Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-491/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-nin və onun təsisçisi, 10% pay sahibi və qanuni təmsilçisi X1 ümumi 20.263 manat məbləğində borc tələbi həddində bütün bank hesablarında olan vəsaitlərə, elektron pul kisələrinə, depozit hesablarına, qiymətli kağızlarına, nizamnamə kapitalındakı paylarına, daşınar və daşınmaz əmlaklarına həbs qoyulması, həmin aktivlərin özgəninkiləşdirilməsi, üçüncü şəxslərə verilməsi, yüklülüklə yüklənməsi və ya digər üsullarla dövriyyədən çıxarılmasının qadağan edilməsi, mübahisənin mahiyyəti üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehlərin aktivlərinin azaldılması, bank hesablarındakı vəsaitlərin çıxarılması, digər şəxslərin hesablarına köçürülməsi, əmlakın satılması, bağışlanması və ya hər hansı formada özgəninkiləşdirilməsinə yönəlmiş hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq təminat tədbirlərinin tətbiq edilməsi, cavabdeh X1 Azərbaycan Respublikasının hüdudlarından çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankına, kredit təşkilatlarına, vergi və digər aidiyyəti dövlət orqanlarına sorğular göndərilərək cavabdehlərin bank hesabları və aktivlərinin müəyyən edilməsi və aşkar edilmiş aktivlər üzərində müvafiq təminat tədbirlərinin tətbiq edilməsi, cavabdehlərə məxsus bank hesabları, elektron pul kisələri, depozit hesabları, qiymətli kağızlar, nizamnamə kapitalındakı paylar, daşınar və daşınmaz əmlaklar üzərində sərəncam verməyə yönəlmiş hərəkətlərin, o cümlədən həmin aktivlərin satılması, bağışlanması, girov qoyulması, üçüncü şəxslərə verilməsi, başqa şəxslərin adına rəsmiləşdirilməsi və ya hər hansı digər formada özgəninkiləşdirilməsinin məhkəmə mübahisəsi yekun həll edilənədək qadağan edilməsi, digər zəruri hesab edilən təminat tədbirlərinin tətbiq ediləməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Ərizədə göstərib ki, hazırda iddiaçıya olan borc cəmi 20.263 manat təşkil edir ki, cavabdehlər həmin borcun könüllü qaydada ödənilməsindən açıq şəkildə yayınırlar. F.Qasımovun mediasiya prosesindən yayınması, əlaqədən qaçması və borcun könüllü qaydada ödənilməsindən imtina etməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşməsi riskini real edir. Əmək münasibətlərindən irəli gələn tələblər sosial xarakter daşıdığından, işçini uzun müddət əmək haqqından məhrum edilməsi iddiaçının maddi vəziyyətinə çox ciddi təsir göstərir və hüquqlarının effektiv müdafiəsini zəruri hesab edir. Cavabdeh F.Qasımovun mediasiya prosesində iştirakdan yayınması, iddiaçının müraciətlərinə cavab verməməsi, əmək haqqı borcunu uzun müddət ödəməməsi və borcun könüllü qaydada icrasından açıq şəkildə imtina edilməsi göstərir ki, cavabdehlər gələcək məhkəmə qətnaməsinin könüllü icrasına meyilli deyildirlər. Bu hallar müvəqqəti təminat tədbirləri tətbiq edilmədiyi təqdirdə gələcək məhkəmə qətnaməsinin icrasının əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən real risklərdir. Tələb edilən məbləğ işçinin əsas dolanışıq vasitəsi olan əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlərlə bağlıdır. Bu səbəbdən, iddiaçının hüquqlarının effektiv müdafiəsi və gələcək məhkəmə müdafiəsinin səmərəli olması baxımından təminat tədbirlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmü təqdim edilmiş və həmin hökmün 17-ci səhifəsində şahid qismində dindirilmiş F.Qasımov ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən Cavabdeh MMC-də işləmiş, 2024-cü ilin əvvəlindən etibarən həmin cəmiyyətin təsisçisi və 10 % pay sahibidir, eyni zamanda 2024-cü ildə təsis edilmiş “xxxx” MMC-nin də təsisçisi və 5 % pay sahibi kimi fəaliyyət göstərir. Həmçinin ifadəsində göstərilmişdir ki, o, qeyd olunan hər iki şirkətin direktorudur. Beləliklə, məhkəmə hökmü ilə konkret olaraq, müəyyən edilmiş hallar cavabdeh F.Qasımovun Cavabdeh MMC ilə yalnız formal əmək münasibətlərində deyil, bilavasitə təsisçilik, payçılıq və idarəçilik münasibətlərində olduğunu təsdiq edir. Eyni zamanda hökmün məzmunundan görünür ki, Cavabdeh MMC və onun fəaliyyəti üzrə aparılmış araşdırmalar çərçivəsində F.Qasımov şirkətin təsisçisi, pay sahibi və direktoru qismində çıxış etmişdir. Cavabdehin həm Cavabdeh MMC-də, həm də digər kommersiya qurumlarında təsisçi və rəhbər şəxs kimi fəaliyyət göstərməsi onun aktivlər üzərində sərəncam vermək imkanlarının geniş olduğunu göstərir. Bu səbəbdən müvəqqəti təminat tədbirləri tətbiq edilmədiyi halda bank hesablarında olan pul vəsaitlərinin çıxarılması, aktivlərin digər şəxslərə ötürülməsi və ya əmlakın özgəninkiləşdirilməsi nəticəsində gələcək məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkünsüz ola bilər. Cavabdeh F.Qasımov Cavabdeh MMC-nin təsisçisi, pay sahibi və qanuni təmsilçisi olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə faktiki rəhbərlik edən şəxsdir. Bundan əlavə, Cavabdeh MMC-də işləyən və ya əvvəllər işləmiş çoxsaylı şəxslərin əmək haqqı və digər əmək hüquqları ilə bağlı tələblərinin mövcud olması şirkətin aktivlərinə qarşı digər tələblərin də yönəldilməsi ehtimalını artırır. Bu isə gələcəkdə iddiaçı tərəfindən əldə ediləcək mümkün məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. F.Qasımovun digər hüquqi şəxslərdə də təsisçi və rəhbər vəzifələrdə fəaliyyət göstərməsi, habelə onun kommersiya fəaliyyəti ilə aktiv məşğul olması nəzərə alınaraq, Azərbaycan Respublikasının hüdudlarından çıxışına müvəqqəti məhdudiyyət qoyulması gələcək məhkəmə qətnaməsinin icrasının təmin olunmasına xidmət edən proporsional və zəruri tədbir hesab edilə bilər. Tələb olunan ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması tədbiri cəza xarakteri daşımır və yalnız gələcək məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş müvəqqəti prosessual tədbirdir. Bu tədbir mübahisə mahiyyəti üzrə yekun həll edildikdən sonra qüvvədən düşəcək və cavabdehin hüquqlarına qeyri-mütənasib müdaxilə yaratmayacaqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(5-97)-275/2026 saylı, ## #### 2026cı il tarixli qərardadı ilə (hakim Nərgiz Tağıyeva) ərizənin qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pula - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 20.263 manat həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardaddan şikayət verilməsinin qərardadın icrasını dayandırmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mülki prosessual qanunvericiliklə müvəqqəti təminat tədbirlərinin bir növü kimi cavabdehin əmlakları içərisində ilk növbədə onun bilavasitə istehsalatda iştirak etməyən əmlakı-hesabında olan pul vəsaitlərinə həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun 45.4-cü maddəsinə uyğun olaraq, borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Beləliklə cavabdeh şirkətin bank hesablarında olan pul vəsaiti üzərinə həbs qoyulması ərizəçinin hüquqlarının qorunması və müvafiq iş üzrə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi baxımından əhəmiyyət kəsb etdiyindən mütənasiblik prinsipi nəzərə alınmaqla, cavabdehin hesabına iddia tələbi həcmində həbs qoyulmalıdır. Belə ki, ərizənin təmin edilməməsi gələcəkdə iddia təmin edilərsə, ərizəçinin əmək hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi, iş üzrə qəbul ediləcək məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər. Məhkəmə ərizəçinin hüquqi şəxslərin qanuni təmsilçisinin də bank hesabına həbs qoyulması və Azərbaycan Respublikasının hüdudlarından çıxışına müvəqqəti məhdudiyyət qoyulması tələbi ilə bağlı qeyd edir ki, X1 şirkətin qanuni təmsilçisi olmaqla, onun borclarına görə məsuliyyət daşımır. Belə ki, Mülki Məcəllənin 87.1- ci maddəsinin tələblərinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Bu baxımdan X1 şəxsi bank hesablarına müdaxilə etmək və ölkədən çıxışına müvəqqəti qadağa qoymaq mütənasiblik tələblərinə cavab vermir. Məhkəmə ərizəçinin digər tələblərinə münasibətdə qeyd edir ki, həmin qadağalar mübahisədə tərəf olmayan digər subyektlərin əmlak hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, hüquqi şəxs müstəqil təsisat olmaqla müstəqil balansa malikdir. Həmçinin, bu cür qadağa hüquqi şəxsin faliyyətinə əhəmiyyətli zərər vurulmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ həcmində hüquqi şəxsin bank hesabına həbs qoyulması, ərizəçinin hüquqlarının müdafiəsi qismində kifayət etdiyindən ərizə qalan hissədə təmin edilməməlidir. O da qeyd edilməlidir ki, hazırda məhkəmənin icraatında iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh MMC və X1 qarşı əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair *(***)-****/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh MMC və X1 5 ay ödənilməmiş 11.000 manat məbləğində əmək haqqı, istifadə edilməmiş 37 məzuniyyət gününə görə 2.713 manat, kompensasiya, əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz hesablanmaqla 6.490 manat gecikmə faizi və 3 X3 müraciət üçün ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 20.263 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi (nümayəndəsi Nümayəndə) həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsi və ərizəsinin tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, cavabdeh uzun müddət - 5 ay ərzində əmək haqqını ödəməmişdir. Mediasiya prosesində iştirakdan yayınmışdır. İş üzrə tələbin könüllü icrasından imtina etmişdir. İşçi olaraq onun sosial xarakter daşıyan əmək hüquqlarını pozmuşdur, Şirkətin faktiki fəaliyyətsiz olması barədə əsaslı məlumatlar mövcuddur. Bundan başqa, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh MMC-nin bank hesablarında 20.263 manat məbləğində pul vəsaitinə həbs qoyulsa da, mövcud məlumatlara əsasən həmin hesabların faktiki olaraq vəsaitsiz olduğu, hesablarda kifayət qədər pul vəsaitinin olmadığı ehtimal edilir. Bu hal da qəbul ediləcək yekun məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi riskinin real xarakter daşıdığını göstərir. Digər 300-ə yaxın işçinin də əmək haqqı tələblərinin mövcudluğu məlumdur. Cavabdeh MMC-nin hal-hazırda faktiki fəaliyyətini dayandırdığı, ofisinin bağlandığı və faktiki fəaliyyət ünvanının olmadığı barədə əsaslı məlumatlar mövcuddur. Bu halların təsdiqi kimi tərəfindən məhkəməyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin çoxsaylı qərarları təqdim edilmişdir. Həmin qərarlar X2 Xidmətinin təqdimatları əsasında qəbul edilmiş, əmək qanunvericiliyinin pozulmasına görə Cavabdeh MMC barəsində inzibati cərimələrin tətbiqini nəzərdə tutmuşdur. Lakin, həmin qərarların faktiki icra vəziyyəti ona məlum deyildir. Eyni zamanda, əvvəllər şirkətdə işləmiş 300-dən artıq işçinin əmək haqqısının ödənilməməsi barədə məlumatların mövcudluğu, şirkətin ödəmə qabiliyyətinin zəifləməsini və gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsi riskini daha da artırır. Şirkətin faktiki fəaliyyətini dayandırması, ofisinin bağlanması, çoxsaylı işçilər qarşısında ödənilməmiş əmək haqqı öhdəliklərinin mövcudluğu və bank hesablarında kifayət qədər vəsaitin olmaması birlikdə qiymətləndirildikdə, əlavə müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün kifayət qədər əsasların olduğu qənaətinə gəlmək mümkündür. Qeyd olunan bu hallar da gələcək məhkəmə qərarının icrasının çətinləşməsi riskinin real olduğunu göstərir. Təsisçisi və qanuni təmsilçi Fəxri Qasımovun şirkətin fəaliyyətində faktiki rolu nəzərə alınmamışdır. Qərardadda qeyd olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, X1 ”xxxx” MMC-nin təsisçisi, 10% pay sahibi və qanuni təmsilçisidir. Eyni zamanda, şirkətin baş direktorudur. Eləcə də, digər kommersiya qurumlarında da təsisçi və rəhbər şəxs kimi fəaliyyət göstərir. Belə olan halda onun şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə faktiki nəzarət etməsi mübahisəsizdir. Həmçinin məhkəmə mütənasiblik prinsipini birtərəfli tətbiq etmişdir. AR Konstitusiya Məhkəməsinin ##.##.2018-ci il tarixli Qərarında göstərilir ki, müvəqqəti təminat tədbiri üçün tam sübutetmə tələb olunmur, ərizəçinin göstərdiyi halların mövcudluğunu ehtimal etdirmək kifayətdir. Hazırkı işdə cavabdehin əmək haqqını ödəməməsi, əlaqədən yayınması, mediasiya iclaslarında iştirak etməməsi, digər işçilərin də ona qarşı tələblərinin olması, hal-hazırda şirkətin aktivlərinin qeyri-müəyyən vəziyyətdə olması təminat tədbirlərinin daha geniş həcmdə tətbiqinə əsas verirdi. Tələb olunan əlavə təminat tədbirləri cavabdehin sahibkarlıq fəaliyyətini tam məhdudlaşdırmır, yalnız mübahisə predmeti olan 20.263 manat məbləğində gələcək məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Bu baxımdan, tələb olunan tədbirlər mütənasiblik prinsipinə uyğundur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(5-97)-275/2026 saylı, ## #### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə mövqeyini isə bununla əsaslandırmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan verilmiş şikayətdə, eləcə də müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə, mübahisənin obyektiv və ədalətli həlli, tərəflərin əmək hüquqlarının və qəbul ediləcək məhkəmə qərarının səmərəliliyinin təmin edilməsi kimi halları nəzərə alaraq müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh şirkətin bank hesablarında olan pul vəsaiti üzərinə həbs qoyulması ərizəçinin hüquqlarının qorunması və müvafiq iş üzrə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi baxımından əhəmiyyət kəsb etdiyindən mütənasiblik prinsipi nəzərə alınmaqla, cavabdehin hesabına iddia tələbi həcmində həbs qoyulmalıdır. Belə ki, ərizənin təmin edilməməsi gələcəkdə iddia təmin edilərsə, ərizəçinin əmək hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi, iş üzrə qəbul ediləcək məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər. Məhkəmə ərizəçinin digər tələblərinə münasibətdə qeyd etmişdir ki, həmin qadağalar mübahisədə tərəf olmayan digər subyektlərin əmlak hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, hüquqi şəxs müstəqil təsisat olmaqla müstəqil balansa malikdir. Həmçinin bu cür qadağa hüquqi şəxsin faliyyətinə əhəmiyyətli zərər vurulmasına səbəb ola bilər. Tələb edilən məbləğ həcmində hüquqi şəxsin bank hesabına həbs qoyulması, ərizəçinin hüquqlarının müdafiəsi qismində kifayət etdiyindən ərizə qalan hissədə təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi və şikayətlə eyni məzmunda əsaslandırdığı şikayətinə dair yazılı izahatda onun təmin edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Cavabdeh MMC və X1 tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Qeyd olunduğu kimi mahiyyət etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün məhkəmə bu cür qərar qəbul edərkən iddianın əsaslı olub-olmadığını və həcmini də nəzərə alır. Çünki bu tədbirlər qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə biləcək halların qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan sui-istifadə etmə demək deyil. Başqa sözlə, məhkəmələr ərizəyə baxarkən bu tədbirləri nəyə görə təmin yaxud rədd etməsinin gercək və əsaslı səbəblərini mütləq göstərməli və bunu əsaslandırmalı, bu cür tədbirin başqa şəxslərin əsaslı mənafelərinə toxunmayacağından əmin olmalıdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə də nəticələnməməlidir. Ona görə də birinci instansiya məhkəməsi şikayətin dəlillərini yoxlayarkən yuxarıda qeyd olunanları ərizənin əsaslılığı baxımından dəyərləndirməklə işin hallarına və tərəflərin haqq-ədalətə söykənən bərabər mənafeləri nəzərə alınmaqla iş üzrə düzgün qərardad qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(5-97)-275/2026 saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(5-97)-275/2026 saylı, ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-491/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-491/2026
27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver