Məhkəmə qərarları › İş №16(3-6)-241/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-241/2026

06.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-241/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar X3 və X7 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına və X2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, iddiaçı X2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına, X3 və X7 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının cavabdehlər X2, X3 və X7 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizələrinə dair iş üzrə (Açar sözlər: qətnamənin icrasının təmin tədbiri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X10 ibarət tərkibdə, Iddiaçılar X3 və X7 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına və X2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, iddiaçı X2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına, X3 və X7 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının cavabdehlər X2, X3 və X7 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizələrinə dair iş üzrə iddiaçı X3 nümayəndəsi Ərizəçi qızı tərəfindən verilən müvəqqəti təmin tədbiri barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçılar X3 və X7 cavabdehlər Abasova (Məmmədova)Pərvin Süleyman qızına və X2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsinə, *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 5 ünvanında yerləşən umumı salıəsı 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X4 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, *V-*** saylı, ##.##.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 511.1 lcv/m olan qeyri-yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onla rın payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə ##.##.2019-cu il tarixli, AD ****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85-saylı ##.##.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD******* saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “Infiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı X2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızına, X3 və X7 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına ¼ hissədə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə ¼ hissədə, ünvan 6 ünvanda yerləşən bağ evinə 1/8 hissədə payın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. ##.##.2023-cü il tarixdə iddiaçı X2 nümayəndəsi və vəkili X9 iddia tələbinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsini də iddia tələbinə aid edərək əmlak üzərində vərəsəlik paylarının tanımağını xahiş etmişdir.

4. Iddiaçı X26 cavabdehlər X2, X3, X7 qarşı "payların naturada ayrılması, təcrid olunması, köçürülmə, ayrılmış paylardan istifadə olunması üçün yaranan maneələrin aradan qaldırılması, mümkün olmadıqda naturada ayrılmış payların dəyərinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7 ünvanında yerləşən 154.30 m 2 ümumi sahəli bağ evi və 0.11 hektar torpaq sahəsi (* nömrəli miras əmlak), ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi (* nömrəli miras əmlak), ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi (* nömrəli miras əmlak), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.0354 ha torpaq sahəsi (* nömrəli miras əmlak), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi (* nömrəli miras əmlak), AR DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2019-cu il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan INFINITI QX80 MINIK markalı **HH*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 5 (* nömrəli miras əmlak) və AR DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2019-cu il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və buraxılış ili 2019-cu il olan MITSUBISHI L200 MINIK markalı **FF*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (* nömrəli miras əmlak) açıq hərracdan satılması və əldə olunan pul vəsaitinin * nömrəli miras əmlak üzrə 1/8 hissədə, * nömrəli miras əmlak üzrə 1/4 hissədə, * nömrəli miras əmlak üzrə 1/4 hissədə, * nömrəli miras əmlak üzrə 5/8 hissədə, * nömrəli miras əmlak üzrə 1/4 hissədə, * nömrəli miras əmlak üzrə 1/4 hissədə, * nömrəli miras əmlak üzrə 1/4 hissədə X14 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X7 iddiası qismən təmin edilməsi, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiası qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, ünvan 4 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, AR DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2019-cu il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan INFINITI QX80 MINIK markalı **HH*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DIN BDYPI QII tərəfindən verilmiş ##.##.2019-cu il tarixli AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 buraxılış ili 2019-cu il olan MITSUBISHI L200 MINIK markalı **FF*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməsi, iddiaçı X2 iddiasının rədd edilməsi, iddiaçılar X3, X7, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiaları qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

6. Qətnamədən iddiaçı X3 və X7 apellyasiya şikayəti verərək Bakı şəhər Səbail rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası, tikinti obyektlərinin tədqiqi, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə rəy verməyən ekspertinə həvalə olunmuşdur.

8. ##.##.2024-cü il tarixdə ekspertiza aparılmasından imtina ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubda qeyd edilir ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi ##.##.2024-cü il tarixə təyin edilmiş, lakin iş üzrə iddiaçı tədqiqat obyektlərinin yerini dəqiqliklə göstərə bilmədiyindən, tədqiqat obyektinə baxışın keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

9. Bundan sonra məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə yenidən məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-obyektlərinin tədqiqi və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspert rəyi alınmamışdır.

10. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının aparılmasından imtina ediləmsi barədə ##.##.2025-ci il tarixli Məluamtında qeyd olunur ki, qərardadla ekspert qarşısına qoyulmuş sualların həlli üçün ##.##.2025-ci il tarixdə vəsatət verilərək qərardadda qeyd olunan tədqiqat obyektlərinə ##.##.2025-ci il, saat 15:00 tarixdə qanuvericiliyə uyğun olaraq məhkəmənin nümayəndəsinin iştirakı ilə baxışın keçiriləsinin təşkil edilməsi və baxışın nəticələrinin protokollaşdırılması xahiş olunmuşdur. Vəsatətə cavab olaraq məhkəmənin ##.##.2025-ci il tarixdə daxil olmuş məktubunda ekpertin və tərəflərin şəxsiyyət vəsiqəsi ilə birgə iştirakı ilə baxış keçirilməsinin ##.##.2025-ci il tarixə, saat 15:00-a təyin olunması bildirilmiş və baxış keçirilməsi ilə bağlı götərilən vaxtda Baklı Apellyasiya Məhkəməsinə gəlmək xahiş olunmuşdur. Qeyd olunan tədqiqat obyekrləri təqdim olunmadığından baxış baş tutmamışdır. Belə ki, həmin tarixdə məhkəmənin nümayəndəsi ilə əlaqə saxlanılmış, sonuncu bildirmişdir ki, məhkəmənin nümayəndəsi və cavabdeh həmin vaxtda baxışda iştirak edə bilməyəcək, qərardadda qeyd olunan torpaq sahələrinin əksəriyyətinin cavabdehin istifadəsində olması nəzərə alınaraq həmin sahələrə baxış keçiriləsi mümkün olmayacaqdır. Daha sonra məhkəmə tərəfindən məhkəmənin nümayəndəsinin və tərəflərin iştirakı ilə baxışın keçirilməsinin yenidən planlaşdırılacağı, baxışın nəticələrinin protokollaşdırılacağı bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektlərinə yenidən keçirilməsinin hansı tarixə təyin olunması barədə hər hansı məlumat Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar barəsində tədqiqat aparılması mümkün olmamışdır. Xüsusilə vurğulanır ki, mübahisə predmeti olan torpaq sahələrinin biri hasarlanmadığından və iddiaçı tərəfindən dəqiq yeri göstərilmədiyindən, bundan digər torpaq sahələri isə üzərindəki tikililərlə birlikdə cavabdehlərin istifadəsində olduğundan onlar ekspertə təqdim edilməlidir.

11. Mübahisə predmeti olan əmlakarın bazar dəyərinin müəyyən edilməsi ilə bağlı ekspert/mütəxəssis rəyi əldə etmək mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır.

12. Hazırda iddiaçılar X3 nümayəndəsi Ərizəçi qızı müvəqqəti təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək mərhum X3 məxsus olan ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi və buraxılış ili 2019-cu il olan INFINITI QX80 minik markalı **HH*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 buraxılış ili 2019-cu il olan MITSUBISHI L200 minik markalı **FF*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi və nəqliyyat vasitələri saxlanılaraq, X1inin cərimə meydançasına təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan nəqliyyat vasitələri miras əmlakına daxildir və gələcəkdə həmin avtomobilin açıq hərracdan satılaraq əldə olunan pulun iddiaçılar arasında bölüşdürülməsi Bakı şəhəri Səbail Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Baş X1 Idarəsindən əldə olunmuş məlumatlardan görünür ki, mühərrikin nömrəsi 4N15GD2820 buraxılış ili 2019-cu il olan MITSUBISHI L200 minik markalı **FF*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı sonuncu dəfə X4 tərəfindən X2 2019-cu ilin oktyabr ayının 9-da etibarnamə verilmiş və etibarnamənin bitmə müddəti 2025-ci ilin avqust ayının 8-i müəyyən edilmişdir. Həmçinin ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi və buraxılış ili 2019-cu il olan “Infiniti QX80” minik markalı, 99- HH-499 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı sonuncu dəfə X4 tərəfindən ## ####### 2019-cu il tarixində X6 etibarnamə verilmiş və etibarnamənin bitmə müddəti ## #### 2025-ci il müəyyən olunmuşdur. X4 2020-ci ilin avqust ayının 10-da kardiogen şokdan ölmüşdür. Mülki işin materiallarından da görünür ki, verilmiş vərəsəlik haqqında şəhadətnamələrə şəhadətnamələrə əsasən AD******* saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “Infiniti QX80” minik markalı əsasən AD******* saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2019-ci il olan **-HH-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobil miras əmlaka daxildir və gələcəkdə Səbail rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qeyd olunan nəqliyyat vasitələri açıq hərracda satılaraq əld olunan pul varislər arasında bölüşdürülməlidir. X7 və X3 da Məmmədov Fuadın övladı olaraq varisləridirlər. Qeyd olunan nəqliyyat vasitələrinin qanunsuz olaraq istismar olunması onun amartizasiya xərclərinin artması ilə bərabər onun dəyərinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda gələcəkdə baş verə biləcək hər hansı yol nəqliyyat hadisəsi zamanı qeyd olunan nəqliyyat vasitələrinin zədələnməsi və məhv olması riskini daşıyır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.

15. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).

16. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).

17. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməlidir.

19. Belə ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinə istinad edərək, miras əmlakına daxil olan və birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən açıq hərracda satılıb əldə ediləcək vəsaitin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulan ban nömrəsi JNRAZ2NY0K9111425 olan 2019-cu il buraxılışlı “Infiniti QX80” və ban nömrəsi MMBJLKL10LH008102 olan 2019-cu il buraxılışlı “Mitsubishi L200” markalı nəqliyyat vasitələrinin cavabdehlər tərəfindən istismar edilməsi nəticəsində dəyərinin azalması riskinin mövcud olduğunu göstərərək, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onların istismarının qadağan edilməsini və cərimə meydançasında saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı artıq məhkəmə kollegiyası tərəfindən ##.##.2026-cı il tarixdə qərardad qəbul edilərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

21. Göründüyü kimi artıq təxminən 3 aydır ki, mübahisələndirilən nəqliyyat vasitələrinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qərardadı qəbul edilərək icra edilməsi üçün göndərilmişdir.

22. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).

23. MPM-in 157.6-cı maddəsinə əsasən, təminat tədbirləri əks tərəfin (və ya digər varislərin) hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.... Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin “müvəqqəti xarakter daşıyır” müddəası onu nəzərdə tutur ki, iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsi). Iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır....”

25. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, istismar qadağası və nəqliyyat vasitələrinin cərimə meydançasına yerləşdirilməsi tələbi hazırkı prosessual mərhələdə iddia tələbinə mütənasib olmadığından ərizə təmin edilməməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Iddiaçı X3 nümayəndəsi Ərizəçi qızının müvəqqəti təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar