Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-80/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, dəyişdirildi) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşağın onunla qalmasının müəyyən olunması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdeh ilə ## ###### 2022-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində 24 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın pozulması, ## #### 2022-ci il təvəllüdlü X2 onunla qalmasının müəyyən olunması və ## #### 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ## ###### 2026-cı il tarixdən başlayaraq onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ərizəçi qarşı uşaq və aliment tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## #### 2022-ci il təvəllüdlü X2 onun yanında qalması, ## ###### 2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ## #### 2022-ci il təvəllüdlü X2 üçün Ərizəçi onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə, ödənilmiş 100 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh Ərizəçi alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək müvəqqəti təminat tədbiri kimi onun uşağı-## #### 2022-ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günü saai 10.00-dan saat 17:00-dək Ucar rayonu, Qaradağlı kəndində, yaşadığı evdə ünsiyyətdə olmağı barədə qərardad qəbul edilməsini xahiş xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cıil tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı Ərizəçi uşağı ## #### 2022-ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək Ucar rayonu, Qaradağlı kəndində, yaşadığı evdə ünsiyyətdə olmasına edilən maneələron cavabdeh Cavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, tərəflərə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşımasının və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməməsinin izah edilməsi edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət və ərizə verib Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi, ərizənin qismən təmin edilməsi, yəni mülki işə baxılıb, iş üzrə çıxarılacaq qərar qanuni qüvvəsini alanadək cavabdeh Ərizəçi uşağı ## #### 2022- ci ildə doğulmuş X2 oğlu ilə hər həftənin şənbə günü saat 11:00dan 13:00-dək, atası Cavabdeh Əlihüseyin oğlunun iştirakı ilə və onun yaşadığı evə ünsiyyətdə olaraq görüşməsinin müəyyən edilməsi, görüş bitdikdən sonra X2 Cavabdeh Əlihüseyin oğluna qaytarılması öhdəliyinin Ərizəçi üzərinə qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı tarixli, 8- */**** nömrəli qərarın 7.1ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir”. Mülki prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əsaslanaraq hesab edirəm ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsinə əsaslar vardır, müvəqqəti təminat tədbiri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Buna görə də ərizə təmin edilməli, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı Ərizəçi uşağı ## #### 2022-ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək Ucar rayonu, Qaradağlı kəndində, yaşadığı evdə ünsiyyətdə olmasına edilən maneələr cavabdeh Cavabdeh qadağan edilməli, qərardad dərhal icra edilməli, qərardadın icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, habelə tərəflərə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadının müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi izah edilməlidir. Eyni zamanda, hesab etmişdir ki, qeyd olunan müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsi həmin müvəqqəti təminat tədbirinin aid olduğu mübahisəyə dair iddianın məhz təmin edilməsi barədə qətnamə çıxarılacağını şərtləndirmir. Həmçinin, müvəqqəti təminat tədbiri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasibdir və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Mülki Prosessual Məcəllənin: 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; “Icra haqqında” qanunun 50.2-ci maddəsinə sasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilməlidir. Belə ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Məhkəmə kollegiyası uşağın azyaşlı olduğunu nəzərə alaraq hesab edir ki, Ərizəçi valideynlik hüquqlarını həyata keçirməkdən ötrü azyaşlı övladı ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək ünsiyyətdə olmaq üçün görüş verilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: Iddia təmin edilsin. Iddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Göründüyü kimi birinci instansiya məhkəməsi uşağın nə vaxt və kimə təhvil verilməsi məsələsini öz qərarında qeyd etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilsin. Ərizəçi ## #### 2022-ci ildə doğulmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək ünsiyyətdə olmaq üçün görüş verilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün ## #### 2022-ci ildə doğulmuş X2 onun yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri saat 12:00-da iddiaçı Cavabdeh tərəfindən cavabdeh Ərizəçi, həmin günlər saat 17:00-da isə eyni ünvanda cavabdeh Ərizəçi tərəfindən iddiaçı Cavabdeh təhvil verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-10)-80/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-80/2026
22.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver