Məhkəmə qərarları › İş №16(3-6)-266/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-266/2026

14.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-266/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, e-*- *(***)-****/**** nömrəli işlə bağlı yekun məhkəmə aktı qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin mülkiyyətində olan **ZF*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il, şassi nömrəsi WSM000000003071305 olan SCHMITZ 01 markalı yarımqoşqu; **JE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, şassi nömrəsi VF624GPA000063237 olan RENAULT PREMIUM 460 markalı yük; **JF*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, şassi nömrəsi VF617GKA000025472 olan RENAUL MAGNUM markalı yük nəqliyyat vasitələri və həmçinin digər daşınar və daşınmaz əmlak, həmçinin bütün banklarda mövcud olan hesabları üzərinə e-2-2(113)-5212/2025-59 Qətnamə ilə təmin edilmiş 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumu həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, M.İ. Southtrans” MMC e-*-*(***)-****/**** saylı işdə iddiaçı tərəf olar iştirak etmişdir. Həmin iş üzrə ##.##.2026-cı il tarixli e-2- *(***)-****/****-** saylı Qətnamə qəbul edilmiş, iddia tələbi 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumu həcmində təmin edilmişdir. Iş cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.Cavabdeh “xxxx” MMC-nin Qətnamə ilə təmin edilən məbləği ödəməsini təminat altına almaq üçün əmlakına həbs qoyulmasına zərurət vardır. Cavabdehin adına qeydiyyatda olan nəqliyyat vasitələrinin müəyyən edilməsi üçün ##.##.2026-cı il tarixində **/** nömrəli sorğu ilə AR DIN Baş Dövlət Yol Polisi Idarəsinə müraciət edilmişdir. AR DIN BDYPI tərəfindən sorğuya verilən cavabda cavabdehin adına **ZF*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il, şassi nömrəsi WSM000000003071305 olan SCHMITZ 01 markalı yarımqoşqu; **JE*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, şassi nömrəsi VF624GPA000063237 olan Renault Premium 460 markalı yük; **JF*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, şassi nömrəsi VF617GKA000025472 olan Renaul Magnum markalı yük nəqliyyat vasitələri qeydiyyatda olduğu bildirilmişdir. Habelə, cavabdehin digər daşınar və daşınar əmlaklarının və hesablarında pul vəsaitlətinin olması faktı da istisna edilmir. Belə ki, cavabdeh aktiv fəaliyyətdə olan bir hüquqi şəxsdir və kifayət qədər dövriyyəsi və bank hesablarında pul vəsaitləri vardır. Bununla bərabər, cavabdehin bank hesabları ilə bağlı məlumat kommersiya sirri təşkil etməsi səbəbilə iddiaçının bilavasitə özünün əldə edə biləcəyi informasiya olmadığından, həmin məlumatın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi də özlüyündə mümkünsüzdür. Lakin, müvəqqəti təminat tədbirləri institutunun mahiyyətinin gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınması olduğundan hesab edirik ki, müvəqqəti təminat tədbirlərinin təmin etmək üçün tədbir kimi, cavabdehin bank və digər kredit təşkilatlarındakı hesablarında olan pul vəsaitləri üzərinə də iddia tələbi həcmində həbs qoyulmalıdır. Nəzərə alınmalıdır ki, “Icra haqqında” Qanunun 45-ci maddəsinə əsasən məcburi icra tədbirləri qismində icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi ərizə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1) Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Ərizəyə əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi MMC (bundan sonra-iddiaçı) cavabdehlər X2, Cavabdeh MMC-yə (bundan sonra-cavabdehlər) qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli və ## #### 2024-cü il tarixli, *** nömrəli müqavilələrin etibarsız sayılması, cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 tərəfindən iddiaçıya vurulmuş 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) dəyərində zərərin və 180 (yüz səksən) manat dəyərində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin olunmuş,cavabdehlər X2, Cavabdeh MMC-dən birgə (müştərək) qaydada vurulmuş zərərin əvəzi qismində 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Ərizəçi MMC-yə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi,iddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu iddiaçı Ərizəçi MMC-nin özünə aid edilməsi,cavabdehlər X2, Cavabdeh MMC-dən birgə (müştərək) qaydada 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X8 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir. Ərizəçi tərəfindən qeyd olunan məlumata əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəyə minməmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mərhələdə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilib-verilməməsini müəyyən etmək mümkün deyil, həmçinin şikayətlə bağlı materillar Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmamışdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, indiki halda ilkin sübutlar təqdim olunmadığından ərizə təmin edilməməlidir. Əlavə olaraq kollegiya ərizəçiyə izah edir ki, iş materialları Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra yenidən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etmək etmək hüququ vardır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar