Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-338/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat ofisində *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi üzrə iddiaçıdan və X1 ##.##.2022-ci tarixli, DEN-*****-**/**A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli, FN*****-**/**A nömrəli əlavə razılaşmaya və ##.##.2022-ci il tarixli, DENGZ-*****-**/**A saylı "Ipoteka" müqaviləsinə əsasən 46908.50 manat əsas borc, 1453.66 manat faiz borcu və 175.30 manat dəbbə pulu olmaqla, cəmi 48537.46 manat pul tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borc tələbi üzrə tutma X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı mənzilinə yönəldilməlidir. Bakı şəhəri ** saylı Notariat ofisinin mübahisələndirilən "Icra qeydi" ilə razı deyil. Mübahisəli tələb üzrə Notariat orqanı icra qeydi çıxara bilməzdi və bunu məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin icra qeydi məhkəmədə mübahisələndirilməsinə baxmayaraq, icra məmuru icra sənədinin icraasını davam etdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilmiş, iddiaçı Ərizəçi cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “cavabdeh3 **-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69.53 kv metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzilin hərraca çıxarılması ilə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı qərardadına əsasən maraqlı şəxs Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(001)- ***/**** nömrəli qərardadı ləğv edilmişdir. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilməsi qərara alınmışdır. Qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən tələbkar tərəfindən yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə riayət edilməsi, yəni icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən borcluya bildiriş göndərilməsi, ən azı 21 təqvim günü əzində borclunun məhkəməyə müraciət edə bilmə imkanının gözlənilməsi və s., bu kimi hallar vaxtında və qanuna müvafiq qaydada icra edilmişdir.Binəqdi Rayon Icra Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixində icra qeydi əsasında tutmanın yönəldiyi Bakı Şəhəri, Binəqədi rayonu, 7-ci mkr F.Məlikov küçəsi 3V, ** nömrəli mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Veto Consalting MMC-yə sifariş verilmişdir. "Hərracın yekunları barədə" protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 3V, ** nömrəli mənzilin ilkin satış qiyməti 175.000 manat olmaqla 148750 manat dəyərində cavabdeh1 satılmışdır. Iddiaçı qətiyyətlə hərracın nəticələri ilə razılaşmır. Çünki o, 46908.50 manat əsas borc, 1453.66 manat faiz borcu və 175.30 manat dəbbə pulu olmaqla, cəmi 48537.46 manat pul tutularaq tələbkar Bank"xxxx" ASCnin xeyrinə tam şəkildə ödəmişdir. Lakin icra məmuru əmlakın hərraca çıxartmışdır. Bundan başqa mənzilin bazar qiyməti 250000 manatdan yuxarıdır. Qiymətləndirmə rəyidə qanunsuzdur. Buna görə də hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi müraciət etmişdir. Gələcəkdə məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməlidir. Çünki cavabdeh1 tərəfindən mənzilin alqı-satqısı aparılır. Buna görə də mənzillə bağlı cavabdeh1 alqı-satqı və sair hərəkətlərin aparılması qadağan edilməlidir. Iddiaçı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69.53 kv metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzilin hərrac vasitəsi ilə alqı-satqı müqaviləsinin aparılması və yaxud üçüncü şəxslərə satılması ilə bağlı hər hansı əməliyyatların aparılması cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69.53 kv metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzilin hərrac vasitəsi ilə alqı-satqı müqaviləsinin aparılması və yaxud üçüncü şəxslərə satılması ilə bağlı hər hansı əməliyyatların aparılmasının məhkəmənin icraatında olan *(*-**)-****/**** saylı mülk iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və icrasının Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Qərardadın əsaslarına görə, ərizəyə və ona əlavə edilmiş sənədlərdən belə müəyyən edilir ki, iddiaçı banka münasibətdə bütün öhdəlikləlrini icra etmiş, buna dair bank tərəfindən arayış da verilmişdir. Lakin icra qeydi üzrə icra hərəkətləri davam etdirilmiş, hərrac keçirilmiş və bitmişdir. Hazıırda iddiaçı hərracın yekunlarını mübahisələndirir və bu səbəbdən də hərrac vasitəsi ilə alqı-satqı müqaviləsinin aparılması və yaxud üçüncü şəxslərə satılması ilə bağlı hər hansı əməliyyatların aparılması cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müvəqqəti təminat tədbirinə dair ərizə təmin edilməli və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69,53 kv metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzilin hərrac vasitəsi ilə alqı-satqı müqaviləsinin aparılması və yaxud üçüncü şəxslərə satılması ilə bağlı hər hansı əməliyyatların aparılması cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməlidir.
4. Cavabdeh cavabdeh1 həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və tətbiq edilmiş təminat tədbirinin dərhal aradan qaldırılmasını xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə hərracın nəticələri üzrə təminat tədbiri tətbiq edilmişdir. Həmin qərardad kobud prosessual pozuntularla qəbul edilmişdir və hüquqi əsaslandırmadan mərhum olmaqla qanunsuz və əsassızdır. Qərardad cavabdeh cavabdeh1 iştirakı təmin edilmədən, mövqeyi öyrənilmədən qəbul edilmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsas prinsiplərinə və ədalətli məhkəmə araşdırması hüququna açıq ziddir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69,53 kv.metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzil ## #### 2026-cı il tarixdə “X5”nda elan dərc edilməklə acıq auksionda satışa çıxarılmışdır. Ilkin hərrac baş tutmamışdır və təkirar hərrac keçirilmişdir. Əsas satış qiyməti 175 000 manat olmaqla ilkin-85%, təkirar hərracda 65% olmaqla ##.##.2026-##.##.2026-ci il tarixlərində, yeddi gün ərzində açıq hərrac davam etmişdir. O, həmin hərracda iştirak edərək qalib olmuş və hərracın qaydalarına uyğun olaraq ##.##.2026-cı il tarixdə 15 manat iştirak haqqı, ##.##.2026 tarixdə 5687,5 manat beh ödənişi, ##.##.2026 tarixdə 3549,06 manat xidmət haqqı, ##.##.2026 tarixdə 111725,07 manat əmlak ödənişi, ##.##.2026 tarixdə 889,43 manat vergi ödəmişdir. ****************** saylı Protokol ##.##.2026 tarixdə imzalanaraq qanuni qüvvəyə minib. Qərardadda qeyd edilir ki, ərizəçi Ərizəçi və X1 ##.## 2022-ci il tarixli, DEN-*****-**/**A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli, FN*****-**/**A nömrəli əlavə razılaşmaya və ##.##.2022-ci il tarixli DENGZ-*****-**/**A saylı “Ipoteka” müqaviləsinə əsasən 46908,50 manat əsas borc, 1453,66 manat faiz borcu və 175,30 manat dəbbə pulu olmaqla, cəmi 48537,46 manat pul pul tutularaq tələbkar Bank “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Qərardadda qeyd edilir ki, iddiaçı Ərizəçi 48537,46 manat borcunu tələbkar Bank “xxxx” ASC-nin xeyrinə ödəmişdir. Birinci instansiya məhkəməsi mövcud vəziyyəti, fakt və sübutları araşdırmadan qərəzli qərardad qəbul edərək, prosessual qaydaları kobud şəkildə pozmaqla əsassız olaraq cavabdeh cavabdeh1 hüquqlarını məhdudlaşdırmışdır. Vicdanlı alıcı olaraq o, bütün öhdəliklərini tamamladıqdan sonra ##.##.2026 tarixdə qanuni qüvvəyə minmiş protokolun nəticələrini pozmaq məqsədilə ##.##.2026 tarixində Ərizəçi Bank “xxxx” ASC-yə olan borcunu ödəyib və həmin gün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Lakin bu hərracın nəticələrinə təsir edə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təminat tədbirləri ilə bağlı normalarına, tərəflərin bərabərliyi və dinlənilmə hüququna dair müddəalarına ziddir və əsassız qəbul edilmiş bu qərardad qanunsuz hesab edilməlidir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
8. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədləri sayılır. 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.4. bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə.
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsaslar mövcuddur.
11. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsində bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda icra sənədinin məcburi dayandırılması nəzərdə tutulsa da “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna edilmişdir.
12. Hazırkı icra sənədi də “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydidir və göründüyü kimi norma qanunvericilik icra mərhələsində olan icra qeydi üzrə icraatın dayandırılmasını istisna edir.
13. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın tam ləğvinə əsas verir. Buna görə də qərardad tam ləğv edilərək, ərizə təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadı ləğv olunaraq ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.