Məhkəmə qərarları › İş №16(3-6)-488/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-488/2026

10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-488/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində iddiaçı Ərizəçi məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 7.441,48 manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 2.000 manat məbləğində pul vəsaitinin iddiaçı Ərizəçi tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 manat və 400 manat xidmət haqqının, həmçinin məhkəmənin müvafiq qərardadı əsasında mütəxəssis rəyinin alınması üçün “xxxx” MMC-yə ödənilmiş 400 manat xidmət haqqının, 125 manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10.689,48 manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə cavabdeh Cavabdeh tutularaq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 3269,52 manat məbləğində sığorta ödənişi, 52,70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 3322,62 manat pulun tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025- ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq 7741,48 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, mütəxəssis tədqiqatlarının dəyərinə görə ödənilmiş 1000, hüquqi yardıma görə vəkilə ödənilmiş haqqın əvəzi olaraq 123, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,41 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Ərizəçi ödənilməsi, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh subroqasiya qaydasında 3269,52 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,70 manat, bank xidmət haqqına görə 0,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən birinci iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, e-*(*-*)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi və Bakı Apellyasiya məkəməsinin Mülki Kollegiyasının e- *(*-*)-****/**** nömrəli,##.##.2026-cı il tarixli qətnaməsinin gələcəkdə icrasını təmini və cavabdehin qətnamənin icrasından yayınmaq imkanını məhdudlaşdırmaq məqsədilə müvəqqəti təminat tədbiri olaraq, bu qətnamələr qanuni qüvvəyə minərək icra edilənədək cavabdeh - Cavabdeh məxsus olan bank hesablarında olan pul vəsaitlərinə (ən azından təmin edilən iddia tələbi həcmində) həbsin qoyulması, eyni zamanda siyahısı yuxarıda qeyd edilən dövlət qeydiyyatına alınmış daşınar (X1 – Prado minik markalı, **EL*** dövlət qeydiyyat nişanlı VAZ 21033 minik markalı, **BC*** dövlət qeydiyyat nişanlı, VAZ 2123 Chevrolet Niva minik markalı, **SN*** dövlət qeydiyyat nişanlı, Nissan Sentra minik markalı, **RF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri) və daşınmaz əmlakların (Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 2 , ** saylı mənzil , Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, *** saylı mənzil,Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 6, ** saylı mənzil, Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0790 ha torpaq sahəsi) özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini və həmin qərardadın icra olunması üçün dərhal aidiyyatı orqanlara göndərilməsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya intansiyasının qərarı çıxdıqdan sonra iddiaçı tərəfindən cavabdehə öz öhdəliyini könüllü şəkildə icra etmək üçün təkliflər irəli sürülüb. Lakin buna baxmayaraq, cavabdeh qanunvericiliyin tələblərini və məhkəmə hakimiyyətinin nüfuzunu heçə sayaraq, yenə də vurduğu ziyanı ödəməkdən imtina edib və hətta açıq şəkildə bəyan edib ki, öz adına dövlət qeydiyyatında olan bütün daşınar və daşınmaz əmlaklarını ən qısa zamanda digər şəxslərin adına keçirməklə (özgəninkiləşdirməklə) məhkəmə qərarının icrasını da tamamilə qeyri - mümkün edəcək. Cavabdehin bu qeyri-qanuni hərəkətləri onun məhkəmə qərarının icrasına mane olmaq və əmlakını qəsdən gizlətmək məqsədi güddüyünü aşkar surətdə nümayiş etdirir. Bu ərizəyə əlavə edilən müvafiq arayışlardan da göründüyü kimi, cavabeh olduqca yaxşı maddi imkanlara malikdir. Belə ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilən sorğuya cavab olaraq ## ### 2025-ci il tarixli, *-**-**/*- ******/**** nömrəli rəsmi məktubla bildirilib ki, cavabdeh Cavabdeh adına nəqliyyat vasitələri və daşınmaz əmlaklar var. Bu səbəbdən məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək, asanlaşdırmaq və cavabdehin qətnamənin icrasından yayınmaq imkanını məhdudlaşdırmaq məqsədilə ən azından təmin edilən iddia tələbi həcmində cavabdehə məxsus bank hesablarında olan pul vəsaitlərinə həbs qoyulması, bank hesablarında müvafiq vəsait olmadığı halda isə dövlət qeydiyyatına alınmış daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi olduqca zəruridir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu məsələni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu da öz növbəsində bu tədbirin təcili (təxirə salınmadan) tətbiq edilməsinin zəruriliyinin əsaslandırılmasını şərtləndirir. Bununla belə, həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Hazırki işin faktiki hallarından göründüyü kimi, cavabdeh Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində iddiaçı Ərizəçi məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 7.441,48 manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Belə olan halda kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə qismən əsaslıdır. Cavabdehə məxsus əmlaklardan yalnız buraxlış ili 2015-ci il, rəngi ağ mirvari, 3N1AB7AP1FY349866 ban nömrəli, 9RF505 dövlət qeydiyyat nişanlı “Nissan Sentra” minik markalı “Nissan Sentra” minik markalı avtomobil üzərinə həbsin qoyulması qətnamənin gələcəkdə icrasının təmin edilməsi baxımından tam yetərlidir. Belə ki, iddiaçının xeyrinə tutulması qət edilən məbləğ (7741,48 manat), iddianın uğurluluğu baxımından gələcəkdə özgənikiləşdirilməsi qadağan edilən əmlaklardan “Nissan Sentra” minik markalı avtomobilin realizəsi qətnamənin icrası baxımından yetərli hesab edilməklə müvəqqəti təminat tədbirinin tətbiqi zamanı mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmaqla məqsədəmüvafiqdir. Eyni zamanda, bu növ müvəqqəti təminat tədbirinin tətbiq edilməsi Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmaqla əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmur. Göründüyü kimi, mübahisənin nəticəsi olaraq ərizəçi tərəfindən pulun tələb edilməsi halı mövcuddur. Bu əmlak üzərində mülkiyyət hüququ əldə etmiş şəxslər isə yaranmış sərəncam hüququna əsasən maneəsiz şəkildə onun özgəninkiləşdirilməsini həyata keçirə bilər. Belə bir halın baş verməsi isə cavabdehin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu baxımdan da belə halların aradan qaldırılmasına yönələn prosessual tədbir kimi hazırki müvəqqəti təminat tədbirinin mütənasiblik nəzərə alınmaqla təmin edilməsi qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Balayev Elvin Elçin oğluna məxsus, mülkiyyətində olan 9RF505 dövlət qeydiyyat nişanlı, B/ili 2015, Ban:*N*AB*AP*FY****** nömrəli Nissan Sentra minik markalı avtomobilin özgəninkiləşdirilməsi Balayev Elvin Elçin oğluna və digər şəxslərə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh Balayev Elvin Elçin oğluna məxsus, mülkiyyətində olan buraxlış ili 2015-ci il, rəngi ağ mirvari, 3N1AB7AP1FY349866 ban nömrəli, 9RF505 dövlət qeydiyyat nişanlı “Nissan Sentra” minik markalı avtomobilin özgəninkiləşdirilməsi Balayev Elvin Elçin oğluna və digər şəxslərə qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar