Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-55/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin 1 ay müddətə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## ### 2009-cu il tarixdə cavabdeh Cavabdeh ilə nikah bağlayaraq evlənmişdir. Onların bu evlilikdən ##.##.2010-cu il təvəllüdlü Səid və ##.##.2012-ci il təvəllüdlü Rəhim adlı uşaqları olmuşdur. Hazırda cavabdeh tərəf aralarında olan nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Cavabdeh evlilik müddətində Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evi üzərində tam mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə, 2022017561 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin bağ evi onun özünün idarəçiliyindədir. Ancaq həmin evi birgə nikah müddətində əldə etmişlər. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak olub-olmaması haqqında məlumat verilməsi barədə cavab məktubundan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evinin mülkiyyətçisi Cavabdehdur. Hazırda həmin əmlakın aralarında bölünməsinə dair cavabdehə mediasiya təklifi göndərmişdir. Odur ki, ərizənin təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-67/2026 saylı qərardadı ilə (hakim Elza Cəbrayılzadə) ərizənin təmin edilməsi, Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi, qərardadın qüvvədə olma müddətinin ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixinə kimi müəyyən edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-67/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2, 157.7, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.1.4, 158.1.5, 158.1.6, 15.1.7, 159.1, 160.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60.10 kv.m olan bağ evinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin 1 ay müddətə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsi cavabdehə, yəni ona qadağan edilməsi qərara alınmışdır. Belə hesab edir ki, qanunsuz və əsassızdır və buna görə də, aşağıdakı səbəblərlə bağlı ləğv edilməlidir. O, ərizəçi Ərizəçi ilə ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü Kazımov Rəhim Kərim oğlu adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulmasına dair qətnamə çıxarılmışdır. Hakim qərardad çıxararkən Mingəçevir şəhəri, Samux küçəsinin şimalında ** nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.10 kv.m olan bağ evinin reyestrdə 8İ-15037 nömrə ilə qeyd edilərək, miras payın bağışlanması müqaviləsi ilə həyata keçirilmişdir. Bu mülkiyyət birgə nikahda əldə olunan əmlaka aid deyildir. Hakim araşdırılma aparılmadan ərizənin təmin edilməsi kobud qanun pozuntusudur. Lakin hakim qərardad çıxararkən sırf ərizəçinin sözləri üzərində qurulmuşdur. Ərizədə qeyd olunanları təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadını ləğv etməklə, "müvəqqəti təminat tədbiri" ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli,16(5-146)-67/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-146)-67/2026 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, tərəflər ##.##.2009cu il tarixdə nikaha daxil olmuşlar, hazırda ərizəçi ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində cavabdehin adına qeydə alınmış Mingəçevir şəhəri, Samux küçəsində yerləşən bağ evinin birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmasını əsas gətirərək qarşı tərəfə mediasiya təklifi göndərmişdir. Göründüyü kimi qeyd olunan bağ evi və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı tərəflər arasında münahisə mövcuddur və hazırkı ərizə təmin edilmədiyi təqdirdə, gələcəkdə qaldırılan iddia təmin ediləcəyi halda icrasında çətinliklər yarana və ya icrası mümkünsüz ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Cavabdeh Cavabdeh şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Cavabdeh şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-10)-55/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-55/2026
21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver