Məhkəmə qərarları › İş №16(3-6)-465/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-465/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-465/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Ərizəçi cavabdehlər cavabdeh5 və digərlərinə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və aparılan tikililərin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt olunmuş və iddiaçıya məxsus olan Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## #### 1991ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) uyğun olaraq iddiaçıya ayrılmış Abşeron rayon Icra Hakimiyyəti tərəfindən tərtib edilmiş aktla təsdiq edilmiş yerləşmə sxeminə üzrə sahibliyində olan Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxoz ünvanında yerləşən sənəd üzrə 0,08 ha (faktiki olaraq 0,0697 ha) torpaq sahəsindən sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin içərisində aparılmış və aparılacaq tikilmiş bütün tikililərin qanunsuz hesab edilərək cavabdehlərin öz hesablarına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə müraciət edərək məhkəmədən mülki iş üzrə yekun qərar çıxarılanadək cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 və digər şəxslər tərəfindən Abşeron rayon XDS İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) uyğun olaraq Ərizəçi ayrılmış Abşeron rayon Icra Hakimiyyəti tərəfindən tərtib edilmiş aktla təsdiq edilmiş yerləşmə sxeminə üzrə sahibliyində olan Binə qəsəbəsi, Donuz kökəltmə sovxoz ünvanında yerləşən sənəd üzrə 0,08 ha (faktiki olaraq 0,06 ha) torpaq sahəsində hər hansı tikinti və söküntü işlərinin, istifadə olunmaya dair hər hansı hərəkətlərin aparılması cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) uyğun olaraq iddiaçı Ərizəçi ayrılmış Abşeron rayon Icra Hakimiyyəti tərəfindən tərtib edilmiş aktla təsdiq edilmiş yerləşmə sxeminə üzrə sahibliyində olan Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxoz ünvanında yerləşən sənəd üzrə 0,08 ha (faktiki olaraq 0,0697 ha) hər hansı tikinti və söküntü işlərinin aparılması, satılması, bağışlanması cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qadağan edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh5 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. Qərardadda Azərbaycan Respulikası Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən sərəncamın saxta ola bilməsi nəzərə alınmamışdır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi Ərizəçi şikayət verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadını ləğv edərək, yenidən Müvafiq mülki iş üzrə yekun qərar çıxarılanadək cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 və digər şəxslər tərəfindən Abşeron rayon XDS İcraiyyə Komitəsinin ## #### 1991ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) uyğun olaraq Ərizəçi ayrılmış Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş aktla təsdiq edilmiş yerləşmə sxeminə üzrə sahibliyində olan Binə qəsəbəsi, Donuz kökəltmə sovxoz ünvanında yerləşən sənəd üzrə 0,08 ha (faktiki olaraq 0,06 ha) torpaq sahəsində hər hansı tikinti və söküntü işlərinin, istifadə olunmaya dair hər hansı hərəkətlərin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məlum qərardadın 2-ci səhifə 5-ci abzasında “Belə ki, məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən sərəncamın saxta ola bilməsi nəzərə alınmamışdır” ifadəsini qeyd edilmişdir. İddiaçı Ərizəçi torpaq ayrılmasına dair sərəncamın arxivinə dair Abşeron Rayon Dövlət Arxivindən arayış əsas iddiaya əlavə edilməsinə baxmayaraq hakim sərəncamı saxta kimi qiymətləndirməklə sübutlara əvvəlcədən qiymət verir. Bundan əlavə, sərəncamın mötəbərliyinə şübhə olduğu halda, Milli Arxiv İdarəsinin Abşeron Rayon Dövlət Arxivinə sorğu verilib müvafiq cavab alındıqdan sonra bu hala qiymət verilə bilər. Cavabdeh cavabdeh5 istinad etdiyi və əlində olan torpaq ayrılma sərəncamı cavabdeh2 məxsus sahə tamamilə kənar ərazidədir və həmin sahəyə dair mülkiyyət hüququna dair çıxarış əldə olunaraq sonradan bir hissəsi X7 digər hissəsi də X1 adlı şəxslərə satılmışdır. Bu halı təsdiq edən sənədlər də əsas iddiaya əlavə edilmişdir. Həmçinin iddiaya cavabdeh qismində əlavə edilmiş cavabdeh2 ilə əlaqə saxlanmış, o da öz növbəsində həmin torpaq sahəsini cavabdeh5 satmadığını, onu heç tanımadığını, həmçinin əvvəllər özünə məxsus olmuş sahəni mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçirdikdən sonra Natavan Novruzova və Elçin Məmmədov adlı şəxslərə satdığını qeyd etmişdir. Buna dair çıxarış və alqısatqı müqaviləsini yenidən təqdim etmişdir. Hələ də onlara məlum deyildir ki, cavabdeh2 adına olan sənədin surəti necə və hansı formada cavabdeh5 tərəfindən əldə edilmişdir. cavabdeh5 öz şikayətinə torpağın onlara məxsusluğun dair heç bir mötəbər sübut, sənəd, yəni torpaq ayrılma sənədi əlavə etməmişdir. Torpağın onlara məxsusluğuna dair sənəd təqdim edilmədiyi halda şikayəti təmin edilmişdir. Əlavə olaraq qeyd edir ki, həmin sahədə aparılan tikiniti gələcəkdə qəbul ediləcək qətnamənin icrasını xeyli çətinləşdirə və mümkünsüz edə bilər. Tərəfindən mülkiyyət hüququnun qeydə alınması üçün reyestr xidmətinə müraciət olunarkən təqdim edilmiş sənədlərdən sadəcə olaraq yerləşə sxeminin mötəbərliyi şübhə doğurmuşdur. Lakin torpağa dair digər sənədlərin saxta olması fikri qeyd olunmamışdır. Sxemin qüsurlu olması onların təqsirindən deyil, həmin Abşeron Rayon İcra Hakimiyyətini keçmiş memarı Akif Əliyevin qanunsuz əməllərinin nəticəsinə olmuş və reyestr xidməti tərəfindən onlara imtina verildikdən sonra məlum olmuşdur ki, A.Əliyev bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmşdir. Onlar yenidən həmin torpaq sahəsinə qanuni əsaslara yerləşmə sxemi alınması üçün Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətindən imtina alındıqdan sonra müvafiq olaraq ##.##.2026-cı il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər (iddia əlavə olunur). Yerləşmə sxemin verilməsinə dair Ali Məhkəmənin Kollegiyasının müvafiq üç ulduzlu qərarı vardır. Bu hal onlara əsas verir ki, yenidən Xəzər Rayon İcra hakimiyyəti tərəfindən sahəyə dair yerləşmə sxemi tərtib ediləcəkdir. Həmçinin cavabdeh5 tərəfindən Bakı İnzibati Məhkəməsinə həmin sahəyə dair arxiv arayışının verilməsi və mülkiyyət hüququnun tanınmasına dair iddiaları əsassız olduğunda geri götürülmüşdür (qərarlar əlavə edilir). Həmin sahədə cavabdeh tərəfindən qanunsuz tikililər aparıldıqdan sonra gələcək qətnamənin icrası xeyli çətinləşə və mümkünsüz ola bilər. Məhkəmə təmin tədbirinin xüsusiyyətini nəzərə almayaraq qanundan kənara çıxmış və qərardadı ləğv etmişdir Bakı şəhəri Xəzər rayon məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh cavabdeh5 apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından qərarın ləğv edilməsi üçün hər hansı əsaslar mövcud deyil. Bu baxımdan həmin qərardaddan verilmiş şikayətin dəlilləri formal olmaqla, mülahizə xarakterlidir. Ona görə də, daha doğrusu formal əsaslara görə yekun məhkəmə qərarının ləğv olunması qanunvericilikdə nəzərdə tutulmadığından şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilən Abşeron rayon İcra Hakimiyyətinin cizgi sxemi saxtalaşdırılmışdır. Məhz ona görə həmin sənədin saxta olmasını qeyd edir ki, ##.##.2026-cı il tarixdə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edərək torpaq sahəsinə dair mülkiyyət hüquqlarını reyestrdə qeydiyyata aldırmaq istəmiş, lakin inzibati orqan tərəfindən həmin müraciətdən ************ saylı məktubla imtina edilərək, qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin müraciətləri olmuş, bundan başqa, təqdim edilmiş yerləşmə sxemində göstərilən koordinatlar ilə faktiki sahənin yerləşmə koordinatı arasında uyğunsuzluq mövcuddur və cizgidə sahənin ölçüsü 0,0697 ha qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Abşeron rayon Donuz kökəltmə sovxozunun *** saylı, ##.##.1991-ci il tarixli əmrinə dair verilmiş *-**-RA/*-*-****-**/** saylı, ##.##.2025-ci il tarixli arxiv arayışı və hansı tarixdə verilməsi barədə məlumat olmayan yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə ##.##.2026-cı il tarixli, ************ nömrəli ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş *-**/*-M-***-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir, əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi adlandırılan sənəd Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilməmişdir və həmin yerləşmə sxemindəki imza RİH-in Memarlıq və Tikinti şöbəsinin sabiq mudiri Akif Əliyevin imzası ilə eyniyyət təşkil etmir, eləcə də yerləşmə sxeminə vurulmuş Abşeron Rayon İcra Hakimiyyətinin möhürünün skanlaşdırıldığına şübhələr vardır. O, həmin məlumatı aldıqdan dərhal sonra ##.##.2026-cı il tarixdə Xəzər RPİ-nə müraciət edərək Abşeron rayon İcra Hakimiyyətinin qeyd olunan cizgi sxeminin saxtalaşdırılması şübhəsi olması səbəbi ilə araşdırma aparılmasını xahiş etmişdir. Sadalananlardan göründüyü kimi Ərizəçi istinad etdiyiiddiasının hüquqi əsasını təşkil Abşeron rayon İcra Hakimiyyətinin qeyd olunan cizgi sxemi saxtalaşdırılmışdır. Bildirir ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi cavabdeh2 Əlləddin oğlu olmuş, o, torpaq sahəsini həmin şəxsdən almış və hazırda da istifadə və sahibliyindədir. Hazırda qanuni olaraq istifadə və sahibliyində olan torpaq sahəsində tikinti-inşaat işləri aparmaq istəyir. Lakin Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi X2 rayon İcra Hakimiyyətinin qeyd olunan saxtalaşdırılmış cizgi sxemindən sui-istifadə edərək, istənilən üsul və vasitələrlə onu və digərlərini torpaq sahəsini zəbt etməkdə günahlandıraraq torpaq sahəsində tikinti işlərinin aparılmasına maneəçilik törədərək işlərin aparılmasına imkan vermirlər. Bu isə qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir . Xəzər Rayon Məhkəməsinin İş № **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayəti təmin etmədən, qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Ərizəçi Ərizəçi izahat təqdim etmiş və şikayətlə eyni məzmunlu izahatında əlavə olaraq qeyd etmişdir ki, məhkəmə təmin tədbirinin xüsusiyyətini nəzərə almayaraq qanundan kənara çıxmış və qərardadı ləğv etmişdir. Odur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*- **)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadını ləğv edərək, yenidən müvafiq mülki iş üzrə yekun qərar çıxarılanadək cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 və digər şəxslər tərəfindən Abşeron rayon XDS İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991ci il) uyğun olaraq Ərizəçi ayrılmış Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş aktla təsdiq edilmiş yerləşmə sxemi üzrə sahibliyində olan Binə qəsəbəsi, Donuz kökəltmə sovxoz ünvanında yerləşən sənəd üzrə 0,08 ha (faktiki olaraq 0,06 ha) torpaq sahəsində hər hansı tikinti və söküntü işlərinin, istifadə olunmaya dair hər hansı hərəkətlərin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunmasına dair qərardad qəbul etməyiniz xahiş edir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018ci il tarixli qərarında göstərilmişdir ki, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi qanunun göstərilən müddəalarının mənası baxımından müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Öz təbiəti etibarilə məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olmaqla, müvəqqəti təminat tədbirlər mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edir. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün maraqlı şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397, 398, 400 və 402-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışına əsasən müəyyən edilir ki, torpaq sahəsi Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) uyğun olaraq ərizəçi Ərizəçi ayrılmışdır. Cavabdeh cavabdeh5 qızı məhz bu torpağın ona məxsusluğuna dair hər hansı mötəbər sübut təqdim etməmişdir və bu işin mahiyyəti üzrə araşdırma predmetinə aid məsələdir. Ərizəçiyə aid sənədlərin saxtalığı ehtimalı ilə müvəqqəti təminat tədbirinin ləğv edilməsi ədalət (mülki) mühakimə prinsiplərinin tələblərinə daban-daban ziddiyyət təşkil edir. Eyni zamanda qeyd edilməliir ki, Ərizəçi cavabdeh Bakı şəhəri Xəzər rayon icra hakimiyyətinə qarşı torpaq sahəsinə dair cizgi aktnın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, ** saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (##.##.1991-ci il) müvafiq müəyyən edilən həmin sahədə cavabdehin hüquqları müəyyən edilənədək aparılacaq tikinti işləri hazırki iş üzrə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Beləliklə, məhkəmə kollegiyası şikayəti, iş materiallarını, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ləğv edilməli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin **(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar