Məhkəmə qərarları › İş №16(3-6)-466/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-466/2026

21.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan★Respublikası★adından Qərardad Bakı★şəhəri İş★№★16(3-6)-466/2026 21.07.2026 BAKI★APELLYASIYA★MƏHKƏMƏSI Hakim Şirinov★Ikram★Sabir★oğlunun★sədrliyi və məruzəsi ilə, Hakimlər★Kazımov★Elşən★Cələddin★oğlu★və★Cəfərov★Namiq★Şamil★oğlundan★ibarət★tərkibdə, Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında★baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı X3 cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinə xitam verilməklə ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi”xxxx“Unibank KB” ilə X3 arasında bağlanmış ##.##.2023-cü il tarixli **YI/**-* saylı ipoteka müqaviləsinə xitam verilməklə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanındakı ** saylı mənzilin ipotekadan azad edilməsi barədə★qətnamə★qəbul★edilməsini★xahiş★etmişdir.

2. Daha sonra iddiaçı (bundan sonra ərizəçi) “X1” ASC-yə (bundan sonra maraqlı şəxs) qarşı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh banka qarşı irəli sürdüyü “ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənədək ipoteka predmeti olan mülkiyyətindəki ünvan 2 ünvandakı ** saylı mənzilə dair hərracın keçirilməsi, həmin mənzilin özgəninkiləşdirilməsi üzrə hərəkətlərin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəni onunla əsaslandırmışdır ki, tərəfindən banka qarşı “ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilərək, bank ilə X3 arasında bağlanmış ##.##.2023-cü il tarixli **YI/**-* saylı ipoteka müqaviləsinə xitam verməklə mülkiyyətində olan ünvan 2 ünvanındakı ** saylı mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hesab edir ki, həmin mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ipoteka predmeti olan mülkiyyətindəki mənzilə dair hərracın keçirilməsi və həmin mənzilin özgəninkiləşdirilməsi üzrə hərəkətlər cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Belə ki, mülkiyyətində olan mənzilə dair hərracın keçirilməsi, həmin mənzilin özgəninkiləşdirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə★qətnaməsinin★icrasını★çətinləşdirə★və★ya★mümkünsüz★edə★bilər.

4. Nəsimi Rayon Məhkəməsinin 16(5-98)- ***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ilə ərizə təmin edilərək iddiaçı X3 cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinə xitam verilməklə ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 2 ünvandakı ** saylı mənzilə dair hərracın keçirilməsinin dayandırılması və həmin mənzilin özgəninkiləşdirilməsinin★qadağan★edilmişdir.

5. Maraqlı şəxs - bank həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mtt★ərizəsinin★təmin★edilməməsini★xahiş★etmişdir.

6. Bank şikayətini belə əsaslandırılmışdır ki, kreditin təminatı qismində, ipoteka saxlayan bank ilə Bakı şəhər ** saylı notariat kontorunda bağlanmış ##.##.2023-ci il tarixli, 53YI/22-1saylı, 3M-*** reyestr nömrəli ipoteka müqaviləsinə əsasən ərizəçinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev 34, mənzil 45 ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq banka ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulduğundan 8I-**** reyestr nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi əsasında tələb ipoteka predmetinə yönəldilmişdir. Belə ki, “Icra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Mtt-nin tətbiq edilməsi üçün qanuni əsaslar mövcud olmalıdır. “Icra haqqında” Qanunun tələbinə görə isə, notariusun icra qeydi verilmişdirsə, bu icraatın dayandırmasının məcburi əsası hesab edilmir. Odur ki, icra qeydi üzrə icraatın dayandırılmasının hüquqi əsası mövcud deyildir və mtt-nin tətbiq edilməsi əsassız və qanunsuzdur. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə hərracın keçirilməsi və əmlakın özgəninkiləşdirilməsi, yəni faktiki olaraq icra qeydi üzrə icra hərəkətlərinin edilməsi qadağan edilmişdir. Halbuki icra sənədi üzrə icraatın dayandırılmasının mexanizmi “Icra haqqında” Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Qeyd edilənlər öz növbəsində həmin icra qeydinə əsasən icra hərəkətlərinin aparılmasının dayandırılmasının mümkünlüyü məsələsinə mtt qaydasında baxılmasını istisna edir və məsələnin “Icra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra icraatı qaydasında həll edilməsini şərtləndirir. Xüsusilə qeyd olunmalıdır ki, “Icra haqqında” Qanun sahəvi akt olmaqla icra məmurunun fəaliyyətini, icra sənədlərinin məcburi icrası qaydasını və şərtlərini tənzimləyir; mülki prosessual qanunvericiliklə müəyyənləşdirilən mtt institutu isə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbir olaraq nəzərdə tutulmuşdur. “Icra haqqında” Qanunun 17.1.4-cü maddəsində isə qanunverici, “Ipoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydini və ya onun verilməsinə əsas olan tələbi həmin “məcburi”liyin istisnası kimi müəyyənləşdirmişdir. “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir. Iddiaçının tələbi ipoteka müqaviləsinə xitam verilməklə əmlakın ipotekadan azad edilməsidir. Mtt tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Qeyd olunduğu kimi, “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir. Nə iddia ərizəsində, nə də müvəqqəti təminat tədbiri barədə ərizədə ipotekaya xitam verilməsinin hər hansı bir əsası göstərilməmişdir. Ümumiyyətlə hazırkı işdə elə bir hal mövcud deyildir. Iddiaçı tələbinin əsaslılığına dair heç bir ilkin sübut təqdim etməmişdir. Onun təqdim etdiyi heç bir sənəd əmlakın ipoteka yüklülüyündən azad edilməsinə əsas verə bilməz. Iddianın əsaslılığına dair heç bir sübut olmadığı təqdirdə ərizənin təmin olunması MPM-in tələbinə ziddir. Mtt tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, mtt bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə mtt-nin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə mtt-nin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Göründüyü kimi mütənasiblik prinsipi pozulmuş, iddianın əsaslılığına dair heç bir sübut olmadan, bankın hüquqlarının pozulması★ilə★nəticələnən,★qanunvericiliyə★zidd★qərar★qəbul★edilmişdir.

7. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə bankın şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilmiş və iddiaçı X3 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin★edilməmişdir.

8. Bundan sonra ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mtt★ərizəsinin★təmin★edilməsini★xahiş★etmişdir.★

9. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Rayon məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, mülkiyyətində olan ünvan 1 ünvanındakı ** saylı mənzilə dair hərracın keçirilməsi və mənzilin özgəninkiləşdirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya★mümkünsüz★edə★bilər.★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

10. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin şikayəti★təmin★edilməmiş,★baxılması★üçün★Bakı★Apellyasiya★Məhkəməsinə★göndərilmişdir.★★★

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı★şikayətə★yazılı★icraat★qaydasında★baxılır.★

13. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardad ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunmasına dair rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs “X1” ASC tərəfindən verilmiş şikayət təmin edilməməlidir (bununla da rayon məhkəməsinin ərizənin təmininə dair ##.##.2026cı★il★tarixli★həmin★qərardadı★qüvvədə★qalmış★olur).

14. Məhkəmə hazırkı şikayəti ərizə üzrə toplanmış materiallarla birlikdə araşdıraraq və müzakirə olunan məsələnin həllinə tətbiq edilməli olan qanunvericilik aktların sistemli şəkildə təhill edərək★aşağıdakıların★qeyd★edilməsini★zəruri★hesab★edir:★

15. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti★təminat★tədbirlərinin★tətbiqi★barədə★qərardad★qəbul★edə★bilər.

16. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı★və★ya★əhəmiyyətli★dərəcədə★çətinləşəcəyinin★qarşısını★almaq★məqsədilə★tətbiq★edilir.

17. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının★gedişində★verilə★bilər.

18. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır★və★qərardad★qəbul★edilir.★

19. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti★xarakter★daşıyır★və★işin★qabaqcadan★mahiyyəti★üzrə★həll★edilməsi★hesab★edilmir.

20. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll★edilməsi★hesab★edilmir.

21. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan★etmək★növündə★müvəqqəti★təminat★tədbiri★barədə★tədbir★görülə★bilər.

22. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

23. Nəzərə almaq lazımdır ki, MPM-in hazırda qüvvədə olan 157.2-ci maddəsinin dispozitiv şərtləri, 2021-ci ilin ## #######ınadək qüvvədə olmuş həmin normanın şərtlərindən köklü şəkildə fərqlidir.

24. Belə ki, əvvəlki normada iddianın təmin edilməsinin (hazırda müvəqqəti təminat tədbirləri) məqsədinin - gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etməklə bağlı olduğu xüsusi qeyd edilməklə, həmin tədbir məhz qətnamənin icrası ilə əlaqələndirilmiş, başqa sözlə desək, qətnamənin icrası ilə məhdudlaşdırılmışdır.

25. Hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir (maddə 157.2.).

26. Göründüyü kimi, hazırda qüvvədə olan müvəqqəti təminat tədbirinin tətbiqində güdülən məqsəd gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmini ilə məhdudlaşmayıb, həm də qətnamənin qəbulunadək mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin bu yanaşması təsadüfi olmayıb, olduqca əsaslı və məntiqlidir. Mübahisəsizdir ki, məhz belə yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətini tam dolğun★və★səmərəli★əhatə★edir.

27. Müqayisə üçün qeyd edilməlidir ki, MPM-in qəbulundan sonra, yəni ##.##.2009-cu ildə qəbul olunmuş Inzibati Prosessual Məcəllənin eyni məsələləri tənzimləyən və “məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlı VII fəslində də (IPM- 40-44cü maddələr) qanunverici aydın şəkildə oxşar tənzimləmə ilə ərizəçinin hüquqlarının qorunmasına yönələn və qəbul ediləcək məhkəmə aktlarının icrasına bağlı olmayan müvəqqəti xarakterli müdafiə★tədbirlərinin★tətbiqini★nəzərdə★tutmuşdur.

28. Belə ki, Inzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın★(bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla)★icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli★müdafiə)★barədə★məhkəməyə★ərizə★ilə★müraciət★edə★bilər.

29. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın★(bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla)★icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə★məhkəməyə★ərizə★ilə★müraciət★edə★bilər.

30. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya★iddia★ilə★eyni★vaxtda,★yaxud★məhkəmə★icraatının★gedişində★verilə★bilər.

31. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar★olduğu★hallarda★məhkəmə★üçüncü★şəxslərin★də★üzərinə★belə★vəzifələr★qoya★bilər.

32. Göründüyü kimi, MPM-nin müvəqqəti təminat tədbirinə dair məsələləri tənzimləyən XIII fəslinin ##.##.2021-ci il tarixli Qanunla yeni redaksiyada verilməsi məhz əvvəlki normalardakı boşluqları və natamamlıqları doldurmaq, eləcə də həmin institutun mahiyyətinə uyğun olaraq məhkəmə müdafiəsinə ehtiyacı olan şəxslərin hüquqlarının daha dolğun və səmərəli şəkildə qorunmasını təmin etmək məqsədindən irəli gəlmişdir. Bu məsələyə hər hansı əks yanaşma ədalət★mühakiməsinin★effektivliyi★və★səmərəliliyi★kimi★fundamental★prinsiplərə★zidd★olacaqdır.

33. Belə ki, mtt ərizəsinin təminindən imtina edilməsi iddianın uğurluğu halında ona gətirib çıxaracaqdır ki, ərizəçi hərracdan əmlakının satılmasına dair bağlanmış əqd və ya əqdləri ayrıca mübahisələndirmək məcburiyyətində qalacaqdır ki, bu da onun üçün izafi vaxt və əlavə məhkəmə xərclərinə məruz qalması ilə yanaşı, həm də həmin əqdlərin tərəfi olan üçüncü şəxslərin də yeni məhkəmə mübahisələrinə cəlb edilməsini qaçılmaz edəcəkdir. Bu həm də (onsuz da iş yükü çox olan) məhkəmələrin★iş★yükünün★artmasına★★təsir★edəcəkdir.

34. Şərh edilənlərdən də aydın olur ki, hazırkı halda mtt ərizəsinin təmin edilməməsi və ərizəçini yeni məhkəmə mübahisələrinə məcbur buraxmaq nəinki MPM-in 157.2-ci maddəsinin tələbləri baxımından ərizəçinin hüquqlarının qorunmasını təmin etmir, heç effektiv və səmərəli vasitə də sayıla bilməz, heç mütənasib də deyildir, əksinə, ərizəçinin üzərinə həddən ziyadə və lüzumsuz əlavə yük qoyulmasına, eləcə də yeni məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır.

35. Hazırkı ərizə üzrə rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından bəlli olur ki, rayon məhkəməsi mtt ərizəsini təmin edərkən iddia tələbinin uğurluq ehtimalını, güdülən qanuni★məqsədi★və★mütənasiblik★prinsipini★nəzərə★almışdır.

36. Nəzərə alsaq ki, hazırkı işdə çəkişən tərəflərdən cavabdeh bank “güclü tərəf”dir və maddi imkanlar baxımından da qat-qat təminatlıdır, onda aşkar bəlli olur ki, hazırkı halda müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi tam anlaşılmaz olardı. Əlavə olaraq qeyd eilməlidir ki, qanunla (MPM, maddə 164.) müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində maraqlı şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsinin təminat altına alınması da bu qənaətin★nə★qədər★əsaslı★olduğunu★göstərir.

37. Məhkəmə xüsusi olaraq qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi müvəqqəti xarakterli olmaqla işi mahiyyəti üzrə həll etməməklə yanaşı, həm də heç bir halda həmin ərizənin təmin və ya rədd edilməsi əsas mübahisənin həllinə təsir göstərmir və preyudisiallıq daşımır. Bu baxımdan, bəzi hallarda müvəqqəti təminat tədbirinə dair ərizələrdə tətbiqi istənilən təminat tədbirinin iddia tələbləri ilə oxşar və ya eyniyyət təşkil etməsi mümkün və yolveriləndir, bəzən isə işin konkret hallarından asılı olaraq bu məzmunlu ərizələrin təmini MPM-in 157.2-ci maddəsinin göstərişləri və güddüyü məqsədlər baxımından qaçılmaz və zəruri olur. Çünki yuxarıda da vurğulandığı kimi bu institutun əsas məqsədi iddiaçının (ərizəçinin) hüquqlarının pozulmasının qarşısının alınmasından, onu yeni və ya daha böyük zərərdən, eləcə də əlavə (yeni) məhkəmə çəkişmələrindən★qorumaqdan★ibarətdir.

38. Unutmaq olmaz ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələrə baxılması da məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla, mütləq şəkildə ədalət mühakiməsinin hamılıqla qəbul olunmuş effektivlik, ağlabatanlıq və səmərəlilik kimi fundamental prinsipləri rəhbər tutulmaqla və onlara əsasən həyata keçirilməlidir. Sözsüz ki, bu zaman iddianın keçərliliyi uğurluluq★ehtimalı★xüsusi★əhəmiyyət★kəsb★edir. Hazırkı məsələnin həllində tətbiq edilməli olan normativ aktlar.

39. Mülki Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar★çıxdığı★beynəlxalq★müqavilələrlə★müəyyən★edilir.

40. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət★olduqda,★Azərbaycan★Respublikası★Konstitusiyasının★normaları★tətbiq★edilir.

41. 1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən★olunmuş★qüvvə★verən★qanunvericilik★aktları★qəbul★edilə★bilməz.

42. 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.

43. 1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

44. 2.1. Mülki işlər və kommersiya mübahisələri★üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

45. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların★qanunlara★dönmədən★hörmət★ruhunda★tərbiyə★edilməsinə★rəvac★verir.

46. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə★müdafiəsindən★istifadə★etmək★hüququna★malikdirlər.

47. 4.2.★Məhkəməyə★müraciət★etmək★hüququndan★imtina★edilməsi★etibarsızdır.

48. 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin★həllinə★verilə★bilər.

49. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş★başlanılır.

50. Maddə 6. Mülki işlər və★kommersiya mübahisələri★üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

51. 7.1.★Ədalət★mühakiməsini★həyata★keçirərkən★hakimlər★müstəqildirlər.

52. 7.2. Hakimlər mülki işləri və kommersiya mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə★həll★edirlər.

53. 7.3. Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş★məsuliyyətə★səbəb★olur.

54. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

55. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün★şəxslərə★eyni★cür★yanaşır.

56. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların★verilməsindən★imtina★oluna★bilməz.

57. 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara,★Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə,★qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ★hüquqi★aktlarına★və normativ xarakterli aktlara★əsasən★həll★edir.

58. 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha★yüksək★hüquqi★qüvvəyə★malik★olan★normativ★hüquqi★akt★əsasında★qərar★qəbul★edir.

59. 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda,★beynəlxalq★müqavilənin★müddəaları★tətbiq★edilir.

60. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda,★məhkəmə★analoji★münasibətləri★tənzimləyən★hüquq★normalarına★müraciət★edir.

61. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq★qaydalarının★ideya★və★ümumi★prinsiplərini★əsas★götürür.

62. 13.6.★Icraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi★haqqında★Azərbaycan★Respublikasının★Konstitusiya★Məhkəməsinə★müraciət★edə★bilər.

63. 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş★olsun.

64. “Icra haqqında” Qanun Azərbaycan Respublikası★və xarici dövlətlərin məhkəmələrinin mülki və★kommersiya mübahisələrinə★dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin,★inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının,★inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun★icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra – məhkəmə və digər orqanların)★qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.

65. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi★olaraq★dayandırılır:★ 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası★barədə★məhkəmə★icraatına★başlandıqda;★ 17.1.2.★borclu★fəaliyyət★qabiliyyətini★itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi★olduqda★yaxud★hamıya★bəlli★olan★hallar★baş★verdikdə★və★ya★faktlar★mövcud★olduqda; 17.1.4.★bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədlərinə★və ya★onun verilməsinə əsas olan★həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu★cür★mübahisəyə★qanunla★yol★verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən★məhkəməyə★şikayət★verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə★iddia★verildikdə; 17.1.7. icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya★şikayəti★müvafiq★məhkəmələrin★icraatına★qəbul★olunduqda; 17.1.8. Iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya★Məhkəməsinin★icraatına★qəbul★olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət★etdikdə; 17.1.10. tələbkarın★müvafiq★xahişi★olduqda.

66. “Ipoteka haqqında” Qanuna əsasən, həmin Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.

67. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və★qanunlarla★ziddiyyət★təşkil★etdikdə★Azərbaycan★Respublikasının★Mülki★Məcəlləsi★tətbiq★edilir.

68. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən★bu★Konstitusiya★Qanununun★2-ci★maddəsinin★tələbləri★nəzərə★alınır.

69. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu★şərtlə★ki,★həmin★münasibətlər★eyni★hüquqi★tənzimləmə★sahəsinə★aiddir.

70. Həmin Qanunun 11.0-cı maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir; 11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin★normaları★tətbiq★edilir.

71. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmişdir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Həmin normadakı tələb ümumi xarakterli olmaqla həm də imperativdir. Çünki Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malikdir, qanunvericilik sisteminin əsasıdır və birbaşa hüquqi qüvvəyə malikdir. (Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 147. İ, II və III bəndlər).

72. Belə olan halda məlum olur ki, hazırkı halda rayon məhkəməsi mtt-yə dair ərizə üzrə bankın şikayətinə baxarkən “Icra haqqında” qanuna istinad etməklə normativ hüququ aktın tətbiqində★səhvə★yol★vermişdir.

73. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırda mübahisələndirilən qərardadının məzmunundan və əsaslandırmasından aşkar bəlli olur ki, rayon məhkəməsi həmin qənaətə gələrkən bankın şikayətinə əlavə etdiyi apellyasiya instansiyası məhkəməsinin **(*-*)-***/**** saylı ##.##.2026-cı★il★tarixli★qərardadının★bilavasitə★təsiri★olmuşdur.

74. Belə ki, bankın şikayətinə əlavə etdiyi apellyasiya instansiyasının yuxarıda istinad olunan qərardadında da eyni məsələyə münasibətdə “Icra haqqında” Qanunun 17.1.4-cü bəndində qeyd edilən -“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla göstərişinə★istinad★edilmişdir.

75. Hazırkı şikayətə baxılması ilə bağlı aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, oxşar hallara dair xeyli sayda eyni hüquqi mövqeyə əsaslanan məhkəmə aktları, o cümlədən də apellyasiya★instansiyası★məhkəməsinin★aktları★mövcuddur.

76. Məhkəmə bununla bağlı xatırladır ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı məsələlər xüsusi olaraq sahəvi qanun kimi MPM ilə tənzimlənir (MPM, XIII Fəsil, 157-164-cü maddələr).

77. Demək ki, Azərbaycan Respublikası Konstitusiyasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun, eləcə də MPM-in yuxarıda istinad olunan tələblərinə əsasən mtt-yə dair ərizələrin təminindən imtina edilərkən əsas kimi “Icra haqqında”, “Ipoteka haqqında”, eləcə də digər, MPM ilə bərabər hüquqi qüvvəyə malik qanunlara istinad olunması əsaslı və qanuni★sayıla★bilməz.★

78. Çünki “Icra haqqında” Qanunun məhkəmələrin oxşar işlərdə istinad etdikləri 17-ci maddəsində nəzərdə tutulmuş qərarların qəbulu icra icraatı zamanı icra orqanının nümayəndəsi kimi icra məmurunun təkbaşına – diskresion səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.★

79. Bundan başqa, nəzərdən qaçırmaq olmaz ki, “Icra haqqında” Qanunda icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qəbul etdiyi bu və ya digər qərardan, eləcə də onun hərəkət və hərəkətsizliklərindən tərəflərin və üçüncü şəxslərin məhkəməyə şikayət verməsi nəzərdə tutulmuşdur (maddə, 16.3, 20.5,21.4, 21.6, 87 və s.). Göründüyü kimi, qanunvericiliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qəbul etdiyi qərarların, eləcə də onun hərəkət və hərəkətsizliklərinin əsaslılığı və qanuniliyinin yoxlanılması da məhkəmənin səlahiyyətinə aid edilmişdir. Bu isə aşkar şəkildə onu göstərir ki, həmin qanunla icra hərəkətlərinin təxirə salınması, icraatın dayandırılması, icraata xitam verilməsi və sairlə bağlı icra məmuru üçün müəyyən olunmuş məhdudiyyətlər yalnız icra məmurları üçün əhəmiyyətli olub, heç bir halda işlərə baxan məhkəmələrə aid olmamaqla, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin səlahiyyətlərinin★məhdudlaşdırılmasına★əsas★ola★bilməz.

80. Məhkəmə onu da qeyd etməyi zəruri esab edir ki, son zamanlar icra qeydləri ilə bağlı mtt ərizələrinin tətbiqinin mümkünlüyü ilə bağlı da eyni yanaşma tətbiq edilməlidir. Belə bir yanaşma həm də ondan irəli gəlir ki, MPM-in mtt ilə bağlı münasibətləri tənzimləyən XIII fəslində (157-164-cü maddələrdə) həmin ərizələrin hər hansı münasibətlərə və ya ayrı-ayrı mübahisələrə tətbiqinin istisnası nəzərdə tutulmamışdır. Əslində belə bir məhdudiyyətlərin nəzərdə tutulması heç məntiqli və əsaslı da olmazdı. Bu həm də ədalət mühakiməsinin həyata keçirilməsinin ümumi prinsiplərinə★də★zidd★olardı.★

81. Demək ki, MPM-in mtt-yə dair münasibətləri tənzimləyən və hazırda qüvvədə olan XIII fəslin normalarına görə (MPM-də nəzərdə tutulmuş əsasların olduğu halda), heç bir qeyd-şərt olmadan, istənilən★mübahisəyə★dair★mtt-in★tətbiqi★yolveriləndir.

82. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, MPM-in 1.4-cü maddəsinin imperativ tələbinə görə digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Bu isə öz növbəsində digər qanunlarda olan prosessual normaların ədalət mühakiməsi üçün zəruri olan çəkişmə, tərəflərin bərabərliyi, faktlara əsaslanan, eləcə də hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin gözlənildiyi bir vəziyyətdə həyat keçirilməsininin★mümkünlüyünü★tələb★edir.★

83. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları:

84. 1.1. Bu Qaydalar vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyət kəsb edən məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və qaydalarını müəyyən edir.

85. 1.5. Bu Qaydalara uyğun olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin baxdıqları işlər üzrə məhkəmə təcrübəsinin müəyyən edilməsi, inkişaf etdirilməsi və ya dəyişdirilməsi baxımından əhəmiyyətli hesab etdikləri hüquqi məsələlərin həll edildiyi məhkəmə aktları indeksləşdirilir. Bu məhkəmələr tərəfindən məhkəmə aktlarının indeksləşdirilməsinin məqsədi həmin hüquqi məsələlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, inkişaf etdirilməsinə və ya dəyişdirilməsinə olan ehtiyacın Azərbaycan Respublikası Ali Məhkəməsinin★diqqətinə★çatdırılmasıdır.

86. 2.1. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının★təyin★edilməsi★yolu★ilə★həyata★keçirilir:

87. 2.1.2. ★★ (iki ulduz) – məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan hüquqi məsələnin həll★edildiyi★apellyasiya★instansiyası★məhkəməsinin★aktına★təyin★edilən★fərqləndirici★nişandır;

88. 3.2. Apellyasiya instansiyası məhkəməsi baxdığı iş üzrə birinci instansiya məhkəməsinin həll etdiyi hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi★məhkəmə★aktına★★★★nişanını★təyin★edir.

89. Məhkəmə★hazırkı★işə★istinad★edilən★Qaydaların★3.2-ci★bəndini★tətbiq★edir.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

91. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və★kommersiya★kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və★kommersiya★kollegiyalarının★qətnamələrindən,★apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması,★habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından★kassasiya★şikayəti★verilə★bilər.★

92. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan★kassasiya★şikayəti★verilməsi★nəzərdə★tutulmamışdır.

93. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin★397.2,★398,★400★və★402-ci★maddələrini★rəhbər★tutaraq★məhkəmə★kollegiyası,

qərara aldı:

X2★tərəfindən★verilmiş★şikayət★təmin★edilsin. Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunmasına dair ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs “X1” ASC★tərəfindən★verilmiş★şikayət★təmin★edilməsin.★★ Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan★şikayət★verilməsi★nəzərdə★tutulmamışdır.★

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar