Məhkəmə qərarları › İş №16(3-6)-500/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-500/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-500/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimovadan və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana kimi Nurulu Xədicə Ramil qızı ilə birgə nikahdan doğulmuş ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 üçün hesablanan alimentin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə evlənərək nikahları rəsmi olaraq ##.##.2020-ci il tarixində qeydiyyata alınmışdır. Birgə nikahlarından ##.##.2020-ci il təvəllüdlü X1, ##.##.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ilə evləndikdən sonra ailə münasibətləri əvvəllər yaxşı olsa da sonradan pozulmuşdur. Belə ki, Maraqlı şəxs evdən külli miqdarda oğurluq etmişdir. Belə ki, o evdən pul oğurlayaraq öz ailə üzvlərinə göndərirdi. Daha sonra bu işin üstü açıldığı zaman o bizi təhqir etmişdir. Belə ki, onun evdən oğurluq etməsi ilə bağlı polisə vermiş və bu haqda məlumat vardır. Daha sonra Maraqlı şəxs evi tərk edib getmiş, övladları atalarının yanında qalmışdır. Hal-hazırda 2 ildən artıqdır ki, övladları onun yanında və himayəsindədir. Övladları ##.##.2020-ci il təvəllüdlü X1 məktəbəqədər hazırlığa, ##.##.2022-ci il təvəllüdlü X2 isə bağçaya gedir. Övladları bugünədəkonun yanında və himayəsindədir. Bugünədək Maraqlı şəxs övladlar ilə maraqlanmamış, övladlarının yanında olmamışdır. Hal-hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun icraatındadır. Lakin, uşaqlar atanın himayəsində olmasına baxmayaraq aliment tutulması davam edir. Halbuki, faktiki olaraq uşaqlar atanın yanında və himayəsindədir. Hal-hazırda uşaqların maddi və mənəvi bütün tələbatları atası tərəfindən ödənilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq və.s. Kollegiya hesab edir ki, hazırki halda alimentin dayandırılması müvəqqəti təminat tədbirinin mahiyyətinə uyğun deyil. Belə ki, ərizəçinin tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvəqqəti təminat tədbirlərini nəzərdə tutan normaları ilə tənzimlənmir. Bununla belə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun tələbi olduqda uşaqların atasının yanında yaşamaları faktı nəzərə alınmaqla borclu icra məmurunun hərəkətlərindən icra icraatı qaydasında məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəlləninin 159.2 ci maddəsinə görə hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar