Məhkəmə qərarları › İş №16(3-6)-456/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-456/2026

20.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-456/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ##.##.2023-cü il təvəllüdlü X3 və ##.##.2012-ci il təvəllüdlü X2, ##.##.2011-cü il təvəllüdlü X1 üçün müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilməsini xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) ərizənin qismən təmin edilərək iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılanadək Cavabdeh ##.##.2023-cü il təvəllüdlü X4, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2011-ci il təvəllüdlü X1 üçün müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutularaq Ərizəçi Arif qızına ödənilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardaddan verdiyi şikayətdə ləğv edilib müvəqqət təminat tədbiri barədə ərizənin təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə tərəfindən aidiyyət qaydaları kobud şəkildə pozulmuşdur. İddiaçı iddia ərizəsində və müvəqqəti təminat tədbiri barədə ərizədə yalan-yanlış məlumatlar əks etdirmiş və beləliklə saxta iddia ərizəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinə və hazırkı müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsinə nail olmuşdur. Məhkəmə tərəfindən iddia ərizəsi icraata götürülərkən və hazırkı müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən MPM-nin 35 və 36-cı maddələrinin tələbləri araşdırılmamışdır. İddiaçı daha öncə eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, eyni hakim tərəfindən həmin iddia ərizəsi aidiyyət qaydaları kobud şəkildə pozularaq icraata götürlümüş, lakin sonradan iddiaçının ərizəsi əsasında ##.##.2026-cı il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və iddia ərizəsi eyni tarixli qərardadla geri qaytarılmışdır. Lakin təxmini 7 gün sonra ##.##.2026-cı il tarixdə Ərizəçi eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bir gün sonra yəni ##.##.2026-cı il tarixdə hazırkı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin mülki iş və müvəqqəti təminat tədbiri barədə işlərlə xxxx Sistemində yaradılmış elektron kabinetdə həmin işlərlə tanış olarkən görünür ki, iş materilalarında nə müvəqqəti təminat tədbir barədə ərizə, nə ərizəyə əlavə edilmiş sənədlər, nə iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər mövcud deyil. Buradan aydın şəkildə görünür ki, həmin iddia ərizəsi və müvəqqəti təminat tədbir barədə ərizə məhkəməyə elektron kabinet vasitəsi ilə verilməmiş, dəftəxana işçilərinin hansısa marağı olduğuna görə onları birbaşa dəftərxana vasitəsi ilə götürmüşlər. (“xxxx” infirmasiya sistemindən çıxarışlar şikayətə əlavə olunur) Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “xxxx” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “xxxx” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin MPM-in 10-1.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla hazırkı ərizəyə baxılırsa, deməli ərizənin məhz Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasında maraqlı şəxslər mövcuddur. Bundan əlavə, iddiaçı da, özü də Şəki rayonu Oxud kəndində qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı iddia ərizəsində onun ünvanını ünvan 2 olmaqla orada qeyd etmişdir. Halbuki, iddiaçı da, o, da ünvan 3ndə qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinə dair ərizə üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Belə ki, tərəflər arasındakı münasibətlərin gələcəkdə necə nəticələnəcəyindən asılı olmayaraq uşaqlarının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün, onların mənafeyinin təmini üçün müvəqqəti alimentin tutulması həm qanuni və əsaslı, həm də ədalətli nəticə olmuşdur. Buna baxmayaraq, maraqlı şəxsin şikayətində yeganə mübahisələndirdiyi hal ərizənin ərazi aidiyyəti üzrə verilməsi barədədir. Maraqlı şəxs iddia edir ki, iddiaçı da o da ünvan 3ndə qeydiyyatda olmaqla yaşayır. Ona görə də iddia tələbinə eləcə də hazırki müvəqqəti təminat tədbiri barədə ərizəyə ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsində baxılmalı deyil. Hazırki ərizə üzrə olan iş materiallarından göründüyü kimi, ərizəçi (iddiaçı) ünvan olaraq Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 60, mənzil 13 qeyd edib. Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Ərizəçi qeydiyyat ünvanı ünvan 3 olsa da, hər halda iddiaçı özü də tələbinə və ərizəsinə baxılması üçün müraciət edərkən hansı məhkəmənin ərazi baxımından onun üçün əlverişli olmasını nəzərə alıb və ona uyğun ərazi aidiyyəti üzrə müraciət edib. Çünki təyin edilən məhkəmə iclaslarında iştirak edə bilməsi üçün özünün də Şəki rayonundan Bakı şəhərinə gəlməsi əlverişli olmazdı. Məhkəmə də haqlı olaraq iddiaçının ərizəsində qeyd etdiyi ünvan, yəni Səbail rayonu üzrə ərizəni icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Bu prosessual imkan, yəni iddiaçının seçiminə görə aidiyyətin müəyyən edilməsi Mülki Prosessual Məcəllə ilə iddiaçı üçün birbaşa nəzərdə tutulmuş və iddiaçı da bu mülki prosessual hüququndan istifadə etmişdir (maddə 36.3 və 36.5). Düzdür, müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan sui-istifadə etmə demək deyil. Başqa sözlə, məhkəmələr ərizəyə baxarkən bu tədbirləri nəyə görə təmin, qismən təmin yaxud rədd etməsinin səbəblərini mütləq göstərməli və bunu əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar