Məhkəmə qərarları › İş №16(3-6)-275/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-275/2026

17.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-275/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-****/**** saylı mülki iş üzrə iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs əsas məbləğ üzrə borc 7,291.72 manat, hesablanmış və ödənilməmiş faiz borcu 760.20 manat, cərimə borcu 194.59 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 7.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat, cəmi borc 8253.51 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 102.53 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##/##/2014-cü il tarixdə “X1 Azərbaycan” QSC və Maraqlı şəxs arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Maraqlı şəxs istehlak yönümlü 7.000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Maraqlı şəxs kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə borc 7,291.72 manat, hesablanmış və ödənilməmiş faiz borcu 760.20 manat, cərimə borcu 194.59 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 7.00 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat, cəmi borc 8,253.51 manat manat məbləğində təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Maraqlı şəxs əsas borc üzrə 7291,72 manat, faiz borcu üzrə 606,87 manat, cərimə borcu üzrə 50,31 manat, komissiyalar üzrə borc 7.00 manat olmaqla, ümumilikdə 7955,90 (yeddi min doqquz yüz əlli beş manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı “X1 Azərbaycan” QSCyə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsnın Azərbaycan Respublikasında mövcud olan bank və digər kredit təşkilatlarındakı bank hesablarında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan ümumilikdə 8253.51 manat həcmində həbs qoyulması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla göstərilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və xüsusən də 8253.51 manat məbləğində borcun vaxtında ödənilməməsi nəticəsində iddiaçı bankın cari fəaliyyətinə mənfi təsir göstərilir. Bu hal bankın likvidlik imkanlarını məhdudlaşdırır, iqtisadi və maliyyə çətinliklərinə səbəb olur və nəticə etibarilə digər müştərilər qarşısında öhdəliklərin icrasına da təhlükə yaradır. Məhz bu səbəbdən cavabdehin bank hesablarına həbs qoyulması zəruridir ki, gələcəkdə iddianın təmin edilməsi real olaraq mümkün olsun və bankın qanuni mənafeləri müdafiəsiz qalmasın. Ərizəçinin tələbi təmin edilmədikdə, cavabdeh sərbəst şəkildə öz əmlakını çıxara, bank hesablarını boşalda və iddianın icrasını qeyri-mümkün edə bilər. Məlumat üçün bildiririk ki, mövcud məhkəmə təcrübəsində (o cümlədən 1-ci instansiya məhkəmələrinin, Apellyasiya Məhkəmələrinin və Ali Məhkəmənin çoxsaylı qərarlarında) bank hesablarının konkret adı və nömrəsinin ərizədə göstərilməsi tələb olunmur. Çünki bu məlumat yalnız icra orqanlarının səlahiyyətindədir və müvafiq qurumlar tərəfindən elektron sistem vasitəsilə dərhal aşkarlanır. Məlumat üçün bildirir ki, mövcud məhkəmə təcrübəsində (o cümlədən 1-ci instansiya məhkəmələrinin, Apellyasiya Məhkəmələrinin və Ali Məhkəmənin çoxsaylı qərarlarında) bank hesablarının konkret adı və nömrəsinin ərizədə göstərilməsi tələb olunmur. Çünki bu məlumat yalnız icra orqanlarının səlahiyyətindədir və müvafiq qurumlar tərəfindən elektron sistem vasitəsilə dərhal aşkarlanır. Əks halda, ərizəçi banklararası sirrə çıxışı olmayan adi hüquqi şəxs qismində bu məlumatı əldə edə bilməz. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqi təkcə iddiaçının hüquqlarının müdafiəsinə deyil, həm də ümumi iqtisadi dövriyyənin sağlamlaşdırılmasına və məhkəmə sisteminin yüklənməsinin qarşısının alınmasına xidmət edir. Bundan başqa məhkəmə qərardadının qəbulundan sonra müvafiq icra vərəqəsi aidiyyəti icra orqanına göndərilir. İcra məmuru elektron icra sistemi vasitəsilə borcalanın adına daxil olaraq, cəmi bir kliklə onun bütün aktiv və bağlanmış bank hesablarını aşkarlaya bilir və həmin hesablara dərhal həbs qoyulmasını təmin edir. Deməli, müvəqqəti təminat tədbiri üçün ərizədə konkret hesab nömrələrinin göstərilməsi nə hüquqi, nə də texniki baxımdan zəruri şərt deyildir. Artıq mövcud məhkəmə təcrübəsi də bunu təsdiqləyir: hesab nömrəsi göstərilməyən müvəqqəti təminat tədbirləri barədə ərizələrin təmin edilməsinə dair 1-ci instansiya məhkəmələrinin, Apellyasiya Məhkəmələrinin və Ali Məhkəmənin çoxsaylı qərarları mövcuddur. Eyni zamanda cavabdehin bank hesablarının mövcud olmaması ehtimalı son dərəcə zəifdir. Əksinə, onun maliyyə dövriyyəsinin və bank hesablarının mövcud olması həyati və hüquqi zərurətdir. Bu isə təminat tədbirinin obyektiv əsasını təşkil edir. Məhkəmə Kollegiyası, ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəllənin 157.1ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Ərizədən görünür ki, iddiaçı, cavabdehin aktiv bank hesabları üzərinə iddia tələbi həcmində həbs qoyulmasını istəsə də, həmin hesabların nədən ibarət və hansı banklarda olmasına ərizədə aydınlıq gətirməmiş, bununla da tələblərini aydın və konkret şəkildə ifadə etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ərizəçi onun iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə bağlı çətinliyin və ya mümkünsüzlüyün nədən ibarət olmasını ərizəsində kifayət qədər əsaslandırmamışdır və buna dair sübutlar da iş materiallarında mövcud deyildir. Bu baxımdan onu da nəzərə almaq lazımdır ki, ərizəçinin ərizəsində görülməsi xahiş edilən müvəqqəti təminat tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, belə təminat tədbirlərinin görülməsi cavabdehin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Halbuki müvəqqəti təminat tədbiri haqqında məsələ həll olunarkən yalnız ərizəçinin deyil, işdəki cavabdehin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçı yalnız müvvəqəti təminat tədbiri barədə ərizə verməklə kifayətlənərək, qanunvericiliyin tələbləri baxımından həmin ərizəni əsaslandırmayaraq, müvəqqəti təminat tədbirinin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə çatması üçün dəlillər göstərməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və Məcəllənin müddəaları tətbiq olunur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157, 158-160, 365 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar