Məhkəmə qərarları › İş №16(3-6)-446/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-446/2026

23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-446/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, iddiaçı Cavabdeh cavabdehlər Ərizəçi, X2 və X4 qarşı əmlakdan çıxarılma və zərər tələbinə dair ilkin, cavabdehlər Ərizəçi və X2 iddiaçı Cavabdeh qarşı mənzildən çıxarılmanın qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işlə bağlı ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Cavabdeh cavabdehlər Ərizəçi, X2 və X4 qarşı “əmlakdan çıxarılma və zərər” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən mənzildən cavabdehlər Ərizəçi, X2 və X4 məcburi qaydada çıxarılması, mənzilin iddiaçı Cavabdeh təhvil verilməsi, iddiaçıya mənzildən istifadədə yaradılan bütün maneələrin aradan qaldırılması və gələcəkdə cavabdehlərin həmin mənzilə daxil olmasının qadağan edilməsi və cavabdehlərin mənzildən qeyri-qanuni istifadəsinə və yaşamasına görə iddiaçı Cavabdeh dəymiş zərər qismində 1200 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 2000 manat məbləğində xərcin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Ərizəçi və X2 birgə qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən mənzil (bundan sonra – “Mübahisəli mənzil) iddiaçının babası – ## #### 2000-ci ildə vəfat etmiş X19 məxsus olmuşdur. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mərhumun– qızı X21 (iddiaçının anası) vərəsə kimi tanınmışdır. Daha sonra isə, iddiaçının anası – X21 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Vərəsə kimi müəyyən edilən X21 ##.##.2025-ci ildə vəfat etmiş, onun ölümü ilə əlaqədar Bakı şəhəri ** saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Beləliklə, irsi transmissiya nəticəsində iddiaçı Cavabdeh mübahisəli mənzilə subyektiv hüququ olan yeganə qanuni vərəsə hesab edilmişdir: baba X19 ##.##.2000-ci ildə vəfat edib → qızı (Iddiaçının anası) X21 vərəsə kimi müəyyən edilib, lakin mirası qəbul etməyə (vərəsəlik şəhadətnaməsi almağa) macal tapmadan ##.##.2025-ci ildə vəfat edib → onun miras hüququ (transmissiya ilə) öz qızına (iddiaçıya) – vərəsəsinə keçmişdir. Hazırda mübahisəli mənzildə Ərizəçi, onun arvadı X2 və oğlu X4 qeyri-qanuni məskunlaşıblar və heç bir hüquqi əsas olmadan yaşayırlar. Bu səbəbdən hal-hazırda cavabdehlərin məhkəmə qaydasında mənzildən çıxarılması zərurəti yaranmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(009)- ****/**** saylı qətnaməsi ilə Ərizəçi “mənzildən istifadə və sahiblik hüququnun tanınması” tələbi rədd edilmiş, onun mənzilə dair heç bir hüququ tanınmamışdır. Cavabdehlər Ərizəçi, X2 və X4 2021- ci ilin iyul ayından etibarən ünvan 6 ünvanında yerləşən mənzildə qeyri-qanuni yaşayırlar. Onların mənzildən faktiki istifadəsi nəticəsində iddiaçıya hər ay 300 manat məbləğində əldən çıxmış fayda şəklində zərər dəymişdir.

3. Eyni zamanda Ərizəçi və X2 cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılmanın qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların və azyaşlı uşaqları X4 ünvan 5 ünvanında yerləşən 18 kv.metr sahə təşkil edən mənzildən çıxarılmanın cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Ərizəçi 2021-ci ilin iyul ayından 5 ilə yaxındır ki, ünvan 6 ünvanında yerləşən evdə ailəsi birlikdə yaşayır. Belə ki, X10 adlı şəxs 2021-ci ilin iyun ayında ünvan 6 ünvanında yerləşən 18 kv.m sahəyə malik yaşamaq üçün yararsız vəziyyətdə olan yaşayış sahəsini (mənzili) alqı-satqı əsasında iddiaçı Ərizəçi faktiki sahibliyinə vermiş və ** saylı Notariat Ofisində həmin evin kommunal (işıq, qaz, su, telefon) abonent kodlarının iddiaçının adına keçirilməsi üçün notarial təsdiqli ərizələr (o cümlədən valideylərinin ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli surətini və evin orderinin surətini) vermişdir. Sözügedən ərizələr vəkil sorğuları vasitəsilə ** saylı Notariat Ofisindən əldə edilmişdir. (e-məhkəmə kabinetinə əlavə edilmişdir). Alqı-satqı zamanı X10 Ərizəçi həmin evdə heç kimin qeydiyyatda olmadığını bildirmişdir. Həmin faktiki alqısatqının baş verməsi və həmin evin ərizəçinin faktiki sahibliyində olmasının şahidləri mövcuddur və məhkəmədə sözügedən faktlar barədə Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçının qardaşı Dimitri Nazarova cavabdehin mənzildən çıxarılmasının qadağan edilməsi tələbi barədə e-2(009) 2036/2025 iş çərçivəsində ifadə vermişdirlər və hazırki iş üzrə də verməyə hazırdırlar. Qeyd olunan tarixdən artıq dörd ildir ki, Ərizəçi və onun ailəsi ünvan 7 ünvanında yaşayır və həmin ev onun etirazsız və fasiləsiz qanuni sahibliyində olmuşdur. Həmçinin sözügedən mənzildə iddiaçı tərəfindən təmir, tikinti və yaxşılaşdırma işləri də aparılmışdır (videoyazılar mövcuddur). ARDŞAK-ın və yerli icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən iddiaçıya qəzalı evin söküləcəyi və ona kompensasiya ödənilməsi üçün evində qeydiyyatda olan D.Nazarovun qeydiyyatdan çıxmalı olduğu və bundan sonra ona kompensasiya ödəniləcəyi qeyd edilmişdir. X10 həmin ərazidə qəzalı vəziyyətdə olan evlərin dövlət tərəfindən söküləcəyindən və ev sahiblərinə kompensasiya veriləcəyindən xəbər tutduqdan sonra həmin evdə qeydiyyatda olmağından sui-istifadə etməyə başlayaraq həmin evdən qeydiyyatdan çıxmağının qarşılığında iddiaçıdan yüksək məbləğdə pul tələb etmiş və əks halda qeydiyyatdan çıxmamağı ilə onu təhdid etmişdir və iddiaçıda həmin faktla bağlı səs telefon danışıqlarına dair sübutlar mövcuddur və e-2(009)-2036/2025 iş çərçivəsində kompakt diskdə məhkəməyə təqdim edilmişdir və hazırki işdə də yenidən təqdim edilməsi mümkündür. Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qaynar xətti ilə işçi qaydada əlaqə saxlanılmış, Komitə tərəfindən məsələ ilə bağlı məlumatlı olduqları bildirilmiş və qeyd olunan ərazidə qəzalı vəziyyətdə olan mənzillərdə söküntü işlərinin aparılması və həmin mənzillərin sakinlərinə kompensasiya ödənilməsi barədə Komitəyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırıqları barədə müvafiq dərkənarının daxil olduğu bildirilmiş, vəkil sorğusu həmin sərəncam haqqında məlumat əldə edilmişdir (e-məhkəmə kabinetinə əlavə edilmişdir). Səbail Rayon Məhkəməsinin e-2(009)-2036/2025 qətnaməsinə əsasən iddia qismən təmin edilmiş Ərizəçi azyaşlı övladı X4 ilə birlikdə həmin mənzildən çıxarılması X10 edilmişdir. Bundan sonra isə ünvan 1 ünvanında qəzalı vəziyyətdə olan * nömrəli mənzilin dəyərinə görə kompensasiya məbləğinin vətəndaş Ərizəçi ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia qaldırılmış və hazırda Məhkəmənin icraatında e- *-*(***)-*****/**** nömrəli iş mövcuddur. Ərizəçi faktiki alqı-satqı münasibətləri əsasında həmin evi aldığını və bu faktın şahidlərinin mövcud olmasını, evin kommunal xətlərinin satıcının notarial təsdiqli ərizələri əsasında onun adına keçirildiyini, evin faktiki mülkiyyətçisinin Ərizəçi olmasını və ailəsi ilə birlikdə həmin evdə yaşadığını nəzərə aldıqda illərdir ki, fasiləsiz və etirazsız şəkildə onun faktiki sahibliyində olan evin sökülməsinə görə kompensasiya almaq hüququ ona məxsus olmalıdır. Dimitri Nazarov isə nəinki faktiki şəkildə satdığı evdən qeydiyyatdan çıxmaqdan imtina edir hətta həmin evi öz adına rəsmiləşdirərək kompensasiya məbləğini ələ keçirmək niyyətindədir. O buna nail ola bilmədikdən sonra yəni Ərizəçi evdən çıxarmaq ona qadağan olunduqdan sonra həmin niyyəti bacısının adından iddia qaldırmaqla reallaşdırmaq niyyətinə düşmüşdür. Amma məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunmuş sübutlardan da aydın olur ki, eynilə Dmitri Nazarov kimi bacısı Cavabdeh da belə bir tələb irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş iddiaçı tərəfindən Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X5 ünvanlanmış üç fevral iki min iyirmi altıncı il tarixli ************* nömrəli ərizədən bəlli olur ki, miras əmlak ünvan 2 ünvanında yerləşən mənzildən və “xxxx” ASC-də olan səhmlərdən ibarətdir və ünvan 6 ünvanında yerləşən 18 kv.m sahəli mənzilə dair iddiaçının heç bir vərəsəlik hüququ mövcud deyildir. Sözügedən məhkəmə prosesi çərçivəsində cavabdeh tərəfi * saylı Notariat Ofisi tərəfindən mübahisəli mənzil barədə * saylı Ərazi Idarəsinə ünvanlanmış çıxarış (Forma 37) verilməsi haqqında məktubu və verilmə tarixi dəqiq bəlli olamayn ötən əsrin 30-40-cı illərinə aid, erkən Sovet dövrünün latın qrafikası ilə yazılmış orderi sübut qismində məhkəməyə təqdim etmiş o cümlədən qeyd olunan mənzilin daşınmaz əmlakən dövlət reyestrindən çıxarış alınması məqsədilə * saylı Ərazi Idarəsinə təqdim edildildiyini bildirmişdir lakin həmin sənədlərin ərazi idarəsinə təqdim olunmadığı vəkil sorğusu vasitəsilə üzə çıxmışdır. (e-məhkəmə kabinetinə əlavə edilmişdir) Cavabdeh tərəfi məhkəməyə onlara daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barədə çıxarış verilməməsinin səbəbinin yalnız həmin mənzilin qəzalı vəziyyətdə olması ilə əlaqələndirilmişdir. Lakin təqdim olunmuş orderin hüquqi qüvvəsinin mövcud olması bağlı həm tərəfimizdən hüquqi araşdırılma aparılmış həm də məsələnin araşdırılması məqsədilə aiddiyyəti qurumlara müvafiq sorğular göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, ünvan 7 ünvanında yerləşən mənzil barəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ötən əsrin 30-cu illərinə aid sənədin hüquqi qüvvəsinin olmaması, həmin sənədin yalnız tarixi və mənəvi əhəmiyyətə malik sənəd olması cavabdehə izah olunmalıdır. Işin faktiki hallarından və qanunvericiliyin şərhindən aydın olduğu kimi iddiaçının hazırki iş üzrə irəli sürdüyü iddia tələblərini qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir və iddia tələbləri əsassızdır və bu cür tələblərin irəli sürülməsi Cavabdeh qadağan edilməlidir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək, Ərizəçi, X2 və X4 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmaları, həmin mənzilə dair Cavabdeh maneələrin yaradılmasının və gələcəkdə həmin mənzilə daxil olmaqlarının onlara qadağan edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin və hüquqi yardıma görə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş vəsaitin 500 manat hissəsinin ilkin iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, e- *(*-*)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, işin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır.

8. Hazırda cavabdeh – qarşılıqlı iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə Ilqar oğlu müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)- ***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 4 ünvanında yerləşən mənzilə dair X21mış miras əsasında aparılan vərəsəlik işi çərçivəsində qarşılıqlı cavabdeh Cavabdeh növbəti hərəkətlərin, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasının qadağan edilməsini və bu barədə Bakı şəhəri ** saylı Notariat Ofisinə məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi qarşılıqlı cavabdeh Cavabdeh mübahisə predmetini təşkil edən mənzil barəsində öz adına hüquqların rəsmiləşdirilməsi istiqamətində fəal hərəkətlər həyata keçirməkdədir. Belə ki, Cavabdeh ## ###### 2026-cı il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisinin Xüsusi notariusu X5 ünvanlanmış ərizə ilə anası X21mış mirasın qəbul edilməsi barədə vərəsəlik işi açdırmış, daha sonra ## ##### 2026-cı il tarixli ərizə ilə məhz mübahisə predmetini təşkil edən mənzilin miras kütləsinə daxil edilməsini tələb etmişdir. Bunun ardınca ** saylı Notariat Ofisi ##.##.2026-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həmin mənzilə dair hüquqmüəyyənedici sənəd (Çıxarış) verilməsi barədə müraciət ünvanlamışdır ki, bu da vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə hazırlıq xarakteri daşıyan notariat hərəkətidir. Qeyd edir ki, qarşılıqlı iddiaçı Ərizəçi dörd ildən artıqdır ki, ailəsi ilə birgə sözügedən mənzildə faktiki sahib qismində yaşayır və bütün proses boyu, o cümlədən apellyasiya şikayətində, sözügedən mənzilin heç bir zaman X19 mülkiyyətində olmadığını, bu səbəbdən mənzilin miras kütləsinə daxil edilə bilməyəcəyini və Cavabdeh bu mənzilə dair vərəsəlik hüququnun mövcud olmadığını qəti şəkildə mübahisələndirir. Beləliklə, mənzilin miras kütləsinə daxil olub-olmaması, yəni notarius tərəfindən təsdiq edilməli olan vərəsəlik hüququnun məhz özü, hazırda apellyasiya instansiyası məhkəməsinin icraatında olan mülki işin bilavasitə predmetini təşkil edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirlərinin tətbiq olunmasının məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdır.

13. Hazırkı situsasiyada isə cavabdeh Cavabdeh tərəfindən növbəti hərəkətlərin, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasının qadağan edilməsi nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi halı mövcud deyildir.

14. Belə ki, qarşılıqlı iddia tələbi yaşayış sahəsindən çıxarılmanın qadağan edilməsi ilə bağlıdır, bu barədə iddia isə birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, bu tələbə qarşı yönəlmiş ilkin iddia isə təmin olunaraq ərizəçilərin yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

15. Bu qətnamənin qanuniliyi apellyasiya instansiyası tərəfindən yoxlanılarkən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması qənaətinə gəlinərsə artıq vərəsəlik hüququ haqqında şəhadətnamənin alınıb – alınmamasının heç bir əhəmiyyəti qalmır.

16. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar