Məhkəmə qərarları › İş №16(3-6)-331/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-331/2026

08.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-331/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi), X9 və X10 ibarət tərkibdə, iddiaçı Ərizəçi cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki işlə bağlı ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı mərhum X4 verdiyi 6000 manat pulun X4 vərəsələri olan cavabdehlərdən alınması və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə oğlunun çəkdiyi yenidənqurma və tikinti işləri üçün 15000 manat olmaqla, ümumilikdə 21000 manat pul və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarlımasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının X5 üzərinə yüklənən bu işlərdən, bu haqsızlıqlardan cana yığılmış cavan canına qıyıb intihar etmişdir. Bu işlərlə bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. Bir ata bir valideyin üçün övlad oğul dağı nə deməkdir bunu cavabdehlər anlaya bilməz. Oğlunun yarım qalan bu haqlı mübarizəsi üçün iddiaçı yeri gəlsə ömrümün sonuna kimi mübarizə aparacaqdır. X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini X4 ## ###### 2015-ci il tarixdə şəxsən özündən 6000 manat qarşılığında satın almışdır. Belə ki, həmin əmlak ## ### 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən X4 tam mülkiyyət üzrə məxsus olmuş və o, da öz növbəsində həmin əmlakını mərhum X5na satmış və bunun əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsi ilə bağlı ASAN, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsində təmsil etməyi, lazımı sənədləri verməyi, almağı, ərizə yazmağı, imza etməyi, hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış (forma 1) və digər arayışları aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipoteka girov qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı adından ərizə verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar zəruri hərəkətləri etməyi Bakı şəhər ** saylı Notariat Kontorunda *E-**** saylı etibarnamə ilə 10 il müddətinə etibar etmişdir. Lakin daha sonra X4 rəhmətə getmişdir. Sonra iddiaçının oğlu Vaqifin anası Elmira ilə əlaqə saxlamış, oğlunun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsini ona satmasını bildirmiş, Elmira Ələkbərovna isə oğlunun torpaq sahəsi və evi satdığını, həmin torpaq sahəsinə Mamedov Ceyhunun xeyli xərc qoyaraq torpağı düzləşdirmə işləri və orada olan daxma yaşamağa yarasız evi təmir etdirərək xeyli xərc qoymasını və oğlunun ruhunun inciməməsi üçün oğlunun vərəsəsi kimi iradə ifadəsini davam etdirərək ## #### 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi və evi X11. O, bu hərəkətləri edən zaman digər vərəsələrin vərəsəliyi qəbul edib etməməsindən heç bir məlumatı olmamışdır. Daha sonra digər iddiaçılar cavabdeh2 cavabdeh1 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən hakim və məruzəçi hakim X1, hakimlər X2 və X6 ibarət tərkibdə 2(105)- ****/**** saylı ##.##.2023 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək həmin iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsini ləğv edib iş üzrə yeni qətnamə qəbul edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinə dair cavabdeh3 ilə X11 arasında Bakı şəhəri * saylı notariat ofısində bağlanmış ## #### 2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X11 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ## #### 2022-ci il qeydiyyat tarixli çıxarışı etibarsız hesab edilməsi, cavabdeh X11 ünvan 3 ünvanında yerləşən 0,035 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçının mərhum oğlu kassasiya şikayəti vermiş və onun kassasiya şikayəti təmin edilməmişdir. X7 həmin evi rəsmi alqı-satqı ilə cavabdeh3 oğlu və digər şəxslər Elmira və Fəridənənin qardaşı Vaqifdən sağlığından 6000 manata əldə etmiş və həmin uçuqsökük daxmanı təmir tedirərək ora xeyli xərc qoymuşdur. Bir halda ki, oğlunun həmin evə hüququ yoxdur. O zaman Vaqif Ələkbərova oğlunun ödədiyi 6000 manat pul və evin əsaslı təmirinə xərclənmiş 15000 manat pul olmaqla, ümumilikdə 21000 manat məbləğində pul cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 alınaraq oğlunun hüququ varisi, yəni atası olan iddiaçıya ödənilməlidir.

3. Cavabdeh cavabdeh2 tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallardan ünvan 4 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evinin mərhum atası Vaqiv Tağıyevə məxsus olduğu və həmin əmlaka sərəncam verilməsi üçün sağlığında oğlu mərhum Ceyhun Məmmədova etibarnamə verdiyi, atamın vəfatından sonra cavabdeh cavabdeh3 həmin əmlakı oğluna satdığı və bu barədə aralarında alqı-satqı müqaviləsinin bağladığı, sonradan cavabdehlərin iddialaı əsasında həmin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edildiyi ilə bağlı qeyd etdikləri doğrudur. Lakin ünvan 4 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evinin mərhum atası Vaqiv Tağıyevin hələ sağlığında iddiaçının oğlu mərhum Ceyhun Məmmədova 6000 manata satdığı, atasının vəfatından sonra cavabdeh cavabdeh3 başqa vərəsələrin olduğunu bilmədiyi, evi təmir etməsi və təmirinə 15000 manat xərc çəkdiyi, oğlu mübahisə ilə bağlı məhkəmələrin haqsızlığından bezdiyi və bu mübahisələrdən yükləndiyindən intihar etməsi kimi qeyd etdikləri məntiqi olmayan tam yalan və iftiradır. Belə ki, cavabdehin mərhum atası əvvəllər bankda işləmişdir. Eyni zamanda kənarda əmlak biznesi də olmuşdur və yetərincə maliyyə imkanına malik olmuşdur. Adı çəkilən ünvan 4 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evini 2013-cü ildə almış, təmir etmiş və satışa çıxarmışdır. Həmin müddətdə qonşuluqda yaşayan mərhum Ceyhun Məmmədovu tanımışdır. Sonradan Moskva şəhərinə köçdüyündən, evin satılmasını Ceyhuna tapşırmış və ona etibarnamə vermişdir. Atasının dediyinə görə həmin ev, təmir və tikintisi ilə hələ o vaxtları ona 10000 manata başa gəlmiş, 15000 manat satışa qoymuşdur. Ceyhuna 6000 manata satıldığının deməsi belə ağlabatan deyildir. Eləcə də əgər ona satmışdırsa və pulunu da vermişdisə, etibarnamə verməzdi, özü də onun özünün adına, elə alqı-satqı edərdi. Bundan başqa atasının vəfatından sonra Ceyhun Məmmədov birinci olaraq anası Rəna Axundovanın yanına gəlmişdir. Çünki o, Rəna Axundovanı tanıyırdı. Atası Moskvada olanda anası bir neçə dəfə həmin evi almaq istəyənlərə göstərmək üçün orada olmuş və Ceyhunla görüşmüşdür. Nənəsi cavabdeh3 isə Ceyhun ümumiyyətlə tanımamışdır. Evi ona satmağı istəmişdir. Cavabdehin anası ona başqa vərəsələrin də varlığını, məsələni onlarla da razılaşdırılmalı olduğunu bildirmiş və Fuadın telefonunu vermişdir. Bundan sonra onlar birləşib, cavabdehlərdən xəbərsiz qanunsuz işlərə bulaşmışlar. Belə ki, X3 cavabdehin nənəsi cavabdeh3 kürəkəni, qızı X12 həyat yoldaşıdır. Nənəsi yaşlı taqətsiz qoca olduğundan verdiyi etibarnamə əsasında onu hər yerdə X3 təmsil edir və nənəsinin adından sərbəst qərarlar qəbul edir. Cavabdehlərin vərəsə olduqlarını da gizlətmiş, həmin evə tək nənəsinin adına çıxarış almış və Ceyhun Məmmədovdan 6000 manat alaraq, öz aralarında alqı-satqı etmişdirlər. Məhz buna görə həmin alqı-satqı və çıxarış etibarsız hesab edilmişdir. Mübahisəyə Şamaxı Rayon Məhkəməsində baxılanda Ceyhun Məmmədov cavabdehlər - iki vərəsəyə 10000 manat ödəməklə barışığa gəlmiş və barışığı təsdiqləmək üçün anası iclas günü rayon məhkəməsinə getmişdir. X8 danışdığını və Fuad onun işini həll edəcəyini demiş, özü təklif etdiyi barışıqdan imtina etmişdir. Fuad acgözlüyündən bütün miras əmlaklarla da eyni hərəkətlər etmişdir. Başqa əmlaklarla bağlı dolayı yollarla miras paylarına sahibləndiyi üçün onun barəsində şikayətlərinə prokurorluqda baxılır. Sumqayıt Apellyasiya Məhkəməsində iş gedəndə cavabdehin anası Ceyhuna yetimlərin mirasında halalığın gözlənilməsini, Fuadın onu aldatdığını, onun fitnəsinə uymamasını təklif etmişdir. Lakin Ceyhun ona alqı-satqıdan əlavə evin məsələsinin düzəldilməsi üçün Fuadın ondan 5000 manat aldığını və mütləq qaydada sonunda iş onun xeyrinə həll ediləcəyinə inandığını bildirmişdir. Qətnamənin elanından sonra, son görüşlərində də danışıqları belə olmuşdur ki, Ali Məhkəmə işi onun xeyrinə həll etmədiyi halda pulunu Fuaddan alacağını və üstünə də 5000 manat qoyub bizə verəcəyini bildirmişdir. Anası da onunla razılaşmış, icradan imtina edəcəyinə söz vermişdir. Ali Məhkəmənin qərarından sonra cavabdehin anası telefonla onu yığmış, lakin cavab olmamışdır. Sonradan intihar etdiyi məlum olmuşdur. Cavabdehlərin ona qarşı heç bir kin-küdrəti olmamışdır. O, da cavabdehlər kimi Fuadın hiylələrinə aldanmış, dolandırılmışdır. Hər bir halda belə nəticə etibarı ilə əmlakla bağlı sonunda aralarında bir razılaşma olmuş və əmlak zatən ona qalacaqdı. Belə olan halda adam özünü bu məsələdən ötrü niyə asmalıdır? Cavabdehin miras əmlakla bağlı qeyd etdiklərinin hamısı, mərhumun qohumları tərəfindən onlara qara yaxmaq niyəti ilə verdikləri şikayətin prokurorluqda araşdırılmasında təsdiqini tapmış və Ceyhun Məmmədovun intihar etməsinin ümumiyyətlə bu işlə heç bir əlaqəsi olmadığı müəyyən edilmişdir. Əgər iddiada qeyd edildiyi kimi evin qiyməti 6000 manatdırsa, onun təmir xərci 15000 manat ola bilməz. Bazarda həmin ərazidə bu kimi evlərin ortalama qiyməti 25-30 min manat civarındadır. Buna nisbətdə də təmir xərclərinin 15000 manat olduğu məntiqə uyğun deyildir. Çünki təmin evin dəyərinin maksimum 1/5 hissəsini təşkil edə bilər.Bundan başqa atam həmin evi alandan sonra 2013-2014-cü illərdə yenidən qorumuş və təmir etdirmişdir. Ceyhun onu təkrar niyə təmir etdirsin ki? Məhkəmədə demişdir ki, alqı-satqıya pulu olmadığından, alqısatqını etməmiş, etibarnamə götürmüşdür. Alqı-satqının xərci 150-200 manatdır və buna imkanı yoxdur. Onda təmirə verilən 15000 manat hardandır? Bütün bunlar iddianın qarşı əsassız olduğu və heç bir məntiqə söykənmədiyini göstərir. Həmçinin, cavabdehlər vərəsələr olaraq - cavabdeh2 və bacısı cavabdeh1 Vaqifovnanın mərhum Ceyhun Məmmədovla miras əmlakla bağlı heç bir mülki münasibətləri olmamışdır. Əksinə o, digər vərəsənin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ilə əlbir olub, mirasda paylarına sahiblənmək üçün birgə hərəkətlər etmişlər. Cavabdehlər isə hər zaman işi barışıqla yoluna qoymağa çalışmış və cavabdehin anası son görüşdə məsələ ilə bağlı Ceyhun Məmmədovla orta razılaşmaya da gəlmişdirlər. Yuxarıda qeyd edilənlərin nəzərə alınması və iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(011)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

5. Iddiaçı Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti – texniki ekspertizası təyin edilmiş və mütəxəssis rəyinin alınması qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur.

8. Hazırda iddiaçı (ərizəçi) Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərin iddiaçı qarşısında, məhkəmədən sonrakı öhdəliklərinin yarana biləcəyi ehtimalının yüksək olması ilə, hazırki işin sona çatmasınadək, iş üzrə mübahisələndirilən ünvan 5 ünvanında 0,035 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 80,829 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair bütün əməliyyatların dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisələndirilən ünvan 5 ünvanında 0,035 ha torpaq sahəsi üzərində yerləşən, alındığında ümumi sahəsi 28,1 kv.m, hazırda ümumi sahəsi 80,829 kv.m olan fərdi yaşayış evinin təcili ucuz qiymətə satılmasına dair elan “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilmiş və artıq alıcı da gələrək, evə baxmaqla alacağına dair məlumat vermişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirlərinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır.

13. Hazırkı situsasiyada isə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi halı mövcud deyildir.

14. Belə ki, hazırkı iş üzrə tərəflər arasında olan mübahisənin predmeti ünvan 5 ünvanında 0,035 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 80,829 kv.m olan fərdi yaşayış evi deyildir, 21000 manat məbləğində pul vəsaitidir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, tələb pul vəsitinin tutulması ilə bağlı olduğundan evə dair məhdudiyyətlərin tətbiq olunması əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər.

16. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki işlə bağlı ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar