Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-54/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İbrahim oğlunun “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi İbrahim oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi İbrahim oğlu müvəqqəti təminat tədbirinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ondan hər hansı pul vəsaitinin tutulması Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, cavabdeh1 ASC-yə və digər şəxslərə qadağan edilməsi və həmin müddət ərzində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, cavabdeh1 ASC-yə və digər aidiyyəti şəxslərə mübahisəli icra qeydi əsasında əmək haqqından, bank hesablarından və digər gəlirlərindən pul tutulmasına yönəlmiş hər hansı icra və ya tələb hərəkətlərinin həyata keçirilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 və cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, “əsassız varlanma” ilə “kredit müqaviləsi üzrə öhdəlik” anlayışları arasındakı hüquqi fərqi mahiyyəti üzrə düzgün qiymətləndirməmiş, nəticədə cavabdeh cavabdeh1 ASC-nin əsassız və uzun-uzadı etirazlarına üstünlük verməklə onun əleyhinə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamə ona təqdim edildikdən sonra həmin məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti verəcəkdir. Lakin mübahisəli icra qeydi artıq icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bu isə o deməkdir ki, məhkəmə aktı qanuni qüvvəyə minməmiş və mübahisəyə yuxarı instansiya məhkəməsində qiymət verilməmiş cavabdeh1 ASC-nin xeyrinə ondan məcburi qaydada pul tutulmasına davam ediləcəkdir. Belə vəziyyətdə icra hərəkətlərinin davam etdirilməsi mövcud faktiki vəziyyəti onun zərərinə dəyişdirəcək, gələcəkdə apellyasiya şikayəti təmin edildiyi halda hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirəcəkdir. Çünki mübahisənin predmeti məhz icra qeydinin qanuniliyi və həmin icra qeydinə əsas olmuş kredit müqaviləsinin etibarlılığı ilə bağlıdır. Mübahisənin mahiyyəti üzrə yekun və qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin icra qeydi əsasında ondan pul tutulması müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 16(5-146)-62/2026 saylı qərardadı ilə (hakim Tural Hüseynli) ərizəçi Ərizəçi İbrahim oğlunun müvəqqəti təminat tədbirinin təmin edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi İbrahim oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-62/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2, 157.7, 158.1, 159.2, 159.3, 162.3, 162.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 və cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti verilmişdir. Buna görə də qətnamə qanuni qüvvəyə minməmiş, mübahisə üzrə məhkəmə icraatı faktiki olaraq davam etməkdədir. Bununla belə, mübahisəli icra qeydi əsasında cavabdeh1 ASC tərəfindən bank kartına daxil olan pul vəsaitləri akseptsiz qaydada və 100 faiz həcmində tutulur. Bu tutulmalar mübahisənin yekun məhkəmə aktı ilə həll edilmədiyi, qətnamənin qanuni qüvvəyə minmədiyi və icra qeydinin qanuniliyi apellyasiya instansiyasında mübahisələndirildiyi halda həyata keçirilir. Məhz bu qanunsuz və faktiki olaraq hüquqlarının bərpasını çətinləşdirən vəziyyətin qarşısını almaq məqsədilə Mingəçevir Şəhər Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə vermişdir. Ərizədə xahiş etmişdir ki, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, cavabdeh1 ASC-yə və digər aidiyyəti şəxslərə mübahisəli icra qeydi əsasında ondan, o cümlədən əmək haqqından, bank hesablarından, bank kartına daxil olan vəsaitlərdən və digər gəlirlərindən pul tutulmasına yönəlmiş hər hansı icra və ya tələb hərəkətlərinin həyata keçirilməsi qadağan edilsin. Lakin Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadı yalnız onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər, hazırkı halda isə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edildiyindən, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılması başa çatmışdır və qətnamə qəbul edildikdən sonra yeni müvəqqəti təminat tədbirinin tətbiqi MPM-in 157.3-cü maddəsində nəzərdə tutulmamışdır. Hesab edir ki, məhkəmənin bu yanaşması qanunsuz, maddənin mahiyyətinə yox hərfi mənasına istinadla, formal və müvəqqəti təminat tədbirlərinin məqsədinə ziddir. Məhkəmə qətnamənin qanuni qüvvəyə minmədiyini, həmin qətnamədən apellyasiya şikayəti verildiyini, mübahisənin yekun həll edilmədiyini, icra qeydi üzrə pul tutulmasının davam etdiyini və bu tutulmaların onun hüquqlarının gələcəkdə bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirdiyini nəzərə almamışdır. Odur ki, şikayəti təmin edərək Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- **/**** nömrəli qərardadını ləğv edərək, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsini, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ondan hər hansı pul vəsaitinin tutulmasının Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, cavabdeh1 ASC-yə və digər şəxslərə müvəqqəti təminat tədbiri kimi qadağan edilməsini, həmin müddət ərzində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, cavabdeh1 ASC-yə və digər aidiyyəti şəxslərə mübahisəli icra qeydi əsasında maaşından, bank hesablarından və digər gəlirlərindən pul tutulmasına yönəlmiş hər hansı icra və ya tələb hərəkətlərinin həyata keçirilməsinin qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadını ləğv etməklə, "müvəqqəti təminat tədbiri" ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli,16(5-146)-62/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 16(5-146)-62/2026 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Birinci instansiya məhkəməsinin ərizəçi Ərizəçi İbrahim oğlunun müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin ediməməsinə dair mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilmiş, beləliklə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılması başa çatmışdır. Qətnamə qəbul edildikdən sonra yeni müvəqqəti təminat tədbirinin tətbiqi MPM-in 157.3-cü maddəsində nəzərdə tutulmadığından ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə, düzgün nəticəyə gəlmiş, eyni zamanda qərardadında düzgün mövqedən çıxış etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur Ərizəçi İbrahim oğlu cavabdehlər Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 və cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı Ərizəçi İbrahim oğlu tərəfindən apellyasiya şikayəti vərilmiş və hazırda mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilərək birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılması başa çatmışdır. Kollegiyanın hesab edir ki, mahiyyəti üzrə baxılan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olduğundan ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilməsi əsaslı hesab olunmur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsasızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır, şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi İbrahim oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-10)-54/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-54/2026
21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver