Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-79/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat tədbirinin tətbiqi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi "müvəqqəti təminat tədbirinin tətbiqi" ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək məhkəmənin qəbul etdiyi yekun qərar qanuni qüvvəsini alan müddətə qədər cavabdehlər tərəfindən davam edən qeyri-yaşayış sahəsindəki qanunsuz istifadəyə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə "Zəbtdən azad edilmə" barədə cavabdehlər Müzəffər Qələntar oğlu, Yediyarov İrşad Xanbaba oğlu, cavabdeh3 qarşı Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə müvəqqəti təminat tədbiri olaraq yekun qərar qəbul olunana qədər qeyri yaşayış sahəsinin qanunsuz istifadəsinə qadağa qoyulması barədə tərəfindən ərizə əlavə edilmişdir. Ərizə təmin edilməmişdir. Qərardadla razılaşmasa da şikayət verməmişdir. Bildirir ki, qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edən cavabdehlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmaya görə cavabdehlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə Qanunsuz sahibkarlıq fəaliyyəti üzrə cinayət məsuliyyəti daşıyırlar. Məhkəmənin birinci iclasından sonra yenidən iddianın təmin tədbiri ilə bağlı ərizə ilə müraciət etsə də məhkəmə ərizəsini təmin etməmişdir. *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnamə çıxarılaraq iddia ərizəsi təmin olunmuşdur. Bildirir ki, cavabdehlər bu gün də qanunsuz olaraq ünvan 1) ünvanda xxxx ASC-yə məxsus qeyri-yaşayış sahəsində qanunsuz fəaliyyətlərini davam etdirirlər. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Aygün Mürsəlova) ərizəçi Ərizəçi maraqlı şəxslər cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğluna qarşı “qeyri yaşayış sahəsinin qanunsuz istifadəsinə qadağa qoyulması” tələbinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi tərəfindən şikayət verilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.6, 157.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2018ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə onun müvəqqəti təminat tədbirinin tətbiqi haqqında (cavabdehlər tərəfindən "xxxx" ASC-yə məxsus qeyriyaşayış sahəsinin qanunsuz istifadə və fəaliyyətinə qadağa qoyulması barədə) ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmağa çalışmışdır ki, guya ərizədə müvəqqəti təminat tədbirinin tətbiq edilməməsinin gələcəkdə qətnamənin icrasını necə çətinləşdirəcəyi və ya qeyri-mümkün edəcəyi kifayət qədər əsaslandırılmamış və bu tədbir mütənasiblik prinsipini pozur. Lakin birinci instansiya məhkəməsinin bu nəticəsi tamamilə əsassızdır, hüquqa ziddir, işin faktiki hallarına cavab vermir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, sözügedən qərardad ləğv edilməli və iddia təminatı tədbirinin tətbiqi haqqında şikayəti təmin olunmalıdır. Məhkəmə qərardadının təsvir hissəsində də etiraf edildiyi kimi, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə ünvan 3) ünvanında yerləşən, "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 161 kv.metr sahəsi olan qeyri-yaşayış binasından cavabdehlər cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğlunun çıxarılması haqqında qətnamə çıxarılmışdır. Buna baxmayaraq, cavabdehlər qətnamə çıxarıldıqdan sonra da həmin özəl mülkiyyət obyektini qanunsuz zəbt etməkdə və orada qanunsuz fəaliyyət göstərməkdə davam edirlər. Onların qanunsuz və VÖEN olmadan fəaliyyət göstərməsi bir çox cinayət hallarına yol verə bilər, eləcə də yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bədbəxt hadisələr baş verə bilər. Lakin məhkəmə qərardad qəbul edərkən onun əsaslı arqumentlərini nəzərə almamışdır. Məhkəmə qətnamənin mövcudluğunu göstərsə də, onun hüquqi nəticələrinə məhəl qoymamış, faktiki olaraq öz mülkiyyət hüququnu qoruyan şəxsin qanuni tələbini müdafiəsiz buraxmışdır. AR Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Qanunverici daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun əmələ gəlməsini formal olaraq notariat qaydasında təsdiq olunmuş əqdin (müqavilənin) mövcudluğu ilə bağlayır. Cavabdehlərlə mülkiyyətçi ("xxxx" ASC) arasında 161 kv.m-lik qeyri-yaşayış sahəsinə dair notariat qaydasında təsdiqlənmiş heç bir icarə, istifadə və ya digər əqd mövcud olmamışdır. Notarial əqd olmadığı üçün cavabdehlərin həmin daşınmaz əmlaka sahiblik və ondan istifadə etmək hüququ hüquqi müstəvidə heç vaxt yaranmamışdır. Onların obyektdəki mövcudluğu başlanğıcdan özbaşına zəbt xarakteri daşıyır. İstifadə hüququ qanunən yaranmayan şəxslərin özgə mülkiyyətində fəaliyyətini davam etdirməsinə göz yumulması və təminat tədbirindən imtina edilməsi birbaşa MM-in 146.1-ci maddəsinin imperativ tələbinin pozulmasıdır. AR Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ şəxsin əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququdur. MM-in 157.1 və 158.1-ci maddələrinə (Neqator iddia) əsasən, mülkiyyətçi hüquqlarının hər bir pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Qanunsuz zəbt edənlərin obyektdən istifadəni davam etdirməsi mülkiyyətə birbaşa müdaxilədir. Müvəqqəti təminat tədbirinin imtina edilməsi cavabdehlərin bu qanunsuz əməlini faktiki olaraq məhkəmə himayəsinə almaq deməkdir. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarına istinad etsə də, həmin qərardakı hüquqi mövqeyi təhrif etmişdir. Konstitusiya Məhkəməsi öz qərarında qeyd edir ki, təminat tədbirləri tətbiq edilərkən aidiyyəti şəxslərin hüquqları arasında ədalətli balans qorunmalı və real təhlükə nəzərə alınmalıdır. Mövcud halda, məhkəmə artıq mahiyyət üzrə işə baxaraq ##.##.2026-cı il tarixli qətnamə ilə cavabdehlərin həmin sahədə qanunsuz olduğunu və oradan çıxarılmalı olduğunu sübuta yetirmişdir. Belə olan halda, qanunsuz zəbt edənin fəaliyyətinə qadağa qoyulması "lüzumsuz məhdudlaşdırma" yox, tam əksinə, qanuni mülkiyyətçinin pozulmuş hüquqlarının müvəqqəti müdafiəsidir. Məhkəmə qanunsuz zəbt edənin "maraqlarını" qanuni mülkiyyətçinin Konstitusiya ilə qorunan mülkiyyət hüququndan üstün tutmuşdur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Həmçinin, İnsan Hüquqları və X5 dair Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Məhkəmənin müvəqqəti təminat tədbirini tətbiq etməkdən imtina etməsi cavabdehlərə qanunsuz əməllərini davam etdirmək üçün şərait yaradır və ərizəçinin Konstitusiya ilə təmin edilən mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozur. Məhkəmə iddiaçının təqdim etdiyi ##.##.2026-cı il tarixli məhkəmə qətnaməsini, "xxxx" ASC-nin mülkiyyət sənədlərini və cavabdehlərin notarial əqdi olmadığını (MM 146.1) nümayişkaranə şəkildə nəzərə almamışdır. Məhkəmə cavabdehin qanunsuz mövqeyini qorumaqla çəkişmə və bərabərlik prinsipini iddiaçının zərərinə pozmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş və ya eyni iş üzrə çıxardığı qətnamə ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Məhkəmə ##.##.2026-cı il tarixli qətnamə ilə cavabdehlərin zəbtinin qanunsuzluğunu sabit hesab etdiyi halda, təminat tədbiri mərhələsində "təhlükənin mövcudluğu sübut olunmayıb" deməklə öz çıxardığı qətnamənin preyudisial qüvvəsini prosessual olaraq inkar etmişdir. Cavabdehlərin özgə mülkiyyətində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadəni davam etdirməsi obyekti fiziki aşınmaya, zədələnməyə, kommunal borcların yaranmasına və mülkiyyətçiyə ödənilməsi imkansız olan külli miqdarda zərərin dəyməsinə gətirib çıxarır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər cavabdehlərin obyekti dağıtmaq, avadanlıqları sıradan çıxarmaq və ya zərərə uğratmaq ehtimalı son dərəcə yüksəkdir. Bu isə gələcəkdə iddia üzrə qətnamənin icrasını mahiyyətcə mənada imkansız edir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərardadı qəbul edərkən MPM-in 14, 88 və 217-ci maddələrinin imperativ tələblərini ciddi şəkildə pozmuş, işin ədalətli, obyektiv həlli və müvəqqəti təminat tədbirinin zaruriliyi üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı faktiki halları araşdırmamış və qiymətləndirməmişdir: Məhkəmənin özünün çıxardığı qətnamə ilə həll edilmiş faktiki hallara məhəl qoymaması, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehlər — cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğlunun ünvan 3) ünvanında yerləşən, "xxxx" ASCyə məxsus 161 kv.m sahəsi olan qeyri-yaşayış binasından çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə bu faktı qərardadın təsvir hissəsində qeyd etsə də, onun gələcək icra və təhlükə baxımından doğurduğu faktiki və hüquqi nəticələri aydınlaşdırmamışdır. Mahiyyəti üzrə çıxarılmış qətnamə cavabdehlərin həmin obyektdəki mövcudluğunun qanunsuzluğunu artıq sübuta yetirdiyi halda, məhkəmə onların fəaliyyətinin davam etməsinin mülkiyyətə vurduğu zərəri görməzdən gəlmişdir. Obyektin qanunsuz zəbt edilməsi və fəaliyyətin qanunsuzluğu faktının araşdırılmaması: məhkəmə cavabdehlərlə mülkiyyətçi ("xxxx" ASC) arasında heç bir notarial qaydada təsdiqlənmiş icarə və ya istifadə müqaviləsinin olmadığını (Mülki Məcəllənin 146.1- ci maddəsi), cavabdehlərin obyektdə VÖEN-siz, qanunsuz fəaliyyət göstərdiyini nəzərə almamışdır. Cavabdehlərin heç bir hüquqi əsas olmadan özgə mülkiyyətini zəbt etməsi və orada fəaliyyətini davam etdirməsi faktı aydınlaşdırılmadan, təminat tədbirinin "mütənasiblik prinsipini pozduğu" barədə əsassız nəticəyə gəlinmişdir. Əmlakın zədələnməsi, aşınması və ödənilməsi imkansız olan zərərlərin yaranması riskinin araşdırılmaması (MPM 157.2):Məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə və icra edilənə qədər cavabdehlərin obyektdən istifadəni davam etdirməsi nəticəsində əmlakın fiziki aşınmaya, zədələnməyə məruz qalması, kommunal borcların yaranması və yanğın təhlükəsizliyi qaydalarının pozulması riski tamamilə diqqətdən kənarda saxlanılmışdır. Cavabdehlərin fəaliyyəti nəticəsində dəyəcək külli miqdarda maddi zərərə görə gələcəkdə qətnamənin icrasının necə çətinləşəcəyi və ya imkansız olacağı faktı məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Tərəflərin hüquqları arasında real balansın və "real təhlükə" faktının təhrif edilməsi: Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018ci il tarixli Qərarına istinad etsə də, işdəki faktiki vəziyyəti yanlış qiymətləndirmişdir. Qanunsuz zəbt edənlərin (cavabdehlərin) heç bir hüquqi əsası olmayan qanunsuz fəaliyyətini dayandırmaq "lüzumsuz məhdudlaşdırma" hesab oluna bilməz. Məhkəmə qanunsuz zəbtin qarşısının alınmaması nəticəsində qanuni mülkiyyətçinin hüquqlarının dözülməz dərəcədə pozulduğu faktını aydınlaşdırmaqdan boyun qaçırmışdır. Məhkəmə yalnız iş materiallarında olan və məhkəmə iclasında tam, obyektiv tədqiq edilmiş faktlara əsaslana bilər. Yuxarıda göstərilən mühüm faktiki hallar aydınlaşdırılmadığından, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli qərardadı əsaslandırılmamışdır və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina olunması barədə ## ###### 2026-cı il tarixli qərardadında bir sıra mühüm hüquqi və faktiki nəticələrə gəlmişdir. Lakin MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə zidd olaraq, məhkəmənin öz qərardadında müəyyən etdiyi və əsas götürdüyü bu hallar işdə olan sübutlarla öz təsdiqini tapmamış, tamamilə sübutsuz və fərziyyələrə söykənən arqumentlərdən ibarət olmuşdur: Məhkəmənin "təminat tədbirinin tətbiq edilməməsinin gələcəkdə qətnamənin icrasını çətinləşdirməyəcəyi və ya imkansız etməyəcəyi" barədə nəticəsi sübut olunmamışdır: Məhkəmə qərardadında iddia etmişdir ki, guya ərizəçi (tərəfim) təminat tədbirinin tətbiq edilməməsinin gələcəkdə icranı çətinləşdirəcəyini əsaslandırmamışdır. Lakin məhkəmə cavabdehlərin həmin obyektdən istifadəni davam etdirəcəyi təqdirdə qətnamənin icrasının çətinləşməyəcəyinə dair heç bir sübuta söykənməmişdir. Sübut olunmamış hal: iş materiallarında cavabdehlərin obyekti sıradan çıxarmayacağı, müəssisəyə və ya mülkiyyətçiyə borc və ziyan vurmayacağı, obyekti fiziki aşınmaya məruz qoymayacağı barədə heç bir sübut, zəmanət və ya sənəd yoxdur. Cavabdehlərin özgə mülkiyyətində qanunsuz qalması faktının özü icranın hər keçən gün daha da çətinləşməsi üçün kifayət edən real riskdir və məhkəmə bunun əksini sübut edən heç bir fakt ortaya qoya bilməmişdir. Məhkəmənin "təminat tədbirinin mütənasiblik prinsipini pozması" barədə gəldiyi nəticə sübut olunmamışdır: məhkəmə qərardadında təminat tədbirinin tətbiqinin "mütənasiblik prinsipini pozduğunu" qeyd etmişdir. Lakin bu nəticə işdəki faktiki sübutlarla tamamilə təkzib olunur: Sübut olunmamış hal: Cavabdehlər — cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğlunun ünvan 2 ünvanındakı 161 kv.m qeyri-yaşayış sahəsindən istifadə etmək üçün notarial qaydada təsdiqlənmiş müqavilələrinin (MM 146.1) və ya leqal VÖEN fəaliyyətlərinin olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qanunsuz zəbt edənin, hüquqi əsası olmayan qanunsuz fəaliyyəti hansı sübuta əsasən "mütənasiblik" çərçivəsində müdafiə olunur? Məhkəmə cavabdehlərin mütənasiblik prinsipi ilə qorunmalı olan hər hansı qanuni hüququnun mövcudluğunu sübut edən heç bir hüquqi sənəd göstərə bilməmişdir. Məhkəmənin "real təhlükənin olmaması" barədə mülahizəsi sübut olunmamışdır: Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehlərin obyektdən çıxarılması haqqında iddia artıq təmin edilmişdir. Bu qətnamənin özü cavabdehlərin obyektdə fəaliyyətinin qanunsuzluğunu sübut edən həlledici mülki sübutdur. Belə bir rəsmi məhkəmə aktının mövcud olduğu şəraitdə, məhkəmənin "təhlükənin və ya icrada çətinliyin olmaması" nəticəsinə gəlməsi MPM-in 82.3-cü (preyudisiya) və 88-ci maddələrinə ziddir və işdə olan materiallarla tamamilə sübutsuz qalır. Birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirini rədd etmək üçün əsas gətirdiyi "çətinliyin əsaslandırılmaması" və "mütənasibliyin pozulması" barədə nəticələri iş materiallarında olan heç bir sübutla təsdiqlənmir. Əksinə, işdəki bütün yazılı sübutlar (mülkiyyət sənədləri, ##.##.2026-cı il tarixli qətnamə, müqavilənin olmaması) təminat tədbirinin tətbiqinin zəruri olduğunu sübut edir. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadında çıxardığı nəticələr işin faktiki halları, mövcud sənədlər və tərəflər arasında yaranmış real hüquqi vəziyyət ilə köklü şəkildə ziddiyyət təşkil edir. Məhkəmə işdə olan aşkar faktları düzgün qiymətləndirməmiş və real mənzərəyə tamamilə zidd olan nəticələrə gəlmişdir: Çıxarılma haqqında ##.##.2026-cı il tarixli qətnamənin mövcudluğu ilə təminat tədbirindən imtina nəticəsi uzlaşmır: İşin faktiki halı: Ağdaş Rayon Məhkəməsi özünün ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə artıq müəyyən etmişdir ki, cavabdehlər — cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğlu ünvan 2 ünvanında yerləşən 161 kv.m-lik qeyri-yaşayış sahəsini qanunsuz zəbt etmişlər və oradan çıxarılmalıdırlar. Məhkəmənin uyğun gəlməyən nəticəsi: Məhkəmə öz qətnaməsi ilə zəbtin qanunsuzluğunu sabit hesab etdiyi halda, çıxardığı qərardadla "fəaliyyətin qadağan edilməsi təminat tədbiri mütənasiblik prinsipini pozur" nəticəsinə gəlmişdir. Qanunsuz zəbti məhkəmə aktı ilə təsdiqlənmiş şəxslərin qanunsuz fəaliyyətinin müvəqqəti dayandırılmasının "mütənasibliyi pozması" nəticəsi işin faktiki halı ilə məntiqən və hüquqən bir-birini təkzib edir. Qanunsuz fəaliyyətin davametməsi faktı ilə "gələcəkdə icranın çətinləşməyəcəyi" nəticəsi uzlaşmır (MPM 157.2): İşin faktiki halı: Cavabdehlər hüquqi əsas (notarial müqavilə) olmadan və VÖENsiz şəkildə "xxxx" ASC-yə məxsus binada fəaliyyət göstərməkdə davam edirlər. Bu qanunsuz fəaliyyət binanın fiziki aşınmasına, yanğın təhlükəsizliyinin pozulmasına, kommunal borcların toplanmasına və mülkiyyətçiyə ödənilməsi imkansız olan zərərlərin dəyməsinə birbaşa şərait yaradır. Məhkəmənin uyğun gəlməyən nəticəsi: Məhkəmə obyektdə faktiki olaraq hər gün zərər yetirən qanunsuz fəaliyyətin davam etdiyini bildiyi halda, "təminat tədbirinin tətbiq edilməməsinin gələcəkdə qətnamənin icrasını çətinləşdirməyəcəyi" nəticəsinə gəlmişdir. Qətnamə qanuni qüvvəyə minənədək obyektin yararsız hala düşməsi və ya külli miqdarda borc altında qalması ehtimalı işin faktiki halı olduğu halda, məhkəmənin bunu "çətinlik yaratmır" kimi qiymətləndirməsi real vəziyyətə kökündən ziddir. Cavabdehlərin heç bir hüququnun olmaması faktı ilə onların "maraqlarının müdafiəsi" nəticəsi uzlaşmır: İşin faktiki halı: Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik notariat qaydasında təsdiqlənmiş əqdlə yaranır. İşdə cavabdehlərin həmin sahəyə dair heç bir notarial müqaviləsi yoxdur və onlar başlanğıcdan özbaşına zəbt edəndirlər. Məhkəmənin uyğun gəlməyən nəticəsi: Məhkəmə Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli Qərarına yanlış istinad edərək, qanuni mülkiyyətçinin mülkiyyət hüququnu qorumaq yerinə, obyekti qanunsuz zəbt edən şəxslərin "fəaliyyət imkanını" üstün tutmuşdur. Qanunla heç bir hüququ yaranmayan şəxslərin qanunsuzluğunu məhkəmə müdafiəsinə almaq məhkəmənin nəticələrinin mantıq və faktiki hallarla uzlaşmadığını göstərir. MPM-in 372.1.3-cü maddəsinə əsasən, məhkəmənin qərardadında (qətnaməsində) göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin aktının ləğv edilməsi üçün birbaşa əsasdır. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı işin real mənzərəsini, çıxarılmış qətnaməni və cavabdehlərin qanunsuz mövqeyini təhrif etdiyindən ləğv olunmalı və müvəqqəti təminat tədbiri tətbiq edilməlidir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnamə qanuni qüvvəsini alanadək ünvan 3) ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus 161 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasında cavabdehlər — cavabdeh1, cavabdeh3 və Yediyarov İrşad Xanbaba oğlu tərəfindən hər hansı qanunsuz istifadəyə və fəaliyyətə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Cavabdeh cavabdeh1 şikayətə qarşı yazılı etiraz göndərərək şikayətin dəlillərinin əsassız olduğunu bildirərək ğdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*- ***)-**/**** saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, ərizəçi Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilərək, müvəqqəti təminat tətbirinin tətbiq edilməsi barədə ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə kollegiya Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*- ***)-**/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Ərizəçi şikayətində bildirmişdir ki, cavabdehlər Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi çıxarıldıqdan sonra da Ağdaş şəhəri, Səməd Vurğun küç, 20 (keçmiş 15A) ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus 161 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını zəbt etmiş və orada qanunsuz fəaliyyət göstərməkdədirlər. Cavabdehlərin qanunsuz və VÖEN olmadan fəaliyyət göstərməsi bir çox cinayət hadisələrinin baş verməsinə, eləcə də yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bədbəxt halların baş verməsinə səbəb ola bilər. HəmçininAğdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi qanuni qüvvəyə minənə və icra edilənə qədər cavabdehlərin obyektdən istifadəni davam etdirməsi nəticəsində əmlakın fiziki aşınmaya, zədələnməyə məruz qalması, kommunal borcların yaranması və yanğın təhlükəsizliyi qaydalarının pozulması riski tamamilə diqqətdən kənarda saxlanılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin sözügedən qeyri-yaşayış binasından çıxarılması barədə qətnamə olunsada, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ərizəçi tərəfindən isə qeyd olunan hallarla bağlı əsaslı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayətdə göstərilmiş dəlillər əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №16(3-10)-79/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-79/2026
17.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver