Məhkəmə qərarları › İş №16(3-10)-46/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-46/2026

10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 16(3-10)-46/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri - Sadiqov Zülfüqar Əhmәd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu vә Musayev Taleh Valeh oğlundan ibarәt tәrkibdә, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsi üzrә qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ərizәçi Ərizәçi ## ### 2026-cı ildә “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizә ilә Göyçay Rayon Mәhkәmәsinә müraciәt edәrәk, cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “## ##### 2026-cı il tarixli ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat borcun silinmәsi vә enerji sәrfiyyatına görә ödәnilmiş 10 manat mәblәğin geri qaytarılması” tәlәbinә dair mәhkәmә işi yekunlaşıb qәtnamә çıxarılanadәk, müvәqqәti tәminat tәdbiri kimi enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin qanunsuz hesablanmış borcun silinmәsi üçün sәrf olunmaması barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi müvәqqәti tәminat tәdbiri kimi “enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin ## ##### 2026-cı il tarixli, ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat mәblәğindә borcun silinmәsi üçün sәrf olunmaması” barәdә әrizәsi tәmin edilmәmişdir (hakim Cavid Camalzadә). Hәmin qәrardaddan narazı qalan әrizәçi Ərizәçi “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından şikayәt verәrәk, Göyçay Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadının lәğv olunması vә müvәqqәti tәminat tәdbiri kimi enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin ## ##### 2026-cı il tarixli, ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat mәblәğindә borcun silinmәsi üçün sәrf olunmaması barәdә yeni qәrardad qәbul olunmasını xahiş etmişdir. Hәmin şikayәt әsasında iş üzrә qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardaddan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kassasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)- **/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbiri kimi enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin ## ##### 2026-cı il tarixli, ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat mәblәğindә borcun silinmәsi üçün sәrf olunmaması” barәdә әrizәsinin tәmin edilmәmәsinә dair qәbul edilmiş Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә **(*-***)-**/**** nömrәli iş materialları Göyçay Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, iş materialları ilә müәyyәn olunur ki, әrizәçi Ərizәçi “cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “## ##### 2026-cı il tarixli ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat borcun silinmәsi vә enerji sәrfiyyatına görә ödәnilmiş 10 manat mәblәğin geri qaytarılması” tәlәbinә dair mәhkәmә işi yekunlaşıb qәtnamә çıxarılanadәk, müvәqqәti tәminat tәdbiri kimi enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin qanunsuz hesablanmış borcun silinmәsi üçün sәrf olunmaması” barәdә әrizәsini onunla әsaslandırmışdır ki, cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “## ##### 2026-cı il tarixli, ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat borcun silinmәsi vә enerji sәrfiyyatına görә ödәnilmiş 10 manat mәblәğin geri qaytarılması” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Hal-hazırda әrizәçi vә ailә üzvlәri cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin *************** saylı abonent kodu ilә elektrik enerjisindәn istifadә edirlәr vә himayәsindә 4 aylıq körpә övladı vardır. Lakin, “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn onlara göstәrilәn xidmәtdәn narazıdırlar. Çünki, lazımi qaydada vaxtlı-vaxtında enerji sәrfiyyatına görә ödәnilәn mәblәğ qanunsuz olaraq hesablanmış borcun silinmәsinә yönәldilir. Halbuki, cavabdehin bu әmәllәri qanunsuzdur vә o, “qanunsuz hesablanmış 1127,90 manat mәblәğindә borcun silinmәsi” üçün müvafiq iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Odur ki, yekun mәhkәmә qәtnamәsi çıxarılanadәk, enerji sәrfiyyatına görә ödәnilәn pul vәsaitlәri qanunsuz hesablanmış hәmin borcun silinmәsi üçün sәrf olunmamalıdır. Lakin, Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi müvәqqәti tәminat tәdbiri kimi “enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin ## ##### 2026-cı il tarixli, ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat mәblәğindә borcun silinmәsi üçün sәrf olunmaması” barәdә әrizәsi tәmin edilmәmiş vә hәmin qәrardadda birinci instansiya mәhkәmәsi - әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinin tәmin edilmәmәsini onunla әsaslandırmışdır ki, “әrizәçi cavabdeh tәrәfindәn enerji sәrfiyyatına görә ödәdiyi mәblәğlәrin mübahisәlәndirilәn 1127,90 manat mәblәğindә borcun silinmәsinә yönәldilmәsi tәhlükәsinin mövcud olduğunu bildirsә dә, hәmin halın real vә yaxın tәhlükә tәşkil etmәsini tәsdiq edәn hәr hansı mötәbәr sübutu mәhkәmәyә tәqdim etmәmişdir. Ərizәdә yalnız ehtimal xarakterli mülahizәlәr göstәrilmiş, cavabdeh tәrәfindәn artıq belә bir silinmәnin aparılması, bunun hәyata keçirilmәsinin planlaşdırılması vә ya bu istiqamәtdә hәr hansı hәrәkәtlәrin edilmәsi barәdә sәnәd, bildiriş, hesab çıxarışı vә ya digәr sübutlar tәqdim olunmamışdır”. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 157.1-ci maddәsinә әsasәn, maraqlı şәxslәrin vә ya arbitraj mübahisәsi tәrәfinin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Hәmin Mәcәllәnin 157.2-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri cavabdehin, arbitraj mübahisәsi tәrәfinin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Hәmin Mәcәllәnin 157.3-cü maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә mәhkәmәdә iddia әrizәsi verilәnәdәk, iddia ilә eyni vaxtda vә ya mәhkәmә icraatının gedişindә, habelә mübahisәnin arbitraj mәhkәmәsi tәrәfindәn hәll edilmәsi üçün arbitraj icraatının başlanılmasına qәdәr vә ya arbitraj icraatı zamanı verilә bilәr. Hәmin Mәcәllәnin 157.4-cü maddәsinә әsasәn, iddia әrizәsi verilәnәdәk müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә verildikdә mәhkәmә 1 aydan çox olmayan müddәtә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Qәrardadda müvәqqәti tәminat tәdbirinin qüvvәdәn düşәcәyi tarix qeyd edilmәlidir. Bu müddәt әrzindә iddia әrizәsi verilәrsә, müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi mәsәlәsinә müvafiq vәsatәt әsasında yenidәn baxılır vә qәrardad qәbul edilir. Hәmin Mәcәllәnin 157.5-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәdә - müvәqqәti tәminat tәdbiri tәtbiq edilmәdәn bu Mәcәllәnin 157.2-ci maddәsindә nәzәrdә tutulmuş mәqsәdlәrә nail olmağın mümkün olmadığı (maddə 157.5.1) vә iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutların mövcudluğu (maddə 157.5.2) әsaslandırılmalıdır. Hәmin Mәcәllәnin 157.6-cı maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Hәmin Mәcәllәnin 157.7-ci maddәsinә әsasәn, mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşıyır vә işin qabaqcadan mahiyyәti üzrә hәll edilmәsi hesab edilmir. Hәmin Mәcәllәnin 158-ci maddәsinin tәlәblәrinә görә, mәhkәmә - müvәqqәti tәminat tәdbiri kimi cavabdehdә vә ya arbitraj mübahisәsi tәrәfindә vә ya digәr şәxslәrdә olan cavabdehә vә ya arbitraj mübahisәsi tәrәfinә mәxsus әmlak üzәrinә hәbs qoya bilәr (158.1.1-ci maddə); müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә vә ya arbitraj mübahisәsi tәrәfinә qadağan edә bilәr (158.1.2-ci maddə); mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan edә bilәr (158.1.3-cü maddə). Hәmin Mәcәllәnin 160.1-ci maddәsinә әsasәn, müvәqqәti tәminat tәdbirlәri haqqında qәrardad dәrhal icra edilir. Göründüyü kimi, işin konkret halları vә Mülki-Prosesual Mәcәllәnin yuxarıda qeyd olunan tәlәblәri baxımından - Göyçay Rayon Mәhkәmәsi ## ### 2026-cı il tarixli, **(*-***)- **/**** nömrәli qәrardadında qeyd olunan әsaslarla әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsini tәmin etmәmәkdә haqlı olmamış vә düzgün nәticәyә gәlmәmişdir. Yәni, hәmin әsaslar işin halları ilә uyğun gәlmir vә tәsdiq olunmur. Belә ki, әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizә ilә Göyçay Rayon Mәhkәmәsinә müraciәt edәrәk, “cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә qarşı “## ##### 2026-cı il tarixli ****** saylı Akta әsasәn qanunsuz hesablanmış 1127,90 manat borcun silinmәsi vә enerji sәrfiyyatına görә ödәnilmiş 10 manat mәblәğin geri qaytarılması” tәlәbinә dair mәhkәmә işi yekunlaşıb qәtnamә çıxarılanadәk, müvәqqәti tәminat tәdbiri kimi enerji sәrfiyyatına görә ödәnilәn mәblәğlәrin qanunsuz hesablanmış borcun silinmәsi üçün sәrf olunmaması” barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir. Hәmin әrizәdәn görünür ki, әrizәçi “## ##### 2026-cı il tarixli ****** saylı Akta әsasәn hesablanmış 1127,90 manat mәblәğindә borcu” mübahisәlәndirir, onun tәrәfindәn elektrik enerjisindәn istifadә ilә әlaqәdar ödәnilmiş pul vәsaitinin “10 manat” hissәsi bu borcla әlaqәdar silinmişdir vә әrizәçi hazırkı әrizәsindә mәlum mülki işә baxılıb yekunlaşanadәk elektrik istehlakı ilә әlaqәdar hesablanan vә onun tәrәfindәn mübahisәlәndirilmәyәn borc mәblәğlәri ilә әlaqәdar edәcәyi ödәnişlәrin hәr hansı bir hissәsinin “mübahisәlәndirdiyi borc mәblәğinә” görә silinmәsinin qarşısının alınması mәqsәdi ilә mәlum müvәqqәti tәminat tәdbirinin görülmәsini tәlәb edir. Çünki, “xxxx” Açıq Sәhmdar Cәmiyyәti istehlakçı Ərizәçi mәhkәmәdә “## ##### 2026-cı il tarixli ****** saylı Akta әsasәn hesablanmış 1127,90 manat mәblәğindә borcu” mübahisәlәndirmәsini nәzәrә almadan, onun elektrik enerjisindәn istifadә ilә әlaqәdar yaranan mövcud debitor borclarına görә etdiyi pul ödәnişlәrinin müәyyәn hissәlәrini hәmin mübahisәlәndirilәn borca görә silinmәlәr apardığı halda – qeyd olunan mübahisәlәndirilәn borc mәblәği ilә әlaqәdar mövcud vәziyyәt dәyişәcәk vә bu әrizәçinin hüquqlarının qorunmasının әhәmiyyәtli dәrәcәdә çәtinlәşmәsinә sәbәb olacaqdır. Bundan әlavә, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә görә - müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә mәhkәmәdә iddia әrizәsi verilәnәdәk, iddia ilә eyni vaxtda vә ya mәhkәmә icraatının gedişindә verilә bilәr (maddə 157.3), iddia әrizәsi verilәnәdәk müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә verildikdә mәhkәmә 1 aydan çox olmayan müddәtә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr (maddə 157.3), mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşıyır vә işin qabaqcadan mahiyyәti üzrә hәll edilmәsi hesab edilmir (maddə 157.7) vә hamıya bәlli olan hallar vә ya faktlar mübahisә edilә bilmәz vә onların sübuta ehtiyacı yoxdur (maddə 82.1). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Belәliklә dә, yuxarıda tәsvir olunanlara vә işin konkret hallarına әsasәn müәyyәn olunur ki, Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadında qeyd olunan әsaslarla әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsini tәmin etmәmәklә - birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәlmәmiş vә haqlı olmamışdır. Ona görә dә, mәhkәmә kollegiyası hesab edir ki, hazırkı şikayәt qismәn tәmin edilәrәk, Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilmәli vә әrizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә **(*-***)-**/**** nömrәli iş materialları Göyçay Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qаnuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2-ci maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında (maddə 402.2.1), kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә (maddə 402.2.3) vә iş üzrә icraata xitam verilmәsi barәdә (maddə 402.2.4) qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 263-264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından әrizәçi Ərizәçi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Göyçay Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı tam lәğv edilsin. Ərizәçi Ərizәçi “müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi” barәdә әrizәsinә birinci instansiya mәhkәmәsindә mahiyyәti üzrә yenidәn baxılması mәqsәdilә **(*-***)-**/**** nömrәli iş materialları Göyçay Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar