Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-264/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ## ######## 2024-cü il tarixli müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair qərardadının ləğv edilməsi barədə iddiaçı Ərizəçi tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər X3, Cavabdeh və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi * saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə cavabdeh X3 arasında olan Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 143 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair * saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində reyestrdə 4Ə-960 nömrə ilə qeyd edilməklə ##.##.2023-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər X3 və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan iddiaçı Ərizəçi şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ## ######## 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** saylı ## #### 2024-cü il tarixli qərardadı ləğv edilmiş; ərizə təmin edilərək iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdeh X3 və digər şəxslərə qadağan edilmişdir. Hazırda iddiaçı Ərizəçi ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin **(***)- ***/**** saylı, ## ######## 2024-cü il tarixli qərardadı ilə qoyulmuş müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəlki mübahisələr üzrə hüquqi vəziyyət məhkəmə qaydasında artıq müəyyən edilmiş və mübahisə predmeti aradan qalxmışdır. Hazırda yalınz **(***)-***/**** saylı iş üzrə həbsin qüvvədə qalması daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatı əməliyyatlarının aparılmasına maneə yaradır. Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəf məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər X3, * saylı Bakı “ASAN Xidmət” Mərkəzi və Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh ilə X3 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair * saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanmış *-Ə*** nömrəli, ## #### 2023-cü il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamə qanunvericiliyə uyğun qaydada icraya yönəldilmişdir. Müvafiq icra hakimiyyətinin rəsmi məktubu ilə əmlak üzərində həbs olduğundan əmlaka münasibətdə heç bir hərəkəti etmək mümkün olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbiri institutu məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi məqsədilə tətbiq edilən, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş prosessual tədbir olmaqla, məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilmiş yekun məhkəmə aktının real icrasının təmin edilməsinə xidmət edir. Hazırkı halda baxış predmeti olan müvəqqəti təminat tədbiri də qətnamənin icrasının təmin edilməsi məqsədilə tətbiq edilmişdir. Hazırda qətnamənin icra edilməməsi müəyyən olunsa da, iddiaçının təminat tədbirinin ləğv etməsini xahiş etməsi və həmin xahişin digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, əmlak üzərində tətbiq edilmiş qadağa növündə təminat tədbiri iddiaçının qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq olunmuş mülkiyyət hüququnu məhdudlaşdırır və icra sənədinin icrasına maneə törədir. Bu səbəbdən hazırkı halda təminat tədbirinin qüvvədə saxlanması üçün prosessual zərurət mövcud deyildir. Beləliklə məhkəmə ərizəni işin materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ## ######## 2024-cü il tarixli qərardadına əsasən “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh X3 və digər şəxslərə qadağan edilməsi” növündə görülmüş müvəqqəti təminat tədbiri də ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Ərizəçi ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ## ######## 2024-cü il tarixli qərardadı ilə “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh X3 və digər şəxslərə qadağan edilməsi” növündə görülmüş müvəqqəti təminat tədbiri ləğv edilsin. Qərardadın icrası müafiq olaraq Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №16(3-6)-264/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-264/2026
28.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver