Məhkəmə qərarları › İş №16(3-10)-81/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-81/2026

24.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-81/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə Bakı * saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin nikah akt qeydləri kitabında ##.##.2020-ci il tarixdə 1102 sayla qeydə alınmış nikahlarının məhkəmə qaydasında pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən 2(5-169)- ***/**** saylı mülki iş başlanmışdır. Ərizəçi Ərizəçi bundan sonra məhkəməyə “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi ilə müraciət edərək *(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alana kimi övladı ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlu ilə atası Cavabdeh iştirakı olmadan sərbəst şəkildə hər həftənin şənbə günü 10:00 dan bazar günü 17:00 dək əyani şəkildə (şənbə günü gecəni qalmaq şərtilə) ünsiyyətdə olmağı, bazar ertəsindən cümə gününə kimi isə hər gün 18:00 dan 19:00 dək online (zəng və ya video görüntü vasitəsilə) ünsiyyətdə olma hüququnun müəyyən olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ##.##.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlu dünyaya göz açmışdır. Cavabdeh bir müddət birgə yaşasalarda sonradan ailə daxili münaqişələr səbəbi ilə bir yerdə yaşamaları mümkün olmamışvə buna əsasən ayrılmışdırlar. Aralarında olan nikahın pozulması tələbi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Övladı hazırda Cavabdeh yanında qaldığından, övladı ilə müstəqil şəkildə ünsiyyətdə olmağına maneələr yaratmaqdadır. Övladının hazırda beş yaşı vardır və onun ana qayğısına ehtiyacı vardır. Məhkəmə prosesinin uzun çəkəcəyi nəzərə alındığından övladı ilə bağlılığı azalacaq, aralarında ünsiyyətin kəskin şəkildə dəyişəcəkdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə, ərizənin qismən təmin edilməsi, *(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alana kimi ərizəçi Ərizəçi övladı ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlu ilə hər həftənin şənbə günü saat 10:00 dan bazar günü 15:00 dək (şənbə günü gecəni onunla qalmaq şərtilə), həmçinin bazar ertəsindən cümə gününə kimi isə hər gün 18:00-dan 18:30-dək online (zəng və ya video görüntü vasitəsilə) ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, hər həftənin şənbə günü saat 10:00 da Cavabdeh tərəfindən onunla yaşayan uşağı ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlu ünvan 1 320 ünvanda yaşadığı evdən Ərizəçi təhvil verilməsi, hər həftənin bazar günü saat 15:00 da isə ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlunun ərizəçi Ərizəçi tərəfindən eyni ünvanda, yəni ünvan 1 320 ünvanda yaşadığı evdə cavabdeh Cavabdeh təhvil veriməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan maraqlı şəxs Cavabdeh tərəfindən şikayət verilmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.3, 159.1, 159.2, 160.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin qərardadı ilə razı deyildir. Belə ki, sözügedən qərardad uşağın üstün mənafeyi, onun psixoloji və fiziki təhlükəsizliyi, faktiki yaşayış şəraiti və mövcud sübutlar tam və hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Yetkinlik yaşına çatmayan Qasımov Dadaş Yasər oğlu hazırda faktiki olaraq onun yanında yaşayır. Uşaq onun himayəsindədir və onun gündəlik qayğısı, tərbiyəsi, təhsili və sağlamlığı ilə bağlı məsuliyyət faktiki olaraq onun tərəfindən həyata keçirilir. Uşağın anası Ərizəçi ilə bağlı uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərən hallar mövcuddur. Uşaq anası ilə ünsiyyətdən və onun yanında qalmaqdan narahat olduğunu dəfələrlə bildirmişdir. Uşağın anası tərəfindən ona psixoloji təsir göstərilməsi ilə bağlı tərəflərindən audio və digər sübutlar mövcuddur və həmin sübutların məhkəmə tərəfindən araşdırılmasını xahiş edir. Həmçinin uşağın sağlamlığı ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Anası tərəfindən uşağın sağlamlığına mənfi təsir göstərə biləcək qida və digər davranışlarla bağlı hallar tərəflərindən müşahidə edilmiş və bunları təsdiq edən sübutlar mövcuddur. Uşağın anasının yanında gecələməsi şəklində, yəni şənbə günü saat 10:00-dan bazar günü saat 15:00-dək uzunmüddətli görüş müəyyən edilməsi həmçinin həftə içi onlayn vasitələrlə uşaqla ünsiyyətdə olmaq hüququ uşağın hazırkı psixoloji vəziyyəti və anası ilə münasibətlərinin xüsusiyyətləri araşdırılmadan tətbiq edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən uşağın öz fikri və münasibəti lazımi qaydada müəyyən edilməli, uşağın psixoloji vəziyyəti araşdırılmalı, zərurət olduqda psixoloq və aidiyyəti dövlət orqanlarının iştirakı təmin edilməlidir. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının qismən, ərizənin təmin edilmiş-Ərizəçi yetkinlik yaşına çatmayan X2 hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 15:00-dək yanında saxlamaq həmçinin həftə içi onlayn vasitələrlə uşaqla ünsiyyətdə olmaq hissəsində ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadının qismən, təmin edilmiş hissəsində ləğv edilməsi və müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5- 169)-26/2026 nömrəli qərardadını ərizənin təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizənin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh ərizəçi Ərizəçi qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflərin birgə nikahından doğulmuş ##.##.2021-ci il təvəllüdlü Qasımov Dadaş Yasər oğlu hazırda atasının yanındadır, ərizəçi (ana) isə atanın azyaşlı uşağı ilə ünsiyyət hüququna maneçilik törətməsini əsas gətirərək, uşağı ilə ünsiyyət hüququnun müəyyən olunmasını məhkəmədən xahiş edir. Ərizəçinin tələbi ilkin tədbir kimi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası şikayətin ana Ərizəçi uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərən halların mövcud olması, uşağın anası tərəfindən ona psixoloji təsir göstərilməsi ilə bağlı tərəflərindən audio və digər sübutların mövcud olması, həmçinin uşağın sağlamlığı ilə bağlı da ciddi narahatlıqların mövcud olması, anası tərəfindən uşağın sağlamlığına mənfi təsir göstərə biləcək qida və digər davranışlarla bağlı hallar tərəflərindən müşahidə edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materialları nəzərdən keçirilərkən ananın azyaşlı uşağı ilə ünsiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslar müəyyən olunmur, həmçinin maraqlı şəxs tərəfindən şikayətində qeyd olunanlarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarının 8ci bəndinə əsasən, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## ####### */**** nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarın 2.2-ci bəndinə “uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir” məzmunda abzas əlavə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən hesab edir ki, Cavabdeh şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı maraqlı şəxs Cavabdeh şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.7, 158.1, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadı Cavabdeh şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar