Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-294/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi “tikintinin dərhal dayandırılması”na dair müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin seçilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İlkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Ərizəçi, X5, X6, X1, X2 və X3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, ## ###### 2022-ci il tarixdə Bakı şəhər ** saylı notariat ofisində iddiaçı Cavabdeh ilə X10 arasında ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh qarşı “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və sökülən əmlakın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın, yəni, qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh mübahisəli əmlaka dair ##.##.2022-ci il tarixli X10 arasında Bakı şəhəri ** saylı notariat kontorunda Cavabdeh ilə bağlanan ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu müqavilədən əmələ gələn digər müqavilələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 1 mərtəbəli, 90.7 (102.3) kv.m sahəsi olmuş tikilinin yenidən tikilərək bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ## ###### 2022-ci il tarixdə Bakı şəhər ** saylı notariat ofisində iddiaçı Cavabdeh ilə X10 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il qərardadına əsasən, ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Ərizəçi, X5, X4, X1, X2 və X3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh qarşı “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və sökülən əmlakın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin ilkin müqavilə üzrə pul ödənişinin mümkün olub-olmadığına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə qərar qəbul edilənək dayandırılmışdır. Hazırda ərizəçi Ərizəçi müvəqqəti təminat tətbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə mülkiyyətçisi olduğu mübahisəli əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.3 m2 olan qeyri-yaşayış sahəsində cavabdeh Cavabdeh tərəfindən əmlakın qanunsuz olaraq sökülməsi və heç bir hüquqi əsas olmadan çoxmərtəbəli tikinti işlərinin aparılması və ərazidə yüksək gərginlik elektron xəttinin çəkilməsi cəhdlərinin olmaqla insan həyatı və sağlamlığı üçün ciddi real təhlükəsinin yaranması səbəbindən müvəqqəti təminat tədbirinin təqbiq edilməklə ünvan 1 ünvanında aparılan tikinti, quraşdırma və kommunikasiya işlərinin dərhal dayandırılması barədə üzrə təxirə salınmaz təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddı 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Maddə 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 159.5. Bu Məcəllənin 159.4.1 – 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu Maddə 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla) bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə kollegiyası ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi Ərizəçi izah edilir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə yenidən müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-294/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-294/2026
23.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver