Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-346/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İvanovnanın cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı “əmlaklar və bank hesabları üzərinə həbs qoyulması” növündə müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri barədə ərizə geri qaytarılmışdır) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi İvanovnanın cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı “əmlaklar və bank hesabları üzərinə həbs qoyulması” növündə müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Ərizəçi İvanovna cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığa və ailə başçısının ölümünə görə vurulmuş ziyana görə həmin cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi İvanovna müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı qanuni qüvvəyə minənədək ünvan 2 ünvanında yerləşən, qeydiyyat nömrəsi 004011000197-05101-093001 olan mənzil üzərinə həbs qoyulması, cavabdeh3 məxsus həmin əmlak barəsində satış, bağışlama, dəyişmə, ipoteka və digər sərəncamvermə əməliyyatları da daxil olmaqla hər hansı qeydiyyat və özgəninkiləşdirmə hərəkətlərinin aparılmasının qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi 1118112503 olan daşınmaz əmlak üzərinə həbs qoyulması, həmin əmlak barəsində hər hansı qeydiyyat, özgəninkiləşdirmə və sərəncamvermə hərəkətlərinin aparılmasının qadağan edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 9 ünvanında yerləşən texniki — (köməkçi) sahənin hazırda kimin mülkiyyətində və ya istifadəsində olması barədə məlumatların əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq məhkəmə sorğusunun göndərilməsi, iddia tələbinin təmin olunması məqsədilə həmin daşınmaz əmlakın üzərinə həbs qoyulması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həmin obyektlə bağlı hər hansı özgəninkiləşdirmə və ya qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 8-10 ünvanında yerləşən bütün tibbi avadanlıqlar, kompyuter texnikası, ofis avadanlıqları və digər hərəkətli əmlak üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsinin və ya girov qoyulmasının qadağan edilməsi, “xxxx” MMC-nin Azərbaycan Respublikasının hüdudları daxilində fəaliyyət göstərən bütün banklardakı hesablaşma, cari və valyuta hesabları üzərinə iddia qiyməti olan 250.000 manat məbləğində həbs qoyulması və həmin məbləğ həcmində hər hansı məxaric əməliyyatlarının aparılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə Ərizəçi İvanovnanın müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi geri qaytarılmış, ərizəçiyə izah edilmişdir ki, o, müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan mübahisəyə münasibətdə qanunverici aidiyyət qaydasını məhz iddianın cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməli olması kimi müəyyənləşdirmişdir. Cavabdehlər isə Nizami rayonunun ərazisində qeydiyyatda deyillər, belə olan halda, hazırki ərizəyə ərazi aidiyyətinə görə həmin məhkəmədə baxılmalı deyil.
Şikayətin dəlilləri:
5. Ərizəçi ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardaddan ##.##.2026-cı il tarixdə şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin sağlamlığa xəsarət yetirilməsi və ailə başçısının (Fomin N.V.) ölümü ilə əlaqədar vurulmuş zərərin ödənilməsindən irəli gəldiyini nəzərə almamışdır. MPM-nin 36.6-cı maddəsinə əsasən sağlamlığın zədələnməsi və ya ailə başçısının ölümü ilə nəticələnmiş zərərin ödənilməsi haqqında iddialar iddiaçı tərəfindən həmçinin özünün yaşadığı yer üzrə verilə bilər. İddiaçı Ərizəçiİ. rəsmi olaraq Nizami rayonunda (Naxçıvanski küçəsi, ev 61) qeydiyyatda olduğu və orada yaşadığı üçün bu mübahisə birbaşa Nizami Rayon Məhkəməsinə aiddir.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.6. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizəçi Ərizəçi İvanovnanın şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilkin olaraq sağlamlığa və ailə başçısının ölümünə görə vurulmuş ziyana görə həmin cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir.
10. Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Məhkəmənin mövqeyinə görə ərizəyə əlavə olunan sənədlərin öyrənilməsi ilə sağlamlığa və ailə başçısının ölümünə görə ziyan vurulmasını təsdiq edən, həmin iddia tələbi yönəlmiş cavabdehlərə münasibətdə iddia ərizəsinin Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmasına əsas verən, MPM-nin 36.6-cı maddəsində dairəsi müəyyən edilmiş aidiyyətin təsiri altına düşən hallar aşkar edilməmişdir, ona görə iddia ərizəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilərək baxılmasına əsaslar yoxdur. İddiaçı rəsmi yaşayış yeri müxtəlif olan bir neçə cavabdehə iddia qaldırdığından cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə məhkəməyə müraciət etməlidir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır.
12. Hazırkı halda əsas mübahisəyə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılması müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi aidiyyət qaydalarının pozulması ilə verildyi üçün geri qaytarılmışdır.
13. Digər tərəfindən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi nəzərdən keçirilərkən müəyyən edilir ki, tələb sağlamlığa və ailə başçısının ölümünə görə vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlıdır.
14. Qanunvericiliyin tələbinə görə xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Hazırkı halda əsas iddia tələbi üzrə cavabdehlərin yaşayış (olduğu) yerinin Bakı şəhəri Nizami rayonunda yerləşmədiyi müəyyən edildiyi üçün iddia ərizəsi geri qaytarılmışdır.
15. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, müvəqqəti təminat tədbirləri haqqında ərizə qanunvericiliyin tələbinə görə ziyan vuranın (cavabdehlərin) yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə aidyyatı üzrə məhkəməyə verilməlidir. Belə olan halda, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirləri haqqında ərizənin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Ərizəçi Ərizəçi İvanovna tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhramzadə