Məhkəmə qərarları › İş №16(3-6)-468/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-468/2026

03.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-468/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh İbrahimov Azad Vəkil oğluna qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ona Bakı şəhəri Salyan şossesinin kənarında 40x40 kv.m. ölçüdə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində tərəfindən özünə məxsus fərdi yaşayış evi inşa etmişdir. Həmin evə Bakı şəhəri, ünvan 1 * saylı ünvan verilmiş, o, və ailə üzvləri həmin evdə yaşamaqla daimi pasport qeydiyyatdadırlar. Bu torpaq sahəsinin üzərində onunla qonşuluqda qardaşı X4 üçün də fərdi yaşayış evi inşa etməsinə razılıq vermişdir və köməklik göstərmişdir. Hazırda qardaşı da üzvləri ilə birlikdə sözügedən ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. Qardaşına məxsus tikilinin hazırlanmış eskiz layihəsində də, göstərilən 48 kv.m. ibarət qeyri-yaşayış sahəsi kimi qaraj tikilisi qardaşı ilə aralarında olan razılaşma əsasında uzun müddət tanışlıq əlaqələrində olduqları hazırkı iş üzrə cavabdeh İbrahimov Azad Vəkil oğluna, onun xahişi əsasında ##.##.2013-cü il tarixdən tərəfindən icarəyə verilmişdir. Bu münasibətlər ##.##.2020ci il tarixədək davam etmişdir. Bundan sonra cavabdehin dəfələrlə xahişini nəzərə alaraq, sözügedən qeyri-yaşayış tikilisi yenə də qardaşı ilə qarşılıqlı razılaşma əsasında tərəfindən 20.000 manata cavabdehə satılmışdır. Bununla bağlı aralarında sadə yazılı formada razılaşma imzalanmışdır. Aralarında olan inama görə həmin məbləğ onlara hissə-hissə ödənilmiş, eləcə də qeyri-yaşayış sahəsi kimi ona satdığı sahənin ölçüsünün 80 kv.m.yazılmasına belə əhəmiyyət verməmişdir. Cavabdeh həmin sahədə tikinti materiallarının satışı ilə məşğul olmuş və ötən müddət ərzində onunla razılaşmadan qardaşına məxsus yaşayış evinin qarşısında yerləşən qanuni əsaslarla ona ayrılmış torpaq sahəsinin təxminən 160 kv.m. hissəsini zəbt edərək, oradan qanunsuz olaraq tikinti materiallarının açıq satışını təşkil etməyə başlamışdır. Dəfələrlə cavabdehə tərəfindən həmin sahənin boşaldılması barədə xəbərdarlıq olunmasına baxmayaraq, o, buna məhəl qoymamış və həmin sahəni boşaltmaqda imtina ntmişdir. Həmin sahənin Bələdiyyə qərarı əsasında ona məxsus olmasını bildirmişdir. Cavabdeh tərəfindən ona verilmiş vəsaitin geri qaytarılmasına heç bir etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İbrahimov Azad Vəkil oğlunun Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999cu il tarixli *** saylı sərəncamı ilə ona Bakı şəhəri Salyan şossesinin kənarında 40x40 kv.m. ölçüdə verilmiş torpaq sahəsinin zəbt edilmiş 160 kv.m. hissəsinin və onun üzərində yerləşən qaraj tipli 48 kv.m.qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və icraatdadır. Hazırda iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmə icrratı müddətində cavabdeh İbrahimov Azad Vəkil oğluna iş üzrə yekun və qanuni qüvvəyə minmiş məhkəmə aktı çıxarılanadək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi kənarında yerləşən mübahisəli torpaq sahəsində qanunsuz tikinti materiallarının alqı-satqı fəaliyyətini həyata keçirməyin, habelə həmin sahəyə kənar şəxslərin və malların daxil edilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi 1999-cu il tarixli İcra Hakimiyyətinin sərəncamı ilə ona ayrılmış Salyan şossesi kənarındakı torpaq sahəsinin 160 kv.m hissəsinin və oradakı qarajın Azad İbrahimov tərəfindən zəbt edildiyini iddia edir. cavabdeh isə həmin sahəni 2005-ci ildə Səbail Bələdiyyəsinin qərarı ilə aldığını bildirsə də, rəsmi dövlət qurumları (Səbail Bələdiyyəsi, Ədliyyə Nazirliyi və Dövlət Arxivi) cavabdehə belə bir topraq sahəsi ayrılması barədə arxivdə heç bir məlumatın və qeydiyyatın olmadığını rəsmən təsdiq etmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza mübahisəli sahənin neft quyularının mühafizə zonasında yerləşdiyini və faktiki olaraq 218,8 kv.m təşkil etdiyini müəyyən etsə də, cizgilərin qeyri-müəyyənliyi səbəbindən koordinatları müqayisə edə bilməmiş, həmçinin müstəqil obyekt olan dükanı ümumi sahəyə qataraq texniki səhvə yol vermişdir. Səbail Rayon Məhkəməsi isə cavabdehin sənədlərinin saxtalılğına dair rəsmi dövlət təkziblərinə və ekspert rəyindəki bu natamamlıqlara məhəl qoymayaraq, iddiaçının çıxarılma tələbini e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə rədd etmişdir. Kollegiya ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamın surətindən görünür ki, Ərizəçi 1991-ci ildən 4 nəfər ailə üzvü ilə Azadlıq prospekti, 163 No-li evin y/sahəsi 46,74 kv.m. olan 67 No-li mənzilində yaşayır. X2 maliyyə çətinliyi ilə əlaqədar ona məxsus köhnə bağ sahəsinin qohumu Ərizəçi adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail rayon İHB-nin 17.09.98-ci il tarixli 1449 No-li sərəncamında qismən dəyişiklik edilməsi və Səlyan şossesinin kənarındakı 40x40 kv.m. ölçüsündə köhnə bağ sahəsi Ərizəçi adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** nömrəli qərarın surətindən görünür ki, İbrahimov Azad Vəkil oğlu ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəl abadlaşdırıb istifadə Səlyan şossesinin sağ kənarında yerləşən 160 kv.m. torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına və Səbail Bələdiyyəsinin ##.##.2005- ci il tarixli iclasının ** saylı protokoluna əsaslanaraq Səbail rayonu Səlyan şossesinin sağ kənarında yerləşən 160 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İbrahimov Azad Vəkil oğlunun adına sənədləşdirilməsi, Bakı şəhərində 12-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında V.A.İbrahimov ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsi, A.V.İbrahimov alqı-satqı aktında göstərilən məbləğdə vəsaitini Səbail Bələdiyyəsinin hesabına ödəməsi, mülkiyyətə verilmiş torpaq sahəsinin və ətraf ərazinin texniki-sanitar normalara uyğun təmiz saxlanılması A.V.İbrahimova tapşırılması, mövcud ərazidə əlavə tikinti aparılarsa Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması sərəncam vermişdir. ##.##.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin əslindən görünür ki, İbrahimov Azad Vəkil oğlu tərəfindən Səbail Bələdiyyəsinə torpaq alqı-satqısına dair 120 manat məbləğində pul ödənilmişdir. Səbail Bələdiyyəsi ilə İbrahimov Azad Vəkil oğlu arasında bağlanılmış torpaqların alqısatqısına dair aktın surətindən görünür ki, Səbail Bələdiyyəsinin ərazisində yerləşən 160 kv.m. torpaq sahəsi Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərara əsasən İbrahimov Azad Vəkil oğluna satılmışdır. Səbail Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli arayışın surətindən görünür ki, Səbail Bələdiyyəsi tərəfindən Salyan şossesinin sağ kənarında ##.##.2005-ci il tarixdə İbrahimov Azad Vəkil oğlunun adına *** saylı qərarı ilə 160 kv.m. torpaq sahəsi sənədləşdirilmişdir. Səbail Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı Sərəncamı ilə Azad Vəkil oğlu İbrahimova torpaq sahəsinin ayrılıb-ayrılmamasına dair məlumatın verilməsi barədə ərizəsinə Səbail Bələdiyyəsində baxılmışdır. “Bələdiyyənin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş qaydada onların hüdudları, torpaq növləri və ölçüləri göstərilməklə bugünədək Bələdiyyə orqanlarına təhvil verilməmiş, eləcə də Azad Vəkil oğlu İbrahimova ##.##.2005-ci il tarixli *** saylı Sərəncamı ilə torpaq sahəsinin ayrılması və ona əsas olan sənədlərə dair Bələdiyyənin mövcud arxiv bazasında hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Səbail rayonu Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2005-ci il tarixli, *** saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 160,0 kv.m.olsa da, faktiki olaraq 218,8 kv.m.təşkil edir. Torpaq sahəsində sahəsi 50,0 kv.m. olan qeyri-yaşayış sahəsi mövcuddur. Sahə mübahisəlidir. Sözügedən torpaq sahəsi faktiki olaraq İbrahimov Azad Vəkil oğlunun istifadəsindədir. Faktiki olaraq göstərilən 218,8 kv.m. torpaq sahəsinin koordinatları: 1.400023.759 – 4465752.070; 2.400030.721 – 4465753.000; 3. 400033.000 – 4465743.000; 4.400042.930 – 4465745.000; 5. 400045.000 – 4465737.000; 6. 400033.000 – 4465734.000; 7.400033.000 – 4465735.000; 8.400027.000 – 4465734.000; 9. 400026.000 – 4465739.000; 10.400027.000 – 4465739.000. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahələr dair təqdim edilmiş yerləşmə sxemdən (cizgilər) qeyri-müəyyən tərtib edilməklə dəqiq istinad məlumatları, məsafə və ölçüləri qeyd olunmayıb. Bu səbəbdən müqayisə aparmaq mümkün olmamışdır. İddia olunan sahə və üzərində mövcud olan tikililər tamamilə neft quyularının mühafizə zonasındadır. Sahənin yaxın məsafələrində çox sayda ləğv edilmiş, bir neçə isə işlək statusu olan neft quyularının baza məlumatı var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər (maddə 157.3). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7). Müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında 157.2-ci maddənin tətbiqi ilə bağlı hüquqi mövqeyi belə ifadə edilir ki: “Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.” MPM-in 157.2-ci maddəsindən görünür ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:-müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsində isə göstərilmişdir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi müvəqqəti təminat barədə ərizə Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tərəfindən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı ilə bağlı hər hansı sübut müəyyən olunmamışdır. Bununla bağlı kollegiya vurğulayır ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyrimümkün etsin. Müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edən ərizəçi, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yalnız zərurətdən irəli gələ bilər. Müvəqqəti təminat tədbirilərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş va ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə məhdudiyyət qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Odur ki, kollegiya iddianın əsaslılığına hüquqi qiymət vermədən işin hazırki mövcud halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından hesab edir ki, ərizə təmin ediə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 159, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar