Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-403/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “əqdin etibarsızlığı və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5 ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etbarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro və 82,37 avronun Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, cavabdeh Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro (195,31 manat) və 82,37 avronun (164,25 manat) Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyim 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun (49.850 manat), X1 Olimpik yaşayış kompleksin kassasına ödədiyi 8.738,88 manat pulun və 267 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, cavabdeh Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro (195,31 manat) və 82,37 avronun (164,25 manat) Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun (49.850 manat), X1 Olimpik yaşayış kompleksin kassasına ödədiyi 8.738,88 manat pulun və 247 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia tələbi rədd edilmişdir.
5. Iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Hazırda iddiaçının nümayəndəsi və vəkili müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müaciət edərək göstərmişdir ki, iddiaçı ailəsi ilə birlikdə Almaniyada yaşayır. Təxminən 2024-cü ilin aprel-may aylarında tanışı Cavabdeh onlara gələrək küllü miqdarda pul və qızıl əşyaları olduğunu bildirərək həmin əşyaları banka qoymaqda ona kömək etməyini xahiş etmişdir. Ona yardım etmiş, Günayın adına bank hesabı açılmışdır. Sonradan həmin pullar və qızıl-zinət əşyaları oğurlandığına görə Günay həmin əşyaları onlardan tələb etməyə başladı. Baş vermiş hadisə ilə əlaqədar Almaniyada polisə müraciət etmişdir. Hal-hazırda orada iş gedir. Bundan sonra, o, ##.##.2025-ci il tarixdə Bakı şəhərinə gələrkən hava limanında saxlanıldı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirildi. Orada məlum oldu ki, Cavabdeh onun sərhəddi keçməyinə qadağa qoydurub. Bundan sonra, o, vəkili vasitəsilə müxtəlif orqanlara, eləcə də 102 xidmətinə və BMCMI-nə dəfələrlə müraciət edərək qoyulmuş qadağaya dair sənədlə, eyni zamanda Cavabdeh guya barəsində yazmış olduğu ərizə ilə tanış olmaq istədiyini bildirsə də, bunun bir nəticəsi olmadı. 2025-ci ilin iyun ayının 19-da geri dönüş üçün aldığı bilet də batdı. Belə ki, ##.##.2025-ci il tarixdə o, yenidən Almaniyaya qayıtmaq üçün hava limanında olanda yenidən saxladılar. Bundan sonra, BMCMI-də ondan ona məxsus, Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 4 otaqlı mənzili Cavabdeh adına keçirməyini tələb etdilər və o, qorxudan razılaşaraq üzərinə qoyulmuş qadağanın götürülməsi və eyni zamanda Azərbaycandan çıxa bilməyindən ötrü həmin mənzilin Cavabdeh adına keçirilməsinə etiraz etmədi. Hətta təzyiqlərdən qorxduğu üçün BMCMI-nin müstəntiqi Ramil Məmmmədova mənzilini Günaya verəcəyini və sonuncu tərəfindən barəsində qoyulmuş qadağanın götürüləcəyinə dair razılığa gəldiyinə dair ərizə də yazdı. (həmin ərizəni və poct qəbzini əlavə edir) Bundan sonra, ##.##.2025-ci ildə o, H.Əliyev prospektindəki mənzili və qarajı Günay Məsimmovanın adına keçirtdi və ##.##.2025-ci il tarixə bilet aldı. Həmin bilet də batdı, belə ki, qadağa ayın 21-də götürüldü və o, ##.##.2025-ci ildə ölkəni nəhayət ki tərk edə bildi. Bütün bunları təsdiq edən səs yazıları da mövcuddur. Hal-hazırda Cavabdeh həmin mənzili təcili olaraq özgəninkiləşdirməyə çalışır. Odur ki, Cavabdeh ona hədə-qorxu gəlmək yolu ilə adına keçirdiyi Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5 ci mərtəbəsindəki ** saylı 4 otaqlı mənzilin iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər özgəninkiləşdirilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur.
Tətbiq edilən hüquq normaları
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Maddə 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: 159.4.1. ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə; Maddə 159.5. Bu Məcəllənin 159.4.1 – 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə geri qaytarılmalıdır.
10. Belə ki, iddiaçının mülki iş üzrə tələblərindən biri qiymətləndirilən tələb olmaqla, ümumilikdə 25.180,32 avro və 8.738,88 manat pulun cavabdeh Cavabdeh tutulması barədədir.
11. Belə olan halda, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə qanunvericiliyə uyğun olaraq 26.54 manat rüsum ödəməli olduğu halda, cəmi 10 manat məbləğdə dövlət rüsumu ödəmişdir.
12. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
13. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 159.4.1-ci maddəsinə görə, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə geri qaytarılır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi geri qaytarılsın. Iddiaçıya izah edilir ki, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə yenidən müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova