Məhkəmə qərarları › İş №16(3-6)-499/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-499/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-499/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair Ərizəçi İsmət oğlunun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi İsmət oğlu cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanda, çoxmərtəbəli binada 2-ci giriş, 2, 50, 52 və 76-cı mənzillərə və ünvan 2 ünvanda, çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinə dair iddiaçının adına tərtib edilmiş Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının e-*-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Hazırda iddiaçının nümayəndəsi-vəkili Vəkil/Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 2, 50, 52 və ** nömrəli mənzillərin, habelə həmin binanın birinci mərtəbəsində yerləşən 501 kv.m qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulmasını, həmin əmlakların özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsini, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qeyd olunan mənzillərdə və qeyri-yaşayış sahəsində cavabdeh və digər şəxslər tərəfindən hər hansı təmir, tikinti, söküntü, yenidənqurma, daxili planlaşdırmanın dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə müdaxilə edilməsi və digər fiziki müdaxilə xarakterli işlərin aparılmasını, həmin əmlaklardan istifadə edilməsini, həmin əmlaklara üçüncü şəxslərin yerləşdirilməsini və ya giriş imkanlarının üçüncü şəxslərə verilməsini qadağan edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 159.4.1-ci maddəsinə görə, ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə geri qaytarılır. MPM-in 159.5-ci maddəsinə görə, Məcəllənin 159.4.1 – 159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilən ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə görə, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla) bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) dövlət rüsumu ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair Ərizəçi İsmət oğlunun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar