Məhkəmə qərarları › İş №16(3-6)-349/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-349/2026

18.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-349/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC-yə və “xxxx” QSC BOKT-a qarşı “protokolun etibarsız hesab edilməsi“ tələbinə dair mülki iş üzrə iddiaçı (ərizəçi) Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri haqqında ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC-yə və “xxxx” QSC BOKT-a qarşı cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzilin açıq hərracda satılması barədə ## #### 2015-cu il tarixli **/** saylı Hərracın yekunları haqqında Protokolunun etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası sabiq prokuroru Səbuhi Şahverdiyevin hədə qorxusu və Azərbaycan Beynəlxalq Bakının öz təşəbbüsü (Naxçıvan MR rəhbərliyinin xahişi əsasında) ilə ona xüsusi mülkiyyət əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17, 20, ** saylı mənzillər girov qoyularaq xxxx ASC-dən ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə onun həyat yoldaşı X2 255 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X3 270 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X1 210 000 manat, ##.##.2008-ci il tarixli *** saylı kredit müqaviləsi ilə illik 17% dərəcəsi ilə X11 265 000 manat kredit rəsmiləşdirdilər. Həmin kreditlər bankda ABŞ dollarına konvertasiya edildi və Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşı Ilqar Əsgərov tərəfindən rəsmləşdirilən kredit tam olaraq götürüldü. Bu haqda Naxçıvan MR rəhbərliyinin 2022-ci ilin dekabr ayında ölkə rəhbərliyi tərəfindən dəyişdirildikdən sonra onun və digər şəxslərin şikayət ərizələrinə əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılır. Bir müddət tərəfindən banka həmin kreditlər üzrə faiz borcları ödənildi. X5 Respublikası rəhbərliyinin və prokurorluğunun tələbləri üzrə işlədiyi sığorta şirkətinin ləğv edilməsi, ailəsinə məxsus iaşə obyektlərinin bağlanması ucbatından gəlirləri kəsildi və bankın kreditini qaytara bilmədi. 2010-cu ildə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin ediimiş, “xxxx” ASC-nin xeyrinə X15 347.758 manat, X3 352.758 manat, X1 271.090 manat, X2 332.395 manat, ümumilikdə 1.304.001 manat borc məbləği və 19.30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Ərizəçi məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi * saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527.3 kv.m, yaşayış sahəsi 245.8 kv.m olan 17, 20, ** saylı 9 otaqlı mənzillərə yönəldilməsi və mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin ‘xxxx” ASC-yə ödənilməsi, həmin mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli müqaviləyə görə “xxxx”xxxx” QSC-yə keçmişdir 2020ci ilin oktyabr ayında “X6 Edilməsi Agentliyi” MMC- dən mənim və digər borcluların ünvanlarına ##.##.2020-ci il tarixli 561,562,563 və *** saylı bildirişlər daxil olaraq borclulardan tam kredit borcu 1 000 000.00 manatın, faiz və cərimələr 521 000.00 manatın 10 gün müddətində ödənilməsi tələb edilmiş və əks halda borc tələbinin məcburi qaydada davam etdirilməsi üçün müraciət olunacağı bildirilmişdir. Yuxarıda qeyd edilən bildirişlər daxil olduqdan sonra dəfələrlə “X6 Edilməsi Agentliyi” MMC-nin rəhbərliyi ilə görüşmüş və görüşlər zamanı onlar ona girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə bir kəlmə də olsun söz deməmislərdi, əksinə AR DIN Mütəşəkkil Cinayətkarlığa Qarsı Mübarizə Bas Idarəsinə və AR Bas Prokurorluğu Korrupsiyaya Qarsı Mübarizə Idarəsinə yazdıqları şikayət ərizələrində də əsas borc və faiz və cərimələri tam səkildə də tələb etmişdirlər. Hətta AR DIN Mütəşəkkil Cinayətkarlığa Qarsı Mübarizə Bas Idarəsində onu məcbur edirdilər ki, evi iddiaçıya versin borc bağlansın, o da bütün borcların tam bağlanması şərti ilə evi iddiaçının balansına verməyə razılıq verdirkdə agentliyin direktoru Bəkirov Süleyman müəllim etiraz edərək bildirdi ki, məhkəmə qərarı mövcuddur əmlakı tələb etmişik icra şöbəsi hərraca çıxarmalıdır və ancaq hərrac vasitəsi ilə alıb balanslarına keçirə bilərlər. “xxxx” MMC-nin ünvanına daxil olan ##.##.2021-ci il tarixli ***/** saylı hərrac bildirişi ilə öyrəndi ki, ##.##.2021-ci il tarixə hərrac təyin edilib və 1 100 000.00 manata əmlak hərraca çıxarılıb. O əmlakın qiymətləndirməsindən narazı qaldığı üçün iddia ilə Səbail rayon Məhkəməsinə müraciət etdi və müvəqqəti təminat tədbiri olaraq hərracın keçirilməsinin qadağan edilməsini xahiş etdi. Səbail rayon Məhkəməsinin ##.##.2021-ci ii tarixii *(***)-****/**** saylı qərardadı illə hərracın keçirilməsi qadağan edilərək girov əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin etdi. Həmin məhkəmə prosesində cavabdehin nümayəndəsi X4 da bütün məhkəmə iclaslarında etibarnamə əsasında iştirak etsə girov əmlakın onlar tərəfindən 2015-ci ildə hərrac vasitəsi ilə almaları barədə məhkəməyə məlumat verməyərək iddia ərizələrinə öz münasibətini bildirmiş və ekspertizanın təyin edilməsinə razılığını bildirmişdir. Həmin məhkəmə işi üzrə ekpert tərəfindən verilən qiymətləndirmə rəyi ilə o razılaşmadı və özü müstəqil qiymətləndirmə şirkətləri ilə müqavilə bağlayaraq girov əmlakı qiymətləndirilməsini xahiş etdi və hər iki qiymətləndirmə şirkəti girov əmlakı 2 500 000.00 manat civarında qiymətləndirdilər və həmin hesabatları o məhkəməyə təqdim etdi. Məhkəmə özünün ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qəraradadı ilə işin icraatına xitam verdi işə ümumi iddia qaydasında deyil icra icraatı qaydasında baxılmalı olduğunu izah etdi, “xxxx” MMC -nin ##.##.2023-cü il tarixli 354/21 tarixli hərrac bildirişi aldığı zaman ona məlum oldu ki, girov əmlak 935 000.00 manata yenidən hərraca çıxarılıb. O icraa icraatı qaydasında işə baxılması üçün qətnamə qəbul edən Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət edərək girov əmlakın yenidən qiymətləndirmə öhdəliyinin Səbail Rayon Icra Şöbəsinin üzərinə qovulmasını məhkəmədən xahiş etdi. Məhkəmə özünün ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərardadı ilə girov əmlakın yenidən qiymətləndirilməsi öhdəliyini Səbail Rayon Icra Şöbəsinin üzərinə qoydu. Səbail rayon Icra Şöbəsinə ##.##.2025 -c il tarixdə müraciət edərək əldə etdiyi sənədlərdən də görünür ki, 2021-ci ilin avqust ayında keçirilən hərrac məhz “X6 Edilməsi Agentliyi” MMC ##.##.2021-ci il tarixli **** saylı məktubu ilə girov əmlakın hərracda satışının sifariş verilməsi xahişi əsasında həyata keçirilmişdir. Sonradan “X6 Edilməsi Agentliyi” MMC ##.##.2021-ci il tarixli **** saylı məktubundan görünür ki, Icra şöbəsindən özünün ##.##.2021-ci il tarixli **** saylı məktubla hərracın dayandırılmasını xahiş etmiş, lakin 5 gün sonra yenidən “X6 Edilməsi Agentliyi” MMC ##.##.2015-ci il tarixli **/** saylı protokolu və ##.##.2015-ci il tarixli əklakın alqı satqısı üzrə müqaviləyə əsasən girov əmlakın alqı-satqısına dair nəzərdə tutulmis sənədləşdirmə müvafiq qaydada tam olaraq basa çatdırlmadıqmdan ##.##.2021 ci öl tarixli **** saylı məktubunun etibarsız hesab edilərək sifariş edilmiş hərracın davam etdirilməsini xahiş etmişdir. Həmin hərrac üzrə qiymətləndirmə rəyinin ləğv edilməsindən sonra “X6 Edilməsi Agentliyi” MMC yenidən özünün ##.##.2022-ci il tarixli məktubu ilə Səbail Rayon Icra Şöbəsinə müraciət edərək tam səkildə kredit borcları və ona hesablanmış cərimə və faizlərin 1 521 000.00 manatın girov əmlaka yönəldilməsini və yenidən hərrac sifarişi verilməsini xahiş etmişdir. Icra şöbəsi Nizami rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli **(***)-***/**** saylı qərardadı ilə “xxxx “ MMC tərəfindən keçirilən hərracın dayandırmışdır. “xxxx” QSC Bank olmayan kredit təşkilatı özünün ##.##.2025-ci il tarixli *** saylı məktubu ilə yenidən Səbail rayon Icra Şöbəsinə müraciət edərək girov əmlakın “açıq hərracda satılmadığı üçün tələbkara təklif olunmuş və kredit borcu əmlakın dəyəri məbləğində borcdan azaldılmışdır” yazaraq icra tədbirlərinin davam etdirilməsini xahliş etmişdir. Yuxanda qeyd edilənlərdən də göründüyü üçün “ xxxx” Q.SC Bank olmayan kredit təşkilatı 2015-ci ildə keçirilmiş hərracın baş tutmarmasım ( tam sənsdfeşdirilmedivi səbəbindən) əsas gətirərək daha sonra iki dəfə hərrac keçirilməsini sifariş vermişdir. Üçüncü hərracın davam etdiyi müddətdə “xxxx” QSC Bank olmayan kredit təşkilatı 2015-ci ildə keçirilən hərracın keçirilməsini guya qanuni hesab edərək həmin hərrac üzrə sənədləşmənin tam şəkildə həyata keçirilməməsinə baxmayaraq girov əmlakın öz balansına keçirilməsi haqda 2025-ci ilin mart ayında qərar qəbul etmişdir. Bu hal ona məlum olandan sonra dərhal sənədləri toplayaraq həmin hərracın yekunları üzrə ##.##.2015-ci il tarixli 26\** saylı protokolun və həmin tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi haqda Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Məhkəmə verdiyi iddianı Nərimanov Rayon Məhkəməsi özünün *(***)-****/**** saylı mülki is üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ilə təmin etmədiyindən apellyasiya şikayəti verdi və həmin iş hazırda Sizin icraatınızdadır. “X6 Edilməsi Agentliyi” Nizami Rayon Məhkəməsinin 2(007)- ***/**** saylı #.##.2010-cu il tarixli həmin qətnamənin icra edilməsi barədə icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi (mənzilin boşaldılması) ilə bağlı Səbail Rayon Icra Şöbəsinə müraciət etmiş və Səbail rayon icra şöbəsi aktiki olaraq ona məxsus sahəsi 527 kv m olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, ev 7, 17,20,** saylı mənzillərin boşaldılmasını tələb edərək məcburi icra tədbirinin həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. Məcburi icra tədbiri təyin edərkən Səbail Rayon Icra şöbəsinin icra məmuru tərəfindən Icra haqqında Qanunun 17.1.7 maddəsinin tələblərini pozmuşdur. Belə ki, “xxxx” MMC tərəfindən ərizəçi və digər borclulara bildiriş vermədən ##.##.2015-ci il tarixdə keçirdiyi hərracın nəticələrinə aid ##.##.2015-ci il tarixli protokolun və alqs-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsində ##.##.2025 ci il tarixdə iddia qaldırmasını, eyni zamanda onun ərizəsini əsasında Nərimanov Rayon Məhkəməsinin tərəfindən verilən müvəqqəti təminat tədbirinə dair qəbul etdiyi ##.##.2025 ci il tarixli e-16(005)=***/**** saylı qərardadı və ##.##.2025-ci il tarixli qərarı ilə qeyd edilən mənzillərin özgəninkiləşdirilməsinə qoyduğu qadağanı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsində ********* nömrəli cinayət işlərinin istintaqı aparılmasını, icra tələbinin borcluların əmək haqqlarına yönəldiyi və onlar tərəfindən hər ay əmək haqqlarının 50 faizinin tələbkara ödənilməsini icra məmuru nəzərə almamışdır. Nə qədər ki, qeyd edilən iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyib və iş üzrə qanun qüvvəsi almış qətnamə mövcud deyil, Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində ********* nömrəli və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsində ********* nömrəli cinayət işlərinin istintaqı başa çatmayıb icra məmurunun hərəkətləri gələcəkdə Konstitutsion hüquqlarını kobud şəkildə pozulmasına səbəb olacaqdır. Əgər həmin hərracın yekunları üzrə protokol və alqısatqı müqaviləsi etibarsız hesab olunarsa yenidən mülkiyyətinə sahib olma hüququndan məhrum olacaqdır. Eyni zamanda həmin kreditlər üzrə müxtəlif məhkəmələrin icraatlarında olan işlər (Sbail rayon Məhkəməsi, Xətai rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi) üzrə icraatlar dayandırlaraq məhkəmənin qəbul edəcəyi yekun qərarın qanun qüvvəsi almasını gözləyirlər, həmin mənzillərdə yaşayan 11 nəfərdən ibarət 3 ailənin başqa yaşayış yerinin olmadığı, həmin kreditlərin alınması ilə bağlı cinayət işləri üzrə istintaqın davam etdiyini, hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı mülki iş üzrə qanun qüvvəsi almış yekun məhkəmə qərarının olmadığı nəzərə alınsın. Azərbacan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində istintaqı aparılan ********* saylı cinayət işinin bir başa hazırkı mülki işlə bağlılığının olması Istintaq Idarəsi tərəfindən verilmiş məktublarla təsdiqini tapmaqdadır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 152.3., 157 və 159-cu maddələrini, “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. maddəsini rəhbər tutaraq məhkəmədən Səbail rayon icra şöbəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı faktiki olaraq ona məxsus sahəsi 527 kvm olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, * saylı evin, 17,20,** saylı mənzillərin boşaldılmasının icraatda olan *(*-*)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəsini alanadək cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4.Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə müvəqqəti təminat tədbirinin görülməsi iddianın uğurluluq meyarına mütənasib olmamaqla, iddiaçının irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından əsaslı hesab edilmir. Bununla yanaşı, müvəqqəti təminat tədbirlərinin məqsədi həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun gəlmir. Sadalananlara əsasən, ərizənin özündə qeyd edildiyi kimi Nizami Rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı ərizəçiyə məxsus olmuş, sahəsi 527 m2 olan Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, * saylı evin, 17, 20, ** saylı mənzillərin boşaldılmasının cavabdehə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin təmin edilməsi mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına və hüquqlardan sui-istifadəyə şəraitin yaradılmasına səbəb olur, habelə başqa – qanuni qüvvəsin almış iş üzrə məhkəmə qərarının icrası ilə bağlıdır ki, bu məsələ “Icra haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə görə icra icraatı çərçivəsində, icra sənədinin icrasının dayandırılması növündə baxıla bilər və müvəqqəti təminat tədbiri kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-164, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri haqqında ərizəsi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar