Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-64/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, rədd qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-16(5-123)- **/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək X1, onun oğulları cavabdeh2 və cavabdeh1 ünvan 2 ünvanının sərhədlərində hasarçəkmə və digər tikintiquraşdırma işlərinin aparılmasının qadağan olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 86,7 kvadratmetr fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən X1 tərəfindən həmin daşınmaz əmlak üzərində müəyyən tikinti və ya hasarçəkmə işlərinin aparılması özlüyündə qanunsuz hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, hazırkı halda X1 tərəfindən öz mülkiyyətində olan daşınmaz əmlak üzərində aparıldığı iddia edilən tikinti işləri gələcəkdə Şəki Inzibati Məhkəməsi tərəfindən qəbul ediləcək yekun məhkəmə aktı üzrə mübahisənin mahiyyəti üzrə həllinə təsir göstərmir. Belə ki, inzibati məhkəmədə baxılan mübahisənin predmeti daşınmaz əmlaka dair texniki pasportun torpaq sahəsinin plan hissəsində düzəliş edilməsi, giriş-çıxış yolunun açılması və dəyişdirilməsi ilə bağlıdır. Həmin iş üzrə veriləcək hüquqi qiymət əsasən daşınmaz əmlakın sərhədlərinin, texniki sənədlərinin və çıxarışın qanuniliyinin müəyyən edilməsinə yönəlmişdir. Bu səbəbdən hazırda aparıldığı iddia edilən tikinti və hasarçəkmə işləri inzibati iş üzrə müəyyən ediləcək hüquqi halların araşdırılmasına mane olmur və gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını qeyri-mümkün etmir. Məhkəmə həmçinin nəzərə almışdır ki, ərizəçi tərəfindən tələb edilən müvəqqəti təminat tədbiri cavabdehlərin öz mülkiyyət hüquqlarından istifadə etmələrinin tam məhdudlaşdırılması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunla müəyyən edilmiş hədlər daxilində öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il və ## ###### 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən iddia tələbi ilə həmin tədbir arasında əlaqə mövcud olmalı, tətbiq olunan tədbir mütənasib olmalı və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin balansı qorunmalıdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi nəticəsində onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi kifayət qədər əsaslandırılmamış, habelə tələb olunan tədbirin mütənasib olması və əks tərəfin hüquqlarını lüzumsuz məhdudlaşdırmaması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardad qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulmamış, qərardad işin halları və mübahisənin xarakteri nəzərə alınmaqla əsaslı qəbul edilmişdir. Şikayətdə göstərilən hallar qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermədiyindən ərizəçi Ərizəçi şikayəti təmin edilməməlidir. Göründüyü kimi, müvəqqəti təminаt tədbirinin tətbiqinə dаir qərаrdаd qəbul еdilməsi üçün əsаslаr mövcud dеyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbirlərini mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-10)-64/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-64/2026
18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver