Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-76/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat, qadağan edilmə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından cavabdeh cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş şikayətlərə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qaldırılmış mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək mübahisəli torpaq sahəsində yerləşən ağaclardan meyvə yığımının qadağan olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Göyçay rayonu, Məlikkənd kəndi ərazisində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər mərhum X3 istifadəsində olmuş, sonuncu həmin torpaq sahəsini 2011-ci ildə şifahi razılıq əsasında 3.000 manat müqabilində ərizəçi Ərizəçi vermiş və torpaq sahəsi faktiki olaraq onun istifadəsinə təhvil verilmişdir. Ərizəçi uzun illər ərzində həmin torpaq sahəsindən istifadə etdiyini, onu əkibbecərdiyini, ərazidə 522 ədəd hibrid alça, 48 ədəd qoz və 33 ədəd heyva ağacı əkdiyini bildirmişdir. Ərizədə qeyd olunmuşdur ki, tərəflər arasında əvvəllər də həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, cavabdeh1 tərəfindən ərizəçinin torpaq sahəsindən çıxarılması barədə iddia qaldırılmış, ərizəçi isə qarşılıqlı iddia verərək torpaq sahəsinə çəkdiyi yaxşılaşdırma xərclərinin ödənilməsini tələb etmişdir. Həmin iş üzrə “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, REC-**-**/BK-** nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsində olan ağacların ümumi dəyəri 30.693 manat, torpaq sahəsinin ağacsız bazar dəyəri isə 49.725 manat müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizəçi X5 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh1, habelə onların tapşırığı, razılığı və ya göstərişi ilə fəaliyyət göstərən digər üçüncü şəxslərə Göyçay rayonu, Məlikkənd kəndi ərazisində yerləşən mübahisəli 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki çoxillik meyvə ağaclarından (522 ədəd hibrid alça, 48 ədəd qoz və 33 ədəd heyva ağacından) iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək meyvə yığımının həyata keçirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh2 tərəfindən şikayət verilmiş və Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmaqla, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Şəki Apellyasiya Məhkəməsinin icraatında olarkən Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından digər cavabdeh cavabdeh1 tərəfindən şikayət verilmiş və birinci instansiya məhkəməsinin sorğusu əsasında Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-**/**** saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları Göyçay Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5. 157.5.1, 157.5.2, 157.6, 158.2-ci madələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəlarının şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Cavabdeh cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə meyvə yığımının qadağan edildiyi çoxillik meyvə ağacları ona məxsus torpaq sahəsində yerləşir. Ərizəçi Ərizəçi həmin torpaq sahəsində salınmış meyvə bağına görə 30.693 manat məbləğində yaxşılaşdırma dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin torpaq sahəsi üzərində hər hansı mülkiyyət və ya istifadə hüququ olmadığı halda, onun mülkiyyətində olan torpaq sahəsindəki meyvələrin yığılmasına qadağa qoyulması əsassızdır və bu hal onun mülkiyyət hüquqlarının pozulmasına, habelə ona maddi zərər vurulmasına səbəb olmuşdur. Mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsusdur və ərizəçi torpaq sahəsinin deyil, yalnız həmin sahədə salınmış bağın və çoxillik əkmələrin yaxşılaşdırma dəyərinin ödənilməsini tələb edir. Bu səbəbdən meyvə məhsulunun yığılmasının qadağan edilməsinin iddia tələbi ilə əlaqəsi yoxdur. Onun fikrincə, qərardadda qeyd edilən məhsulun yığılmasından sonra natura şəklində əvvəlki vəziyyətə qaytarılmasının və faktiki həcminin müəyyən edilməsinin mümkün olmaması barədə əsaslandırma da hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir. Belə ki, ərizəçi pul kompensasiyası tələb etdiyindən məhsulun sonrakı taleyi iddia tələbinin həllinə təsir göstərmir. Meyvə məhsulunun yığılmasına qadağa qoyulması nəticəsində yetişmiş alça məhsulunun bir hissəsi ağaclarda xarab olmuş, digər hissəsi isə yerə tökülərək məhv olmağa başlamışdır. Nəticədə ona xeyli maddi zərər dəymiş və həmin zərərin artması davam etməkdədir. Onun fikrincə, müvəqqəti təminat tədbirinin məqsədi tərəflərin hüquqlarının qorunması olduğu halda, qəbul edilmiş qərardad əksinə olaraq məhsulun məhv olmasına və mülkiyyətçi kimi ona zərər vurulmasına səbəb olmuşdur. Ərizəçinin iddia ərizəsindən açıq şəkildə görünür ki, o, torpaq sahəsi üzərində hər hansı hüquq tələb etmir, yalnız bağın salınmasına çəkilmiş xərclərin və çoxillik əkmələrin dəyərinin ödənilməsini tələb edir. Belə olan halda, ərizəçinin meyvə məhsulu üzərində hər hansı hüququ mövcud deyildir. Şikayətçinin fikrincə, torpaq sahəsi onun mülkiyyətində olduğundan həmin torpaq sahəsində yerləşən çoxillik əkmələrin məhsulu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 152.5-ci maddələrinin mənasına uyğun olaraq onun mülkiyyətinin tərkib hissəsini təşkil edir və meyvə məhsulundan istifadə etmək hüququ yalnız ona məxsusdur. Bundan əlavə, şikayətçi bildirmişdir ki, qərardad barədə yalnız bacısı cavabdeh1 barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məlumat əldə etmişdir. O, hesab etmişdir ki, qərardad qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məzmununa, hüquqi sabitlik prinsipinə və məhkəmə qərarlarının məcburiliyi prinsipinə ziddir. Qeyd olunanlara əsasən, şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli 2,55 hektar torpaq sahəsi rəsmi olaraq digər cavabdeh cavabdeh2 mülkiyyətindədir. İddiaçı Ərizəçi tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnun mövcudluğunu təsdiq edən yazılı müqavilə və ya digər rəsmi sənəd təqdim edilməmişdir. Yalnız şifahi razılaşmaya istinad olunmaqla xüsusi mülkiyyətdə olan torpaq sahəsində məhsulun yığılmasına qadağa qoyulması mülkiyyətçinin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə uyğun deyildir. Mübahisəli bağda yetişmiş meyvələr mövsümi və tez xarab olan məhsuldur. Məhsulun yığılmasına tam qadağa qoyulması onun ağaclarda tələf olmasına, nəticədə cavabdehlərə əhəmiyyətli maddi zərər dəyməsinə və məhsulun iqtisadi dəyərinin itirilməsinə səbəb ola bilər. Cavabdehlər bağa mütəmadi qulluq etmiş, ağacların suvarılması, gübrələnməsi, meliorasiya tədbirlərinin görülməsi və bağban xidmətlərinin ödənilməsi ilə bağlı xərclər çəkmişlər. Buna görə də məhsulun yığılmasına tam qadağa qoyulması yalnız mülkiyyət hüququnu məhdudlaşdırmır, eyni zamanda cavabdehlərin çəkdikləri xərclər və yaranmış legitim gözləntilərlə də uyğun gəlmir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən müvəqqəti təminat tədbiri iddia tələbinə uyğun, zəruri və mütənasib olmalıdır. Hazırkı halda tətbiq olunmuş qadağa mübahisənin predmetini qorumaq məqsədini aşaraq məhsulun tamamilə tələf olması təhlükəsi yaratdığından mütənasib tədbir hesab edilə bilməz. İddia gələcəkdə təmin ediləcəyi halda, yığılmış məhsulun dəyərinin cavabdehlərdən tutulması və ya həmin məbləğin başqa hüquqi vasitələrlə təmin edilməsi mümkün olduğu halda, məhsulun yığılmasına bütövlükdə qadağa qoyulması daha ağır və bərpası çətin nəticələr doğurur. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-123)- **/**** nömrəli qərardadının ləğv edilməsi və iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında yeni qərardad qəbul olunmasını xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tələbi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyatorlar Göyçay Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ərizəçinin müvəqqəti təminat tədbiri barədə verdiyi ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi verilmiş şikayətləri iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-123)-35/2026 qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi Ərizəçi uzun illər ərzində Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə etmiş, həmin torpaq sahəsində çoxillik meyvə bağı salmış və torpaq sahəsinə ayrılmaz yaxşılaşdırmalar etmişdir. İş üzrə təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2026- cı il tarixli, REC-**-**/BK-** nömrəli ekspert rəyinə əsasən torpaq sahəsində yerləşən 522 ədəd hibrid alça, 48 ədəd qoz və 33 ədəd heyva ağacının ümumi dəyəri 30.693 manat müəyyən edilmişdir. Həmçinin Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ərizəçi uzun müddət torpaq sahəsindən vicdanlı sahib kimi istifadə etmiş, torpaq sahəsinə ayrılmaz yaxşılaşdırmalar etmiş və həmin yaxşılaşdırmaların dəyərinə dair tələb yeni mülkiyyətçiyə qarşı irəli sürülməlidir. Bu hallar hazırkı mübahisə üzrə iddia tələbinin ilkin baxışdan kifayət qədər əsaslı olmasına dair ilkin sübutların mövcudluğunu göstərir. Məhkəmə nəzərə alır ki, hazırda meyvə yığımı mövsümünün yaxınlaşması səbəbindən mübahisəli torpaq sahəsində yerləşən ağaclardakı məhsulun cavabdehlər və ya onların göstərişi ilə hərəkət edən şəxslər tərəfindən toplanılması real və qaçılmaz təhlükə xarakteri daşıyır. Meyvə məhsulu bioloji xüsusiyyətinə görə mövsümi və tez xarab olan əmlak hesab edilir. Məhsul yığıldıqdan sonra onun natura şəklində əvvəlki vəziyyətə qaytarılması və faktiki həcminin müəyyən olunması obyektiv olaraq mümkün olmaya bilər. Bu baxımdan məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə, hətta mümkünsüz ola bilər. Çünki məhsulun yığılması mübahisə predmetinin iqtisadi dəyərinin azalmasına və ərizəçinin iddia etdiyi yaxşılaşdırmaların faktiki nəticələrinin aradan qalxmasına səbəb ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən Prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilərək müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İş materalları ilə müəyyən olunur ki, ərizəçi cavabdehlərə qarşı 30.693 manat məbləğində yaxşılaşdırma dəyərinin ödənilməsi və istifadəyə maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1 tərəfindən bağışlama müqaviləsi əsasında bacısı cavabdeh2 bağışlanmış və ##.##.2026cı il tarixli çıxarış əsasında sonuncunun mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ərizəçi Ərizəçi uzun illər ərzində Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə etməsini, həmin torpaq sahəsində çoxillik meyvə bağı salmasını və torpaq sahəsinə ayrılmaz yaxşılaşdırmalar etməsini əsas gətirərək cavabdehlər cavabdeh2 və cavabdeh1 və digər üçüncü şəxslərin mübahisəli torpaq sahəsindən meyvə yığımının həyata keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmənin ## #### 2026-cı il tarixli, **(*- ***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmçinin iş materiallarında olan sübutlarla müəyyən olunur ki, mübahisəli torpaq sahəsində çox sayda ağaclar əkilməklə bağ sahəsi salınmışdır. Kollegiya hesab edir ki, hazırkı vəziyyətdə müvəqqəti təminat tədbiri tətbiq olunaraq mülkiyyətçilərə həmin bağ sahəsindən istifadəyə qadağa qoyulması, həmin ağacları qulluqdan məhrum etməklə məhv olmasına səbəb ola bilər. Həmçinin mülkiyyətçilərin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Kollegiya həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizədə gələcəkdə qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri mümkün edəcək hallar qeyd olunmamışdır, yəni ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmamışdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilməmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda qeyd olunanlar nəzərə alınmadan hazırki qərardad qəbul edilmişdir ki, bu da Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Kollegiya yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-123)-35/2026 qərardadı ləğv edilməli, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qaldırılmış mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək mübahisəli torpaq sahəsində yerləşən ağaclardan meyvə yığımının qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-10)-76/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-76/2026
10.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver