Məhkəmə qərarları › İş №16(3-6)-503/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-503/2026

31.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-503/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi ilə bağlı icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından cavabdeh X7 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Ərizəçi cavabdeh X7 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh ilə birgə nikah dövründə ünvan 2 ünvanında əldə etdikləri mənzilə iddiaçının ½ pay hüququnun tanınması, əmlakın naturada bölünməsi, əmlakın naturada bölünməsi mümkün olmadıqda açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi, iddia qaldırılması üçün ödənilmiş 50 manat, mediasiya prosesində iştiraka görə ödənilmiş 60 manat, habelə hüquqi xidmətə görə ödənilmiş 1.000 manat, ümumilikdə 1.110 manat vəsaitin cavabdeh X7 tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı eyni zamanda ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin yekun qətnaməsi qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin cavabdeh X7 və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər ##.##.2010-cu il tarixində rəsmi nihaha daxil olmuş və 13 il mehriban ailə münasibətində yaşamışdır. Daha sonra ailə daxili münasibətlərin pozulması səbəbindən həmin nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X8 və ##.##.2015-ci il təvəllüdlü X5 adında 2 uşağı vardır. Tərəflərin birgə nigahından olan uşaqlar hal-hazırda ananın himayəsindədir. Tərəflər bigə nikahda olarkən cavabdeh X7 anası X10 tərəfindən ailəyə ünvan 2 ünvanında yerləşən mənzil Bakı şəhəri * saylı notariat kontorunun 4Ə-50 reyest nömrəli ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən bağışlanmış və ##.##.2023-cü il tarixində cavabdeh X7 adına rəsmiləşdirilmişdir. Qeyd etmişdir ki, tərəflər birgə nikah dövründə olarkən həmin mənzildə yaşamış, X10 ilə gəlini Ərizəçi arasında ana övlad münasibətləri mövcud olmuşdur. Bundan əlavə olaraq bu müddət ərzində gəlin və qaynana arasında hər hansı bir insident olmamış, qaynana X10 nəvələrinə qarşı günü bu gün də çox isti münasibət göstərir. Həmçinin bildirmişdir ki, müvəqqəti təminat tədbirinin tədbiqinə dair daha öncə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin **(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdeh X7 və digər şəxslərə qadağan edilmiş və həmin qərardadın ## #### 2026-cı il tarixində qüvvədən düşməsi qeyd olunmuşdur. Beləliklə, hesab edir ki, qaynana tərəfindən mənzilin bağışlanması yalnız oğula deyil, bütün ailəyə gəlinə və nəvələrə də aid olan bir ailə dəyəri kimi nəzərdə tutulmuş, həmin mənzilin ailə birliyinin qorunmasına və birgə xoşbəxt həyatın qurulmasına, ümumilikdə ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etməsi məqsədi daşımışdır. Bu səbəblə də mənzilin cavabdehin mülkiyyətinə keçməsi üçün əsas olan ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinin həmin əmlakın yalnız cavabdehə deyil həm də bütün ailəyə bağışlanma niyyətli olunması, habelə, mənzilin dəyərinin kifayət qədər yüksək olması və məhkəmə tərəfindən yekun qətnamə qanuni qüvvəyə minənədək onun özgəninkiləşdirilməsi təhlükəsini olduğundan əmlak üzərinə həbs qoyulmalı və qanuni maraqları müvəqqəti təminat tədbiri vasitəsilə qorunmalıdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə əsas verən işin faktiki hallarına istinad etməməsi və yalnız işin faktiki halları ilə uzlaşmayan qanunun müddəalarını rəhbər tutub qərar qəbul etməsi ilə razı deyil, buna görə qərardadı mübahisələndirirəm. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi aşağıdakı faktiki hallar məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, X10 ilə gəlini Ərizəçi arasında ana övlad münasibətlərin mövcud olması, bundan əlavə olaraq bu müddət ərzində gəlin və qaynana arasında hər hansı bir insidentin olmamasının tərəflərin nikahda olduğu dövrün hansı müddətinə aid olması məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd edilməlidir ki, iddiaçının qayınanası onunla heç vaxt ana övlad münasibətlərində olmamışdır. Cavabdehin anası ailələrin əksəriyyətində olduğu və bir qaynana kimi oğluna görə aralarında normal münasibətlərin saxlanılmasına çalışmışdır. Lakin iddiaçı 2019-cu ildən başlayaraq ərinə digər şəxslə xəyanət etdiyinə görə, artıq ailənin gələcəyinin olmamasına əmin olmuşdur. Belə də oldu və iddiaçı ilə cavabdeh arasında nikah pozularaq ailələri dağıldı. X12 nəvələrinə qarşı günü bu gün də çox isti münasibət göstərməsi də işin faktiki halları ilə uzlaşmır. Məhkəməyə təqdim etdiyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004) 388/2024 ##.##.2024cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin arasında nikah pozulandan sonra, Babayeva (Sucayeva) Gülnar Arif qızı, ##.##.2011-ci il təvəllüdlü X6 və ##.##.2015-ci iltəvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, X4 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103) ****/**** №-li, ##.##.2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-****/**** №-li, ##.##.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının övladları mənzildən çıxarılıb və anaları ilə digər ünvanda yaşayırlar. Bu da iddiaçının qayınanasının nəvələrinə qarşı günü bu gün də çox isti münasibət göstərməməsini göstərir. Bundan başqa cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişməsi ilə əlaqədar ərizəçinin hüquqlarının qorunmasına təcili ehtiyac yaranmasına dair heç bir dəlil gətirilməmişdir. Məhkəməyə verilmiş iddia ərizəsindən göründüyü kimi, ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməmiş, təqdim etdiyi foto sübutlara qarşı tərəfdən münasibət bildirilmədiyinə görə, hələ məhkəmə tərəfindən qiymətləndirilməlidir. Ərizəçinin ərizəsində göstərilən dəlillərin müvəqqəti təminat tədbirlərini görülməsinin mövcudluğunu sübut etməmişdir, yəni, mübahisələndirdiyi mənzilin özgəninkiləşdirilməsi üçün əmlakın satışı barədə elanların verilməsini və s. hərəkətlər etməsinə dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Qərardad qəbul edilərkən Mülki-Prosessual Məcəllənin 157 maddəsinin tələbləri pozulmuşdur. Tətbiq edilən müvəqqəti təminat tədbiri ilə irəli sürülmüş iddia tələbi arasında hüquqi bağlılıq mövcud deyildir. Bu isə cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişməsi ilə əlaqədar ərizəçinin hüquqlarının qorunmasına təcili ehtiyac yaranmasını da istisna edir. Həmçinin qeyd edilməlidir ki, qanunverici tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Bu mənada qeyd edir ki, ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici "kifayət qədər" ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmə ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidir. Bununla əlaqədar qeyd edir ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz. Ərizə və ərizəyə əlavə olunmuş fotolardan iddiaçının qayınanasının niyyətinə dair hər hansı bir obyektiv və birmənalı nəticəyə gəlməyə imkan vermir. Bundan başqa, ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) hansı səbəblərdən mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamış, ehtimallara əsaslanan heç bir səbəb göstərilməmişdir. Yəni ərizədə ilkin olaraq mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi ehtimalının mövcudluğu əsaslandırılmalı, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhkəməyə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən yuxarıda göstərilən halları nəzərə almamışdır. Məhkəmə MTT-nin tətbiq edilməsinin mövcudluğuna dair mötəbər sübutların təqdim etməməsini nəzərə almamışdır. Şikayətin əsaslandırılmasında göstərildiyi kimi, məhkəmənin qərardadında MTT-nin görülməsi və cavabdehin hüquqularının məhdudlaşdırılması işin hallarına uyğun gəlmir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Iddiaçı şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, şikayətdə göstərilən guya iddiaçının “xəyanət etməsi” ilə bağlı iddia həqiqəti əks etdirmir. Həmin məsələ yalnız cavabdehin yaxın qohumu tərəfindən o dövrdə iddiaçı G.Babayevə qarşı irəli sürülmüş əsassız şər və böhtan xarakterli ittihamlardan ibarət olmuşdur. Sonradan bu məsələ ailə daxilində araşdırılmış, həqiqət üzə çıxmış və qeyd olunan iddiaların tamamilə əsassız, böhtan xarakterli olduğu müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin irəli sürdüyü iddialar həyatın adi məntiqi və faktiki vəziyyətlə də qətiyyən uzlaşmır. Belə ki, əgər həqiqətən də Ərizəçi öz həyat yoldaşına xəyanət etmiş və cavabdeh bunu bilmiş olsaydı, Cavabdeh həmin hadisədən sonra daha 4 il onunla nikah münasibətlərini davam etdirməsi, ailə həyatını mehriban şəkildə sürdürməsi və normal ailə münasibətlərinin mövcud olması mümkün olmazdı. Azərbaycan cəmiyyətinin ailə dəyərləri və sosial münasibətləri nəzərə alındıqda, belə bir vəziyyətin real həyatda baş verməsinin inandırıcı olmadığı hər kəsə məlumdur. Eyni zamanda, cavabdehin anası X10 davranışları da apellyasiya şikayətində irəli sürülən iddiaları tamamilə təkzib edir. Belə ki, əgər gəlininin oğluna xəyanət etdiyinə həqiqətən inanmış olsaydı, onun 2023-cü ildə öz mülkiyyətində olan mənzili həmin ailəyə bağışlaması məntiqə və həyat təcrübəsinə uyğun olmazdı. Bundan əlavə, belə bir vəziyyətdə qaynananın gəlini ilə mehriban münasibətlər saxlaması da mümkün görünmür. Halbuki, X10 günədək Ərizəçi ilə ana-qız münasibətlərinə uyğun səmimi və mehriban münasibətlərdə olmuşdur. Bu halı təsdiq edən foto və video materiallar iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin diqqətə çatdırmaq istəyir ki, hətta hazırkı iddia məhkəməyə təqdim edildikdən sonra belə, X10 özünə məxsus Facebook sosial şəbəkəsindəki hesabında gəlini Ərizəçi və nəvələri ilə əvvəlki dövrdə çəkilmiş ailə şəklini yenidən paylaşmışdır (repost etmişdir). Bu davranış da onun gəlininə qarşı mənfi münasibət bəsləmədiyini, əksinə, ailə münasibətlərini normal qəbul etdiyini açıq şəkildə göstərir. Bundan başqa, apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq, X10 hazırda da nəvələri ilə müntəzəm görüşür, onlarla mehriban vaxt keçirir və tez-tez telefon əlaqəsi saxlayır. Bu halı təsdiq edən WhatsApp yazışmaları da sübut kimi məhkəməyə təqdim edilir. Beləliklə, cavabdehin apellyasiya şikayətində iddia edilən "xəyanət" məsələsi hər hansı mötəbər sübutla təsdiq olunmayan, vaxtilə irəli sürülmüş əsassız şər və böhtandan başqa bir şey deyildir. Iş üzrə mövcud faktiki hallar, tərəflərin uzun müddət normal ailə münasibətlərində yaşamaları, cavabdehin anasının davranışları və təqdim olunan sübutlar həmin iddiaların tamamilə əsassız olduğunu birmənalı şəkildə təsdiq edir. Həmçinin, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin bağışlama müqaviləsi əsasında əldə edildiyini əsas gətirərək həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə və bölünə bilməyəcəyini iddia etmişdir. Lakin bu mövqe həm işin faktiki halları, həm də qüvvədə olan məhkəmə təcrübəsi baxımından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" ## #### 2024-cü il tarixli, */** nömrəli Qərarının 5.5–5.7-ci bəndlərində izah edilmişdir ki, əmlakın bağışlama nəticəsində əldə olunması faktı həmin əmlakın avtomatik olaraq ər arvaddan yalnız birinin fərdi mülkiyyəti hesab edilməsinə əsas vermir. Məhkəmə belə hallarda bağışlama edən şəxsin həqiqi iradəsini, bağışlamanın məhz kimə – ər-arvaddan yalnız birinə, yoxsa bütövlükdə ailəyə edilməsini, tərəflərin nikah müddətini, ailədaxili münasibətləri və iş üzrə mövcud olan bütün digər sübutları birlikdə qiymətləndirməlidir. X9 5.7-ci bəndində xüsusi olaraq vurğulanmışdır ki, ər-arvad uzun müddət mehriban ailə həyatı yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da möhkəmlənmiş, qayınana və ya qayınata gəlini (və ya kürəkəni) öz övladı kimi qəbul etmiş və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əmlak bağışlamışdırsa, belə bağışlama bütövlükdə ailəyə edilmiş hədiyyə kimi qiymətləndirilə və nəticə etibarilə həmin əmlak ərarvadın ümumi birgə mülkiyyəti hesab oluna bilər. Hazırkı iş üzrə də məhz belə hallar mövcuddur. Belə ki, bağışlama həyata keçirilən zaman tərəflər uzun müddət mehriban ailə münasibətlərində yaşamış, ailədə uşaqlar dünyaya gəlmiş, cavabdehin anası X10 iddiaçıya öz qızı kimi münasibət göstərmiş, onlarla yaxın ailə münasibətlərini davam etdirmiş və hətta mübahisədən sonra belə nəvələri və iddiaçı ilə normal münasibətlər saxlamışdır. Bu hallar iş materiallarında olan foto və video materiallar, sosial şəbəkə paylaşımları, yazışmalar və digər sübutlarla təsdiq olunur. Belə olan halda, cavabdehin yalnız mənzilin formal olaraq bağışlama müqaviləsi əsasında əldə edilməsinə istinad etməsi həmin əmlakın onun fərdi mülkiyyəti hesab edilməsi üçün kifayət etmir. Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun olaraq, bağışlayanın həqiqi iradəsi və işin bütün faktiki halları nəzərə alındıqda, mübahisəli mənzilin bütövlükdə ailəyə bağışlandığı və bu səbəbdən ərarvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilməli olduğu nəticəsinə gəlinməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Yasamal rayon Məhkəməsinin mövcud qərarı qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin heç bir əsası yoxdur və təmin olunmamalıdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini iş materialları ilə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə təmin edilməməlidir.

12. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Eyni zamanda, müvəqqəti təminat tədbiri əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

13. Işdən görünür ki, hazırda iddiaçının iddia tələbi birgə nikah dövründə əldə edilmiş mənzilə iddiaçının ½ pay hüququnun tanınması, əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi barədədir.

14. Işdən həmçinin görünür ki, iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı mənzildən çıxarılma tələbi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə dəyişdirilərək cavabdeh Ərizəçi uşaqları ##.##.2011-ci il təvəllüdlü X6 və ##.##.2015-ci il təvəllüdlü X2 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X4 ünvan 4 ünvanında yerləşən mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlanılmış, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125,7 kv.m. mənzil ##.##.2023-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X10 tərəfindən Cavabdeh bağışlamış, ##.##.2023-cü il tarixdə sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab edir ki, hazırda bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətində olan mənzil ilə bağlı müvəqqəti təminat tədbiri qismində özgəninkiləşdirilməsinin qadağan edilməsi artıq cavabdehin mülkiyyət hüququnun lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. ünvan 3 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə iddiaçı Ərizəçi ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar