Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-340/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqət təminat tədbiri) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Üçüncü şəxs və “xxxx” ASC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 MMC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhər Xətai Rayon Icra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatının və cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, giriş 343, M7, * nömrəli mənzilinin satışı ilə bağlı keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı Ərizəçi eyni zamanda, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, müvəqqəti təminat tədbiri kimi Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu,Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu, Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Müstəqil tələb irəli sürməyən X4 qeyd olunan qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(5-94) ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul olunmasını, şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılır ki, qanunvericiliyin tələbinə əsasən müvəqqəti təminat tədbiri iddia tələbinə mütənasib olmalıdır. Həmçinin ərizəçi ərizədə göstərdiyi, qətnamənin icrasına maneçilik törədəcək haların baş verə biləcəyini kifayət qədər əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Oxşar iddialar üzrə vahid məhkəmə təcrübəsinə də baxsaq görərmək olar ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan *(*- **)-***/**** nömrəli mülki iş üzrə iddia ərizəsindən aydın olur ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri * saylı notariat ofisinə qarşı (mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən ## ####### 2025-ci il tarixdə tərtib edilmiş 8I-***** reyester nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən belə qənaətə gəlmişdir , Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən ## ####### 2025-ci il tarixdə tərtib edilmiş 8I-***** reyestr nömrəli icra qeydinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 1208-ci məhələ, mənzil 98. yeni qaydalarla AZ1025 ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldilmişdir. Göründüyü kimi ərizəçinin hazırkı ərizəsi həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlıdır. Həmin mənzilin özgəninkiləşdirilməsinin qadağa edilməsi icra sənədinin icrasına maneçilik təmin edilə bilməz. Məhkəmə bundan başqa qeyd etmişdir ki, iddianın predmeti olmayan daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi işdə iştirak edən, habelə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulması, lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən müvəqqəti təminat tədbiri iddia tələbinə mütənasib olmalıdır. Həmçinin ərizəçi ərizədə göstərdiyi, qətnamənin icrasına maneçilik törədəcək haların baş verə biləcəyini kifayət qədər əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Kolegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyini təsdiq edəcək ilkin sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi faktları heç fərziyələrə inanaraq qərardad çıxarmaqla müstəqil şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsicavabdehin sosial ədalətə və vicdanlılığa sığmayan əməlləri ilə Ərizəçinin (iddiaçının) qanunla qorunan hüquqlarına açıq-aşkar maddi zərər vurmaq və bu kimi qanunsuz hərəkətlərini qanuna müvafiq araşdırmaq və həqiqəti üzə çıxarmaq əvəzinə, məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və əsassız Qərardad çıxarmışdır. Qeyd olunmalıdır ki, qərardad, yəgin ki, məhkəmənin özünün qu luq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlilər əsasında çıxarılmışdır.
6. Qərardaddan həmçinin müstəqil tələb irəli sürməyən “xxxx” ASC qeyd olunan qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026 cı il tarixli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul olunmasını xahiş etmişdir.
7. “xxxx” ASC-nin şikayəti onunla əsaslandırılır ki, “xxxx” ASC ilə Kərimova (Kazımova) Rufina Nadik qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, № IKP№ ***-11 saylı kredit müqaviləsinə əsasən Kərimova (Kazımova) Rufina Nadik qızına illik faiz dərəcəsi 7 % olmaqla 300 (üç yüz) ay müddətinə 49 000 AZN (qırx doqquz min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ##.##.2021-ci il tarixli № IPK№ ***-11 saylı ipoteka müqaviləsinə əsasən Kərimova (Kazımova) Rufina Nadik qızına məxsus Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ1027, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Bankda ipoteka ilə yüklü edilmişdir. Borcalan tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğundan Bank tərəfindən ##.##.2024-cü il tarixində borcalana ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildiriş göndərilmiş, həmin bildiriş ##.##.2024-cü il tarixində borcalanın ünvanına çatdırılmışdır. ##.##.2025-ci il tarixində icra qeydinin aparılması ilə bağlı Bank tərəfindən aidiyyat üzrə notariat ofisinə ərizə ilə müraciət edilmiş, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən aparılmış ##.##.2025-ci il tarixli, *İ-*** saylı icra qeydinə əsasən müqavilə üzrə 46 510.21 AZN, 0.00 AZN, 64.92 AZN cərimə borcu olmaqla, 46 575.13 AZN cəmi məbləğin tutulması, tutmanın Kərimova (Kazımova) Rufina Nadik qızına məxsus Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ1027, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi müəyyən edilmişdir. Icra sənədinin icrası mərhələsində (##.##.2025-ci il) borcalan icra qeydinin ləğvi tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, icra sənədini məhkəmə qaydasında mübahisələndirmişdir. Borcalan tərəfindən icra qeydinin ləğvi tələbi üzrə iddia ərizəsinin verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, ##.##.2026-cı il tarixli məhkəmə qərardadı ilə “icra qeydinin ləğvi tələbi üzrə” iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə qərardadının qəbulundan uzun müddət keçməsinə baxmayaraq iddiaçı (Ərizəçi) tərəfindən qərardad mübahisələndirilməmişdir. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli, № e*****/****-1-30-003 saylı qərarı ilə əmlakın qiymətləndirilməsi üçün qiymətləndiricinin cəlb edilməsi qərara alınmış, qərarın icrası “xxxx” MMC-ə həvalə edilmişdir. Qiymətləndirmə təşkilatının ##.##.2025-ci il tarixli, QXM-**** saylı rəyində Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ1027, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 110 000 manat, likvid dəyəri isə 96 000 manat müəyyən edilmişdir. Qiymətləndirilmənin keçirilməsi mərhələsində qiymətləndirici tərəfindən dəfələrlə borcalanla əlaqə saxlanılmasına baxmayaraq, borcalan müxtəlif bəhanələrlə əmlaka baxış keçirilməsinə şərait yaratmadığından əmlakın bazar dəyəri Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” ##.##.1998-ci il tarixli ***-IQ saylı Qanununa, X14, qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarına uyğun olaraq Daha sonra Bakı şəhəri Xətai rayon Icra şöbəsi tərəfindən icra sənədi üzrə icra tədbirləri davam etdirilmiş, görülmüş icra tədbirləri çərçivəsində ##.##.2025-ci il tarixli təklif məktubu ilə Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ1027, ünvan 1 ünvanında yerləşən mənzil Banka təklif olunmuş, bank tərəfindən təklifdən imtina edildiyi halda həmin mənzilin imtina edildiyi gündən üç ay müddətində hərrac yolu ilə satılacağı qeyd olunmuşdur. Bank tərəfindən ##.##.2025-ci il ***/**** saylı məktubla təklifdən imtina edilmişdir. Daha sonra Bakı ş. Xətai rayon Icra şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı hərraca sifariş verilmiş, sifarişin surəti borclu Kərimova (Kazımova) Rufina Nadik qızına və “xxxx“ ASC-yə göndərilmişdir. Hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq elektron hərrac təşkil edilmiş, ##.##.2026-ci il tarixində keçirilmiş hərracdan əmlak 119.999 manata üçüncü şəxsə satılmışdır. Daha sonra iddiaçı Kərimova (Kazımova) Rufina Nadik qızı qiymətləndirmə hesabatının və əmlakın satışı ilə bağlı hərracın nəticələrinin ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rayon Icra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatının və cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, ünvan 3, Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, giriş 343, M7, * nömrəli mənzilinin satışı ilə bağlı keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı Ərizəçi eyni zamanda, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, müvəqqəti təminat tədbiri kimi Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu,Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə Iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu, Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticə ilə razı deyil və hesab edir ki, sözügedən qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu, Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzil borcun təminatı olduğu halda, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi Bankın maddi tələb hüququna əsassız müdaxilədir. Bu tədbir borclunun vaxt qazanmaq niyyətinə xidmət edir, buna görə də müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı qərardad ləğv edilməlidir. Məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edərkən, qeyd olunan normanın təşkilatçı tərəfindən həqiqətən pozulub-pozulmadığını ilkin olaraq qiymətləndirməli idi. Əgər elan 20 gün öncədən yerləşdirilibsə və SMS bildiriş çatıbsa, borclunun iddiası perspektivsiz hesab olunmalıdır. Lakin məhkəmə işin haların araşdırmağa başlamadan Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi,giriş 343, M* nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qərardad qəbul etməklə Bankın hüquqlarını məhdudlaşdırmışdır. Bundan əlavə borclu iddia ərizəsində qiymətləndirmə rəyi ilə razı olmadığını bildirir. Bakı şəhəri Xətai rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli, № e*****/****-1-30-003 saylı qiymətləndiricinin dəvət edilməsi qərarından görünür ki, icra sənədinin icrası mərhələsində ipoteka predmeti olan mənzilin 2025-ci il tarixinə olan bazar dəyəri müəyyənləşdirilmişdir. Bütün bu qeyd olunanlar nəzərə alınmadan Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsi əsassızdır. hərrac prosesi avtomatlaşdırılmış qaydada keçirildiyi üçün bütün prosessual müddətlər və bildirişlər insan amili olmadan Portal tərəfindən icra edilir. Belə olan halda borclunun hərracın keçrilməsi ilə məlumatsız olduğunu bildirməsi əsassızdır. Məhkəmə qeyd olunan halları nəzərə almadan əsassız qərardad qəbul etmişdir. Məhkəmə, müvəqqəti təminat tədbiri barədə ərizəyə baxarkən Bankı prosesə cəlb etmədən və rəyini öyrənmədən əmlakın özgəninkiəşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul etmişdir. Bununla da məhkəmə, MPM-nin 387.2.4-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq, Bankın hüququna xələl gətirən məsələni həll etmişdir ki, bu da qərardadın mütləq qaydada ləğv edilməsi üçün birbaşa əsasdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 MMC və "xxxx" MMC-yə qarşı “qanunsuz qiymətləndirmə hesabatının və ##.##.2026-cı il tarixli hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmənin çıxardığı ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri qərardadlarından müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Üçüncü şəxs və “xxxx” ASC tərəfindən verilmiş şikayətlər tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixdə iddiaçıya rəsmi məlumat verilmədən notarius tərəfindən icra qeydi çıxarılmış və icraya yönəldilmişdir. Xətai Rayon Icra Şöbəsi tərəfindən ilkin satış qiymətinin müəyyən edilməsi və elektron hərrac sifarişinin verilməsi barədə borcluya heç bir bildiriş və ya qiymətləndirmə rəyi təqdim olunmamışdır. Iddiaçıya yalnız ##.##.2025-ci il tarixdə icra şöbəsinə dəvət bildirişi daxil olsa da, qoşma sənədlər göndərilməmiş və icraatın mahiyyəti açıqlanmamışdır. Iddiaçı hüquqi yardımı olmadığı üçün prosesin nəticələrini dərk edə bilməmiş, sonradan şəxsən müraciət etsə də, ona rəsmi sənəd verilməmişdir. Iddiaçı sözügedən icra sənədlərini və hərrac sifarişini yalnız ##.##.2026-cı il tarixdə vəkili vasitəsilə icra şöbəsindən rəsmi qaydada əldə etmişdir. Bu səbəbdən o, qiymətləndirmə və hərrac prosesini vaxtında mübahisələndirmək hüququndan məhrum edilmişdir. Həmçinin müvafiq Qaydaların 2.3-cü maddəsinə əsasən, Təşkilatçı sifarişi aldığı gündən 5 iş günü müddətində hərrac elanını Portalda yerləşdirməli və borcluya SMS və ya elektron poçtla bildiriş göndərməli olduğu halda, bu öhdəlik icra edilməmiş və iddiaçı hərrac barədə yalnız ##.##.2026-cı il tarixdə tanımadığı şəxslərin təhdid dolu telefon zənglərindən xəbər tutmuşdur. Həmin şəxslər iddiaçıya razılıq verib-verməməsindən asılı olmayaraq ## #### 2026cı il tarixində mənzili ondan alacaqlarını bildirərək psixoloji təzyiq göstərmişlər. Digər tərəfdən, Xətai Rayon Icra Şöbəsi tərəfindən təşkilatçı cavabdeh1 MMC-yə və qiymətləndiriciyə əmlakın faktiki vəziyyətini əks etdirən cari görüntülər əvəzinə, 2021ci ifa aid köhnə fotoşəkillər təqdim edilmiş və “xxxx” MMC-nin qiymətləndiricisi əraziyə və mənzilə heç bir faktiki baxış keçirmədən bu köhnə şəkillər əsasında rəy tərtib etmişdir. Halbuki iddiaçı mənzili 2021-ci ilin dekabrından təmir etməyə başlamış və 2022-ci ilin əvvəlində 30,000 AZN-dən artıq vəsait xərcləyərək təmiri tam yekunlaşdırmışdır. Köhnə təmirsiz şəkillər əsasında mənzilin bazar dəyəri 110,000 AZN, likvid dəyəri isə 93,500 AZN (bankın iddiasında isə 96,000 AZN) müəyyən edilmiş və əmlak kəskin aşağı qiymətə — 119,999 AZN-ə satılmışdır. Daşınmaz əmlak bazarındakı kəskin qiymət artımı və inflyasiyanın nəzərə alınması, habelə real dəyərin tapılması üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan 'EKSPERT AZ' MMC-yə müraciət edilmiş və bu peşəkar qurumun rəyinə əsasən mənzilin 2026-cı il üzrə faktiki vəziyyətinə uyğun real bazar dəyərinin 156,000 AZN olduğu müəyyən edilmişdir. Sifariş sənədində mənzil qəsdən "orta təmirsiz" kimi qeyd edilsə də, faktiki tam təmirli mənzilin yarı qiymətinə satılması mülkiyyətçiyə külli miqdarda ziyan vurmuşdur. “xxxx” ASC-nin qiymətləndiricinin borcalanla dəfələrlə əlaqə saxlaması, lakin borcalanın baxışa şərait yaratmaması barədə iddiaları tamamilə yalandır və bunu təsdiq edən heç bir sübut şikayətə əlavə olunmamışdır. Hətta bankın bu iddiası bir anlıq doğru qəbul edilsə belə, bu hal qiymətləndiriciyə mənzilə baxış keçirmədən 2021-ci ilin təmirsiz şəkilləri ilə rəy yazmağa, icra şöbəsinə isə saxta qiymətlə hərrac təşkil etmeye hüquqi bəraət qazandırmır. Dövlət orqanı olan icra şöbəsi yaranmış maneə barədə qanuni səlahiyyətlərindən istifadə edərək müvafiq tədbirlər görməli idi, lakin heç bir addım atılmamışdır. Bununla yanaşı, “Icra haqqında” AR Qanununun 62.7-ci maddəsinə və müvafiq Qaydaların 2.1.7-ci bəndinə əsasən, elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara əmlakla qabaqcadan tanış olmaq üçün real imkan yaradılmalı idi. ##.##.2026-cı il tarixdə əldə edilmiş icra sənədində isə əmlakla tanış olma barədə zəruri məlumatlar ümumiyyətlə öz əksini tapmamış, nəticədə nə alıcı Üçüncü şəxs, nə də qiymətləndirici mənzilə gəlib baxış keçirməmişdir. Alıcı mənzili görmədən, "təmirsiz" statusu ilə qat-qat aşağı qiymətə əldə etmişdir ki, bu da mülki-hüquqi münasibətlərin ədalət və vicdanlılıq prinsiplərinə ziddir. Iddiaçı "xxxx" MMC-də əməkhaqqının gecikməsi və ailəsindəki ağır itkilərlə bağlı maddi çətinliyə görə kredit ödənişində cəmi 2 ay ləngiməyə yol vermiş, "xxxx" MMC-də yeni işə düzəldikdən sonra isə restrukturizasiya təklif etmişdir. Iş yerinin rəhbərliyi vasitəsilə Bankın "Gənclik" filialı ilə əlaqə saxlanılaraq borcun bir hissəsinin dərhal ödənilməsi, qalan hissəsinin isə əməkhaqqından tutulması təklif olunsa da, Bankın Problemli işlər şöbəsinin müdiri Röyal adlı şəxs qəti şəkildə 12,000 AZN birdəfəlik ödəniş tələb etmiş, əks halda məcburi çıxarılma ilə hədələmişdir. Iddiaçının Bankın Baş Idarəsinə şəxsən müraciət edərək 12,000 AZN - 15,000 AZN əlavə ödənişin əsas borcun üzərinə əlavə olunması və aylıq ödənişin 340 AZN-dən 500 AZN-ə qaldırılması barədə konstruktiv təklifləri də bank tərəfindən rədd edilmişdir. Dostlarının köməyi ilə dərhal vəkilə müraciət edilib hərracın dayandırılması üçün məhkəməyə təminat tədbiri ərizəsi verilsə də, həmin gün iş saatının qısa olması səbəbindən ərizəyə fiziki olaraq baxıla bilməmiş və hərrac ##.##.2026-cı il tarixdə baş tutmuşdur. Ərizəçinin himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır və sözügedən ünvan 3 (Yeni ünvan: AZ 1027, giriş 343, M7, m2) ünvanındakı daşınmaz əmlak ailənin yeganə yaşayış yeridir. Uşaqlar Azərbaycan ənənəvi full kontakt karate üzrə yığma komandasının üzvü olaraq beynəlxalq yarışlarda II və III yerləri tutmaqla ölkəmizi layiqincə təmsil edirlər. Cəmi 2 aylıq obyektiv gecikməyə görə ailənin yeganə sığınacağından məhrum edilməsi mütənasiblik, humanizm və uşaqların mənzil hüququ prinsiplərinə kəskin ziddir və borcun məbləği ilə tətbiq edilən tədbirin ağırlığı arasında aşkar qeyri-mütənasiblik vardır. Apellyator Üçüncü şəxs məhkəmənin qərardadını "xxxx" adlandırsa da, iddia tərəfinin təqdim etdiyi 'EKSPERT AZ' MMC-nin rəyi və fotoşəkillər iş materiallarına əlavə edilmiş mötəbər sübutlardır. Iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hərracın qalibi tərəfindən mənzilin digər şəxslərə rəsmiləşdirilməsi və ya boşaldılması tələbinin irəli sürülməsi ehtimalı tamamilə realdır. Bu isə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını qeyri-mümkün edə bilər və bərpaolunmaz hüquqi nəticələrə səbəb olar. Müvafiq olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli və 16(5 **)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadları maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun, qanuni və ədalətlidir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
12. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
13. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu,Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzil Ərizəçi xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın qeydiyyat tarixi ##.##.2021-ci ildir.
16. Bakı şəhər Xətai Rayon Icra Şöbəsi tərəfindən X7 verilən ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifarişdən görünür ki, hərracın predmeti olan əmlak Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu,Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzildir.
17. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi iddiası üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, müvəqqəti təminat tədbiri kimi Bakı şəhər, ünvan 3, Yeni qaydalarla: AZ1027, Bakı şəhər, Xətai rayonu,Cavanşir küçəsi, giriş 343, M7,* nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri görülməsi xahiş olunan daşınmaz əmlaka dair tərəflər arasında mübahisə olduğundan, işin bu cür halında isə mübahisəli əmlakın özgəninkiləşdirildiyi, iddianın isə təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunması mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər.
19. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində (əmlakın üçüncü şəxsə satılması, özgəninkiləşdirilməsi və s.) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti xarakterli təminat tədbiri kimi mübahisəli əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi məqsədəmüvafiqdir və mövcud sübutlarla mümkündür.
20. Belə ki, mübahisə konkret daşınmaz əmlakla bağlı keçirilmiş hərracın etibarsızlığı ilə bağlı olduğundan, həmin əmlakın özgəninkiləşdirilməsi gələcəkdə mümkün məhkəmə qətnaməsinin icrasını obyektiv olaraq çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Daşınmaz əmlakın üçüncü şəxslərə keçməsi halında isə mübahisəyə yeni subyektlərin cəlb olunması, və nəticədə hüquqların bərpasının daha mürəkkəb prosessual müstəviyə keçməsi zəruriyyəti müydana çıxır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...” 22.Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, əgər gələcəkdə iddia tam, yaxud qismən təmin ediləcəksə, çıxarılacaq qərarın da icra olunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) əhəmiyyətli bir hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsizliyi və qəbul olunmuş qərarı əhəmiyyətsizliyi ilə nəticələnə bilər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməli və məhkəmə müdafiə hüququnun xəyali hüquqa çevirilməsinin qarşısını almağa xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı halların mövcud olması əsasşərtdir: 1. Cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2. Cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3. Belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması.
23. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülmüş arqumentlər, o cümlədən iddia tələbinin gələcəkdə təmin olunub-olunmayacağı, qiymətləndirmə hesabatının düzgünlüyü və hərrac prosedurlarına riayət edilib-edilməməsi barədə iddialar birbaşa mübahisənin mahiyyətinə aid məsələlərdir. Idda tələbinin maddi-hüquqi cəhətdən əsaslı olub-olmaması, tərəflərin təqdim etdiyi dəlillərə yekun hüquqi qiymətin verilməsi yalnız və yalnız işə mahiyyəti üzrə baxılan zaman, tərəflərin çəkişməsi şəraitində araşdırılmalı və yekun məhkəmə aktında (qətnamədə) öz əksini tapmalıdır.
24. Müvəqqəti təminat tədbiri institutu isə mülki prosessual qanunvericiliyin fundamental təminatlarından biri olmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi anla yekun qətnamənin çıxarılması və onun icra edildiyi an arasındakı zaman kəsiyində tərəflərin maraqlarının balansını qorumağa, mövcud vəziyyətin əsassız dəyişdirilməsinin qarşısını almağa xidmət edir. Müvəqqəti təminat tədbirinin əsas məqsədi və hüquqi təbiəti yalnız ondan ibarətdir ki, iş üzrə araşdırma aparıldığı müddətdə mübahisə predmeti olan əmlak fiziki və ya hüquqi cəhətdən itirilməsin, üçüncü şəxslərin vicdanlı sahibliyinə keçməsin və bununla da dövlət adından çıxarılacaq gələcək məhkəmə qərarı sadəcə kağız üzərində qalan xəyali bir sənədə çevrilməsin.
25. Müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılma mərhələsində məhkəmə iddianın perspektivini qabaqcadan həll edə bilməz və özünü yekun məhkəmə instansiyası kimi apara bilməz; bu mərhələdə məhkəmənin yeganə vəzifəsi iddiaçının tələbi ilə tətbiqi istənilən tədbir arasında obyektiv funksional əlaqənin və gələcəkdə qərarın icrasını çətinləşdirə biləcək real risklərin mövcudluğunu yoxlamaqdan ibarətdir.
26. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, müvəqqəti təminat tədbirinə baxılarkən məhkəmə mübahisənin mahiyyətini qabaqcadan həll etmir və tərəflərin maddihüquqi mövqelərinə qiymət vermir.
27. Hazırkı işdə mübahisə birbaşa konkret daşınmaz əmlakın, yəni iddiaçının mülkiyyətində olan mənzilin hərrac yolu ilə satılmasının qanunsuzluğu və nəticələrinin ləğvi ilə bağlı olduğundan, həmin mənzilin tam qeydiyyata alınması və ya digər şəxslərə təkrarən özgəninkiləşdirilməsi təhlükəsi tamamilə real və qaçılmazdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş qadağa həm mütənasiblik prinsipinə, həm də işin hallarına tam uyğundur, üçüncü şəxslərin hüquqlarına geri dönməz zərər vurmur və gələcəkdə tərəflərdən hər hansı birinin xeyrinə qəbul ediləcək qətnamənin icrasını təmin etməyə yönəlmişdir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin əsaslılığına dair ilkin sübutların mövcudluğu və mövcud vəziyyətin dəyişdirilməsi təhlükəsini nəzərə alaraq, mübahisə predmeti olan əmlakın hüquqi statusunun müvəqqəti sabitliyinin təmin edilməsini zəruri hesab etməkdə haqlı olmuşdur.
29. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov