik, çəkişmə və ədalətli araşdırma prinsipləri ilə uzlaşmır Bu cür mübahisə mahiyyət etibarilə məhkəmə araşdırmasının predmeti olmalı, tərəflərin iştirakı ilə tam, hərtərəfli və obyektiv qiymətləndirilməli idi. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notarial hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Məhz bu səbəbdən, tərəflərindən məhkəməyə müraciət edilərək həmin icra qeydinin ləğv olunması tələb edilmişdir. Lakin hazırda həmin iddia üzrə mülki işə baxıldığı müddətdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin davam etdirilməsi real və yaxın təhlükə olaraq qalır. Bu isə o deməkdir ki, əmlak barəsində sonradan geri qaytarılması və ya bərpası çətin olan hüquqi və faktiki nəticələr yarana bilər, nəticədə isə iddia üzrə gələcək məhkəmə müdafiəsi səmərəsiz hala düşər. Iddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddiaçı Ərizəçi MMC-nin cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Yevlax rayon Icra və Probasiya Şöbəsi tərəfindən həmin icra qeydi üzrə hər hansı məcburi icra tədbirlərinin görülməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, cavabdeh cavabdeh2 ASC-nin şikayətinin dəlilləri əsaslıdır. Belə ki, araşdırılan mübahisədən görünür ki, ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməkdə marağı müvafiq icra sənədi üzrə icraatın dayandırılmasıdır. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.. Göründüyü kimi, qanunverici ipoteka üzrə notariusun icra qeydinin mübahisələndirilməsini icraatın dayandırılması üçün əsas hesab etmir və bunu birbaşa istisna hal kimi müəyyən edir. Bu baxımdan, borclunun iddia qaldırması məcburi icra tədbirlərinin qadağan edilməsi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh cavabdeh2 ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi MMC-nin iddiaçı Ərizəçi MMC-nin cavabdehlər cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Yevlax rayon * saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Yevlax rayon Icra və Probasiya Şöbəsi tərəfindən həmin icra qeydi üzrə hər hansı məcburi icra tədbirlərinin görülməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinə dair ərizəsi rədd edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar