Məhkəmə qərarları › İş №16(3-10)-88/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-10)-88/2026

21.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 16(3-10)-88/2026 21.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş *(*-**)-***/**** saylı iş üzrə iddiaçı Ərizəçi İbrahim oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə Şəki Apellyasiya Məhkəməsinin binasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ərizəçi İbrahim oğlu cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və cavabdeh2 ASC-ə qarşı iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli cavabdeh2 ASC-nin xeyrinə 19678 manat 45 qəpik ( on doqquz min altı yüz yetmiş səkkiz manat qırx beş qəpik) kredit borcunun tutulması barədə reyestr 8İ-28958 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması, BRST*******C*** nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(5-146)- **/**** saylı qətnaməsi ilə (hakim T.Hüseynli) iddia tələbinin təmin edilməməsi, iddiaçı Ərizəçi İbrahim oğlunun cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və cavabdeh2 ASC-ə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ərizəçi İbrahim oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qətnaməsi ilə, iddiaçı Ərizəçi İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(5-146)- **/**** nömrəli qətnaməsinin iddiaçı Ərizəçi İbrahim oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Ərizəçi İbrahim oğlunun nümayəndə və vəkili Nümayəndə tərəfindən Şəki Apellyasiya Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ünvanlanmışdır. İddiaçı Ərizəçi İbrahim oğlunun nümayəndə və vəkili Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, “əsassız varlanma” ilə “kredit müqaviləsi üzrə öhdəlik” anlayışları arasındakı hüquqi fərq mahiyyəti üzrə düzgün qiymətləndirilməmiş, nəticədə cavabdeh cavabdeh2 ASC-nin əsassız və uzun-uzadı söz yığını olan etirazlarına üstünlük verməklə onun əleyhinə qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsassız olduğundan tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti üzrə *(*-**)-***/**** saylı mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin mübahisəli icra qeydi artıq icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş, nəticədə məhkəmə aktı qanuni qüvvəyə minməmiş və mübahisəyə yuxarı instansiya məhkəməsində qiymət verilməmiş cavabdeh2 ASC – nin xeyrinə ondan məcburi qaydada pul tutulmasına davam etdiriləcəkdir. Odur ki, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ondan hər hansı pul vəsaitinin tutulmasının Mingəçevir şəhər İcra və Probasiya şöbəsi, xxxx" ASC – yə həmçinin digər şəxslərə müvəqqəti təminat tədbiri kimi qadağa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni mülki iş materialı ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 159.4.2-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Lakin iddiaçı Ərizəçi İbrahim oğlunun nümayəndə və vəkili Nümayəndə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə elektron qaydada imzalanmadan, Şəki Apellyasiya Məhkəməsinə poçt vasitəsilə göndərilmişdir. Bu isə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin elektron kabinet vasitəsi ilə verilməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, elektron kabinet vasitəsi ilə verilmiş ərizə həmçinin elektron imza ilə imzalanmalı, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. Bu halda məhkəmə kollegiyası ərizəçinin nəzərinə çatdırır ki, Şəki Apellyasiya Məhkəməsi Respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin 10-1-ci maddəsinin tələblərinə riayət edilməklə verilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla) bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) müəyyən edilmişdir. Hazırkı iş üzrə ərizə materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı dövlət rüsumu ödənilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 159.4.2, 263-264cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Ərizəçi İbrahim oğlunun nümayəndə və vəkili Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar