Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-472/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, iddiaçı Cavabdeh cavabdehlər Hüseynova (Aslanova) Mətanət Tarverdi qızına və X1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi barədə” ilk iddiasına, Hüseynova (Aslanova) Mətanət Tarverdi qızının cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Hüseynova (Aslanova) Mətanət Tarverdi qızının verdiyi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İlk və qarşılıqlı iddia tələblərinə dair mülki işə baxmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, Ərizəçi (Aslanovanın) Cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, bina № **-də yerləşən * saylı mənzilə köçürülməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, ilk iddianın təmin edilməsini, ilk iddia üzrə cavabdehlər Ərizəçi (Aslanova) və Sənan Aslanovun mübahisəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Ərizəçi (Aslanova) həmin qətnamədən kassasiya şikayəti vermişdir. O eyni zamanda ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək, işə kassasiya instansiya məhkəməsi tərəfindən baxılıb, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, mübahisəli evin hər hansı bir formada özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, işə mahiyyəti üzrə baxılıb, iş üzrə qəbul edilə biləcək qərar qanunu qüvvəyə minənədək ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin evi sata bilər, bağışlaya bilər, girov qoya bilər və ya hər hansısa bir şəkildə özgəninkiləşdirilməsinə nail ola bilər bu isə iş üzrə qəbul ediləcək qətnamənin icrasında çətinlik yarada bilər. Məhkəmə, ərizənin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək (maddə 158.1.). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılması ehtimalı istisna edilmədiyi kimi, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi ehtimalı da istisna edilmir. Həmçinin istisna edilmir ki, işə mahiyyəti üzrə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun qərar qanunu qüvvəyə minənədək mübahisəli mənzil qarşılıqlı iddia üzrə cavabdeh və ya başqa şəxslər tərəfindən hər hansı bir qaydada özgəninkiləşdirilə bilər. Hazırkı mərhələdə qeyd edilən məsələlərə tam və birmənalı qaydada qiymət vermək mümkün deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair müvəqqəti təminat tədbiri görülməli, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər həmin mübahisəli mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in yuxarıda sadalanan normalarının tələblərinə əsaslanan Məhkəmə QƏRARA ALDI: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Hüseynova (Aslanova) Mətanət Tarverdi qızının “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsi təmin edilsin. Hazırkı mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin hər hansı bir formada özgəninkiləşdirilməsi (satılması, bağışlanması və sair) qadağan edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-472/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-472/2026
03.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver