Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-393/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi “cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq” növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqət təminat tədbiri) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdeh X7 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Ərizəçi cavabdeh X7 qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9cu mərtəbədə yerləşən 104,39 kv.m olan, 2 otaqlı, *** saylı mənzilin zəbtdən azad edilərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı Ərizəçi “cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq” növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104,39 m2 olan, 2 otaqlı, *** saylı mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi iddiaçı Ərizəçi cavabdeh X7 qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iş üzrə yekun məhkəmə aktı çıxarılanadək mübahisəli mənzilin üzərinə həbs qoyulması, həmin mənzildə təmir-tikinti, abadlıq, quraşdırılması işlərinin dayandırılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh həmin mənzildə təmir-tikinti, abadlıq, quraşdırılması işləri aparmaqla ölçüləri saxtalaşdırmaq istəyir. Bu səbəbdən də Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104.39 kvm olan, 2 otaqlı, *** saylı mənzilin üzərinə müvəqqəti təminat tədbiri kimi iddiaçı Ərizəçi cavabdeh X7 qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iş üzrə yekun məhkəmə aktı çıxarılanadək mübahisəli mənzilin üzərinə həbs qoyulması, həmin mənzildə təmir tikinti, abadlıq, quraşdırılma işlərinin dayandırılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmalıdır. Belə ki, “xxxx” MTK ilə aralarında mənzil tikintisi haqqında *** saylı, ## ### 2019-cu il tarixli müqavilə bağlanaraq Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa oluna 16 mərtəbəli yaşayış binasında, D bloku, 9cu mərtəbədə yerləşən 104,39 kvm olan, 2 otaqlı, *** saylı mənzilin ona verilməsi barədə razılığa gəlinmişdir. Müqavilənin onun üzərinə düşən öhdəliyi kimi mənzilin dəyəri tərəfindən ödənilmişdir. Eyni zamanda “xxxx” MTK tərəfindən mənzil tam şəkildə, təmirsiz olaraq mənzilin (binanın) tikintisi başa çatdırılaraq ## ####### 2020-ci il tarixində təhviltəslim aktına əsasən ona təhvil verilərək həmin mənzilə “payçı” kimi rəsmiləşdirilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, iddiaçı Ərizəçi cavabdeh X7 qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104,39 m2 olan, 2 otaqlı, *** saylı mənzilin özgəninkiləşdirilməsi, o cümlədən həmin mənzildə təmir-tikinti, abadlıq, quraşdırılma işlərinin aparılmasının cavabdeh X7 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdeh X7 tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılır ki, iddiaçı Ərizəçi cavabdeh X7 qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, Şamil Əzizbəyov,Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104,39 kv.m olan, 2 otaqlı, *** saylı mənzilin zəbtdən azad edilərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə hazırlıq iclası ##.##.2025-ci il tarixə təyin edilmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə hazırlıq iclası keçirilmiş və ##.##.2025-ci il tarixə təyin olunnuş; ##.##.2025-ci il tarixdə hazırlıq iclası keçirilməmiş və ##.##.2025-ci il tarixə təyin olunmuş; ##.##.2025-ci il tarixdə hazırlıq iclası keçirilmiş və ##.##.2025-ci il tarixə təyin olunmuş; ##.##.2025-ci il tarixdə hazırlıq iclası keçirilmiş və ##.##.2025 ci il tarixə təyin olunmuşdur. ##.##.2025-ci il tarixdə hazırlıq iclası keçirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə “Iddiaçı Ərizəçi cavabdeh X7 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışı ##.##.2026-cı il tarixə təyin edilmişdir. Bundan sonra, ##.##.2026-cı il tarixdə məhkəmənin baxış iclası keçirilmiş və baxış iclasının davam etdirilməsi ##.##.2026-cı il tarixə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı əsaında işin icraatı dayandırılmış və həmin qərardadda qeyd olunmuşdur ki, “Məhkəmə, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti təmin edilməli, hazırda icraatda olan 2(006) ****/**** saylı mülki işlə məhkəmənin icraatında olan digər iddiaçı Ərizəçi cavabdehlər Bakı şəhəri Nəsimi rayon Icra şöbəsi və X7 qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair *(*-**)-***/**** saylı mülki iş mahiyyət etibarilə bir biri ilə əlaqəli olduğundan, məhkəmə hesab edir ki, icraatda olan e*(***)-****/**** saylı mülki iş *(*-**)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.” Daha sonra isə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026 cı il tarixli qərardadı ilə - “Iddiaçı Ərizəçi cavabdeh Süleymanova Səmərqə Əvəz qızına qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxış iclasında baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadında qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan məhkəmə qərarlarının icrası qaydasında baxılan 8(5-98) **/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı Ərizəçi cavabdeh X7 qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006) ****/**** saylı mülki iş üzrə icraat dayandırılsın. Göründüyü kimi, iddia ərizəsinin verildiyi ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək, 280 gün (9 ay 7 gün) keçmiş, həmin dövr ərzində 4 dəfə hazırlıq iclası və 3 dəfə baxış iclası keçirilmiş və eləcə də məhkəmə - bu müddət ərzində kifayət qədər araşdırma aparmaqla, yəqinki iş materialları ilə tanış olmuşdur. Deməli, güman edilməsi şübhə doğurmur ki, iddia ərizəsində göstərilənlər iddiaçının açıq-aşkar formal mülahisələrinə və dolandırıcı ifadələrinə əsaslandırıldığından və eyni zamanda məhkəmə iş materiallarına təqdim edilən sənədlər əsasında iddia olunan tələblərin əsası kimi istinad edilən hallar sübut olunmadığından, iddiaçı məhkəmə işinin icraatını dayandırılmasına nail olmuş və bu zaman ərzində sübut əldə edilməsinə cəhd etmişdir. Məhz, göstərilən səbəbdən də, yəni iddia tələbinin əsası kimi istinad olunan hallar sübut olunmadığından, iddiaçı, hazırda icraatı dayandırılmış mülki iş üzrə açıq-aşkar əsassız və qanunsuz olaraq MTT barədə ərizə təqdim etməklə, məhkəmə vasitəsilə sübut əldə edilməsinə nail olmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(5-98) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə - “ Ərizə qismən təmin edilsin. Iddiaçı Ərizəçi cavabdeh X7 qarşı (“xxxx” Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa oluna 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104,39 m2 olan, 2 otaqlı, *** saylı mənzilin özgəninkiləşdirilməsi, o cümlədən həmin mənzildə təmir-tikinti, abadlıq, quraşdırılma işlərinin aparılması cavabdeh X7 və digər şəxslərə qadağan edilsin.” - qərara alınmışdır. Odur ki, ərizədə göstərilən faktiki əsasların (dəlillərin) formal mülahizələr və bəzi hallarda isə anlaşılmayan ifadələrdən istifadə edilməklə (yəni ərizəçinin yalnız özünə aydın olan tərzdə), eləcə də tərəflər arasında yaranmış və mövcud olan münasibətləri təhrif olunmuş şəkildə, yəni qanuni qüvvədə olan məhkəmə qətnamə və qərardadları əsasında, məhkəmələr tərəfindən müəyyən edilmiş faktları və halları dəyişdirməklə əsaslandırılmasının qeyd olunmasını zəruri hesab edir. Hesab edir ki, MTT barədə ərizə prosessual hüquq normasının tələblərinə uyğun əsaslandırılmadığına görə və eləcə də ərizəçi (iddiaçı) ilə cavabdeh arasında yaranmış və mövcud olan hüquq münasibətlərini müəyyən edən faktiki hallar düzgün dəyərləndirilmədiyndən, məhkəmə əsassız ərizəni təmin etməklə bir sıra maddi və prosessual hüququn bəzi imperativ normasının tələblərini açıq-aşkar pozmuşdur. Bundan başqa, tərəflər arasında başa çatmış məhkəmə mübahisələri üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi və qərardadları ilə hüquqi müəyyənlik gətirilmiş bəzi faktlar və işin halları, eləcə də tərəflərin hüquq münasibətləri, hazırkı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, e-**(***)-***/**** nömrəli qərardadı ilə - ## ######## 2023-cü il tarixli, 10\2485-9\**** nömrəli, ekspert rəyi ilə müəyyən edilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən *** saylı evin yerində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilən binanın «D» girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m. olan 2 otaqlı mənzilin üzərinə həbs qoyulmuş və sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına görə həmin mənzil X7 mülkiyyətinə qeyd-şərtsiz təhvil verilmişdir. Həmin qərardaddan “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X1 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddiaçı X7 tərəfindən verilmiş ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməzdən əvvəl həmin mənzillərin özgəninkiləşdirilməsini müəyyən etməli idi. Üzərinə həbs qoyulmuş mənzillər uzun müddətdir ki, başqa şəxslərə məxsusdur. Həmin şəxslər mənzilin dəyərini tam ödəməklə almışlar. Məhkəmə üzərinə qoyduğu «D» girişinin 9-cu mərtəbəsində sahəsi 84,91 kv.m. olan 2 otaqlı *** saylı mənzil ## ### 2019-cu il tarixdə Ərizəçi və “E” girişinin 4-cü mərtəbəsində yerləşən 99,67 kv.metrdən ibarət olan 3 otaqlı mənzil ## ###### 2018-ci il tarixdə X4. Ərizəçi da şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddiaçı X7 tərəfindən verilmiş ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi “xxxx” Mənzil Tikinti Kooperativi ilə ## ### 2019-cu il tarixində “Mənzil Tikinti Haqqında” M-*** saylı müqavilə bağlamış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən *** saylı evin yerində «D» girişinin 9-cu mərtəbəsində yerləşən *** nömrəli, sahəsi 104.39 kv.m. olan 2 otaqlı mənzili əldə etmiş, müqavilə üzrə tələb olunana məbləği ödəyərək öhdəliklərini yerinə etirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, e- 16(006)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin **(***)- ***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, e-16(006)- ***/**** nömrəli qərardadından cavabdeh “xxxx” Mənzil – Tikinti Kooperativi və maraqlı şəxs Ərizəçi tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, e-16(006)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.”- qərara alınmışdır. Qərardadda qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad çıxarılarkən həm iddianın uğurluluq ehtimalı, həm də müvəqqəti təminat tədbirinin məqsədləri, yəni, ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi nəzərə alındığından şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, e-2(006) ***/**** nömrəli qətnaməsinə əsasən - iddia qismən təmin olunaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən *** saylı evin yerində “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən tikilən binanın “E” girişinin 8-ci mərtəbəsində sahəsi 49.4 kv.m olan 1 otaqlı mənzil, “D” girişinin 9-cu mərtəbəsində sahəsi 84.91 kv.m olan 2 otaqlı mənzil və “E” girişinin 4-cü mərtəbəsində sahəsi 84,0 kv.m olan 3 otaqlı mənzil qeyd-şərtsiz iddiaçı X7 təhvil verilməsi vəzifəsi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, M-**/** saylı, ##.##.2018-ci il tarixli müqavilə üzrə 21 ay ərzində ödənilməmiş 18900 manat kirayə haqqı, ödənilmiş 410 manat dövlət rüsumunun əvəzinin cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bir faktı da xüsusi olaraq qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən də müəyyən olunur ki, ilkin iddia tələblərindən biri “..M-**/** saylı, ##.##.2018-ci il tarixli müqavilədə göstərilən mənzillərə dair təkrar alqı-satqı müqavilələrinin bağlanması, eləcə də maliyyə arayışlarının verilməsi və MTK üzvlərinin ümumi iclasının keçirilməsi hərəkətlərinin qanunsuz hesab ediməsi; M- **/** saylı, ##.##.2018-ci il tarixli müqavilədə göstərilən mənzillərə dair təkrar alğı-satqı müqavilələrinin, eləcə də maliyyə arayışlarının və MTK üzvlərinin ümumi ıclasının qərarlarının etibarsız hesab edilməsi” olmuş; iddia ərizəsi məhkəmə icraatına ##.##.2022ci ildə qəbul olunsa da, məhkəmənin keçirdiyi 7 hazırlıq iclasından, 6 iclasın hər birində tərəflərindən onların mülkiyyəti hesab edilən 3 ədəd mənzillərin kimlərə satılması və həmin şəxslərlə bağlanmış alğı-satqı müqavilələrinin, eləcə də maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının məhkəməyə təqdim olunması barədə vəsatətlər verilmiş, həmin vəsatətlər təmin olunsa da, MTK-nın nümayəndəsi həmin sənədlərin, eyni zamanda iddiaçı üçün nəzərdə tutulan yeni 3 ədəd mənzillər barədə yazılı təklifi növbəti məhkəmə iclasında təqdim olunacağı barədə yalançı vədlər vermiş və hər hansı bir sənədi təqdim etməmişdir; məhz məhkəmə mühəndis texniki və əmtəəşünaslıq ekspertizalarının nəticəsi olaraq, tərtib olunan 10\2485-9\**** nömrəli, ##.##.2023 cü il tarixli Rəyi təqdim olunduqdan və iddiaçıya MTK tərəfindən təklif olunan yeni mənzillər ekspertiza tədqiqatına da təqdim olunmadıqdan sonra, ##.##.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim olunmuşdur. Deməli, iddiaçıya məxsus mənzillərin digər şəxslərə satılmasına dair müqavilələrin və ya hər hansı bir sənədin məhkəməyə təqdim olunması MTK-nın marağında olsa da, MTK-nın nümayəndəsi bir ildən artıq davam edən məhkəmə mübahisəsi zamanı həmin sənədləri təqdim etməməsi və hazırda maraqlı şəxslər tərəfindən göstərilən müqavilələrin təqdim olunması və həmin mənzillər üzərinə həbs və qadağa qoyulan mənzillərin ölçüləri ilə eynilik təşkil etmədiyi açıq-aydın müəyyən edildiyi halda həmin mənzillərin eyni mənzil kimi təqdim olunması, həmin müqavilələrin uydurma əqd olmasına əsas verir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə - “Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli mümkünlük qərardadı rayon məhkəməsinin qətnaməsindən şikayət vermiş digər şəxslər X4 və Ərizəçi aid hissədə ləğv edilsin, onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab olunsun və onların şikayətlərinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin.” - qərara alınmışdır. Xüsusi olaraq qeyd edir ki, hazırda məhkəmə mübahisəsinin predmetinin obyekti olan mənzil qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon Icra şöbəsini əməkdaşlarının tərtib etdikləri aktı əsasında onlara təhvil verilmişdir. Odur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdehə təhvil verilmiş mənzilin onun tərəfindən zəbt edilməsi, giriş qapısının kilidlərinin özbaşına dəyişdirilməsi və bu kimi formal mülahizəyə və açıq aşkar dolandırıcı ifadələrə əsaslanan dəlilləri təqdim edən iddiaçı bilməlidir ki, hazırda irəli sürülən iddanın, eyni zamanda MTT barədə ərizədə göstərilənlərin nə faktiki əsası, nə də hüquqi əsası yoxdur. Digər tərəfdən, artıq şərhə ehtiyac yoxdur ki, ərizəçi (iddiaçı) şəxsən özü etiraf və təsdiq edir ki, mübahisələndirdiyi mənzilin sahəsi 104,39 kv.m.-dir. Halbuki, qanuni qüvvədə olan məhkəmə Qətnaməsinin icrası ilə bağlı, mülkiyyət hüququ ilə cavabdehin sahibliyinə və istifadəsinə qeyd şərtsiz verilmiş mənzil isə- 84.91 kv.m təşkil edir. Həmin hal - yəni mülkiyyət hüququ ilə cavabdehin sahibliyinə və istifadəsinə qeyd-şərtsiz verilmiş mənzilin 84.91 kv.m təşkil etməsi - həm də qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə hüquqi müəyyənlik gətirilmiş ekspert rəyi ilə də tam sübut olunur. Deməli, faktiki olaraq iddiaçının tələb etdiyi ölçüdə mənzil inşa olunmadığı halda və eləcə də, bu halı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyi halda, hazırkı qərardadın çıxarılmasına nail olmaqla, iddiaçı mübahisələndirdiyi ölçüdə mənzilin mövcudluğu barədə sübut əldə etməyə cəhd edir. Xatırlatmağı zəruri hesab edir ki, AR Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyi mülki məhkəmə icraatı zamanı, hakimin öz təşəbbüsü ilə subutların əldə edilməsini nəinki qadağan edir, hətta hakimin bu cür hərəkətini qərəzli və qeyri-obyektiv hərəkət kimi qiymətləndirir. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğv edilməsini və ərizəçinin (iddiaçının) açıq-aşkar dolandırıcı ifadələrinə və formal mülahizəyə əsaslandırılmış dəlilləri əsasında tərtib edilmiş MTT barədə ərizədə göstərilən tələblərin rədd edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş edirlər. Bundan başqa, hazırkı qərardad ləğv edilmədiyi halda, gələcəkdə oxşar işlərin həllində mənfi presedentin yaradılmasına səbəb ola bilər. Açıq-aşkardır ki, birinci instansiya məhkəməsi məhkəmələrdə artıq formalaşmış hüquqi mövqeyə zidd mövqe nümayiş etdirmişdir. Odur ki, məhkəmənin belə bir qənaətə gəlməsi qəbuledilən deyil və həm qanunvericilikdə nəzərədə təcrübəsində formalaşmış tutulmuş normaların tələblərinə, həm də bu sahədə məhkəmə hüquqi mövqeyə ziddir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 16(103) ***/**** nömrəli, ##.##.2025-ci il qərardadı ilə - birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və MTT barədə ərizənin rədd olunması barədə yeni qərardad çıxarılmışdır. Həmin qərardadda məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “iddianın perspektivsizliyinə, yəni uğursuzluğuna əsaslandırma aparılmış; Məhkəmə səhv və əsaslandırılmamış nəticəyə gəlmiş, iddia ilə müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olmamış, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının (hansı) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilmir. Qismən təmin edilən ərizənin digər hissəsinə aid məhkəmə öz mövqeyinin ziddinə əsaslandırma aparmış…..Kifayət qədər əsaslandırılmamış ərizə əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz. Ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki haları ilə əlaqələndirilməklə əsaslandırılmalıdır. Belə ki, ərizədə göstərilən halların mövcudluğuna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. ” Göründüyü kimi, məhkəmə öz qərardadının bir hissəsindəkilərlə digər hissəsindəkiləri tam təkzib edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 16(103) ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə - birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və MTT barədə ərizənin rədd olunması barədə yeni qərardad çıxarılmışdır. Həmin qərardadda məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarından görünür ki, iddiaçının həmin “Icarə müqaviləsini” mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Buna görə də, göstərilənləri və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olmadığını nəzərə alan məhkəmə hesab edir ki, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin edilməsi üçün əsas yoxdur, rayon məhkəməsi həmin ərizəni təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir, rayon məhkəməsinin qərardaddan verilmiş şikayətin dəlilləri əsaslıdır.” (Qərardadın 3-cü səhifəsinin 3-cü və 4-cü abzasları) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə - birinci instansiya məhkəməsinin Qərardadı ləğv edilmiş və MTT barədə ərizənin rədd olunması barədə yeni qərardad çıxarılmışdır. Həmin qərardadda məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin kifayət qədər əsaslı olması barədə ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədən isə görünür ki, ərizə qanunvericiliyin qeyd edilən tələblərinə uyğun qaydada əsaslandırılmamış, ərizəyə iddia tələbinin kifayət qədər əsaslılığına dair hər hansı ilkin sübut, həmçinin MPM-nin 157.2-ci, 157.5.1-ci maddəsinə əsasən ərizəçi hazırki ərizədə iş üzrə yekun məhkəmə aktları qəbul edilənədək, hazırki müvəqqəti təmin tədbirinin tətbiq edilməməsinin, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə dair heç bir sübut əlavə olunmamışdır.” (Qərardadın 5-ci səhifəsinin 4-cü abzası) Deməli, belə olan halda müəyyən olunur ki, məhkəmə hazırkı qərardadla ərizəçinin tələbini təmin etməklə, bir qədər ədalətsizliyə yol vermiş və ümumiyyətlə araşdırma aparmadan tələsgənliyə yol verməklə açıq-aşkar səhv qənaətə gəlmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
10. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
11. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Əlaqəli mülki iş üzrə iddiaçı cavabdeh X7 qarşı tələbində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında, D bloku, 9-cu mərtəbədə yerləşən 104,39 kv.m olan, 2 otaqlı, *** saylı mənzilin zəbtdən azad edilərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması və cavabdehin ona məxsus əşyalarla birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir.
14. Kollegiya qeyd edir ki, mübahisəli mənzilin özgəninkiləşdirilməsi, o cümlədən həmin mənzildə təmir-tikinti, abadlıq, quraşdırılma işlərinin aparılması iddianın təmin ediləcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləşə bilər.
15. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində (əmlakın üçüncü şəxsə satılması, özgəninkiləşdirilməsi və s.) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti xarakterli təminat tədbiri kimi mübahisəli əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi məqsədəmüvafiqdir və mövcud sübutlarla mümkündür.
16. Həmçinin birinci instansiya məhkəməsinin icraatında olan məhkəmə qərarlarının icrası qaydasında baxılan – *(*-**)-**/**** nömrəli işin icraatı çərçivəsində mübahisəli mənzil üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Mənzilin özgəninkiləşdirilməsi və ya həmin mənzildə təmir-tikinti işlərinin aparması ekspertizanın təyin edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının icrasını qeyri-mümkün edə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...” 18.Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, əgər gələcəkdə iddia tam, yaxud qismən təmin ediləcəksə, çıxarılacaq qərarın da icra olunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) əhəmiyyətli bir hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsizliyi və qəbul olunmuş qərarı əhəmiyyətsizliyi ilə nəticələnə bilər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməli və məhkəmə müdafiə hüququnun xəyali hüquqa çevirilməsinin qarşısını almağa xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı halların mövcud olması əsasşərtdir: 1. Cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2. Cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3. Belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması.
19. Müvəqqəti təminat tədbiri institutu mülki prosessual qanunvericiliyin fundamental təminatlarından biri olmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi anla yekun qətnamənin çıxarılması və onun icra edildiyi an arasındakı zaman kəsiyində tərəflərin maraqlarının balansını qorumağa, mövcud vəziyyətin əsassız dəyişdirilməsinin qarşısını almağa xidmət edir. Müvəqqəti təminat tədbirinin əsas məqsədi və hüquqi təbiəti yalnız ondan ibarətdir ki, iş üzrə araşdırma aparıldığı müddətdə mübahisə predmeti olan əmlak fiziki və ya hüquqi cəhətdən itirilməsin, üçüncü şəxslərin vicdanlı sahibliyinə keçməsin və bununla da dövlət adından çıxarılacaq gələcək məhkəmə qərarı sadəcə kağız üzərində qalan xəyali bir sənədə çevrilməsin.
20. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, şikayətdə daha çox tərəflər arasında davam edən məhkəmə mübahisələrinin xronoloji ardıcıllığı əks olunmuş, hazırkı iş üzrə məhkəmənin mövqeyinin əsassızlığı və ya qanunsuzluğunun nədən ibarət olması əsaslandırılmamışdır.
21. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin əsaslılığına dair ilkin sübutların mövcudluğu və mövcud vəziyyətin dəyişdirilməsi təhlükəsini nəzərə alaraq, mübahisə predmeti olan əmlakın hüquqi statusunun müvəqqəti sabitliyinin təmin edilməsini zəruri hesab etməkdə haqlı olmuşdur.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov