Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-494/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə dair iş üzrə (Açar sözlər: müvəqqət təminat tədbiri) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdeh cavabdeh3 ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçılar ərizəçi2, ərizəçi1 və X5 cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1168 ünvanında 0.2041 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 332.03 kv.m olan bağ evinin cavabdeh1 MMC tərəfindən hərracın nəticələri barədə ##.##.2026-cı il tarixli ****************** saylı protokol və həmin hərrac protokolu əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda ərizəçilər ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1168 ünvanında 0.2041 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 332.03 kv.m olan bağ evin cavabdeh1 MMC tərəfindən hərracın nəticələri barədə ##.##.2026-cı il tarixli, ****************** saylı protokol və həmin hərrac protokolu əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə mülki iş üzrə yekun məhkəmə aktının icrasına qədər ümumi sahəsi 332.02.kv.m olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən **** saylı bağ evi (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və ümumi 0.051 ha sahəsi olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən *H saylı torpaq sahəsinin (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) üzərinə həbs qoyulması, həmçinin cavabdehlərə və digər şəxslərə həmin ipoteka predmetinin hərrac yolu ilə satılmasının, özgəninkiləşdirilməsinin və digər icra hərəkətlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat ofisində tərtib edilmiş *İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən onun və digər borcluların (BTC GROUP MMC, X1, ərizəçi2) üzərinə olan 1 052 221,07 məbləğində borcun cavabdeh3 ASCnin xeyrinə icra olunması barədə qərar qəbul edilmişdir. Hazırda icra sənədi cavabdeh2 icra məmuru Pərvin Mehralıyevin icraatındadır. Icra məmuru tərəfindən icraata başlanmış, ümumi sahəsi 332,03 kv.m olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən **** saylı bağ evi (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və ümumi 0,051 ha sahəsi olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən *H saylı torpaq sahəsi (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) üzrə qiymətləndirmə aparılaraq müvafiq olaraq 1 012 000 manat və 174 700 manat dəyərində qiymət müəyyən edilmişdir. Yasamal rayon Məhkəməsinin e-**(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə 1 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evinin özgəninkiləşdirilməsi və həmin əmlaklarla bağlı hərracın keçirilməsi qadağan edilmişdir. Bu qərardadla cavabdeh2 tərəfindən icra qeydi üzrə göstərilən əmlakların satılması məqsədilə hərracın keçirilməsi barədə verilmiş sifariş ləğv edilmiş və nəticədə hər iki əmlak üzrə ##.##.2025-ci il tarixə, saat 09:54-ə təyin edilmiş hərracın keçirilməsi dayandırılmışdır. Bundan sonra iddiaçılar X5 və ərizəçi1 cavabdehlər cavabdeh3 ASC-yə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, cavabdeh2 və Məhkəmə Ekspertiza Bürosuna qarşı icra qeydinin ləğv edilməsi və digər əlaqəli tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Işə baxılması zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza aparılması ilə əlaqədar hazırda mülki iş üzrə icraat dayandırılmış və ekspert rəyinin təqdim olunması gözlənilir. Lakin bütün bunlara baxmayaraq, ##.##.2026cı il tarixdə sözügedən əmlaklar üzrə hərrac keçirilmiş və onun nəticələrinə dair müvafiq protokol tərtib edilmişdir. Halbuki, hərracın keçirildiyi tarixdə Yasamal Rayon Məhkəməsinin əmlakların özgəninkiləşdirilməsini və həmin əmlaklarla bağlı hərracın keçirilməsini qadağan edən qərardadı qüvvədə olmuş, habelə icra qeydinin qanuniliyinə dair məhkəmə mübahisəsi üzrə icraat davam etmiş və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Belə olan halda, məhkəmə tərəfindən tətbiq edilmiş təminat tədbirləri və işin faktiki halları nəzərə alınmadan hərracın keçirilməsi qanunilik və hüquqi müəyyənlik prinsipləri baxımından ciddi şübhələr doğurur. Buna görə də tərəflərindən “Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1168 ünvanında 0.2041 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 332.03 kv.m olan bağ evin cavabdeh1 MMC tərəfindən hərracın nəticələri barədə 18.042026-cı il tarixli ******************* saylı protokol və həmin hərrac protokolu əsasında bağlanmış alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə mülki iddia qaldırılmışdır. Bununla əlaqədar olaraq, məhkəmənin gələcəkdə qəbul edəcəyi qərarın icrasının çətinləşməsinin və ya qeyri-mümkün hala düşməsinin qarşısını almaq məqsədilə, ümumi sahəsi 332,03 kv.m olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən **** saylı bağ evi (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və ümumi 0,051 ha sahəsi olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən *H saylı torpaq sahəsinin (##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) üzərinə həbs qoyulması, həmçinin cavabdehlərə və digər şəxslərə həmin ipoteka predmetinin hərrac yolu ilə satılmasının, özgəninkiləşdirilməsinin və digər icra hərəkətlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsinə zərurət vardır.
4. Cavabdeh cavabdeh3 ASC müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə etirazla məhkəməyə müraciət edərək, ərizənin təmin edilməməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin №**(004)- 526/2025 saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən *(***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1168 ünvanda yerləşən sahəsi 332,03 kv.m olan bağ evinin özgəninkiləşdirilməsi cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qadağan edilməsi və həmin əmlaka dair "xxxx" MMC tərəfindən hərracın keçirilməsi dayandırılması qərara alınsa da həmin qərardad Yasamal Rayon Məhkəməsinin №**(004)- 526/2025 saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadına əsasən Iddiaçı X5 və ərizəçi1 cavabdehlər cavabdeh3 ASC-yə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, cavabdeh2 və Məhkəmə Ekpsertiza Bürosuna qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan başqa ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evi və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahələrinə dair hərracın keçirilməsinin; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evi və Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(004) ***/**** saylı qərardadına əsasən, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə 1 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evinin özgəninkiləşdirilməsi və həmin əmlaklarla bağlı hərracın keçirilməsi qadağan edilmişdir. cavabdeh3 ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e **(***)-***/**** saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək, onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin **(***)-***/**** saylı ##.##.2025-ci il tyarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)- ***/**** saylı qərardadı ləğv edilərək, iş üzrə yeni qərardad qəbul edilmiş, ərizə rədd edilmişdir. Bakı şəhəri cavabdeh2 sifariş məktubu əsasında Bakı şəhəri ** saylı notariat ofisinin *İ**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə tutma obyekti olan ərizəçi2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Qəsəbəsi, 1168 ünvanında 0.2041 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 332.03 kv.m olan bağ evi (reyestr nömrəsi 003013014049-11301, qeydiyyat nömrəsi 1123023836) cavabdeh1 MMC-də açıq hərracdan müvafiq qaydada satışa çıxarılmış, lakin alıcı olmadığına görə iş üzrə tələbkar cavabdeh3 ASC-yə təklif olunmuş və Bank əmlakı hərracdan əldə etmişdir. Bununla bağlı ##.##.2026-cı il tarixli Hərracın nəticələri haqqında ******************* nömrəli protokol tərtib olunmuşdur. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- **(***)-***/**** saylı qərardadı ipoteka predmetinə yönəldilmə barədə qanuni qüvvəyə minmiş icra sənədinin icrasına mane olur. Bakı şəhəri ** saylı Notariat ofisində tərtib edilmiş *İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi qanuni qüvvəsini almışdır. Belə olan halda ərizənin təmin edilməsi yolverilməzdir. “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun 6.1.3– 6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat dayandırılır. Qanunun tələbindən göründüyü kimi (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd, yəni notariusun icra qeydi olduqda icra sənədi üzrə icraat dayandırıla bilməz.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **** saylı bağ evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Cavabdeh cavabdeh3 ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət onunla əsaslandırılır ki, işin hallarından açıq aşkar görünür ki, ərizəçinin hazırkı iddia ilə məhkəməyə müraciət etməsi və müvvəqqəti xarakterli təminat tədbiri barədə ərizənin verilməsində məqsəd qanuni qüvvəyə minmiş qətnamənin icrasına mane olmaq məqsədi daşıyır. Məhkəmə hazırkı qərardadla faktiki olaraq işə mahiyyəti üzrə baxaraq ipoteka predmetinə yönəldilmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını dayandırmışdır. Bununla da maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli 16(5 **)-***/**** saylı qərardadı Bankın işdə iştirak etməyə cəlb edilmədən qəbul edildiyindən, eyni zamanda qəbul edilən qərardad bankın mülkiyyət hüquqlarını pozduğundan, birbaşa Bankın hüquq və vəzifələrinə toxunduğundan və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olduğundan ləğv edilməlidir. Qeyd edilən əmlaka dair Bankın istifadə və sərəncam hüququ yaranmışdır. Ərizəçi ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktının icrasına qədər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1168 ünvanda yerləşən sahəsi 332,03 kv.m olan bağ evinin özgəninkiləşdirilməsinin cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qadağan edilməsi və həmin əmlaka dair "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin №**(004)-526/2025 saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən *(***)- ****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1168 ünvanda yerləşən sahəsi 332,03 kv.m olan bağ evinin özgəninkiləşdirilməsi cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qadağan edilmiş və həmin əmlaka dair "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin dayandırılması qərara alınsa da həmin qərardad Yasamal Rayon Məhkəməsinin №**(004)-526/2025 saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadına əsasən iddiaçı X5 və ərizəçi1 cavabdehlər “xxxx” ASC-yə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, cavabdeh2və Məhkəmə Ekpsertiza Bürosuna qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan başqa ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evi və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahələrinə dair hərracın keçirilməsinin; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evi və Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(004) ***/**** saylı qərardadına əsasən, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə 1 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi 0,051 ha sahəsi olan *H saylı torpaq sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 332,03 kv.m olan **** saylı bağ evinin özgəninkiləşdirilməsi və həmin əmlaklarla bağlı hərracın keçirilməsi qadağan edilmişdir. cavabdeh3 ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e **(***)-***/**** saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək, onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)***/**** saylı qərardadı ləğv edilərək, iş üzrə yeni qərardad qəbul edilmiş, ərizə rədd edilmişdir. Bakı şəhəri cavabdeh2 sifariş məktubu əsasında Bakı şəhəri ** saylı notariat ofisinin *İ-**** saylı##.##.2025-ci il tarixli icra sənədi üzrə tutma obyekti olan ərizəçi2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Qəsəbəsi, 1168 ünvanında 0.2041 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 332.03 kv.m olan bağ evi (reyestr nömrəsi 003013014049-11301, qeydiyyat nömrəsi 1123023836) cavabdeh1 MMC-də açıq hərracdan müvafiq qaydada satışa çıxarılmış, lakin alıcı olmadığına görə iş üzrə tələbkar cavabdeh3 ASC-yə təklif olunmuş və Bank əmlakı hərracdan əldə etmişdir. Bununla bağlı ##.##.2026-cı il tarixli Hərracın nəticələri haqqında ******************* nömrəli protokol tərtib olunmuşdur. Belə olan halda isə yenidən iddia qaldırılması və müvəqqəti təmant tədbirinin tətbiq edilməsi ilə bağlı ərizənin təmin edilməsi yolverilməzdir. Bu eyni zamanda hüquqdan sui-istifadə etmək deməkdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
12. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
13. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Iddia ərizəsindən görünür ki, iddiaçılar ##.##.2026-cı il tarixli hərracın nəticələri haqqında protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişlər. Deməli, mübahisənin predmeti bilavasitə həmin hərrac nəticəsində ipoteka saxlayan tərəfindən əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən **** saylı bağ evidir.
16. Iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, hərrac artıq keçirilmiş, əmlak hərrac iştirakçısı olmadığı üçün ipoteka saxlayan cavabdeh3 ASC tərəfindən qəbul edilmişdir.
17. Ərizəni qismən təmin edərək həmin əmlakın özgəninkiləşdirilməsini qadağan edən məhkəmə qeyd etmişdir ki, işə baxıldığı müddətdə həmin əmlakın üçüncü şəxslərə özgəninkiləşdirilməsi baş verdiyi təqdirdə, mübahisəyə yeni şəxslərin cəlb olunması, onların vicdanlı əldə edən qismində hüquqlarının qiymətləndirilməsi və bununla əlaqədar əlavə hüquq münasibətlərinin yaranması istisna edilmir. Bu isə iddia təmin ediləcəyi halda ərizəçilərin hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə və hətta mümkünsüz edə bilər. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan bağ evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi hazırkı mərhələdə iddia tələbi ilə birbaşa əlaqəli, onun məqsədinə uyğun və mütənasib müvəqqəti təminat tədbiridir.
18. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh ərizənin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneə olmaq məqsədi daşıdığını iddia edir.
19. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, işdən görünür ki, mübahisələndirilən əmlakın satışı notariusun icra qeydi əsasında başlanılmış icra icraatı çərçivəsində həyata keçirilmiş, hərrac keçirilmiş və ##.##.2026-cı il tarixli hərracın nəticələri haqqında protokolla ipoteka predmeti ipoteka saxlayan Bank tərəfindən əldə edilmişdir.
20. Həmçinin, Bankın istinad etdiyi əvvəlki işlərdə müvəqqəti təminat tədbirləri notariusun icra qeydi mübahisələndirildiyindən hərracın keçirilməsinin və icra hərəkətlərinin qarşısının alınmasına yönəlmiş, apellyasiya instansiyası isə bunu icra sənədinin icrasına qeyri-mütənasib müdaxilə hesab etmişdir.
21. Hazırkı işdə isə hərrac artıq keçirilmiş, əmlak bank tərəfindən əldə edilmiş, icra qeydi üzrə icra hərəkətləri həmin hissədə başa çatmışdır. Tətbiq edilən müvəqqəti təminat tədbiri icra sənədinin icrasını dayandırmır, sadəcə bankın həmin əmlakdan istifadə imkanını müvəqqəti məhdudlaşdırmaqla mübahisə həll olunanadək hüquqi vəziyyətin mürəkkəbləşməsinin qarşısını alır.
22. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxıldığı müddətdə mübahisəli əmlakın üçüncü şəxslərə özgəninkiləşdirilməsi baş verdiyi təqdirdə, mübahisəyə yeni şəxslərin cəlb olunması, onların vicdanlı əldəedən qismində hüquqlarının qiymətləndirilməsi zərurəti ilə əlaqədaq hüquqi vəziyyətin mürəkkəbləşəcəyi, bu isə iddia təmin ediləcəyi halda ərizəçilərin hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə və hətta mümkünsüz edə biləcəyindən məhkəmə əmlakın özgəninkiləşdirilməsini qadağan etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
23. Bankın müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxılarkən işə cəlb edilməməsi barədə dəlili də əsassız hesab edən kollegiya qeyd edir ki, bank müvəqqəti təminat tədbiri barədə ərizə üzrə cavabdeh qismində icraata cəlb edilmiş, ərizə ilə bağlı yazılı etiraz təqdim etmiş və həmin etiraz məhkəmə tərəfindən qiymətləndirilmişdir.
24. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində (əmlakın üçüncü şəxsə satılması, özgəninkiləşdirilməsi və s.) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti xarakterli təminat tədbiri kimi mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədəmüvafiqdir və mövcud sübutlarla mümkündür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...” 26.Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, əgər gələcəkdə iddia tam, yaxud qismən təmin ediləcəksə, çıxarılacaq qərarın da icra olunması baxımından əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) əhəmiyyətli bir hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsizliyi və qəbul olunmuş qərarı əhəmiyyətsizliyi ilə nəticələnə bilər. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməli və məhkəmə müdafiə hüququnun xəyali hüquqa çevirilməsinin qarşısını almağa xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarı). Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı halların mövcud olması əsasşərtdir: 1. Cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2. Cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3. Belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması.
27. Müvəqqəti təminat tədbiri institutu mülki prosessual qanunvericiliyin fundamental təminatlarından biri olmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi anla yekun qətnamənin çıxarılması və onun icra edildiyi an arasındakı zaman kəsiyində tərəflərin maraqlarının balansını qorumağa, mövcud vəziyyətin əsassız dəyişdirilməsinin qarşısını almağa xidmət edir. Müvəqqəti təminat tədbirinin əsas məqsədi və hüquqi təbiəti yalnız ondan ibarətdir ki, iş üzrə araşdırma aparıldığı müddətdə mübahisə predmeti olan əmlak fiziki və ya hüquqi cəhətdən itirilməsin, üçüncü şəxslərin vicdanlı sahibliyinə keçməsin və bununla da dövlət adından çıxarılacaq gələcək məhkəmə qərarı sadəcə kağız üzərində qalan xəyali bir sənədə çevrilməsin.
28. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov