Məhkəmə qərarları › İş №16(3-6)-467/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-467/2026

20.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-467/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh BOKT MMC-yə qarşı “borcun silinməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adına yazılmış və istifadə etmədiyi əlavə kredit öhdəliklərinin ləğv edilməsi, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən, əsas borcla qeyri-mütənasib olan dəbbə borclarının silinməsi, ödədiyi 197.000 USD nəzərə alınaraq qalıq borcun vicdanlılıq prinsipi ilə yenidən hesablanması, 2018-ci il tarixli barışıq sazişinin orijinalının BOKT-dan tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş №: e-2(5-98)-1914/2026).

2. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2) ünvanında yerləşən, 009011000671-05101-****** reyestr nömrəli daşınmaz əmlakın (“Samuray” kafesi) cavabdeh Cavabdeh BOKT MMC və ya hər hansı üçüncü şəxslər tərəfindən satılması, girov qoyulması və digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi (üzərinə həbs qoyulması) barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan e-*(*-**)-****/**** nömrəli mülki iş üzrə cavabdeh tərəfindən mübahisəli əmlakın üçüncü şəxslərə satılması, özgəninkiləşdirilməsi və ya yenidən hərraca çıxarılması riski mövcuddur. Bu isə gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edə bilər.

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** nömrəli, ## ####### 2018-ci il tarixli qərardadından görünür ki, “iddiaçı “xxxx” BOKT MMC-nin cavabdehler Ərizəçi və X3 qarşı “kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər Cavabdehlərin ## ###### 2004-cü il tarixli *** saylı kredit müqaviləsi və onun tərkib hissələri olan AZBA-000448-008/1, AZBA000448-008/2 və BAKU0-226- ***** saylı Razılaşmalar üzrə iddiaçıya olan ümumi borc məbləğini ## ####### 2018-ci il tarixinə 125000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Göstərilən 125000 (yüz iyirmi beş min) ABŞ dollan məbləğində borc 2018- ci ilin oktyabr ayından başlayaraq iyirmi üç təqvim ayı ərzində 2020-ci ilin oktyabr ayının sonunadək, hər təqvim ayı ən azı 1000 (bir min) ABŞ dollar alınmaqla cavabdehlər tərəfindən birgə qaydada iddiaçıya qaytarılmalıdır. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək həyata keçirilməlidir. Borcun tam ödənilməsi: 2.1 Bu Saziş bağlandığı andan 2020-ci ilin oktyabr ayının sonunadək cavabdehler tərəfindən, hər təqvim ayı ən azı 1000 (bir min) ABŞ dolları qaytarmaq şərtilə, iddiaçının xeyrinə cəmi 125000 (yüz iyirmi beş min) ABŞ dolları qaytarılacağı halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri icra olunmuş hesab olunacaq. Öhdəliklərin tam icra olunma şərtləri: Bu Sazişin 1.1 və 21- ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin ## ###### 2004-cü il tarixli *** saylı kredit müqaviləsi və onun tərkib hissələri olan AZBA-000448-008/1, AZBA-000448-008/2 ve BAKU*-***- ***** saylı razılaşmaları üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınan X3 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binanın 70,9 km ümümi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbə və Daşınmaz əmlakın dövlət reyestr nömrəli reyestrində *** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınan və X3 məxsus mənzil (Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən ** saylı binanın 38 kv.m yaşayış sahəsi olan 3 otaqlı * nömrəli mənzil) ipoteka ilə yüklülüyündən azad ediləcəkdir. Öhdəliklərin lazımınca icra edilməməsi bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi o cümlədən aylıq 1000 (bir min) ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, yənı cari təqvim ayında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilmemesi hesab olunacaq. 4.2 Cavabdehler bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcbur icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.2.1 Cavabdehlər bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 235128 (iki yüz otuz beş min yüz iyirmi səkkiz) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 365128 (üç yüz altmış beş min yüz iyirmi səkkiz) ABŞ dollarının 130000 çıxıldıqda qalan hissəsi) artacağını qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, onlardan birgə qaydada 365128 (üç yüz altmış beş min yüz iyirmi səkkiz) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur: 4.2.2 Tutma növbədə ipoteka predmeti olan Daşınmaz əmlakın dövlət reyestrinda *** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınan X3 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binanın 70,9 kv.m ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbəyə yönəldilir və əmlakın ilkin satış qiyməti tərəflərin razılığı ilə 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə və Daşınmaz Əmlakın Dövlət Reyestrində *** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınan və X3 maxsus olan, Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev küçəsində yerləşən ** saylı binanın 38 kv.m yaşayış sahəsi olan 3 otaqlı * nömrəli mənzilə yönəldilir ve mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 4.3 Ipoteka predmetinin və girov əşyalarının satışından əldə olunmuş pul vəsaiti bu sazişin 11 və 4.2.1-ci bəndlərində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmadığı halda çatışmayan məbləğ cavabdehlərə məxsus olan digər daşınar və daşınmaz əmlaklar hesabına ödənilir. 4.4 Borcun ödənilməsinə yönəlmiş pul vəsaitinin artıq qalan hissəsi ipoteka qoyana iddiaçı tərəfindən balansa götürülmüş əmlak satıldıqdan sonra qaytarılacaq. Sazişin icraya yönəldilməsi: 5.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “Icra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilir” məzmunundakı barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır.

5. “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli açıq hərracın yekunları barədə **/** nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- *****/**** nömrəli, ## ####### 2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Nizami rayon Icra Şöbəsi tərəfindən verilmiş **/**-*F** saylı, ##.##.2022-ci il tarixli sifarişə uyğun olaraq, X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binada 70,9 kv.m ümumi sahəsi olan yarım zirzəmi və yerüstü mərtəbə 89250 manata tələbkar “xxxx” BOKT MMC tərəfindən alınmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan (##.##.2024-cü il tarixli, ********** nömrəli) görünür ki, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 29 (yeni qaydalarla: AZ 1119, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 70,9 kv.m olan qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: 009011000671-05101-******) tam pay mülkiyyət hüququ ilə “xxxx” BOKT MMC-nin adına qeydə alınmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nizami Rayon Icra Şöbəsinin e*****/****-*-* nömrəli, ##.##.2026-cı il tarixli məktubuna uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/****-*** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binanın 70,9 kv.m ümumi sahəsi olan yarımzirzəminin boşaldılması və tələbkara təhvil verilməsi ##.##.2026-ci il tarixdə saat 11:00-a təyin olunmuşdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

9. Qərardad onunla əsaslandırılmışdır ki, ilkin araşdırılma nəticəsində məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi ilə “xxxx” BOKT MMC arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələr üzrə yaranmış borcla bağlı mübahisə ilə əlaqədar barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** nömrəli, ## ####### 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, icra hərəkətləri nəticəsində ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binanın 70,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi tələbkar “xxxx” BOKT MMC-yə satılmış və sonuncunun mülkiyyətinə keçmişdir. Bu barədə “xxxx” BOKT MMC-nin xeyrinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixli, ********** nömrəli qeyd aparılmışdır. Ərizəçinin “xxxx” BOKT MMC ilə bağlanmış kredit müqavilələri üzrə borcların silinməsi və yenidən hesablanması ilə əlaqədar cavabdeh Cavabdeh BOKT MMC-yə qarşı iddia tələblərinə dair e-*(*-**)-****/**** nömrəli mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Hazırda ərizəçi Ərizəçi həmin qeyri-yaşayış sahəsinin Cavabdeh BOKT MMC və ya hər hansı üçüncü şəxslər tərəfindən satılması, girov qoyulması və digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi (üzərinə həbs qoyulması) barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməli, öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslər dairəsi baxımından zəruri və yararlı olmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zərurəti ərizəçi tərəfindən kifayət qədər əsaslandırılmalı, mövcud ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, ilkin sübutlardan və işin hallarından sözügedən daşınmaz əşyanın özgəninkiləşdirilməsinin qadağan edilməsinin həmin əmlakın mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)- *****/**** nömrəli, ## ####### 2018-ci il tarixli qərardadının icrasız qalmasına səbəb olacağı təsdiq edilir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası ilə əlaqədar həyata keçirilmiş icra tədbirləri və hərracın nəticələri ərizəçi tərəfindən mübahisələndirilməmişdir və sözügedən daşınmaz əmlak həmin icra tədbirləri çərçivəsində tələbkar “xxxx” BOKT MMC tərəfindən satın alınmışdır. Hazırda ərizəçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-****/**** nömrəli iş üzrə iddia tələbləri “xxxx” BOKT MMC ilə bağlanmış kredit müqavilələri üzrə borcların silinməsi və yenidən hesablanması ilə əlaqədardır. Ərizəçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən borcların məbləği ilə razılaşmaması səbəbindən həmin məhkəmə aktının icrası çərçivəsində həyata keçirilən icra tədbirləri nəticəsində özgəninkiləşdirilmiş daşınmaz əmlakın üzərinə qadağa qoyulması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, məhkəmə aktlarının icrasının məcburiliyinin təmin edilməsinə də mane olur. Belə olan halda müvəqqəti təminat tədbirinin tətbiqi daşınmaz əmlakı əldə etmiş şəxslərin hüquqlarının əsassız və lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Bütün bunlar onu göstərir ki, hazırki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş məqsədlərə mütənasib deyildir. Buna görə də məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməməlidir.

10. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini, cavabdehin əmlak üzərindəki hüquqlarının və əmlakın digər şəxslərə keçidinin dərhal dayandırılması barədə təcili tədbir görülməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə rəsmi qaydada göndərilən vəsatətinə məhkəmə tərəfindən prosessual qaydada baxılmamış, ##.##.2026-cı il tarixli iclasda şifahi şəkildə “köhnə qaydadır” əsası ilə baxılmamış saxlanılmışdır. Bu, məhkəmənin vətəndaşın müraciət hüququnu pozmasıdır. Məhkəmə iddiaçının mülkiyyət hüququnun və gələcək qərarın icrasının təhlükə altına düşməməsi üçün zəruri olan təminat tədbirini tətbiq etməyərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinin ruhunu və tələbini pozmuşdur. Məhkəmə ərizəçinin vəsatətinə baxarkən, əmlakın iddia predmeti olduğunu və cavabdehin onu hər an özgəninkiləşdirə biləcəyi təhlükəsini (faktiki halı) tamamilə araşdırmamışdır. Məhkəmə işin nəticəsi üçün həlledici olan bu təhlükəni görməzdən gələrək, təminat tədbirinin tətbiqindən imtina etmiş, nəticədə əmlakın üçüncü şəxsə satılmasına (faktiki halın baş verməsinə) bilavasitə şərait yaratmışdır. Məhkəmənin bu faktiki halları aydınlaşdırmadan və qiymətləndirmədən çıxardığı nəticə qeyri-obyektivdir və işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin tələbi olan “iddianın təmin edilməsinin çətinləşməsi və ya mümkünsüzlüyünün qarşısının alınması” prinsipini nəzərə almamışdır. Əmlakın satılması faktı göz qabağında olduğu halda, “təminat tədbirinə ehtiyac olmadığı” barədə nəticə çıxarılması işin faktiki hallarına və ədalət mühakiməsi prinsiplərinə ziddir. Məhkəmənin “təminat tədbiri üçün əsas yoxdur” qənaəti, mübahisəli əmlakın üçüncü şəxsə satılması ilə faktiki olaraq təkzib olunmuşdur. Qərardadın əsaslandırılması qeyriməntiqlidir, çünki təminat tədbiri məhz bu cür özgəninkiləşdirmənin qarşısını almaq üçün nəzərdə tutulub. Əmlakın ##.##.2026-cı il tarixdə satılması barədə məlumat. Bu sübut məhkəmənin qərardadından dərhal sonra aktuallaşdığı üçün təqdim edilir və məhkəmənin qərardadının nə qədər əsassız olduğunu təsdiq edir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadına əsasən ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Ərizəçi Ərizəçi ## #### 2026-cı il tarixində “Elektron məhkəmə” Informasiya Sistemi vasitəsilə şikayətə dair əsaslandırılmış etiraz və əlavə izahat təqdim edərək, aşağıda qeyd olunan tələblərin tam təmin olunmasını və ədalətin bərpasını xahiş etmişdir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı kobud hüquqi xətalara yol verildiyi üçün tamamilə ləğv edilməsini; - Əsas iddia üzrə məhkəmə icraatı tam başa çatana və yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək iddianın təmin edilməsi (MTT) məqsədilə mübahisə predmeti olan aşağıdakı daşınmaz əmlakların üzərinə təcili olaraq həbs (özgəninkiləşdirilməsinə dair mütləq qadağa) qoyulmasını: ünvan 2) ünvanında yerləşən, 009011000871-05101-****** (##.##.2026-ya qədər olan) reyestr nömrəli, 70,9 kv.m sahəsi olan daşınmaz əmlak (“Samuray” kafesi); - Qərardadın dərhal icra olunması üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə) və Azərbaycan Respublikasının bütün Notariat ofislərinə mübahisəli əmlaklar üzərində hər hansı sərəncamverici əməliyyatların (alqı-satqı, bağışlama, təkrar girov, icarə və rəsmiləşdirmə) dayandırılması barədə mütləq göstəriş göndərilməsini.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

17. Işin halları ilə müəyyən edilir ki, ərizəçi ilə “xxxx” BOKT MMC arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələr üzrə yaranmış borcla bağlı mübahisə ilə əlaqədar barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** nömrəli, ## ####### 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, icra hərəkətləri nəticəsində ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən ** nömrəli binanın 70,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi tələbkar “xxxx” BOKT MMC-yə satılmış və sonuncunun mülkiyyətinə keçmişdir. Bu barədə “xxxx” BOKT MMCnin xeyrinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixli, ********** nömrəli qeyd aparılmışdır. Ərizəçinin “xxxx” BOKT MMC ilə bağlanmış kredit müqavilələri üzrə borcların silinməsi və yenidən hesablanması ilə əlaqədar cavabdeh Cavabdeh BOKT MMC-yə qarşı iddia tələblərinə dair e-*(*-**)-****/**** nömrəli mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır.

18. Birinci instansiya məhkəməsi ərizənin rədd olunması qənaətinə gəlməsini onunla əsaslandırmışdır ki, ilkin sübutlardan və işin hallarından sözügedən daşınmaz əşyanın özgəninkiləşdirilməsinin qadağan edilməsinin həmin əmlakın mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-*****/**** nömrəli, ## ####### 2018-ci il tarixli qərardadının icrasız qalmasına səbəb olacağı təsdiq edilir. Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası ilə əlaqədar həyata keçirilmiş icra tədbirləri və hərracın nəticələri ərizəçi tərəfindən mübahisələndirilməmişdir və sözügedən daşınmaz əmlak həmin icra tədbirləri çərçivəsində tələbkar “xxxx” BOKT MMC tərəfindən satın alınmışdır. Hazırda ərizəçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)- ****/**** nömrəli iş üzrə iddia tələbləri “xxxx” BOKT MMC ilə bağlanmış kredit müqavilələri üzrə borcların silinməsi və yenidən hesablanması ilə əlaqədardır. Ərizəçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən borcların məbləği ilə razılaşmaması səbəbindən həmin məhkəmə aktının icrası çərçivəsində həyata keçirilən icra tədbirləri nəticəsində özgəninkiləşdirilmiş daşınmaz əmlakın üzərinə qadağa qoyulması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, məhkəmə aktlarının icrasının məcburiliyinin təmin edilməsinə də mane olur. Belə olan halda müvəqqəti təminat tədbirinin tətbiqi daşınmaz əmlakı əldə etmiş şəxslərin hüquqlarının əsassız və lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

19. Birinci instansiya məhkəməsi bu istiqamətdə düzgün qiymətləndirmə apardığından məhkəmə kollegiyası yenidən qiymətləndirmə aparılmasına zərurət görmür və qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini əsaslandırılmadığından və ərizənin təmin edilməsi üçün zəruri hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı yekun nəticəyə gəlməkdə haqlı mövqedə olmuşdur.

20. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar