Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 16(3-10)-49/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Mehdiyev Elçin Mәhәmmәd oğlu vә Sadiqov Zülfüqar Əhmәd oğlundan ibarәt tәrkibdә, X1 oğlunun katibliyi ilә, Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadından cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında bаxаrаq, müәyyәn etdi: Ərizәçi mәhkәmәyә müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizә ilә müraciәt edәrәk cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı qaldırılmış mülki iş üzrә yekun mәhkәmә qәtnamәsi qanuni qüvvәyә minәnәdәk mübahisәli torpaq sahәsindә yerlәşәn ağaclardan meyvә yığımının qadağan olunmasını xahiş etmişdir. Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı ilә (hakim Cavid Camalzadә) Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәsinin tәmin edilmәsi, cavabdehlәr cavabdeh2, cavabdeh1, habelә onların tapşırığı, razılığı vә ya göstәrişi ilә fәaliyyәt göstәrәn digәr üçüncü şәxslәrә Göyçay rayonu, Mәlikkәnd kәndi әrazisindә yerlәşәn mübahisәli 2.55 ha kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsindәki çoxillik meyvә ağaclarından (522 әdәd hibrid alça, 48 әdәd qoz vә 33 әdәd heyva ağacından) iş üzrә yekun mәhkәmә qәtnamәsi qanuni qüvvәyә minәnәdәk meyvә yığımının hәyata keçirilmәsinin qadağan edilmәsi, qәrardadın dәrhal icra olunması qәrara alınmışdır. Hәmin qәrardaddan cavabdeh cavabdeh2 şikayәt vermişdir. Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qәrardadı ilә şikayәt tәmin olunmamış, Göyçay Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, **(*- ***)-**/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılaraq şikayәt apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İş apellyasiya mәhkәmәsinin icraatında olarkәn Göyçay Rayon Mәhkәmәsinin hakimi X2 Apellyasiya Mәhkәmәsinә mәktub ünvanlayaraq göstәrmişdir ki, Göyçay Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli şikayәt Göyçay Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә tәmin edilmәmiş, hәmin mәhkәmәnin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmış vә iş materialları baxılması üçün ##.##.2026-cı il tarixdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İş materialları apellyasiya instansiyası mәhkәmәsinә göndәrildikdәn sonra, digәr cavabdeh cavabdeh1 tәrәfindәn ##.##.2026-cı il tarixdә Göyçay Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından apellyasiya şikayәti verilmişdir. Qeyd olunan apellyasiya şikayәti üzrә müvafiq prosessual qәrarın qәbul edilmәsi mәqsәdilә iş materiallarının Göyçay Rayon Mәhkәmәsinә geri qaytarılması xahiş olunur. Azәrbaycan Repsublikası Mülki Prоsessuаl Mәcәllәsinin 384.0.6-cı maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması, yaxud da icraata qәbul olunduqdan sonra digәr şәxslәrin apellyasiya şikayәti ilә birinci instansiya mәhkәmәsinә müraciәt etmәsi müәyyәn edilәrsә, icraata qәbul qәrardadını lәğv edәrәk işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya mәhkәmәsinә qaytara bilәr. Hәmin Mәcәllәnin 402.2.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Göründüyü kimi, digәr şәxslәrin apellyasiya şikayәti ilә birinci instansiya mәhkәmәsinә müraciәt etmәsi müәyyәn edilәrsә, icraata qәbul qәrardadını lәğv edәrәk işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya mәhkәmәsinә qaytarılması barәdә apellyasiya mәhkәmәsinin qәrardadından kassasiya şikayәti verilmәsi nәzәrdә tutulmamışdır. Azәrbaycan Repsublikası Mülki Prоsessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessuаl Mәcәllәsinin 263-264, 384 vә 400-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDİ: Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının icraatında olan **(*-**)-**/**** nömrәli mülki iş üzrә apellyasiya şikayәtinә baxılmasının mümkün hesab edilmәklә işin icraata qәbul edilmәsi haqqında ## #### 2026-cı il tarixli **(*-**)-**/**** nömrәli qәrardadı lәğv edilsin. Göyçay Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrәli qәrardadından cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş apellyasiya şikayәti mülki işin Göyçay Rayon Mәhkәmәsinә qaytarılması üçün apellyasiya baxışından çıxarılsın vә Göyçay Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrаrdаd qәbul edildiyi аndаn qаnuni qüvvәyә minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-10)-49/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-49/2026
20.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver