Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-325/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, **(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardaddan cavabdeh Mamedhuseinova Aishen Nazim qızının vəkili (nümayəndəsi) İsmayılov Yusif Yaşar oğlunun verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə ərizəni qismən təmin edilməsini qərara almışdır. Cavabdeh Aishen Mamedhuseinovanın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materialları araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 9cu maddələrinin tələblərinin mənasına görə, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin həlli ilə bağlı birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərardadlardan şikayət verilərkən dövlət rüsumu ödənilməlidir. Cavabdeh Aishen Mamedhuseinovanın dövlət rüsumunu ödəməkdən azad olunması ilə bağlı hər hansı sənəd (sənədlər) iş materiallarında və “Elektron Məhkəmə” İnformasiya Sistemində yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qərardaddan verilmiş şikayəti qaytarmamış, şikayətə baxmış, şikayəti təmin etməyərək, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardaddan Mamedhuseinova Aishen Nazim qızının vəkili (nümayəndəsi) İsmayılov Yusif Yaşar oğlunun vasitəsi ilə verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün şikayət mülki işlə birlikdə həmin birinci instansiya məhkəməsinə göndərilsin. Mamedhuseinova Aishen Nazim qızı hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №16(3-6)-325/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-325/2026
06.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver