Məhkəmə qərarları › İş №16(3-10)-69/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-69/2026

25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-69/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı "nikahın pozulması və uşaqların analarının yanında saxlanılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qismən təmin, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı "nikahın pozulması və uşaqların analarının yanında saxlanılması" tələbinə dair mülki iş üzrə iddianın təmini tədbiri qismində Ərizəçi ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı "nikahın pozulması və uşaqların analarının yanında saxlanılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində ## #### 2020-ci il tarixdə *** saylı aktla qeydə alınmış nikahın pozulması, nikah pozularkən birgə nikahlarından doğulmuş ## #### 2020-ci il təvəllüdlü X2 və ## ###### 2023-cü il təvəllüdlü X1 yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin icraatında olan "nikahın pozulması və uşaqların analarının yanında saxlanılması" tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb, qanuni qüvvəsini alanadək uşağı X2 ilə hər həftənin cümə axşamı saat 10:00-dan bazar günü 18:00-dək yaşadığı ünvanda yanında qalmaqla ünsiyyətdə olmaları barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadına əsasən ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilərək, məhkəmənin icraatında olan *(*-***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilib qanuni qüvvəsini alanadək ərizəçi Ərizəçi övladı ## #### 2020-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan 15:00d-ək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın cavabdehin yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən iddiaçı Ərizəçi, bazar günü saat 18:00-da isə eyni ünvanda iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi qərara alınmışdır. ## #### 2026-cı il tarixdə Ağdaş Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil/Nümayəndə şikayəti daxil olmuş, şikayətdə məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etdiyindən müvəqqəti təminat tədbirinə dair Ağdaş Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizəçi Ərizəçi ## #### 2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyət hüququnun müəyyən edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı halda ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək hər hansı hal mövcud deyil, əksinə yekun qərarın qəbul edilənədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyuması, ünsiyyət bağlarının kəsilməsi ehtimalları vardır. Buna görə də ərizə qismən təmin edilməli və hazırkı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi Ərizəçi övladı ## #### 2020-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququ müəyyən edilməli və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 18:00dək təyin edilməlidir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq cavabdehin yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Cavabdeh tərəfindən iddiaçı Ərizəçi, bazar günü saat 18:00-da isə eyni ünvanda iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh təhvil verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllinin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının nəticə hissəsinin ikinci abzasının əvvəlində uşaqla ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək təyin edilməsi qeyd edilmişdir. Lakin qərardadın əsaslandırıcı hissəsindən və nəticə hissəsinin sonundan uşaqla ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək müəyyən edildiyi məlum olur. Məhkəmə kollegiyası uşaqla ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək təyin edilməsi hissəsini texniki səhv kimi qəbul edir və həmin əsasla qərardadın ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar